Qarderobun baza hissəsinin vacib elementləri. Məşhur dəb dərgilərində və internet jurnallarda qadınlar üçün xeyli sayda unversal qardirob yığmağın praktik tərəfləri haqqında məlumatlar və məqalələr mövcutdur. Lakin, kişilərin zövqlü geyim tərzi barədə isə demək olar ki, məlumat yoxdur. Bu gün bu boşluğu doldurmaq qərarına gəldiyimizdən müasir kişinin qarderobunda nə kimi geyimlərin olmalı olduğundan, eyni zamanda, son dəbə uyğun yeniliklərlə zəngilləşdirməkdən danışmaq istərdik.

İlk növbədə qeyd edəkki, məqalamizi iki hissəyə ayırmışıq. İlk hissədə ofis, iş tərzi haqda, ikinci hissəə isə gündəlik geyim (casual) tərzindən danışacağıq.

Geyim üçün baza komplekti – bu çox sadədir

Qarderobun baza hissəsinin vacib elementləri

Xalq arasında deyildiyi kimi, ilk olaraq insanı geyiminə uyğun qarşılayır, sonra alına uyğun yola salırlar. Bu isə o deməkdir ki, kişinin xarici görüşündən çox şey aslıdır. əsasəndə əgər o iş yerində sonuncu vəzifəni tutmursa və ya ümumən karyerada irəliləmək istəyindədirsə.

Qarderobun baza hissəsini qurmaq üçün bəzi məsələləri bilmək gərəklidir. İlk öncə klassik seluetə uyğun geyimlər alınmalıdır. Seçim zamanı onları bir-birləri ilə uyğunluğuna diqqət yetirin. Alış-verişə gedən zaman aşağıdakı acib faktorları unutmayın:

  • Həyat tərzi – əgər siz ofisdə çalışırsınızsa, demək, klassik kostyumsuz və uzun qol köynəksiz keçinə bilmərsiniz. Kostyum minimum iki ədəd olmalıdır. Ən azında iş yerində hər gün eyni kostyumla görünmək yaxşı hal deyil. Köynəkləri isə üç və daha çox sayda alsanız daha yaxşı olardı;

  • Geyimləri seçərkən, tünd rənglərə, qara, boz, şabalıdı rənglərə üstünlük verin. Sizə yaraşan uyğun rəngləridə bu siyahıya əlavə edə bilərsiniz;

  • Bədən quruluşunuzu yaxşı biruzə verə bilən və çatışmamazlıqları gizlədən geyimlərə üstünlük verin;

  • Ucuz modellər arxasınca qaçmayın. Uzun müddət istifadə edə biləcəyiniz keyfiyyətli şeylər seçin.

Həyatın istənilən anına üst geyiminin seçilməsi

Sizin geyim dolabınızda bunlar mütləq olmalıdır: kaşmir palto, dəri gödəkcə – bomber, klassik trenç, gödəkcə.

Palto ideal şəkildə ölçülərinizə düz gəlməlidir. İstənilən zamanların dəbi hesab edilən orta uzunluqlu paltolara üstünlük verin. Rəng olaraq – qara, boz və tünd çalarlar. Əzələli bədən quruluşuna sahib kişilərə kəmərlə, stoyka boğazlıqlı və ya paqonlu dar (pritalnıy) modelləri məsləhət görmək olar. Qeyd edək ki, bu ilin dəbi demək olar ki, hamıya yaraşan xaki rəngi hesab edilir.

Qarderobun baza hissəsinin vacib elementləri

Geyim dolabının növbəti sakini – dəbli isti gödəkcə hesab edilir. Onun su keçirməz materialdan olması daha məqsədə uyğun hesab edilir. Belə olduqda, yağışlı havada belə onunla rahat gəzişə bilərsiniz. Eyni zamanda düz model və ya bomber tərzində dəri gödəkcələrə sahib olmaq üstünlük hesab edilə bilər. Son dövrlərdə bu geyimlərə çox önəm verilir.

Qarderobun baza hissəsinin vacib elementləri

Klassik kostyumun seçimi

Klassik adı altında kostyumlar aşağıdakı rənglərdə ola bilər:

  • Qara;
  • Tünd göy;
  • Boz.

Rahatlıqla iki tərəfli düymələnən kostyum əldə edin. Soyuq havalarda yun parçalardan olan kostyumlar uyğun olar. Yay aylarında isə, əksinə pambıq və ipək materiallarda seçiminizi dəqiqləşdirin. Kostyum alan zaman onun qolunun uzunluğuna diqqət yetirin.

Universal köynəklər və polo

Növbəti əsas element klassik köynəklər və polo hesab edilir. Sizin qarderobunuzda mütləq qaydada ağ, açıq göy, qara rəngli köynəklər olmalıdır. Onlar həm kostyumla geyinməyə, həmdə cinslərlə uyğunlaşdırmağa yaxşı seçimdir. Yaxşı olardı ki, poloları təbii materiallardan seçəsiniz. Canlı və sakit rənglər tam siz görədir. Polonu adətən bleyzerin – Casual tərzində sərbəst pencəklərlə geyinirlər.

Bir balaca şəhər tərzindən

Ofisə baş vurmaq üçün gərəkli tərz barədə artıq söhbət açdıq. İndi isə bir balaca gündəlik tərz barədə. Gün ərzində kişiyə nə kimi şeylər gərəklidir? Əlbətdəki, cinslər hər zaman rahatlıqlığı ilə seçilir. Krasovka əayaqqabıları ilə geyinilə bilən idman tərzində şalvarlar və ya klassik modellər sizə uyğun ola bilər.

Qarderobun baza hissəsinin vacib elementləri

Svitşot, poliverlər və vodolazkalar

Qarderobun baza hissəsinin vacib elementləri

Bu kimi şeylər sadəcə mütləqdir. İstənilən geyim tərzi ilə uyğundur. Vodalazka isə ümumiyyətlə əvəz edilməzdir. Onu həm kostyumla, həm də cinslə rahatlıqla və zövqlə geyinmək mümkündür. Poliver seçimi zamanı keyfiyyətə diqqət yetirin. Stilistlər V-kəsimli modellərə üstünlük verməyi məsləhət görürlər. Onun altından dəbli damalı köynəklər belə geyinmək mümkündür.

Qarderobun baza hissəsinin vacib elementləri

Bu sesonun ən must have-i svitşot hesab edilir. O istənilən şəkildə, yazılı və eyni rəngli ola bilər. Əsas odur ki, rahat olsun, xoşunuza gəlsin. İstənilən idman ayaqqabısı və cinslərlə uyğundur.

Kişi geyimində buraxılan 25 səhvSexsual jestlər – for men

Fikirlərinizi bildirin.