Real çəkinizi örgənmək üçün günün hansı saatında çəki üzərinə çıxmaq lazımdır?

167
Real çəkinizi örgənmək üçün günün hansı saatında çəki üzərinə çıxmaq lazımdır

Real çəkinizi örgənmək üçün günün hansı saatında çəki üzərinə çıxmaq lazımdır? Təxmini 30% çəki cihazları dəqiq məlumat əks etdirmir. Bundan sonra onlara necə inanasan?

Dünənkindən daha ağırsınız? Narahatlığa əsas yoxdur. Bəlkədə siz günün düzgün saatında və düzgün yerdə çəkinizi ölçmürsünüz. Elə isə, məqaləmizi diqqətlə oxuyun.

Günün hansı vaxtında çəkinizə diqqət yetirməlisiniz: axşamlar, yoxsa səhərlər?

Fitnes məşqçilərin sözlərinə görə, dəqiq çəki müəyyənləşdirmək üçün uyğun zaman sahər saatlarında, yuxudan qalxdıınız vaxtdır. Bu zaman daxili orqanlar nisbətən boş olur. Lakin, bu halda da, xüsusi nüyanslar mövcutdur.

Çəkiyə çıxmamışdan öncə bütün fiziki təlabatlarınızı ödəməlisiniz. Yəni, tualetə getməlisiniz. Dəqiq çəkini bilmək üçün üst geyim soyunulmalı, alt geyim saxlanılmalıdır. Bu qaydalar əlavə aksesuarlar, qol saatları və əldə tutduqunuz telefon üçün də keçərlidir. Çəki cihazı möhkəm və düz səthə qoyulmalıdır.

Çəkinin dəqiqliyini necə yoxlamaq olar?

İlk öncə, onu qeyd edək ki, 100-200 qr qeyri dəqiqlik normal hədd hesab edilir. Lakin, dəqiq göstərici üçün özünüzü bir neçə dəfə çəkin. Sonra isə, maksimal göstəricidən minimal göstərici nəticəsini çıxın. Əgər, aldığınız fərq 200 qr-dan azdırsa, deməli alətdə heç bir problem və kənarlaşma yoxdur. Buna baxmayaraq, siz hələ də işlətdiyiniz cihazla bağlı şübhəlisinizsə, fitnes məşqçilərin fikrincə digər yoxlama variantlarından da istifadə edə bilərsiniz. Öncədən ağırlığını dəqiq bildiyiniz əşyanın çəkinin üzərinə qoyun. Misal olaraq, bu 5 litirlik su qabı ola bilər.  Bu halda necə deyərlər, qrama-qram nəticəni əldə etmiş olacaqsınız.

Bədən çəkinizi dəqiq bilmək üçün aşağıdakı bəzi məsləhətlərə əməl edin:
  • Gün ərzində insanın bədən çəkisi dəyişir. Bu səbəbdən də, çalışın günün eyni saatında özünüzü çəkəsiniz;
  • Ən yaxşı hal bir neçə həfdə ərzində çəkinizə diqqət yetirib, sonda yekun nəticəyə gəlməkdir;
  • Qeyri-dəqiq məlumatlar almamaq üçün bir alətdən istifadə edin;
  • Maksimal olaraq dəqiq nəticə əldə etmək üçün hər zaman aləti eyni səthə və eyni yerə qoymaqla istifadə edin;
  • Üzərinə çıxmamışdan öncə alətin yetərli qədər enerjiyə sahib olduğundan əmin olun. Əks halda, nəticələr düzgün olmaya bilər;
  • Nəticələri izləmək üçün hər gün göstəriciləri qeyd edin və ya bunun üçün xüsusi mobil proqlamlarından istifadə edin.
Nə zaman özünüzü çəkmək məsləhət görülmür?

Məşqlərdən sonra çəki aləti üzərinə çıxmayın. Məsələ ondadır ki, istənilən fiziki məşqlər orqanizmin su balansında kənarlaşmalar yaradır. Yəni, bədəndə suyun miqdarı azaldığından, real çəkini görmək mümkün deyil. Gün ərzində siz maye qəbul etdikcə, ağırlığınız nisbətən artmış olacaqdır.

Əgər siz adəti üzrə həfdənin birinci günləri çəkinizi ölçürsünüzsə, o zaman bir gün öncə, yəni bazar günü aktiv fiziki məşqlər etməyin. Orqanizim xeyli miqdarda maye itiridiyindən, o qısa zaman ərzində bərpa ola bilməyəcək. Özünüzü aldatmamaq üçün ümumiyyətlə bir-iki gün öncədən məşq planlamayın.

Mütəxəsislərin fikrincə, mütləq qaydada nəzər alınmalı nüyanslardan biri də, qida rasionunuzdur. Əgər siz karbohidratların istifadəsini azaltsanız, göstəricilər aşağı olacaqdır. Məsələ ondadır ki, karbohidratsız qidalar bədənin maye balansını pozur və bu cür pəhrizlərin ilk günündən siz artıq bir neçə kiloqram itirmiş olacaqsaınız. Bu o deməkdir ki, 1 kq karbohidrat orqanizimdə 4 qr su saxlamağa imkan yaradır. Biz rasiondan bu cür yeməkləri çıxartmaqla əslində artıq çəkimizi deyil, yığılan mayedən azad oluruq.

Çəkini hansı müddətdən bir ölçmək lazımdır?

Ümumiyyətlə bu gün dünənkindən daha ağır olduğunu düşünmə artıq klassik yanaşma hesab edilir. Önəmli tərəf ümumi çəki göstəricisi deyil, əksinə bədəndə yağ səviyyəsi ilə əzələ kütləsinin göstəriciləridir. Eyni çəkidə olan iki insan həm sağlamlıq baxımından, həm də estetik görünüşcə fərqli nəticələrə sahib ola bilər.

Arıqlamaq üçün ən təhlükəli həblərAz yeyib, çox su içirsiniz – amma arıqlamırsınız?

Fikirlərinizi bildirin.