Robert de Niro həyat qanunları. Aktyor, Nyu-York, 76 yaş

“Allah var? Mənim ona xeyli suallarım var”

Danışanlar — heçnə bilməyənlərdir. Bilənlər isə heç vaxt deməzlər. Hər şey bax bu cür fırlanır.

Həyat nadir hallarda səni tamailə dəyişir — ancaq o daim səni hissə-hisə kiçik şeylərdə dəyişdirir. Misal olaraq: mən əvvəllər həmişə şirniyyat yeyərdim, indi isə yalnız restaranlarda yemək yeyərkən dadına baxıram. Düşünürəm ki, əgər bu qədər yol gəlmişəmsə, şirniyyat sifariş edim.

Əgər mən günəşdə qızınmağı sevirəmsə — və əgər mən yarım gün yaxşı mənzərəsi olan terrasda otura bilirəmsə, bu heçdə o demək deyilki, təqaüdə getməyi planlaşdırıram. Mənim xırda şeylərdən zövq almaq istəyimin qocalıqla əlaqəsi yoxdur.

Yaddaşım zəifdir — ancaq bunu hərdəfə mənə xatırlatmaqlarını sevmirəm.

Çox əvvəllər — mən uşaq olarkən, teatr məktəbinə gedirdim. Direktor bir dəfə məndən soruşdu: “Niyə sən aktyor olmağı qərarlaşdırdın?” Mən səmimi olaraq nə cavab verəcəyimi bilmədiyimdən heç nə demədim. O davam etdi: “Özünü ifadə etmək üçün axmaq!” Mən isə başımla təsdiq etdim “Əlbətdə, elədir”.

Qabiliyyət — bu ilk öncə düzgün qərar qəbul etmək bacarığıdır.

Teatrlara getməyi sevirəm — Orda məni heç kim narahat etmir. Orda məni hətda çox vaxt tanımırlar belə.

Aktyor sənətində ən xoşa gəlməz hal — insanların səninlə həddən artıq mədəni olmasıdır. Məsələn, sən kimləsə danışırsan və hamı başı ilə səninlə razılaşdıqlarını bildirirlər. Sən səhf desən belə, ağlagəlməz məsələlər danışsan belə. Ancaq əslində insana eşitmək istəmədiklərini söyləyən adam gərəklidir.

Öz işimdə ən çox nələrə dəyər verirəm — sən başqalarının həyatı ilə yaşaya bilirsən və bunun müqabilində heç nə ödəmək gərəkli deyil.

Çox şey verərdim — gündəlik həyatımda yaxşı məsləhətləri pis məsləhətlərdən ayıra bilsəydim.

Uşaqlar məsəhət verdikdə xoşuma gəlir — yox, mən həmişə onlarla razılaşmıram. Sadəcə bu situasiya xoşuma gəlir.

Sənin uşaqların olduqdan sonra — problemlərində bu andan başlayır.

Cəht etməsən — anlamarsan. Bunu hər zaman övladlarıma deyirəm.

Filimlərim uşaqlarıma bənzəyir — ancaq bir fərq var: uşaqları 3D formatında göstərmək və önə çəkib yenidən baxmaq olmur.

Rol üçün seçimlərə gələn aktyorlara həmişə deyirəm — önəmli deyil sizi bu rol üçün seçəcəklər, ya yox. Önəmli odurki, sizi görürlər və tanıyırlar.

Elə insanlar olacaq ki, — sizi inandırmağa çalışacaqlar – dram əsərləri rahatdır, komediya isə çətin. Xeyr. Son illər xeyli sayda komediya filimlərində oynamışam və inandırıam sizi bu belə deyil. Sən dram filimində çəkilirsən və bütün gün ərzində əlində çəkic olan insanı unutmağa çalışırsan. Kamediya filimlərində isə əksinə, sənə sadəcə çəkiliş meydançasına daxil olmaq, bir saat ərzində Billy Crystalın üstünə qışqırmaq (amerikan komediya aktyoru) kifayət edir. Və sən azadsan.

Əgər Martin — (Martin Skorseze) məndən nəsə xahiş etsə, bu haqda çox ciddi düşünməyə başalayaram. Bu mənə maraqsız görünsə belə ciddi düşünərəm.

Mən hər zaman özümü Koppola borclu saymışam.

Fikrimcə rejisor işi — prezindet işi kimi bir şeydir. Hədəflər çox oxşardır.

Mənim indiyənə qədər vaxtım olmayıb — öz filimlərimə ard-arda baxım. Ümumiyyətlə çəkildiyim filimlərə baxmağı sevmirəm. Baxan zaman yuxum gəlir.

“Maral ovçusu” filminin çəkilişlərini bitirən zaman — (Taylantda çəkilmiş, vyetnam müharibəsinə həsr edilmiş Maykl Chiminonun filmi) anladımki, Tayland əsrarəngiz yerdir. Ora bacardıqca tez qayıtmalıyam. Ancaq təəssüfki, bunu yalnız 18 il sonra edə bildim.

Mənə elə gəlir ki, — insan nəyinki planetin təmiz havasını dəişib, hətda zamanada nəsə edib. Siz hiss etməmisiniz? İndi on il əvvəlki üç il kimi keçir.

Bəzən ölülərə paxıllıq edirəm — onların xeyli sərbəst vaxtları var.

İstənilən halda heç vaxt çatdırmayacağam — oxumaq istədiyim bütün kitabları oxumağı. Ona görə də ən yaxşısı bu haqda məndən heçnə soruşmayın.

Çalışıram artıq şeylərim olmasın — Nə qədər çox şeyə sahibsənsə, o qədər də onlar üçün enerji itirirsən.

İnsanlar fərqli olurlar — bəziləri həqiqətən fərqli və qeyri adi nələrsə kəşf etmək haqqında düşünərkən, bəziləri bundan necə maksimal şəkildə gəlir götürməyin yollarını fikirləşirlər.

Böyük pullar — indiki keyfiyyətlə yaxşı ahəng təşkil etmirlər. Ən azından kinoda belədir.

Əgər stul yaxşıdırsa — sən onun üstündə oturmaq üçün çox vaxt sərf etməyəcəksən.

Yaxşı otel — qalmaq istəyəcəyim oteldi. Vəssalam.

Heç vaxt Los-Angelsi sevməmişəm — bu yeganə şəhərdir ki, yalnız mənə pul təklif edəndən sonra ora getmşiəm.

İtaliya çoxdan dəyişib — Ancaq Roma Romadır.

Məndə italyan qanı var — ancaq tam italyan deyiləm. Mən biraz hollandiyalıyam, biraz fransız və biraz alman. Ancaq adım italyan adıdır. Məhs bu səbəbdəndə özümün italyan tərəflərimi önə çəkməyə vərdiş etmişəm.

Bu gün mən daha çox gülürəm — cavalığıma nisbətən. Deyəsən mən insanları ciddi formada qınamaqdan yorulmuşam.

Ən vacib şey – qorxmamaqdır. Cəsurluğu ağılsızlıqla qarışdırmaq lazım deyil.

Yaxın vaxtlarda oxumuşam — son araşdırmalara görə qadınlar kişilərin qarşısında soyunarkən kişilərin qadınların qarşısında soyunmağından özlərini daha kamfortlu hiss edirlər. Fikrimcə burda hər şey çox sadədir: qadın hər zaman kişiyə qiymətləndirici kimi baxır, kişi isə qadına minnətdarlıq hissi ilə.

Arıqlamaq daha asandır — cavanlaşmaqdansa. Ancaq bu da mümkündür.

Mən Justin Hoffmana paxıllıq edirəm — o eyni anda həm ağıllı, həmdə məzəli görünə bilir. Məndə bur cür alınmır.

Hərkəsin öz reallığı var.

Əgər allah varsa — mənim ona bəzi suallarım var.

Heyifki heç cür “Avatar” filminə baxmağa gedə bilməmişəm.

Fidel Kastronun həyat qanunlarıBruce Willisin həyat qanunlarıBen Affleckin həyat qanunları

Fikirlərinizi bildirin.