Real olaraq türmədə yatmış məşhurlar

115
Real olaraq türmədə yatmış məşhurlar 2

Real olaraq türmədə yatmış məşhurlar

Mark Wahlberg

Markın özünün dediyinə görə gənclik illərində narkotik vasitələrdən istifadəyə görə təxmini 25-ə yaxın polis bölməsinə ziyarəti olmuşdur. 1988-ci ildə isə 16 yaşlı Wahlberg öldürmək cəhtinə görə iki il müddətinə həbs cəzası almışdır. Gələcəyin ulduzu narkotikin təsiri altında aptekdə soyğunçuluq edir və iki nəfərə xəsarət yetirir. “Mən qəfəsə laiq idim. Sonradan anladım ki, bu heçdə mənim istədiklərim deyil. Təssəvvür edilə biləcək ən aşağı vəziyyətlərə düşdüm. Əvvəlki həyatıma qayıtmaq istəmirəm”- deyə aktyor Daily Mail dərgisinə müasibəsində bildirmişdir. Lakin, keçmiş ondan rahatlıqla əl çəkmək istəmir. Tutulduqdan sonra vaxtından əvvəl buraxılır. Cəmi 45 gün azadlıqdan məhrum edilir və çıxdıqdan sonra yenidən bəzi davalara qoşulur.

Kiçik Robert Downey

Real olaraq türmədə yatmış məşhurlar 2

1980-cı illərin əvvəllərində tənqidçilər Kiçik Downeyini ümüd verici aktyorlardan hesab etmişlər. Lakin, o narkotik vasitələrə və spirtli içkiyə aludə olmuş, öz məşhur atasından örnək götürmüşdür. 1996-cı ildə aktyor 3 il müddətinə məcburi müalicə kursuna məhkum edilmişdir. Lakin, bir il sonra onun müalicə müəssisəsinə gəlmədiyi müəyyən edilmiş və cəzası altı ay müddətinə cəzaçəkmə müəssisəsinə dəyişdirilmişdir. 1999-cu ildə aktyor ciddi qanun pozuntuzuna görə məhkum olunduğu üç ildən bir ilini türmədə keirmişdir.

“Hollivudun – ən gözəl tərəfi fikrimcə yaddaşının qısa müddətli olmasıdır. Yəqinki indi heç kim mənim türmədə olduğumu xatırlamaz. Əslində orda vəziyyət normal idi. Bircə gözətçi hər gün mənə öz senarisini təqdim etməyə çalışırdı” – deyə aktyor ironya ilə açıqlama verir.

Lil’ Kim

On il əvvəl Lil’ Kim dəlillərin gizlədilməsi və həqiqəti açıqlamadığına görə bir il müddətində həbs cəzası almışdır. O zamanlar xanım kolleqaları menecer D-Roc və cangüdən Gutta-nın iştirak etdiyi, 2001-ci ildə baş vermis atışmanın təfərüatlarını gizlətməyə cəht göstərmişdir.

Michael Tyson

1991-ci ildə titullu idmançı 18 yaşlı Dezire Vashinqtonu zorlaması iddihamı ilə məhkəməyə çağrılır. O zaman xanım da “Miss Qara Amerika” tituluna sahib idi. O zamana qədər Tyson profesional uğursuzluqlarına görə bir il idiki, depresiyada idi. “Baster” ləqəbli James Douglas-a məğlub olmuşdur. Əlbətdə ki, gedişat zamanı sexin qarşılıqlı razılaşma ilə baş tutduğu barədə bir çox faktlar olsa da, məhkəmə çəkişmələri Tysonu əsəbləşdirir. Lakin, boksçu altı il müddətində həbs cəzası alır. Müddətin yalnız üç ilini orda keçirir. Vaxtından öncə azad olduqdan sonra Michael Tyson islamı qəbul edir. “Mən türmədən çıxan zaman vanna qəbulundan başqa heç nə istəmirdim. Bütün çirki özərimdən yumaq istəyirdim” – azadlığın ilk günlərində hislərini bu cür ifadə etmişdir.

Tupac Shakur

Real olaraq türmədə yatmış məşhurlar 5

Olduqca məşhur repçi Tupac Shakur türmədə ilk albom buraxan ilk musiqiçi olmuşdur – Me Against the World, 1995-ci il. O bu zaman ərzində hətda Keisha Morris-lə evlənməyi belə bacarmışdır. Lakin, azad olduqdan sonra xanımla boşanır. Cəzaçəkmə müəssisəsindən çıxan günün səhəri qeyri-müəyyən vəziyyətdə güllələnir.

Tommy Lee

1998-ci ildə musiqiçi həyat yoldaşı Pamela Anderson-a əl qaldırdığına görə 4 ay müddətində həbs edilir. Davaya baxmayaraq, xanım əri türmədən çıxdıqdan sonra onunla yenidən barışır.

Wesley Snipes

Real olaraq türmədə yatmış məşhurlar 7

“Bleyd” və “Dayanılmaz”-ın ulduzu bir neçə il öncə türmədən çıxmışdır. Aktyor vergiləri ödəmədiyinə görə üç il müddətində həbs edilmişdir. Snipesin dövlətə borcu 15 milyon dollar təşkil etmiş və maddəsinə uyğun olan maksimal müddətə cəzalandırılmışdır.

50 Cent

Real olaraq türmədə yatmış məşhurlar 8

1994-cü ildə gələcəyin reperi narkotik saxlanması və istifadəsinə görə üç il müddətinə həbs edilsə də, altı ay buna dözməli olub. “Ailə biznesini” Curtis James Jackson (müğənninin əsl adı) anası Sabrinadan üzərinə keçirmişdir. Xanım onu 15 yaşında doğub və 23 yaşında dünyasını dəyişib.

Daniel Trejo

Real olaraq türmədə yatmış məşhurlar 9

Trejo siyahımızda ən çox təcrübəyə malik məşhurdur. O üst-üstə oğurluq və narkotik vasitələrə görə 11 il cəza almışdır. Öz “kriminal koryerası”-nı yekunlaşdırdıqdan sonra bokssçu olmağı planlaşdırsa da, başqa tərəfə yol alıb. 1985-ci ildə narkotik vaistələr sayəsində dostlaşdığı dostlarından biri onu “Qaçaq qatar” adlı kinoya çəkilməyə dəvət edir. Sən demə, filmin senari müəllifi Edward Bunkerdir. Boks döyüşlərindən Trejonu yaxşı tanıyır və döyüşlərinə baxır. Beləliklə gələcək aktyor Eric Roberts-in boks üzrə şəxsi məşqçisi təyin edilir. Eric Roberts sözü gedən filimdə baş rolun qəhrəmanını canlandırır.

Qızlardan ayrılandan sonra oğlanlara keçid alan məşhurlarŞəxsi brendlərini təsis edən və bu işdə uğur qazanan məşhurlar

Fikirlərinizi bildirin.