Qadınların xoşuna gəlmək üçün inkişaf etdirilməli 10 nüyans. Aydındır ki, qadınlar xüsusi kişilərdən xoşlanır. Daha doğrusu, yaxşıların yaxşıları. Bir çox hallarda bu cür seçilmişlərə “əsl ərkək”adıda verilir.

Çox güman ki, əsl ərkək deyərkən bir coxlarının fikrində əzələli, gücünü nümayiş etdirməyi bacaran, qulağı qırıq, hər narahatlıq zamanı kənardakıları susdura bilən kişilər canlanacaq.

Bəziləri isə ümumuiyyətlə, tamam başqa tipaj – saqqallı, biraz baxımsız, lakin güc gərəkən işlərdə işləyən kişiləri düşünürlər.

İlk olaraq necə birini düşündüyündən aslı olmayaraq əminliklə bildirəkki, qadınlar üçün sadalanan keyfiyyətlər çox önəmli deyil. Onlar üçün önəmli nüyanslar daha dərindir.

Lakin, vacib məsələni unutmaq olmaz: hər bir qadın şüuraltı olaraq genetikadan irəli gələrək ideal kişi obrazını bir növ atası ilə uyğunlaşdırmağa çalışır. Bundan ehtiyyat etməyə dəyməz. Atalıq deyərkən, övlad sahibi olmağı nəzərdə tutmadıq. Müasir dövrdə sex öhdəliksizdir və heçdə sonluğun uşaqla yekunlaşacağı mənasına gəlməz. Sadəcə təbiətdə sex əvvəldən tam əyləncə üçün yaradılmayıb.

İndi isə, müasir dövrdə əsl erkəyin kimliyini müəyyənləşdirməyə çalışaq. Bir sözlə, sən qadınları hər hərəkətin, hər rəfdarınla necə özünə bağlaya bilərsən?

Aydın məsələdir ki, həyat daxilindəki yaşam şərtləri ilə birlikdə dəyişir. Deməli, zamanla yanaşma tərzi və düşüncələr dəyişir. Lakin, dəyişməyən bir şey var – qadınlar hər zaman yanlarında ən yaxşı kişini görmək istəyirlər. Bu halda seçim meyyarlarının bir əsas şərti mövcutdur: bacardıqca düzümlü olmaq.

Texnalogiya bu qədər inkişaf etməmişdən öncə, evlərdə istilik sistemləri quraşdırılmamışdan öncə həqiqətəndə ən azından evdə kişi gücü mütləq gərəkli görünürdü. Ən azından ailənin sadəcə mövcud olması kişidən aslı məsələ hesab edilirdi.

Daha sonradan isə, xanlıqlar və krallıqlar dövründə insanlar sosial təbəqələrə bölünməyə başladı və qadınlar seçim zamanı qol gücü ilə yanaşı kişinin cəmiyyətdə tutduğu mövqeyə, onunla ətrafdakıların nə dərəcədə hesablaşmasına və cibindəki pula, qızıl qəpiklərə fikir verməyə başladılar. Bunlar hamsı birlikdə gücü və cazibəni formalaşdırdı. Əlbətdə ki, bu kimi yanaşma müasir dövrdə də özünü hiss etdirir. Sanki, artıq genetikaya işləyib.

Tərəqqinin nüsbətən üstün mərhələsində də yenidən kişilər seçilməyə başladılar və ağır fabrik, zavod işlərinə daha uyğun hesab edildilər. Bəlkədə, üzü qırxılammış kişinin sexsual görünüşə sahib olması steriotipi məhs bundan qaynaqlanmışdır. 20-ci əsrin sonlarına çatdıqda isə insanlıq bütünlüklə rahatlıqla üzləşdi. Nəticədə, rahatlıq boş zamanın bol olması ilə nəticələndi. Bu isə müvafiq olaraq özlərinə daha çox diqqət göstərməyə çalışan, daha baxımlı olmağa cəht göstərən, dəblə yaxından maraqlanan kişi çoxluğunu formalaşdırdı.

Bəlkədə tarixçəni sizə geniş təqdim etdik deyə məqsədimizin sadəcə qadın seçim meyyarlarında fikir ayrılıqlarının müxtəliflik səbəblərini sizə göstrməkdən ibarət olduğunu düşünürsünüz. Genetik baxımdan əks tərəfdə güc görmək istəklərinin hardan formalaşdığını aydınlatmaq istədik.

Müasir dövrdə fərqli görünüş və bir çox hallarda daha çox dəyər verilən meyarlar aşağıdakılardır:
  • Kişi hər zaman sakitdir, öz emosyalarını kontrolda saxlamağı bacarır.
  • Hərnə baş versədə, özünə və öz gücünə inanır.
  • Narazılığını bildirmir və həyəcanlanmır.
  • Ətrafda baş verən hadisələri diqqətlə izləyir.
  • Hiylələrə uymur, özünü qoruya, müdafiə edə bilir.
  • Başqalarının yerinə qərar qəbul edə bilir. Lakin, öz qərarlarını məcburiyyətlə yeritmir, fikirləri ilə bağlı israr etmir.
  • Ətrafdakılara kömək edir və bunun müqabilində xüsusi diqqət və sevgi gözləmir.
  • Heç kimə həçnə ilə bağlı nəyisə sübut etmir. Buna ehtiyyac duymur.

Məhs bu siyahıda göstərilən xarakterə sahib kişilərin ardınca qadınlar növbəyə düzülür və onu ideal hesab edir. Sadalananların arxası ilə gələn sosial status, iş, koryera, maddi imkan isə ikinci plana keçir və diqqətə alınmır.

Misal olaraq, əgər oğlan xaraktercə zəifdirsə, lakin valideyinlərinin hesabına yaxşı imkana sahibdirsə, bu halda qadın onu müvəqqəti qiymətləndirər və ya bu qiymətləndirmə əyləncə xatirinə baş verər. Valideyinlərsiz onun mövcudluğu sual altında olduğundan çox həvəs yaratmaz. Eyni zamanda bildirək ki, aparılan çox saylı rəy sorğularına əsasən bodybuilderlər də qadınlar tərəfindən çox rəqbətlə qarşılanmırlar.

Unutma: xarici görünüşündən, bədənindən və maddi durumundan aslı olmayaraq xarakterinə xüsusi diqqət ayırmalısan.

Ünsiyyət zamanı əsl ərkək.

Başlıqdan görüündüyü kimi, sevilən kişi bir növ liderdir. Arxasınca çoxluğu apara bilir. Müasir dövrdə insanlar, əsasən qadınlar bir çox şeyi kənar yardım olmadan özləri edə bilirlər.

Bu səbəbdən “əsl ərkək” insanlara onlarda çatışmayan nüyansları verməyi bacarmalıdır. Başqa sözlə desək, mənəvi çatışmamazlıqları doldurmağı bacarmalıdır. İti ağıla, dünyagörüşünə və məntiqə sahib olmalıdır.

Öz söz keçərliliyinizin daha üstün olduğunu hiss etdirməyə çalışmayın. Heç vaxt özünüzü daha üstün, daha ağıllı təqdim etməyin. Qarşıdakı insan hər zaman süniliyi hiss edə bilir. Bir çox hallarda bu keyfiyyətlər sizin kompleksli biri olduğunuz anlamına gələ bilər. Hər zaman xöşbəxt görünməyə çalışın. Xöşbəxtlik bir maqnit kimi kənardakıları sizə tərəf çəkər.

Portnyorunuz nə dərəcədə eqoist biridir?Qadının gözlənilmədən sex istəməsinin 23 səbəbiXarakterini örgən Anlaqlı olmaq-Özünü toparlamamaq (refleksiv, impulsiv olmaq)

Fikirlərinizi bildirin.