Qorxular -Rövşən Abdullaoğlu

Qorxular -Rövşən Abdullaoğlu. Qorxu hissi narahatedici psixoloji duyğuların ən əzabvericisidir. Bu kitab qorxularından bezmiş və nəhayət, onlardan azad olmaq istəyən insanlara ünvanlanıb. Qorxularına yenməyən kəs bir ömür qul həyatı yaşamağa məhkumdur. Belə insan bütün həyatını əlil kimi yaşayacaq, inkişaf etməsi qeyri-mümkün olacaq.

Qorxularından agah olan və bu barədə lazımı məlumatlarla silahlanmış insan qorxularını istiqamətləndirə və nəticədə onlara qalib gələ bilər. Bu kitabı mütaliə etməklə qorxu və narahatlıqlardan qurtulmaq üçün ilk mühüm addımı atmış olacaqsınız.

Bu, qorxu psixologiyası mövzusunda olan ilk kitabımdır. İnsanın ictimai və fərdi inkişafı bu hisslə əlaqəli olduğu üçün bu barədə mütləq bədii kitablar da yazmağı düşünürəm. Sizə təqdim etdiyimi bu kitabda qorxular haqqında mühüm ümumi yanaşmalara, onların növlərinə, işləmə mexanizminə, yaranma səbəbinə və hər bir qorxu növünün müalicəsinə qısaca toxunmuşam.

Bir çox hallarda arzuladığı həyatı yaşamadığını görür, ancaq bunun kökündə nəyin dayandığını anlamır. Bəzi durumlarda səbəb məhz insanın daxilindəki qorxular olur. Bu kitab sizə qorxularınızdan qaynaqlanan pozuntuları izah edəcək və onları tədricən müalicə etmənizə dəstək olacaq. İnsan öz qorxuları barədə oxuyub düşündükcə bu qorxular onun üçün gizli bir müəmmadan aydınlığa çıxır. Beləliklə, qismən də olsa yüngülləşir, çünki problemi bilmək də insana rahatlıq verir. Səbəbi tapmaq onu aradan qaldırmaq yolunda ilk addımdır.

Dostları necə qazanmalı və insanlara təsir etməli – Deyl Karnegi

Əvvəlki məqaləUğura inan, öz biznesinə başla – Elşən Bədirxanov
Növbəti məqaləVegan-idmançılar formada qalmaq üçün necə qidalanırlar?

Fikirlərinizi bildirin.