Qarını tez böyüdən yeməklər və içkilər

718
Qarını tez böyüdən yeməklər və içkilər

Qarını tez böyüdən yeməklər və içkilər. Qarın niyə böyüyür? – XXI əsrin ən önəmli və düşündürücü suallarından biri. İnternetdə milyonlarla məqalələr qeydiyyatsız və SMS göndərmədən minlərlə fitnes məşqçilərin məsləhətləri ilə doludur. Onların hamsı böyük pul müqabilində sürətli arıqlama vədd edirlər. Ancaq, fikrimizcə sözü gedən problemin qarşısını almaq, sonradan ondan azad olmaqdan daha rahat olardı.

Bəzi məhsulları qidalanmanız zamanı istifadə etməsəniz bu mümkündür. İlk öncə deyək ki, qarının şişməsini yaradan məhsullar iki kateqoriyaya bölünür. Birincilər köp səbəbindən onu vizual olaraq böyük göstərir, ikinci qrup ərzaqlar isə yağ ehtiyyatını artırır. Gəlin ardıcıllıqla davam edək.

Köp səbəbindən qarını böyük göstərən ərzaqlar
Qazlı içkilər

İstənilən növ qazlı içkilər: mineral sular, limonadlar, şampan şərabı və s. Məhs bu içkilərdən böyrəkdə və mədədə qaz əmələ gələ bilirki, nəticədə orqanın ölçüləri böyüyür. Bu cür narahatlıq bir neçə saat davam edə bilər.

Şəkər əvəzləyicisi hesab edilən məhsullar

Bura tərkibində şəkər əvəzləyicisi olan saqqızlar və şirniyyatlar itdir. Qidalanmadan sonra orqanizmimiz qarının köpü və diareya kimi reaksiyalar verə bilir. Əlbətdə ki, miqdara fikir verilərsə, hərdən istifadə etmək mümkündür.

Paxlalılar, kələm, üzüm

Bütün bu məhsullar orqanizimdə qaz əmələ gəlmə halını yaradır. Buna görə də, gəzintidən və səfərdən öncə istifadə etmək məsləhət görülmür.

Yağ ehtiyatı yaradan ərzaqlar
Spirtli içkilər

Olduqca kalorilidirlər. Yəni, ilk baxışdan maye kimi qəbul edilsələrdə, orqanizimə olduqca sürətlə sovrulduğundan ardınca qəbul edilən yemək tam miqdarda həzm edilmir. Eyni zamanda spirtli içkilər yemək həvəsini artırır, yağ yandırma prosesini zəiflədir.

Fastfud

Onlar bir sözlə transyağların və şəkərin mənbəyi hesab edilirlər. Yüksək miqdarda kalori bəxş etməklə yanaşı sususluq yaradır və mədə-bağırsaq sistemində soyuqdəymə halları ehtimalını artırır.

Un məmulatları

Bulkalar, tortlar, peçenyalar yüksək kalori miqdarına sahib olması ilə yanaşı qaz yaratmaq xüsusiyyətinə də malikdirlər. Əgər un məmulatlarından tam imtina etməyi bacarmırsınızsa, o zaman çovdar çörəyi ilə əvəzləyin.

Şəkər, şirniyyat və şirələr

Konfetlər, dondurmalar, tortlar, karamel, şkolad və oxşar məhsullar çox tez sovrulan karbohidratlardırlar. Onlar qısa müddət ərzində aclıq yarada bilirlər. Onları quru meyvələrlə əvəz etmək daha məsləhətli olardı.

Yarımfabrikatlar: kolbasa və sosiskalar

Yarımfabrikatların da tərkibində trans yağlar mövcutdur ki, bu da orqanizmində soyuqdəymə hallarını sürətləndirir. Eyni zamanda hazırlanma zamanı küllü miqdarda əlavə dadlandırıcılar vurulur. Nəticədə qəbul edilən maye bədəndən xaric olmur və biz daha çox yeməyə məcbur oluruq.

35 yaşdan sonra qarın niyə böyüyür?Gülməklə pres əldə etmək olarmı?

Əvvəlki məqalə1990-cı illərin pornosu ilə indiki porno arasında 4 başlıca fərq
Növbəti məqaləDünya brendlərinin hazırladıqları 5 maraqlı məhsul

Fikirlərinizi bildirin.