Qara nöqtələrə qarşı 15 maska resepti

393
Qara nöqtələrə qarşı 15 maska resepti

Qara nöqtələrə qarşı 15 maska resepti. Təmiz və sağlam dəri bir çoxlarının arzusudur. Lakin, müsbət nəticələr əldə etmək asan məsələ deyil. Dermaya inanılmaz sayda faktorlar təsir edə bilir. Məsamələr tez bir zamanda çirkabla dolur, zamanla qara nöqtələr formasında görünməyə başlayır.

Təmizləyici maskaların tərkibi

Bu cür “bəzəklərin” ümumi görünüşü hamını məyus edir. Əslində isə, qarşısını almaq üçün xeyli sayda xalq təbabəti yolları mövcutdur. Qara nöqtələrdən can qurtarmaq üçün xama, yumrta ağı, su, manna sıyığı, yulaf dənləri, limon, jelatin, aloe, soda və duz sizin yardımçınız ola bilər. Hətda banan və kivi kimi meyvələr belə bunun öhdəsindən rahatlıqla gələ bilər. Bal, dəniz kələmi, düyü, təbii yağın təsiri möhtəşəmdir. Sadə reseptlərin sayı olduqca çoxdur. Lakin, istifadə mütamadi olaraq icra edilməlidir. Yalnız bu halda təsirindən razı qalacaqsınız.

Yumurta ağı

Yumurtanın ağını yaxşı qarışdırın, üzərinə 20 qr şəkər əlavə edin. Yenidən qarışdırıb üzə sürtün və 20 dəqiqə gözləyin.

Aloe

Qarışıdırılmış yumurta ağına 10 ml və ya 10 damcı aloe şirəsi əlavə edilir, 10 ml limon şirəsi sıxılır. Qarışıq maksimum 10 dəqiqə müddətində üzdə saxlanılır. İsti su ilə yuyulur.

Xama və yulaf

30 qr yulaf dənləri üyüdülür, toz halına salınır. Üzərinə çimdik soda və 40 ml xama əlavə edilir. Hamsı yaxşı qarışdırılır, 15 dəqiqə üzdə saxlanılır.

Düyü

70 qr düyünün üzərinə dünəndən 140 ml isti su əlavə edilir. Səhərə qədər şişməsi üçün gözlənilir. Səhər isə əzilir və üzə sürtülərək 20 dəqiqə saxlanılır. İsti su ilə yuyulur.

Jelatin və aktiv kömür

Kömür həbi toz halına gələnə qədər əzilir. 5 böyük qaşıq jelatinlə qarışdırılır. Üzərinə bir neçə qaşıq yağsız süd əlavə edilir. Bütün əlavələr yaxşı qarışdırıldıqdan sonra şüşə qabda jelatinin həll olması üçün 20 dəqiqə saxlanılır. Fırça ilə üzə çəkilir.

Qatlarla çəkilməsi çox vacibdir. İlk qat xüsusi önəm daşıyır. Burundan başlayaraq kənarlara doğru yaxılır və bütün qara nöqtələr əhatə edilir. Quruduqdan sonra üzərinə yenidən qat əlavə edilir. Bu halda maska üzdən axmaz və daha çox təsirli olar.

20 dəqiqə gözlənilir və təmizlənir. Maskanı üzdən qoparan zaman ağrılı olarsa, məcburi cırmağa çalışmayın. Ehtiyyatlı olmaq gərəklidir. Maska kirli ola bilər. Həfdə ərzində bir dəfə istifadə edin. Tam kurs 7 həfdədən çox olmamalıdır.

Kofe

30 qr yulaf əzməsi un halına salınır. Bir neçə çimdik dəniz duzu, 30 qr kofe tozu, 15 qr üyüdülmüş lobya və 20 qr xama əlavə edilir. Hamsı qarışdırılır və üzdə 20 dəqiqə saxlanılır.

Bal

20 qram bal və xama qarışdırılır. 10 ml limon şirəsi və bir neçə çimdik duz əlavə edilir. 10 dəqiqə üzdə saxlanılır və yuyulur.

Kəsmik

70 qr kəsmik, 50 ml süd, 5 qr qara bibər qarışdırılır. Qalın qatla üzə çəkilir, 10 dəqiqə saxlanılır.

Meyvələr

Kivi və banan püre halına gətirilənə qədər əzilir və qarışdırılır. Üzərinə bir neçə çay qaşığı irmik və eyni miqdarda zeytun və ya üzüm toxumu ekstraktı əlavə edilir. Tez qarışdırılıb üzə çəkilir. 2 dəqiqə ərzində üz masaj edilir və 15 dəqiqə saxlanılır.

Ağ gil

Ağ, kosmetik gil su ilə qarışdırılır və bir neçə damcı perkis əlavə edilir. Qatı hala gələnə qədər qarışdırılır, üzə çəkilib 15 dəqiqə saxlanılır.

Soda və yulaf

Bir az üyüdülmüş herkules dənlərinə çay qaşığı soda qatılır. Xama və bir balaca süd əlavə edilərək qarışdırılır. 15 dəqiqədən sonra üzdən yuyulub təmizlənir.

Soda və duz

Üz sabunlanır. Yarbayarı olaraq duzla soda qarışdırılır. Qarışıq problemli hissələrə çəkilir, 10 dəqiqə saxlanılır. İsti su ilə yuyulur.

Maya

Yarbayarı olaraq quru maya və perkis qarışdırılır. 10 dəqiqə maska üzdə saxlanılır və ehtiyyatla çıxarılır. Yalnız qara nöqtələr olan hissəyə çəkilir.

Askorbin turşusu

Gündəlik olaraq səhərlər derma askorbinlə təmizlənir. Bu halda pambıq disklərdən istifadə edilə bilər. Nəticə tez zamanda hiss edilməsədə, mütləq müsbət tərəflərini aşkar edəcəksiniz.

Qara nöqtələrlə mübarizə aparma yolları

Ümumi fikirlərə əsasən qara nöqtələri sıxmaq olmaz. Metod yalnız profesional salonlarda tam sterilizə edilmiş şəraitdə edildikdə nəticə verir. Əks halda özbaşına müdaxilə sonradan izlərin qalmasına və toxumaların zədələnməsi ilə nəticələnə bilər. Təbii vasitələrlə mütamadi olaraq üzünüzü təmizləməyə çalışın.

Yumurtalı üz maskaları üçün 23 reseptÜz təmizlənməsi üçün 15 aspirinli maska

Əvvəlki məqaləQırışlara qarşı 16 ev maskası
Növbəti məqaləAlimlər gənc kişilərdə impotensiyanın qəribə səbəbini aşkar ediblər

Fikirlərinizi bildirin.