Qazlı içkilərin beyinə təsiri

116
Qazlı içkilərin beyinə təsiri

Qazlı içkilərin beyinə təsiri. Əlbətdə, qazlı içkilərdən rahatlıqla kökəlmək mümkündür. Lakin, bu onlardan imtina etmək üçün yeganə səbəb deyil.

Reklamlar heçdə hər zaman bizi aldatmırlar – qazlı içkilər susuzluğu yatırır. Bununla belə, beyinin fəaliyyətini də ləngidə bilir. Gün ərzində 1-2 stəkan qazlı içki keçmişininlə bağlı detalları unutdura bilər. Məhsulun bu sahədə olan təhlükəli nüansları nədən ibarətdir?

Alimlər yetkinliklə şirin qazlı içkilərdən aşırı istifadənin demensiya probleminin inkişafına səbəb ola biləcəyi qorxusunu bizlərə açıqlamağa çalışırlar.

Alimlər nələr deyir?

Şirin içkilər heç də hər zaman “şirin” sonluqlar vədd etmir. Amerikalı alimlərin apardıqları araşdırmalar zamanı az miqdarda içilən qazlı suların belə beyinə təsir etdiyi məlum olmuşdur. Bu işdə onlara könüllülər yardımçı olmuşlar. Beləliklə hər biri hər gün iki banka içki işməli olur. Bir müddət sonra ciddi analizlər aparılmış və hər bir insanda beyin qocalığı halı aşkarlanmışdır.

  • Beyinin ölçüləri kiçilir;
  • Qısamüddətli yaddaşın vəziyyəti pisləşir;
  • Hippokampın qısalması – yəni yaddaşa təsir edən hisslər.

Ekspertlərin sözlərinə görə bütün bunlar beyin xəstəlikərinin ehtimalını artırmış olur.

Onların sözlərinə görə: gün ərzində bir stəkan qazlı su artıq beyinin öz işini layiqincə görməyə mane ola bilir. Bir çoxları isə təəsüfki dəfələrlə marketi ziyarət etməkdən yorulmurlar.

Eyni zamanda, digər araşdırmanın nəticəsinə görə yeniyetməlik yaşında normadan artıq şəkərdən istifadə yetkinlik illərində koqnitiv xüsusiyyətlərə təsir etdiyindən yaddaşla bağlı problemlər yarada bilir.

Növbəti araşdırmalara əsasən şəkərli qazlı su yuxu siklini poza bilir. Bəzi tərkiblər isə ümumiyyətlə fikir toplamağa və düşünməyə mane olur. Bu halda diqqət toparlama defisiti yaranır və uşaqlarda hiperaktivlik səviyyəsi yüksəlir.

İçkinin beyinə təsiri

Tərkibdəki hansı maddələrin bir başa təsir etdiyi tam olaraq məlum deyil. Bu səbəbdən də, biz heç bir araşdırmanın nəticəsində maddələr siyahısına rast gələ bilmirik. Bəzi alimlərin fikrincə qanda glikozanın səviyyəsinin gözlənilməz artımı zamanla II növ şəkər xəstəliyi ilə yekunlaşa bilir.

Aktiv insanlar üçün gündəlik qidalanmaSpirtli içki qəbulundan neçə saat sonra sükan arxasında oturmaq olar?

Əvvəlki məqaləAvto lüğət ENG/AZ
Növbəti məqaləAraşdırmalara əsasən qadınlar və kişilər gözəl görünmək üçün necə olmalıdırlar – Ipsos

Fikirlərinizi bildirin.