Qadınların heç cür anlaya bilməyəcəkləri 10 kişi hərəkəti

1725
Qadınların heç cür anlaya bilməyəcəkləri 10 kişi hərəkəti

Qadınların heç cür anlaya bilməyəcəkləri 10 kişi hərəkəti. Qadınlar bir çox hallarda yanlarındakı kişinin hərəkətlərinə baxıb “niyə bu cür etdi?” deyə özlərinə suallar verərlər. Bir çox zaman isə cavab tapa bilmirlər. Bu gün qadınların cavabını və səbəbini anlamaqda çətinlik çəkdikləri kişi hərəkətləri haqqında danışmaq istərdik.

Eksterimal sürüşlə maraqlanırlar

Eksterimal sürüş yollarda kobud avtomobil sürmək mənasına gəlir və olduqca riskli hesab edilir. Bəzən kişilər heç bir yerə tələsmədən, durduqları yerdə bu cür sürməyə başlaya bilirlər.

Məsələ ondadır ki, təbiətdən gələn daxili gücə əsasən kişilər öz bacarıqlarının maksimal həddini müəyyən etməyə çalışırlar. Bu eyni zamanda ətrafdakılara şəxsi üstünlüyün nümayişi anlamına da gəlmiş olur. Kişilərin fikrincə bu halda ətrafda olan qadınlar istənilən halda drivt səsinə çönəcək və sükan arxasında kimin olduğuna diqqət yetirəcəklər.

Bəzən axmaq komediya filimləri izləyirlər

Bəzən olduqca axmaq, əxlaqsız, bəzən isə kobud zarafatlarla zəngin komediya janrında olan filimləri izləyirlər. Kənardan baxan zaman qadınlar həmin iki saat zamanın daha dəyərli məsələlərə xərcləməyin mümkünlüyü haqda düşünürlər.

Məsələ ondadır ki, kişilər heç də hər zaman bir toxunuşdan işə düşən mürrik olmaq istəmirlər. Onların həm fiziki, həm də zehni istirahətə ehtiyacları vardır. Problemlərdən uzaqlaşmağın ən sürətli keçidi isə “Amerikan piroqu” kimi filimləri izləməkdir. Bu halda düşünmək, məntiqi işə salmaq, uzaqgörənlik etmək gərəkli olmur. Yumor, gülüş, xoş əhval-ruhiyyə ona sanki enerji yığmağa kömək edir.

İctimai yerlərdə qadınının arxasını şillələyirlər

O bunu etməkdən çox zövq alır. Yad insanların bunu necə qiymətləndirməsi marağında da deyil. Qadınlar çox vaxt bundan utansalarda, qızarsalarda kişilər hərəkətlərindən vaz keçmirlər?

Məsələ ondadır ki, kişilər ovçudurlar. Sanki ovçu öz şikarı üzərində gücə sahib olduğunu nümayiş etdirməyə çalışır. Bu halda kişilər mənən sakitləşir və özgüvən yaşayırlar. İnsanlar arasında qadınının arxasına toxunmaq və ya sıxmaqla bütün hüquqa sahib olduğunu və icazənin sərhədlərini özü müəyyənləşdirdiyini göstərmək istəyir. Ən azından heçdə bütün kişilər bunu edə bilmirlər.

Alt geyimi geyinməyi sevmirlər

Yəni ümumiyyətlə sevmirlər. Cins şalvarı lüt bədənə rahatlıqla geyinə bilərlər. Bəzən isə kənar adam olmayanda evdə tam geyimsiz gəzişirlər. Qadınlar isə bəzən özlərini çıxılmaz vəziyyətdə hiss edirlər.

Məsələ ondadır ki, kişi xüsusi düşüncəyə varmadan öz üstünlüyünü göz önündə sərgiləmək istəyir. Yəni, fəxr etdiyini biruzə verməyə çalışır. Bu bir növ erkək tovuz quşunun dişi tovuz quşuna gücünü və yaraşığını göstərmək üçün qanadlarını açaraq tərpədməyinə, nümayiş etdirməyinə bənzəyir.

Qadın rəfiqələrini yetərincə qiymətləndirmirlər

“Bu sadəcə dostluqdur əzizim” – deyə kişilər çox vaxt izahat verirlər. “Biz artıq 100 ildir ki, bir-birimizi tanıyırıq, sən nə danışırsan”, “O mənə bacı kimidir, adam tapdın qısqanmağa”- kimi arqumentlər irəli sürsələr də qadınlar hər zaman qoxu və narahatlıq hisləri ilə yaşayırlar. Bəzən isə kənardan rəfiqə kimi görsənən qadın dostların fikirləri elə kişini yoldan çıxarmaq olur.

Məsələ ondadır ki, kişi həqiqətən də heç nə görmür. Kişilər həyatda daha çox ovçu və döyüşçü rolunda olduqlarından dərin planlara varmazlar. Bu səbəbdə qadınların istəklərini və həqiqi məqsədlərini bir çox zaman hiss etmirlər. Lakin, onlar əks cinsin diqqətini çox sevər və hamsı ilə xoş rəfdara can atarlar. Nəticədə bəzən əyləncə xətrinə kiminsə yatağında özlərini tapa bilirlər.

Hər şeyə qısqanırlar

Bir çox hallarda qadınlar qısqanclıqdan təngə gəlirlər. Daim davalar və güdmələr, şübhəli baxışlar xanımları Dezdimona rolunda olmaqdan usandırır. Bəzən taksi sürücüsünün sadəcə taksi sürücüsü olduğunu anlatmaqda çətinlik çəkirlər.

Məsələ ondadır ki, kişilər sahib olmağı sevirlər. Əgər bir qadını ələ almaq kişiyə başdan çətinliklə başa gəlirsə, deməli o xanımını hər cəhtlə əlində saxlamağa çalışır. Öz sərhədlərini qorumağa can atır. Ətrafda olan bütün potensial düşmənləri məhv etməyə çalışır. Bəzən isə günah qadında olur – qısqanclıq üçün zəmin yaradır, ətrafdakılarla aşırı səmimi olur.

Ani qərar verə bilmirlər

“İstəyirəmmi, bacararammı….?” və sair suallar barəsində düşünür. Qadınlara bəzən elə gəlir ki, kişi düşünənə qədər hər şeyi yerbə-yer etmək olardı artıq. Bu xanımlarda qıcıq yarada bilir.

Məsələ ondadır ki, qərar verməmişdən öncə kişi problemin bütün mənzərəsini təsəvvüründə canlandırmalıdır. Adətən qadınlar sakit qərar verməyə yönəlik olurlar. Nəticədə hadisələrin gedişatında istənilən imkandan istifadə etməyə çalışırlar. Kişilər isə hər variantı ayrıca düşünər və uğurlu olanını seçərlər.

İşarələri anlamırlar

Qadınlar həmişə nələrəsə işarə vurmağa çalışsalarda kişilər ya anlamır, ya da çox gecikirlər. Səbəbi nədədir?

Məsələ ondadır ki, kişilər qadının sözü birbaşa deək bacarığının olduğundan əmindirlər. Yəni qadınlar nəsə demək istəsələr, birbaşa deyə bilərlər. Kişilərin beyni bu kimi oyunlardan və tapmaca tapmaq həvəsindən azatdır. Sadəlik rahatlıqdır – əgər heçnə demədisə, deməli narahatlığa səbəb də yoxdur.

Özlərini uşaq kimi aparlar

Bir müddət sonra qadınlar istəmədən belə özlərini uşağa qulluq edən ana kimi hiss edirlər. Zamanında sevdikləri xarizmalı kişi onların gözündə bir neçə ildən sonra ərköyün yeniyetməyə bənzəyir.

Məsələ ondadır ki, qadınlar bəzən kişilərdən çox şey gözləyirlər. O robot və ya proqramlaşdırılmış maşın deyil. Kişilərin qayğıya, sevgiyə, sığala və istənilməyə olan ehtiyacları bəzən onlarda özlərini uşaq kimi aparmaq həvəsi formalaşdırır. Bu formada kişi qadının diqqətini çəkməyə və görmədiyi nəvazişi almağa çalışır. Yəni, xanımlarından yetərli hisləri görməyən kişi çox güman ki, bu formada rəfdarı davam etdirəcəkdir.

İlk öncə oğlan uşağının dünyaya gəlməsini istəyirlər

Sankı bunun bir mənası varmış kimi.

Məsələ ondadır ki, kişilər təbiətdən gələn gücə əsaslanaraq nəsillərinin davam etməsini istəyirlər. Ən azından bu soyadın atadan oğula keçməsi deməkdir. Tez zamanda bundan əmin olmaq istəyirlər. Eyni zamanda kişilər həyatları boyunca çox şeyi etməyi çatdırmırlar, etsələr belə ürəkləri istədiqkləri kimi bacarmayıblar. Bu səbəbdən də, öz səhvəlirini oğullarının həyatlarında aradan qaldırmağa cəht göstərirlər. Hər zaman buna uyğun tərbiyə etməyə və motivasiya verməyə can atırlar.

Subay kişilərin yaşadıqları sex sayı səhər vərdişindən aslıdırTelevizora baxmaq kişilərin qadınlarla bağlı zövqlərini dəyişdirirmiş

Əvvəlki məqaləDünyanın yeganə BDSM qalasında nələr baş verir?
Növbəti məqaləYolun nişanlanması (maddə 69)

Fikirlərinizi bildirin.