Richard Branson həyat qanunları. Sahibkar, 70 yaş

Ehtiyyatlı olun — gəlir gətirən bir çox şeylər sizin həyatınızı olduqca darıxdırıcı edə bilər.

Anam istəyirdi ki, uşaq vaxtımdan özüm-özümün qeydinə qala bilim — ancaq əminəmki, indiki dövürdə onun tərbiyyə üsullarına görə anamı hökmən həbs edərdilər. Misal olaraq, mənim 4 ya 5 yaşım olarkən o məni maşından düşürdü və evimizə qədər yarı yolu piyada getməyə məcbur etdi.

Həç kim, heç vaxt məni ser Richard deyə çağırmır — bəlkədə bir-neçə dəfə Amerikada məni belə səsləyiblər, ancaq hər dəfəsində onların üzlərində aktyorluq etdiklərini oxumuşam.

Hələ də mənim ən sevdiyim personaj Piter Pendir — böyümək mənim planlarıma daxil deyil.

Bizneslə məşğul olmaq üçün — təhsilə uzun illər həsr etməyə ehtiyac yoxdur. 5 və ya 6 il hansısa biznesin qurulmasına vaxt sərf etmək yetərli olur. Bu biznesi qurmaq yollarını örgənməkdən daha xeyirli və məqsədə uyğundur. Nəzərə alın ki, uşaqlar da yeriməyi kitablardan örgənmirlər. Onlar bunun üçün cəhd göstərirlər.

İlk başladığım zamanlar cavan və təcrübəsiz idim — xeyli sayda çətnliklər mövcud idi. Misal olaraq, uzun müddət mənə şirkətimi Virgin (ingilis dilində tərcümədə bakirə və ya bakir deməkdir) adı altında qeydiyyata almağa icazə vermirdilər. Bu sözün mədəni normalara zidd olduğunu hesab edirdilər. O zaman mən stol arxasında oturdum və 15 yaşlı uşaq xəttimlə onlara məktub yazdım: “Şübhə yoxdur ki, “Bakirə” sözü heç bir mədəni normalara zidd ola bilməz. Qaydaların pozula biləcəyi heç harda əks etdirilməyib”. Bu sözlərdən sonra onlar yumşaldılar.

Mənim biznes modelim çox sadədir — Ətrafını dahi insanlarla əhatə et, onlara dahi kəşfləri edə bilməkləri üçün azadlıq ver.

Richard Branson həyat qanunları. Virgin Airlines — mən Puerto-Rikodan Virgin adalarına getdiyim vaxt yarandı. Reys sərnişin sayının yetərli olmadığı üçün təxirə salındı. O zamanlar 20 yaşım olardı. Müəyyən müddət aeraportda gəzişdim. Sonra isə şəxsi təyyarə tutaraq, karton parçasına “Virgin Airlines, Virgin adalarına qədər 39 dollar” sözlərini yazaraq, müştəri cəlb etməyə çalışdım. Nəticədə öz təssüf hislərimi yeni bir biznesə çevirə bildim. Eyni səbəblərə görə mən hal-hazırda kosmik gəmi hazırlayıram. Hər halda, NASA sizi və ya məni marsa göndərməkdə maraqlı deyil.

Anlamıram, niyə görə biznesmenlər rahat və sadə dildə danışmağı bacarmırlar — ancaq, mənim bəxtim gətirdi. Mənim disleksiyam mənim danışıq tərzimi formalaşdırdı. Əgər nələrisə iki kəlmə ilə izah etmək mümkün olmursa, bu mənim üçün zibildən başqa heçnə deyil.

Olduqca həvəskar biriyəm — İnsanlar mənə nəyinsə mümkün olmaycağını dedikdə, hər zaman əksini sübut etməyə çalışıram.

İndiyə qədər etdiyim ən yaxşı sərmayə qoyuluşum məndən böyük pullar tələb etmədi — 125 min dollara Neker adasını aldım. Neker Britanyanın Virgin adalarının əsl mirvarisidir.

Mənim həyatımda — “əgər mən o vaxtlar” kəlməsi mövcut deyil.

Uğursuzluqlara örgənmişəm — yaşadığım barja batıb, Lonon ofisim kül olana qədər yanıb, Nekerdəki evimi isə şimşək vurub və o fişəng kimi partlayıb. Yadımdadır, biz yanğına baxarkən dedim: “Əşyalar önəmli deyil”. Xöşbəxtlikdən heç vaxt rəsm əsərlərinin, şərabların və ya avtomobillərin kolleksioneri olmamışam. Buna görə də, əşyalar mənim üçün həqiqətəndə önəm daşımır. Bir neçə aydan sonra həmin yerdə qızım Hollinin toyunu qeyd etdik. Bu toy üçün ən romantik yer idi. Hamı deyirdiki, əgər ev yanmasa idi, toya görə sən mütləq onu yandırmalı idin.

Bir gün qadınla tanış oldum — o tamami ilə iflic olmuşdu. Boynundan ayaqlarına qədər. Buna baxmayaraq, o bu günə qədər gördüyüm ən xöşbəxt insan idi. Həmişə deyirdi: “Həyat gözəldi – axı mən hələdə sağam”.

Bir gecənin içində milyonçu olmaq üçün məsləhət istəyirsiniz? — Milyardınızı götürərək yeni aviaşirkət yaradın.

Bütün insanlar eynidir — çünki hamı səhf edə bilir.

Steve Jobs həyat qanunlarıSylvester Stallone həyat qanunlarıBruce Lee həyat qanunları

Fikirlərinizi bildirin.