Qazlayterlər kimlərdir və onları necə tanımaq olar?

451
Qazlayterlər kimlərdir və onları necə tanımaq olar

Qazlayterlər kimlərdir və onları necə tanımaq olar? Güzgünü yan tərəfə çevirirsən və üzünün orda əks olunduğunu görürsən: yarı dəli, yarı mənalı. Stiven Kinq

Gündəlik həyatda hər birimiz xarici aləmdən təsdiqə ehtiyac duyuruq – sözlərimizin, əməllərimizin, görünüşümüzün düzgün və adekvatlığı baxımından. İstər-istəməz öz qavrayışımızı başqalarının bizə olan reaksiyaları, onların qiymətləndirmələri ilə müqayisə edirik.

Qazlayterlər – şəxsi keyfiyyətlərimizi, nailiyyətlərimizi və xarici görkəmimizi dəyərsizləşdirərək bizi qəsdən çaşdıran insanlardırlar.

Mahiyyətcə qazlayter psixoloji zorakılığın bir formasıdır. Bu halda insanın özünü psixi pozğunluqdan əziyyət çəkdiyinə inandırmaq istəyib, ictimaiyyətə “dəli olmuş” kimi, gülməli, qüsurlu, qayğıya ehtiyacı olan insan kimi təqdim etməyə çalışırlar.

Qazlayterlər qarşılarına aşağıdakı məqsədləri qoymuş olurlar:
  • insanı öz adekvatlığına şübhə etməyə məcbur edirlər;
  • şəxsi şıltaqlıqlarını həyata keçirmək üçün onu itaətkar alətə çevirirlər;
  • qurban vasitəsilə yüksəlməyə çalışırlar.

Qazlaytinq bir fenomen olaraq həm iş münasibətlərində, həm də hər hansı bir qapalı mühitdə (ordu, penitensiar sistem) mövcud ola bilərlər. Lakin, bu patoloji qarşılıqlı əlaqə ailə və intim-şəxslərarası formalarda qurban üçün daha ağır nəticələrə səbəb ola bilər. Əsasən 25-45 yaşlı, təhsil səviyyəsi aşağı, iqtisadi cəhətdən asılı, yaşayış yeri üzrə yaxın qohumluq əlaqələri olmayan qadınlar bundan daha çox əziyyət çəkmiş olurlar.

Qazlayterlərin tipik nitq nümunələri aşağıdakılar formalarda ola bilər:
  • “Sən nəyisə qarışdırırsan, bizdə həmişə belə olub”.
  • “Yalan danışma, mən bunu deməmişəm”.
  • Qurbanın öz hisslərini bölüşmək cəhdinə cavab olaraq bildirir: “Hər şeyi öz-özünə icad etdin, həmişə havalrda gəzirsən” və bununla da onun hisslərini dəyərsizləşdirir.
  • “Yaxşı, niyə həmişə belə qəzəblisən?”, “Dəli, mən hər halda hər şeyi başa düşürəm … hər şeyi sənin üçün xırdalamaq lazım gəlir, ağıllı insanlar çoxdan anlayardı” etiketi ilə birbaşa söhbətdən yayınırlar.
  • Qurbanın bütün nailiyyətləri partnyor tərəfindən dəyərsizləşdirilir və uğursuzluqlar kimi qiymətləndirilir.
  • Qazlayter onun fikrini heç vaxt nəzərə almır, eşitməməzliyə vurur: “Həmişəki kimi boş-boş danışırsan”, “Evlə məşğul ol, ciddi işlərə başını soxma”.
  • “Mən səni tanıya bilmirəm … bir qadınla evləndim və indi tamamilə fərqli qadın görürəm qarşımda… bilsəydim, səninlə birlikdə olmağa razılıq verməzdim”.

Niyə qazlayterlər istədiyinə nail ola bilirlər?

Qurbanın özünə inamsızlığından (çox güman ki, həmişə onun içində olub), onun komplekslərindən və qorxularından istifadə edir. “Ayaqlarının altından torpağı” almağa çalışır, qurbanı yalnız öz fikrini və göstərişlərini rəhbər tutmasına təhrik edir, özündən asılı vəziyyətə salır.

Ailədə hər hansı bir problem olarsa, bədbəxt qadın həmişə baş verənlərin günahkarı kimi təqdim edilir. Bu barədə bütün qohum-əqrəbaya, dostlara açıq şəkildə bildirilir. Tədricən, ictimai rəy qazlayterin xeyrinə inkişaf edir, ətrafdakıların “bacarıqsız qadınla birgə yaşamalı olan, uşaqlara görə ona dözən, əsəblərinin korlanmağına baxmayaraq ailəsini dağıtmaq istəməyən” kişiyə yazığı gəlməyə başlayır. Uşaqlara da analarının “anormal”biri olduğu fikiri, onların ana tərbiyyəsinə və qayğısına buraxılmağın təhlükəli olması hissi yeridilir.

İlk görüşdə bir qazlayteri tanımaq o qədər də çətin deyil. Özünü mehriban və diqqətli kimi göstərməyi ustalıqla bacarsa da, əslində şüursuzca “relizer işarələrlə” (K. Lorenz termini) davranır:
  • ehtiyac oldu-olmadı tez-tez tərzindən daha üstün və mükəmməl ifadələrdən istifadə etmək;
  • “bunu qazanmaq lazımdır”, “qadının kişini anlaması çətindir”, “qadınları tərbiyələndirmək lazımdır” kimi ifadələrdən istifadə etmək;
  • onun həmişə “soyuq” gözləri ilə qapalı təbəssüm;
  • tez-tez təkəbbürlü, “donmuş” üz cizgilərinə sahib olmaq;
  • bəzən dözülməsi çətin olan xoşagəlməz, pirsinqli baxışlarla baxmağa çalışmaq;
  • qadının sözlərinə cavab olaraq ironik təbəssüm;
  • “əsəbləşdirməklə” bağlı keçmiş arvadın qeyri-adekvatlığı haqqında “təsirli” hekayələr;
  • qadının təbiəti və gözəlliyinə dair duyğulara biganəlik, onun başqa insanların uşaqlarına və gülməli heyvanlara olan sevgisinə məhəl qoymaması, belə məqamlarda qəfil soyuqluğun yaranması;
  • sizi özünüzdən daha yaxşı tanıya bildiyini söyləyir (bu vəziyyətdə, cavab olaraq, xoşagəlməz bir vəziyyət yaranır – insanın həmsöhbətdən ayrılmaq istəyi).

Qazlayterlərə qarşıdurmağın ən yaxşı yolu cütlük kimi münasibətləri pozmaqdır. Onu “düzəltmək”, “yaxşılaşdırmaq” hətta təcrübəli psixoloqun da öhdəsindən gəlməyəcəyi böyük bir işdir.

Qurbanın yayındığını hiss edən qazlayter daha iddialı olarsa, özünə inamı qorumalı və davranış sərtliyini daha da sərtləşdirərək ona qarşı birmənalı nifrət nümayiş etdirməlisiniz. Onlar bir qayda olaraq, qorxaqdırlar. Açıq-aşkar düşmənçilik, istehza, bir qadının ictimaiyyət qarşısında mübarizə aparmaq istəyini görərək, qarşı tərəfin həyatından çıxmağa çalışırlar.

Fikirlərinizi bildirin.