Qadınların fikrincə kişilərin ilk görüşdə buraxdıqları 5 səhv. İlk görüşdə ümumiyyətlə səhvə yol verməmək cek-pot udmaq kimi bir şeydir.

iWhiteInstant dərgisi 2 187 qadın arasında sorğu keçirmişdir. Onlar sualların cavablarında ilk görüşdə kişilərin hansı hərəkətlərinin qara siyahıya düşmələrinə rəvac yaratdıqlarını bildirmişər.

İlk sırada duran nüyans pikap-texnikadır. 77% rəyi soruşulan qadınlar ilk görüşdə oğlan tərəfindən pikaper tərzi zarafatların edilməsini sevmədiklərini bildirmişlər. Bu halda ikinci görüşə ümüd etməyə dəyməz. Buna görə də, “Sənin valideyinlərin astronom deyillərki? Bəs sənin kimi ulduzu hardan əldə ediblər? ” kimi suallardan yayınmaq daha məsləhətli olardı.

İkinci yerdə insanı uzaqlaşdıracaq kişi xasiyyətlərindən biri onun özünü sevməsidir. 65% qadınlar narsiss biri ilə münasibət qurmağa hazır deyillər. Sən az qala Harvard məzunu olmusan, dəfələrlə dartınma hərəkətləri edə bilirsən, çayı burnundan içməyi bacarırsan və s. Dırnaqarası maraqlı tərəflərini bir-birinizi daha yaxından tanıyacağınız müddətə qədər təxirə salın.

Üçüncü yerdə ağızdan gələn pis qoxu dayanır. Bu fikirlərlə 64% qadın razılaşmışdır. Bu səbəbdən də, sarımsaqlı salatlardan və yeməklərdən görüş öncəsi uzaq durun. Ən azından unutmayın ki, ilk görüşünüzü onun evində yekunlaşdırmaq kimi ehtimalınız da mövcud ola bilər.

Eyni zamanda 64% qadın müasir kişilərin ilk görüşdə öz telefonlarına həddən çox diqqət ayırdıqlarını vurğulamışlar. Əlbətdə, bəzən sosial hesabarınıza göz gəzdirmək həvəsini saxlamaq çətindir, ancaq qarşı tərəf maraqsız olsa belə özünüzü bundan saxlamağa çalışın.

Sonuncu yerdə isə, gigienaya, təmizliyə diqqət yetirməmək dayanır. 52% qadınlar ümumiyyətlə saçı yağlı olan və ya tər iyi gələn kişi ilə ikinci dəfə görüşmək istəmədiklərini bildirmişlər. XXI əsrdə bunu eşitmək olduqca qəribədir. Bəlkədə rəyi soruşulan qadınlar sonuncu dəfə 1960-larda görüşə yollanıblar?

Eyni zamanda tərtib olunmuş siyahıda “siyasətlə bağlı söhbətlər”, “zarafatlaşma qabiliyyətinin olmaması” kimi fikirlər də yer almışdır.

Münasibətdə darıxan bürc nümayəndələriSevgililərinin sex səhnələrində çəkilməsinə ulduzların münasibəti

Fikirlərinizi bildirin.