Qasıq nahiyyəsinin qırxılması – 7 vacib məsləhət. Urology dərgisinin məlumatlarına görə son 8 il ərzində cinsi orqan ətrafının qırxılması zamanı zədələnmə halları ilə bağlı təcili yardıma müraciət edənlərin sayında beş dəfə artım olmuşdur. Bu göstərici ABŞ ərazisi üzrə hesablamaları əks etdirir. Unutmayın, xırda bir kəsik sizə olduqca böyük problemlər yarada bilər.

Aləti yalnız istifadə qaydasına görə işlədin

Əgər siz qasıq ətrafındakı tükləri götürmək istəyindəsinizsə, bunun üçün ayrıca qayçilərdən istifadə edin. Bu o deməkdir ki, siz saçınızda və ya mətbəxdə bağlama ağzı açanda istifadə etdiyiniz qayçi qasıq nahiyyəsində, bədəninizin intim hissələrində istifadə edilməməlidir. ABŞ-ın Veyl Kornell Tibb kollecinin dermotoloqu Entoni Rossinin sözlərinə görə “Qasıq nahiyyəsində xüsusi bakterialar və göbələklər mövcutdur. Onları bədənin müxtəlif yerlərinə yaymaq lazım deyil”. İstifadədən öncə qayçinin kəsəck tərəflərini spirtləyin və əllərinizi, eyni zamanda qasıq nahiyyənizi yaxşı yuyun. Bu halda prosedur zamanı infeskiyalara tutulma ehtimalı nisbətən az olur.

Fundamenti qoyun

Keçən il ABŞ-da aparılan araşdırmaların nəticəsinə görə qadınların yarısı ya tam, yada müəyyən qədər təmizliənmiş qasıq ətrafından xoşlanırlar. Əgər siz tam təmizlik istəyirsinizsə, o zaman tam hazırlıqlı olmalısınız. Bir başa olaraq qırxınmağa keçmək gərəkli deyil. Bu halda siz dərinin qıcıqlanamsına və səpkisinə səbəb ola bilərsiniz. Uzun və düz tüklər ülgücün arasında sıxılıb qala və kəsklərə səbəb ola bilər. “Əgər sizdə tüklər olduqca sıxdırsa, ilk öncə qayçı ilə təmizləyin” – deyə Rossi məsləhət görür. “Unutmayın ki, bu tüklər qalın və tez uzanandır”. Onları olduqca qısa kəsmək lazımdır. Amma tam yox. Təxmini 2 mm. Bu halda onlar həm geyimə sürtülməz, həm də tez uzanmaz.

Qasıq nahiyyəsinin qırxılması – 7 vacib məsləhət 2

İsti duş qəbul edin

Quru tükləri qırxmaq olduca pis ideadır. Ən yaxşısı bunu isti duşdan sonra edin. İsti su dərini yumşaldır, çirki və yağı aparır. Eyni zamanda su təmizlənmiş sahəni sakitləşdirir ülgüc üçün rahatlıq yaradır. Öz adi sabununuzdan istifadə etməməyə çalışın: ən yaxşısı qırxınmaq üçün gellərdən istifadə edin. O prosesi daha da rahatlaşdıra bilər. “Spirt tərkibi olmayan gellər alın. Çalışın tərkibində aloe ekstraktı olsun” – deyə Rossi bildirir. Bu qıcıqlanmanın qarşısını almaq üçün ən yaxşı seçimdir.

Düzgün istiqamətdə təraş et

“İdeal hamarlığa nail olmaq istəyirsinizsə, tüklərin boy atdığı istiqamətə qırxmaq lazımdır, əksinə deyil.”. Öncə tüklərin hansı tərəfə yön aldığına diqqət edin və ülgücü o tərəfdən sürüşdürün. Bu halda ülgüc tükləri dartmaz və proses zamanı narahatlıq yaratmaz.

Yumurtalardan ehtiyyatlı ol

Yumurtalıqlar ətrafındakı dəri cinsi orqanın dərisindən daha çox qırışmış formadadır. Deməli onu kəsmək şansı daha çoxdur. “Bu sahələrdə xeyli sayda bakteriya yaşayır. Kiçik bir kəsik infeksiyalara səbəb ola billər” – deyə ABŞ Atlantik-City İnisitutunun kişi sağlamlığı şöbəsinin müdiri Brayn Steyksner bildirir. Pannikulit, absesslər, furnik qanqrenası –  inanın siz bunu görmək istəmərsiniz. “Qırxmamışdan öncə digər əlinizlə dərini dartın və qırışları açmağa çalışın.” Yaxşı işıqlanmış hamam otağında və rahat güzgünün qabağında prosesə başlayın.

Birbaşa kəsik

Siz superehtiyyatlı olsaz belə kəsə bilərsiniz. Bu cinsi orqan ətrafının təmizlənməsi zamanı ən çox rast gəlinən zədələnmə halıdır. Bu halda narahat olmayın. “Əsas kəsik sahəsini isti su və sabunla yuyun. Sonra isə üzərinə spirt çəkin” – Rossi bildirmişdir. Əgər kəsik dərin deyilsə zədələnmiş yerə bir balaca salfet yapışdırın. Bu halda qanaxma dayanar. 10-15 dəqiqə saxlayın. Qan dayanmazsa, təcili yardım çağırın. Dərin kəsiklər zamanı tikiş qoyulmasına ehtiyac yarana bilər.

Proseduru kremlə yekunlaşdır

Təraşdan sonra göynəmə və qızartı adi haldır. “Bu cinsi orqan ətrafında dərinin daha həssas olması ilə əlaqədardır. Eyni zamanda follikulların quruluşu da dəyişikdir.” – Rossi izah edir. “Aloye ekstraktlı lasyon götürün”. Lakin, əgər problem bir neçə gün ərzində aradan qalxmırsa, bəlkədə artıq infeksiya başlamışdır. Mütləq dermatoloqun qəbuluna yazılın.

Üz dərisinin dartılması üçün 11 maska növüBakir və bakirə kimi dünyasını dəyişmiş 6 dahi şəxsiyyət

Fikirlərinizi bildirin.