Qadınların sexi korlamağının 10 adətləri. Hətda ən cazibəli qadın belə sex zamanı hər şeyi korlaya biləcək səhvlər edə bilər. İstənilən kişinin bu halda həvəsi azalar.

Təkrarlanan pozalar

Qaınların bir çoxu sex zamanı üstə olmağın onlara daha tez və daha rahat orqazma çatmaqlarına yardım etdiyini yaxşı bilirlər. Bu poza eyni zamanda onlar üçün olduqca təhlükəsiz və rahatdır. Lakin, bunu ilk illərdən bilməklərinə baxmayaraq, davamlı olaraq hərəkətlərini dəyişmirlər. Sözü gedən hal sexdə ən çox rastlanan yanlışlıq hesab edilir. Kişinin hər dəfəsində eyni duruşu görməsi onun ala biləcəyə həzzi də azalda bilir.

Planlaşdırılmış sex

Yox, birinci gün ağır gündür. Bu gün fiziki əziyyətlərə qatlaşmaq düzgün deyil. İkinci gün, qızlarla yoqa məşqlərinə gediləcək, səhəri gün də tez qalxmaq lazımdır. Bəlkə üçüncü gün? Ancaq, yox. Üçüncü gün işdə iş çoxdur. Beşinci gün isə həmişəki kimi qohumlar evə gələcək. Bu cür yanaşmalar sevgini olduqca maraqsız edər. Sex planlı olarsa, bu bir növ həvəsin də plana salınmaq istəyini formalaşdırır. Həvəs, ehtiras, sevişmək isə təbii olmalıdır. Onu saatla və ya günlə planlamaq kişiyə sexi öhtəlik kimi tanıdar və müəyyən müddət sonra soyudar.

Orqazmın imitasiyası

“Hə, əzizim. Sən bunu həmişəki kimi çox tez zamanda bacardın” – deyən qadınlardan kişilər hər zaman çəkinərlər. Açıq danışmağa çalışaq: qısa zaman ərzində baş verən sex zamanı demək olarki, heç bir qadın orqazm yaşaya bilməz. Ən azından sexdən öncə ehtiraslı öpüşlərin və yaxınlaşmaların olması şərtdir. Buna görə də, oğlanı aldatmaq düzgün deyil. Əks halda nə zamansa yanıldığını anlaması kişilərə sarsıntı yaşada bilir. O özünü yataqda bacarıqlı məşuq olmadlığını anlaya və çox şeyə inanmamağa başlayar.

Romantikanın çox olması

Əlbətdə, ulduzlar altında və ya qızıl gül ləçəkləri arasında sex olduqca romantikdir. Lakin, hər axşam romantik auranı öz yataq otağında düzəltmək olduqca bezdirici ola bilər. Hər halda siz hər gün pizza yesəniz bezərsiniz. Elə deyilmi? Kişi də hər gecə özünü məcbur edib ətirverici şamları yandırmağı sevməz. Hər halda addım başına romantikliyi və yalnız onu sevdiyini sübuta yetirmək cəhdləri kənardan olduqca axmaqcasına görsənir. Bəzən uzun söz-söhbətlər olmadan sexlə məşğul olmaq gərəklidir. Rahat olun və özünüzə dəlilik etməyə izin verin.

Qadınların sexi korlamağının 10 adətləri

Yersiz söhbətlər

“Mən gözlənilmədən ölsəydim, sən nə edərdin?” – nədənsə xanımların yataqda verdikləri sevimli sualları. Ölümdən sonrakı həyat, uşaqların gələcəyi, həfdə sonları uşaqların nənələrinin ziyarətinə getmək kimi məsələlər ən azından yataqda müzakirə mövzusu ola bilməz. Vaxtında susmağı və beyini başqa yerə yönəltməyi bacarmaq lazımdır.

Çəkinmək

Bəzən qadın yataqda kişinin yanında uzandıqda belə özündən əmin olmur və öz bədəninə görə çəkinir. Bütün bunları yekunlaşdırmaq lazımdır. Sizi yetərincə gözəl hesab etməyən kişi sizi yatağa dəvət etməzdi.

Sex oyunları

Təsəvvür edək ki, yuxarıda sadalananlar qadına xas xüsusiyyətlər deyil. Eyni zamanda siz imkan düşdükcə sexi daha rəngarəng etmək istəyində olan cütlüksünüz. Bəli, burdada sexin vaxtından tez yekunlaşma məsələsi mövcutdur. Oyuna daha çox aludə olmaq.

Misal olaraq, həkim və ya tibb bacısı olmaq qərarına gəlmisiniz. Ən sevimli və cazibəli geyimini geyinən xanım tibb bacısı papağını belə unutmur. Gözlənilmədən cibdən klizma çıxır və sükut yaranır. Bir sözlə anlayırsınızki, nələrsə düzgün getmir.

Sexlə cəzalandırmaq

Əgər kişi evə həmişəkindən daha gec gələrsə, və ya içkili gələrsə, qadın “Kimlə idin? Harda idin? Hansı dostlarınla idin?” –suallar verər və onu sex olmayacağı ilə hədələyər.

Hər halda sex yalnız bir tərəfə gərəkli olan məsələ deyil. Təsəvvür edin ki, kişi qadına imtina edir: “Bilirsən əzizim, bu gün hazırladığın yeməyi bəyənmədim, ona görə də bir ay müddətində sexsiz qalacaqsan”. Sexsə bazarlıq kimi yanaşmaq və ya onu tərbiyyə aləti kimi görmək həmişəlik cütlüklər arasında həvəsi soyuda bilər. Əgər sexi seçdiyiniz və sevdiyiniz insanla yaşayırsınızsa, bunu əldə alət etmək düzgün yanaşma deyil.

Üçüncü adam artıqdır

Sexdə iştirak edən heç bir tərəfin dostları və ya rəfiqələri yataqda baş verənlər barədə məlumatlı olmamalıdırlar. Qadınların rəfiqələrinin kişini qınaması onda komplekslər yarada bilər. Heç kim müqayisə olunmağı sevməz. Buna görə də, yataqda olanlar yalnız yataq otağında qalmalıdır.

Böyük kişilərin kiçik sexual şıltaqlıqları50 yaşından sonra sex kişini daha ağıllı edir

Fikirlərinizi bildirin.