Qızla ünsiyyət dostla ünsiyyətdən nə ilə fərqlənir?

694
Qızla ünsiyyət dostla ünsiyyətdən nə ilə fərqlənir

Qızla ünsiyyət dostla ünsiyyətdən nə ilə fərqlənir? İstədiyin qızın üstəlik sənin dostun olması hissi olduqca ürəkaçan hisdir. Bu bir xöşbəxtlikdir. Lakin, istənilən halda sevdiyiniz qızla digər oğlan dostlarınızla davrandığınız kimi davranmağa dəyməz.

Zəmanə dəyişir, cinslər arası sərhədlər pozulmağa başlayır. Qızlar idman ayaqqablarına və cins şalvarlara üstünlük verir, oğlanlar isə artıq kafelərdə smuzi sifariş verməyə başlayıblar. Buna baxmayaraq, bəzi şeylər dəyişməz olaraq qalır. Misal olaraq, oğlan dostlarla qız dostu arasında ünsiyyət qaydaları kimi. Yaddaşınızı təzələyin, bizim xatırlatmalarla düşüncələrinizi möhkəmlədin.

“Mən səni sevirəm” demək

Qızla – olar. Əlbətdə, istənilən vaxt və istənilən bəhanə ilə demək olar. Bu ifadə “Mənə bu geyim yaraşır?”, “Məni gəzməyə hara aparacaqsan?”, “Dediklərimlə bağlı nə düşünürsən?” kimi qəliz məsələlərdə tam yerinə düşə bilər.

Oğlanla – olmaz. Başınıza silah dirəsələr də, bunu etməyin. Əvəzinə sinəsinə yumruqla yüngül zərbə vuraraq: “Möhkəm ol” deyə bilərsiniz.

Sağa-sola getmək təcrübələrini və bu zaman yaşadığın maraqlı hadisələri danışmaq

Qızla – cəht etməyin. O gülümsəyəcək, hətda gərəkli yerlərdə təəcüblənmiş kimi gözlərini daha da böyük açacaq. Lakin, 99% günlərin birində bu kimi söhbətlər sizə baha başa gələcək. O zaman sizin gözlərinizi böyütmək vaxtınız olacaq. Danışdığınız hər bir cümlə bütün qadınlığa qarşı günah kimi yozulacaq, daim telefonunuz və sosial şəbəkələrdəki hesablarınız yoxlanılacaq.

Oğlanla – mümkündür. Düzdü, bəzi fərqli yanaşmada olan və bütün danışılanlardan heç də məmnun görünməyən oğlanlar da möcvutdur. Ancaq, dərindən fikirləşdikdə bu onların problemləridir. Hekayələriniz heç bir yazılmış və yazılmamış qaydaları pozmur. Yalnız bir qadağa var – həyat yoldaşı ilə yaşanan intim anları danışmaq olmaz.

Eyni şüşədən içərkən şüşənin ağzını silmək

Qızla – məsləhət deyil. Siz bir çox anlarda daha intim mayelərlə (ağız suyu) mücadilə aparmalı olursunuz. Bütün mikroblarla artıq çoxdan tanışsınız. Nəticədə sizin nümayişcəsinə gigiyenik qaydalara riayət etmək cəhdiniz narazılıq oyada bilər. Ona olar, amma sizə əsla.

Oğlanla – lazımdır. Oğlan dostları ilə qan mübadiləsi mükündür, ancaq ağız suyu və tüpürcək mübadiləsinə ehtiyac yoxdur.

Yeni saç düzümünüzün və ya köynəyinizin sizə yaraşıb-yaraşmadığını soruşmaq

Qızla – əgər çatdıra bilsəz olar. Qızlar adətən xarici görünüşdə baş verən xırda dəyişikliklərlə bağlı fikir bildirməkdən heç çəkinmirlər. Operativ şəkildə tənqidi nəzərlərini üzərinizə kilidləyirlər.

Oğlanla – gərəkli deyil. Əlbətdə, o sizə saçı qısa kəsdirdiyiniz zaman “kirpiyə oxşuyursan” deyə bilər, ancaq məcburi onun fikirlərini almağa çalışmaq yersiz görünür. Bəlkə üstəlik “qalstukumun rəngini gözlərimin rəngi ilə düzgün tutuzdurmuşam?” deyə də soruşasınız?

Zarafatcasına çiyini yumruqlamaq və ya güləş nümayiş etdirmək

Qızla – olmaz. Digər tərəfdən olar. Ancaq ayda 5 dəqiqəlik. O da əgər onun keyfi yerindədirsə, rəfiqələrinin statuslarına görə heyfislənməyibsə və həmin o baş ağrıyan günlərdən deyilsə. Lakin, mütlək qaydada ilk addım qarşı tərəfdən olmalıdır. Siz isə öz növbənizdə zarafata salaraq qalibiyyəti ona verməlisiniz. Əks halda zorakılıq halı kimi qəbul olunar və məsuliyyətə cəlb oluna bilərsiniz.

Oğlanla – mümkündür. Ancaq, bundan öncə onun da sizinlə bu kimi zarafatlar etdiyinə əmin olun. Əgər yaddaşınızda eşələnərək heç bir kürəkdən vurma və ya əl-qol zarafatlarını xatırlaya bilmirsinizsə, deməli bu tərz onun üçün deyil. Zarafatınıza yolaverici münasibət göstərsə də, daxilində narazı qalacaq.

Əllə görüşmək və ya əl çırpmaq (beş vermək)

Qızla – ehtiyac yoxdur. Uşaqlıqdan idman kimi döyüş növlərinə yazılmış qız belə sizin onunla oqlan kimi davranmanızdan xoşlanmaz. Görüş zamanı gülümsəmə, ən uzağı isə yüngül öpüş kifayət edər.

Oğlanla – mümkündür, bəzən isə lazımdır. Əgər şüuraltı olaraq da, dostluğunuzun qəbul olunmasını və eyni komandaya sahib olmanızı bilmək istəyiriksə bəzən fiziki əlaqələr qurulmalıdır. Bu yolla şəxsi sərhədləri müəyyən qədər dağıtmış olarsınız.

Qızla ünsiyyət dostla ünsiyyətdən nə ilə fərqlənir 3

Tərifləyib komplimentlər demək

Qızla – lazımdır. İstənilən qız özü haqqında, gözəlliyi, ağlı, rəfdarı, əvəzolunmazlığı ilə bağlı xoş sözlər eşitmək istəyir. Əks halda onlar darıxar və üzülürlər.

Oğlanla – lazım deyil. Siz dostsunuzsa, deməli aşağı-yuxarı eynisiniz. Sizin təriflərinizi o ya yuxardan aşağı baxmaq kimi, ya da iynələmək kimi qəbul edə bilər. Hər iki hal eyni səviyyəli insanlar üçün qəbulolunmazdır. Ən yaxşı tərif yalnız “zor payını verdin”, “qəşəng ilişdirdin”, “yerində tutuzdurdun” kimi sözlər ola bilər.

Borc vermək

Qızla – ən yaxşısı etməyin. Hər şey normaldır. Hər ikiniz böyük insanlarsınız və aldığı pulu vaxtında qaytaracaq. Lakin, siz onları geri götürdükdə heçdə yaxşı vəziyyətdə görünməyəcəksiniz. Qadınlar artıq əsrlər boyu bu cür rəfdara örgəniblər. Bu halda heç bir feminist fikirlərdən söhbət gedə bilməz. Digər tərəfdən isə üzükdə və ya toya hazırlıqda qənayət etmiş olarsınız. Yəni, ya pulu geri qayıdacağına ümüd etmədən verin, ya da imkansızlığı hiss etdirin və onu qabaqlamağa çalışın.

Oğlanla – lazımdır. Dosta pul verdiyimiz zaman dostu da, pulu da birdəfəlik itirə bilərsiniz – deyimi olduqca realistik görünür. Lakin, heçdə həmişə belə olmur. Çətin anda başqa kim köməyə gələ bilər? Əgər bu kimi çətin anlar normadan artıq baş verirsə və pulun geri qaytarılmasında gecikmələr olursa, deməli yuxarıda deyilən deyim tam olaraq sizin barənizdədir.

Ümumi dostlar haqqında dedi-qodu etmək

Qızla – lazımdır. Digərlərinin hərəkətlərini müzakirə etmək bəlkədə sizə ideal münasibətlərin qurulmasına yardımçı ola bilər. Qıza həmişə dostlarının həyatı maraqlı gəldiyinən müzakirəyə həvəsli görünür.

Oğlanla – ehtiyyatlı olun. Ümumi dostları müzakirə edib, bəyənmədiklərimiz xüsusiyyətlərini vurğulayırıqsa, o zaman həm haqqında danışılanın, həm də danışdığımız insanın güvənini itirmək təhlükəsi ilə rastlaşarıq.

Əşyaları qırıb, pulunu ödəməmək

Qızla – olar. Ən azından səhəri gün qırdığınız qabın eynisindən almağa ehtiyac yoxdur. Birincisi, çox gümankı eynisini tapa bilməyəcəksiniz, yəqinki üzərindən gedən xətlər fərqli olacaq. İkincisi isə, ürəkdən üzür istəməyiniz yetərli olar. Birdəki, əgər siz əşyanı qırıldığı yerdən yapışdırmağa cəht göstərsəniz bu onun üçün xüsusi diqqət mənasını vermiş olar.

Oğlanla – olmaz. Onun maşınını zədələmisinizsə, düzəltdirməlisiniz. Onun piyvəsini və ya viskisini içmisinizsə, mütləq yenisini alıb yerinə qoymalısınız. Ümumiyyətlə sındırdığınız və ya zədələdiyiniz əşyanı tapıb ala bilmirsinizsə, mütləq pulunu verməlisiniz. Qaydalara bir mənalı riayət etmək hər iki tərəfin dostluq münasibətlərinə zərər vurmayacağı mənasına gəlir.

Dostları necə qazanmalı və insanlara təsir etməli- Deyl KarnegiYaxın dostla SEX – 5 səbəb, 5 film

Fikirlərinizi bildirin.