Qızların minet etmək istəməməklərinin 6 səbəbi

4248
Qızların minet etmək istəməməklərinin 6 səbəbi

Qızların minet etmək istəməməklərinin 6 səbəbi. Yaxşı sex – münasibətlərin önəmli nüyanslarındandır. Lakin, hər bir insanda “yaxşı”-nın səviyyəsi müəyyən yerə qədərdir. Bəziləri üçün bu mütamadilik, bəziləri üçün hislərin olması, bəzilərinə isə ümumiyyətlə fərqliliklərlə zəngin olmasıdır. Bəzi insanlar üçün isə tam xöşbəxtliyə sahib olmaq üçün oral sex olduqca önəmlidir. Bəs niyə qızlar bundan çox vaxt yayınır və imtina edirlər?

Əgər portnyor qəti şəkildə minet etməkdən imtina edirsə, hadisələri dəyişməyin bir neçə yolu mövcutdur. Ən rahatı əlbətdə ki, hər şeyi olduğu kimi saxlamaqdır. Üzərinə çox getməmək və səbəblərini araşdırmamaqdır. Əgər digər bütün məsələlər sizi qane edirsə, oral sex yaşamamaq dözüləsi bir məsələdir. Lakin, nəzərə alın ki, istənilən həllini tapmayan məsələ geci ya tezi özünü xatırlatmış olar. Boş yerdən narazılıqlar və inciməklər yarana bilər. Buna görə də, ən yaxşısı səbəbləri araşdırmaq və narahatlıqları aradan qaldırmaqdır. Onun imtina etməsinin səbəbi nə ola bilər?

Yetərli inamın olmaması

Əgər sizin münasibətləriniz yeni başlayıbsa və ya dünən tanış olmusunuzsa, çox gümanki o yataqda bu kimi şeylərə hələ hazır deyil. Bir çox qızlar yataqda eksperimentlərə yalnız daimi və stabil münasibətlər zamanı razılıq verirlər. Zamanla qarşılıqlı inam yarandıqdan sonra o böyük məmuniyyətlə sizin fantaziyalarınızı gerçəkləşdirər və öz istəklərini irəli sürər.

Ciddi tərbiyə

Qızlara uşaq yaşlarında sex çirkin, ayıb, əxlaqsız olduğu kimi tanıdılanda o çətinki böyüyəndə ehtiraslı pişiyə çevrilə bilsin. Çox gümanki, onun təfəkküründə intim yaxınlıq yalnız nəsil artırma ilə assosiasiya olunur. Ən yaxşı halda işıqları söndürməklə misioner pozasını sınaqdan keçirmiş olarsınız. Əgər belə bir xanımla rastlaşmısınızsa, çox da kədərlənməyin. Onun narazılıqları anlaşılandır. Özünüzə inam yaratmağa çalışın və səbirli olub qarşı tərəfə vaxt verin. Onu tələsdirməyin.

Balansın pozulması

Əgər siz portnyorunuzu özünüz təmin edə bilmirsinizsə, buna baxmayaraq daim ondan oral sığallar istəyirsinizsə, bu onu bir gün bezdirə bilər. Artıq kişinin bütün istəklərini yerinə yetirmək qadın üçün əsas hədəf olmaq zamanı çoxdan keçmişdir. Bu gün onlar da sexdən maksimal həzz almaq istəyindədirlər. Buna görə də, birlikdə olduğunuz qadının istəklərini örgənməyə çalışın, onun fantaziyalarına yetərli diqqət ayırın. Birlikdə eyni səviyyədə intim yaxınlıqdan həzz almağa başlayarkən bu narahatlıq sizin üçün müzakirə mövzusu olmayacaqdır.

Psixoloji blok

Bəzən penisə gözucu baxmaq belə qızlarda neqativ fikirlər yarada bilər. Düşünməyin ki, məsələ məhs sizin cinsi orqanınızla bağlıdır. Daxili komplekslər, qayda-qanunlar, psixoloji travmalar və ya ümumiyyətlə uğursuz təcrübələr onlarda bu cür reaksiyalara səbəb ola bilər. Bu halda onlarin fikrincə minet qəbul olunmaz yaxınlıq anlamına gəlir. Bu cür “qurdlu” fikirləri beynindən silmək üçün öz daxillərinə nəzər yetirməlidirlər. Bəlkədə psixoloqa da müraciət etmək ehtiyacı duya bilərlər. Bu halda sizin təsir gücünüz yetərsiz ola bilər. Buna görə də, bacardıqca klassik proqramlara uyğun hərəkət etməyə çalışın.

Gigiena – natəmizlik

Hətda təmizlik fanatlarının belə xoş olmayan qoxularla bağlı problemləri ola bilər. Bu tam normal bir haldır. Yəqinki gündəlik həyat ritmində siz daim hərəkətdə olur, tərləyirsiniz, tualeti bir neçə dəfə ziyarət edirsiniz. Bu halda yuyunmağa zamanınız olmur. Bəzən isə yorğunluq həvəssizlik yaradır. Acaq qarşı tərəfə diskomfort yaratmaq lazım deyil. Sadəcə sexdən öncə duşa girməyi unutmayın. Bu halda onun sizə “yox” deməyə bəhanəsi olmayacaq.

Təzyiq

İstənilən təzyiq yalnız ziyana işləyir. Əgər siz onu səbəblərini belə araşdırmadan buna məcbur edirsinizsə, o zaman məmnunluq yaşamağı unutmağınız gərəklidir. Minet üstündə münasibətlərin korlanması və narazılıqların yaraması ən mənasız davranış forması hesab edilir.

Sex zamanı güzgülərdən necə istifadə etməli?Böyük kişi cinsi orqanın 6 mənfi cəhəti

Əvvəlki məqaləEreksiya haqqında 10 maraqlı fakt
Növbəti məqaləQaçış üçün 10 səbəb

Fikirlərinizi bildirin.