Qidalarımızdan meyvələri kənarlaşdırsaq nələr baş verə bilər? Onların bəziləri şirniyyat disertlərindən az şəkərə sahib deyillər.

İnsan orqanizmi meyvələrdə və tərəvəzlərdə rast gəlinən xeyli sayda vitamin qruplarına ehtiyac duymaqdadır. Lakin, bir çox pəhrizlər qlikozanın istifadəsini qadağan etməkdədir. Lakin, bitkilərin bir çoxunda xeyli miqdarda qlikozaya rast gəlinir. Bəs gündəlik qidalanma rasionuzmuzdan bu məhsulları tamami ilə xaric etsək nələr baş verə bilər? Bədən bu çatışmamazlığa necə reaksiya göstərər?

Orqanizim meyvələrdən nə qədər aslı vəziyyətdədir?

Məlumdur ki, qədim zamanlarda dənizçilərin hamsı sinq çatışmamazlığından əziyyət çəkirdilər. Xəstəliyin ilk əlamətləri diş qanaması, dəri quruluğu, dişlərin tökülməsi kimi öz əksini tapmaqdadır. Bu eyni zamanda dənizçilərin orqanizimlərində C vitamininin çatışmamazlığı ilə izah olunur. Bu səbəbdən də, zamanla səyahətlər zamanı həmin insanlar özləri ilə qurudulmuş meyvə və giləmeyvələr götürməyə başladılar. Komandanın hər bir üzvünə gündəlik olaraq kiçik porsiyalar təqdim edilirdi.

Bu gün müasir insanın meyvələrdən o qədər də asıllığı yoxdur. Əgər qida rasionu balanslaşdırılmışdırsa deməli vitamin norması tərəvəzlərdən və müxtəlif dənlərdən əldə edilə bilər.

Vitaminlərdən başqa meyvələrin əsas üstünlüklərindən biri də, tərkiblərində yüksək dərəcəli antioksidantların olmasıdır. Antioksidantlar orqanizmin təbii qoruma təbəqəsi hesab edilir, azad radikallardan qoruyur. Əks halda qan xərçəngi xəstəliyinin yaranma şansı artmış olar.

Eyni zamanda meyvələrin keyfiyyətinə və yetişdirilmə mənbələrinə xüsusi diqqət yetirmək gərəklidir. Aqrar sahənin inkişaf etməsi səbəbindən tərkibindəki vitamin profilləri əvvəlki zamanlardan ciddi şəkildə fərqlənməkdədir. Belə ki, müasir zamanda meyvələrin tərkibindəki vitaminlər azalmağa doğru yönələrək 10 dəfəyə qədər fərq verməkdədir. Bu səbəbdən də, nutrisioloqlar yerli meyvələrdən istifadəni daha məqsədə müvafiq hesab edirlər.

Niyə bəzi həkimlər meyvələrdən imtinanı məsləhət görürlər?

Təəsüf ki, meyvələrin tərkibində yüksək miqdarda azad şəkər mövcutdur. Bu səbəbdən də, bəzi həkimlər meyvələrdən imtina etməyi məsləhət görürlər. Misal olaraq, insulinorezist, metobolik sindirom, şəkər kimi xəstəliklər zamanı bu hal mütləq şəkildə tapşırılır. Eyni zamanda bəzi insanlar təbii meyvələrin qəbulu zamanı həzm problemləri yaşamış olurlar. Zamanla problemlər mədə-bağırsaq traktomasına səbəb ola bilər.

Tam imtina etsək nə baş verə bilər?

Meyvələrdən imtina ciddi problemlər vədd etmir. Belə ki, çatışmayan bütün vitaminləri tərəvəzlərdən və göyərtilərdən əldə etmək mümkündür. Bir çox insanlar şirin tamlı meyvələrdən imtina zamanı həzm prosesində rahatlama hiss etmişlər. Metobolik sindromla üz-üzə qalmış insanlar sözü gedən imtina sayəsində harmonal fonu yaxşılaşdıra və bədən çəkisini aşağı sala bilərlər.

C vitaminini hansı tərəvəzlərdən əldə edə bilərik?

C vitamini ilə zəngin tərəvəzlər arasında liderlər aşağıdakılar hesab edilir:

  • Kələm;
  • Şirin bolqar bibəri;
  • Cəvəfri;
  • Vəzəri;
  • Brusel kələmi;
  • Brokkoli,
  • Rəngli kələm.

Meyvələrin xeyri barədəMən arıqlayıram: tarixin dietoloqları və pəhrizləri

Fikirlərinizi bildirin.