Qış aylarında kişi üz dərisini qorumaq-10 sualın cavabı. Artıq dəfələrlə bildirmişikki, ciddi şəkildə özünə, üz dərisisinə  qulluq heçdə metrosexsualların uydurduqları yalanlar deyil. Əksinə, hər bir özünə hörmət edən, müasir dövrlə ayaqlaşmaq istəyən kişi bunu ciddiyə almalıdır. Soyuq havalarda üzə qulluq üçün işin mütəxəsislərinə müraciət etmək ən yaxşı seçim hesab edilir. Bunun üçün sadəcə internetdə axtarış verərkən bir çox kosmetoloqların qəbuluna yazıla və ya məsləhətlər əldə edə bilərsiniz. Lakin, bu araşdırma üçün vaxt məhdudiyyəti hiss edirsinizsə və ya həvəzsizsinizsə biz sizə öz araşdırmalarımızı təqdim edirik.

Beləliklə soyuq havalar zamanı kosmetoloqlara yönəldilən, ən çox marağa səbəb olan sualları və onların cavablarını oxuya bilərsiniz.

— Mənfi dərəcəli hava şəraitində üz necə təraş edilməlidir? Ya ümumiyyətlə təraşdan vaz keçmək gərəklidir?

— Daimi təraş səbəbindən çox vaxt kişilərin üzləri həddindən artıq həssas olur. Bunun səbəbi üzdə olan çox saylı kapilyarlar və xırda damarlarla bağlıdır. Bu bir tərəfdən kişi üz dərisinin qidalanma prosesinin daha aktiv getməsi anlamına gəlir. Digər tərəfdən isə, reaktiv vəziyyətə gələrək, daha hissiyyatlı olur. Bığın və saqqalın qırxılması zamanı kəsik ehtimalı olduqca böyükdür. Nəticədə tüklərlə birlikdə epidermisin üst səviyyəsidə zədələnir. Nəticədə üzün qoruyucu qatı kəsilir. Bu halda qeyri-hamar piqmentasiya baş verə bilər. Kiçik soyuqdəymə halları yaşana bilər. Bunun qarşısını almaq üçün:

  • Üzqırxmadan sonra 30 dəqiqə ərzində aşağı dərəcəli (mənfi dərəcəli) havaya çıxmayın.
  • Ən yaxşısı ümumiyyətlə axşamlar üzünüzü qırxın. Axşam saatlarında üz dərisinin kəsintisi olsa belə səhərə qədər yara nisbətən sağalmış olacaqdır.

Qış aylarında kişi üz dərisini qorumaq-10 sualın cavabı

— Düzdürmüki, üz qırxmaq üçün lasion əvəzində adikalondan istifadə etmək olar?

— Soyuq havalarda spirt tərkibli lasionlardan istifadə etməmək gərəklidir. Onlar əlavə olaraq dərini həssaslaşdırır. Toxumalar arasında zədələnmələri dərinləşdirir, qoruyucu lipid qatını aradan qaldırır. Eyni zamanda, lasionu ətirlə əvəz etsəniz tərkibindəki efir yağları alergiyalara səbəb ola bilər. Bu səbəbdən də, hər zaman təraşdan öncə və sonra nəzərdə tutulmuş vasitələrdən istifadə edin. İstifadə etdiyiniz vasitələrin tərkibində allantoin, B5 (D-pantenol), C vitamini olarsa daha yaxşı olar. Adı çəkilən maddələr üz dərisini sakitləşdirər, qoruyar və dərinin bərpasını sürətləndirər. Ümumiyyətlə qış aylarında üzün ülgüclə deyil, xüsusi üzqırxan maşınlarla təraşı daha məsləhətli olar. Eyni zamanda, ətirdən istifadə edərkən, çalışın ətiri sinənizə vurun, üz və boyun dərisi ilə təmas baş verməsin.

— Soyuq havalarda dodaqlar çatlayırsa nədən istifadə etmək daha yaxşı olar? Yağlar yoxsa kremlər?

— Ən rahat və uyğun variant gigiyenik dekspantenollu pomadalar hesab edilir. Onlar bir qayda olaraq qoxusuz, tamsız və parıltısız olurlar. Gecə vaxtı isə yaxşı olardı ki, bərpaedici balzamlar çəkəsiniz. Balzam çatları daha tez yumşaldır və aradan qaldırır. Dermatoloji təsdiqlənmiş vasitələrdən istifadə etməyə çalışın. Hər zaman tərkibə xüsusi diqqət yetirin. Qliserin, yağ və seramid solğunluğu aradan qaldırır. Təbii bitki yağları isə (zeytun, kakos, makadamiya) qoruyucu və antioksidant təsirə malikdir. Aloe ekstraktı nəmləndirməni sürətləndirir. Lakin, təmiz şəkildə olan yağlar dərini rahatlaşdırmır, əksinə dəri üzərində nazik səth yaratmış olur. Nəticədə dəridəki maye çəkilir.

— Qışda dərinin normal olması üçün qida rasionunu dəyişmək lazımdırmi?

— Vitamin çatışmamazlığı, tam təmin edilməyən yağ turşuları dərinin keyfiyyətini pisləşdirə bilər. Qidanıza diqqət yetirin, kifayət qədər yağ istifadə etməyə çalışın, gündəlik ləpələrdən, balqabaq tumlarından, yağlı balıqla hazırlanmış yeməklərdən, bitki yağlarından, göyərtidən, bolqar bibərindən istifafə edin. Soyuq havalarda düzgün qidalanma rejimindən yararlanın. Acı yeməklərdən, süni becərilmiş ərzaqlardan, siqaretdən və spirtli içki qəbulundan bacardıqca uzaq durun. Bunlar dərinin quruluğunu artırır. Eyni zamanda, yetərli maye qəbulunu unutmayın. Yalnız maye qəbulu dərinin nəmlilik normasını uyğun vəziyyətdə saxlamağa imkan verər.

— Spirtli içki demişkən-qəbuldan sonra dəri necə dəişir? Növbəti gün üzə necə qulluq etmək lazımdır?

— Yəqinki bilirsiniz: spirtli içki nəyinki bir dopinqdir, o həmdə bütün daxili orqanlara təsir edən çox ciddi toksindir. Ən başlıca o priferik damar genişlənməsi yarada bilir. Kişilərin üzrlərində qan dövranı olduqca hissiyyatlıdır. Damarların genişlənməsi kuperoza səbəb ola bilir. Suyun bir hissəsi damarlarda qaldığından üz dərisi quruyur. Eyni zamanda, spirtli içki dərini normadan artıq yağlandırır.

Bəs necə xilas olmaq olar? Yığıncaqlar, tədbirlər zamanı içki içərkən qurtum arası bir stəkan su içməyə çalışın. Duzlu yeməklərdən, turşulardan çəkinin. Evə qayıtdıqda isə, üzünüzə nəmləndirici krem çəkin.

— Deyilənlərə görə, şaxtalı havaya qarşı alergiya mövcutdur. Bununla nə etmək olar?

— Həqiqətən, soyuq havanın üz dərisinə neqativ təsirlərindən başqa alergik təsiridə mövcutdur. Bu hal üz dərisində qistamin ifrazına səbəb olur ki, bu da bir başa alergiyanın səbəbidir. Dermotalogiya sahəsində diaqnozu yoxlamaq üçün xüsusi soyutma testləri aparılır. Belə ki, üzə buz qoyularaq 2,5 dəqiqə saxlanılır və reaksiyası yoxlanılır. Alergik reaksiya zamanı biz ləkəli qızartılar və dərinin rənginin dəyişməsinin şahidi oluruq. Əldətdə, nəticənin səbəbləri daha dərindən araşdırılmalıdır. Adətən mədə, qarın, bağırsaq narahatçılığı, mikroelement çatışmamazlığı nəticəsində yaranır. Müalicə zamanı mütləq şəkildə antiqistam dərman preparatlarından istifadə edilir.

Qış aylarında kişi üz dərisini qorumaq-10 sualın cavabı

— Əgər məndə başqa bir alergiya varsa, soyuq havalarda problem dərinləşə bilərmi?

— Soyuq digər alergik reaksiyaları aktivləşdirə bilməz. Lakin, dərinin quruluq halarını yarada bilər ki, bu halda yenədə dermatoloqa müraciət etmək lazımdır. Qış aylarında önəmli məsələ üz dərisini hava kontrastına məruz qoymamaqdır. Bu səbəbdən kişi kosmetikasına bu aylarda çox önəm verməyin.

— Profesional kosmetik vasitələr əvəzinə ev şəraitində nələrdən istifadə etmək olar? Məsələn: təraş üçün krem əvəzinə sabundan və s.

— Olar əlbətdəki. Ancaq özünə əziyyət verməyin nə mənası. Sabunu isə ümumiyyətlə unudun. Sabun üzün həssaslığını artırır.

Qış aylarında dəri dərin təmizlik tələb edir. Yaranan vitaminsizlik isə daxilə qəbul edilən həblərlə mümkündür. Qış aylarında ən çox multiaktiv kremlərdən (A, C, E vitaminləri, pentanol, yağ, bitki ekstraktlı əlavələri ilə zəngin) istifadə edilir.

— Bəs gərəkli olarsa qadın kosmetikasından nələrə müraciət etmək olar?

— Qadın və kişi dərisi tamami ilə fərqlidir. Əgər ehtiyac olarsa yalnız göz ətrafı kremlərdən istifadə etmək mümkündür. Lakin, üzünüz çox qurudursa və hətda qabıq verirsə uşaqlar üçün nəzərdə tutulmuş kremlərdən istifadə edə bilərsiniz.

— Hər hansı xüsusi qulluqdan ümumiyyətlə imtina edib hansısa vitaminləri içmək mümkündürmü? Bu işə yarıyırmı?

— Təssüfki, birini digəri ilə əvəz edə bilmərsiniz. Dəri bütün orqanizmin aynasıdır. Ancaq sizə soyuq zərbələrdən qorunmaq üçün 4 məsləhət verə bilərik:

  • Çox dincəlin. 7-8 saat yuxu vacibdir. Bu müddət ərzində dəri özü stress vəziyyətləri ilə mübarizə aparır.
  • Məntiqli, sağlam qida rejiminə riayət edin.
  • Üzünüzə çəkdiyiniz vasitələri bayıra çıxmamışdan ən azı 30 dəqiqə əvvəl çəkin.
  • Kosmetoloqların məsləhətlərinə diqqət yetirin. Üz dəriniz fəsillərdən aslı olmayaraq təravətli görünməlidir.

Kişi üz dərisinə qulluq barədəKişi gəncliyinin bitdiyi yaş

Fikirlərinizi bildirin.