Qeyri-ənənəvi sexsual orientasiyaya sahib döyüşçülər. Amanda Nunes UFC-nin ilk qeyri-ənənəvi sexsual orientasialı çempionu. İdmançı müsahibələrində bu haqda geniş məlumat verərək lezbi olduğunu boynuna almışdır. Amanda hal-hazırda xöşbəxt olduğunu bildirir. Xanımın sözlərinə görə o xəşbəxtliyini Nina Ansaroffla tapmışdır. Qeyd edək ki, bu xanımda UFC-nin döyüşcüsüdür.
Nina Ansaroff – onlar birlikdə məşq edirlər. Döyüşlərdən öncə bir-birlərinə kömək edirlər. Eyni zamanda qızların hər ikisi hər zaman eyni cinsli nigahları dəstəklədiklərini bildirmişlər. Dəfələrlə sexsual azlıqların müdafisə ilə bağlı tədbirlərdə iştirak etmişlər. Ancaq Nina UFC-də iki döyüş keçirib və hər ikisində məğlub olub.
Eyni zamanda UFC döyüşçüləri arasında rəsmi olaraq gay olduğunu boynuna alan və bundan çəkinməyən döyüşçüdə mövcutdur. Bu Kyle Kingsburydir.
Jimi Manuwa ilə döyüşdən öncə o çəkiyə çəyrayı alt paltarında çıxmışdır. Alt paltarının üzərindəki maraqlı yazı ilə diqqətləri çəkmişdir: “Geyləri leqallaşdırın”. Nəticədə bir çox idmançılar tərəfindən neqtiv qarşılanmış və xoş olmayan rəylər almışdır. Hazırlaşdığı həmin oyunda isə məğlub olmuşdur.
Koryerası boyunca rinqdə 11 qələbə qazanmış, 6 məğlubiyyətə imza atmışdır. Onun ən məşhur qələbəsi UFC döyüşlərində Fabio Maldonado üzərində olmuşdur.
Bundan başqa boks aləmində də homosexsual münasibətlər yaşayan məşhur adlara rast gəlinir. Məşhurlardan biri Orlando Cruzdur.
31 yaşlı idmançı boks tarixində ilk açıq homoseksuallığını boynuna almış idmançıdır.
Puertolu boksçu Orlando Cruz 2000-ci ilin Olimpiya oyunlarında boks turnirinin iştirakçısı olmuşdur. Həmin ildə idmançı orta çəkidə WBA dünya çempionu ləqəbi uğrunda döyüşə qədər yüksələ bilmişdir. Lakin, 2013-cü ilin oktyabrında meksikalı döyüşçü Orlando Salido tərəfindən nakaut edilmişdir. 2013-cü ilin avqust ayında Cruz geylərin və lizbilərin rəsmi şərəf zalında qeydiyyata alınmış ilk atlet olmuşdur.
Profesional boksda Cruz 24 qələbə, 4 məğlubiyyət yaşamışdır.
Açıq şəkildə qeyri-ənənəvi sexsual orientasiyası haqqında danışan boksçular arasında qadın boksçularda vardır.
Nicola Adams – 2012-ci ildə Olimpiyada oyunlarının qızıl medalçısı rəsmi açıqlamasında bu cür orientasiyası ilə bağlı məlumat vermişdir. Xanımın dediklərinə görə o bi-sexsualdır.