Qadınlarda orqazm yarada bilən 5 qeyri-sexual hallar

860
Qadınlarda orqazm yarada bilən 5 qeyri-sexual hallar

Qadınlarda orqazm yarada bilən 5 qeyri-sexual hallar. Sexual həzzin gizlin məqamları olduqca müəmmalıdır. Gözlənilməz anda orqazm yaşada biləcək hallar mövcutdur ki, bunlar adi həyatda bəlkədə heç ağlınıza belə gəlməz.

Fiziki məşqlər

Yəqinki sağlam həyat tərzini sevənlər və idmanla yaxından maraqlananlar bu mövzuya olduqca həvəslə yanaşacaqlar. Fikizi məşqlər sayəsində yaranan gözlənilməz orqazm halları coregasm adlanır. Sözün tərcüməsi olduqca çətin alınır. Söz özündə “core” – əzələ korseti və “orgazm” ifadələrini birləşdirir.

Qadınlarda orqazm yarada bilən 5 qeyri-sexual hallar

Bir qayda olaraq kişilərdə deyil, qadınlarda rastlanılır. “Coregazm” –ın təbiəti hələ tam olaraq örgənilməmişdir. İndiana sexsual sağlamlıq mərkəzi universitetinin araşdırmalarına əsasən dönmə, fırlanma hərəkətləri edən qadınlar, iplə dırmaşanlar, çəkilərini qaldıraraq üzənlər tam şəkildə sexual həzz anlarını yaşamaq hüququna sahibdirlər.  Coregasmı eyni zamanda yoganın bəzi pozaları, duruşları da yarada bilər.

Məntiqi hesablamalara görə bu halın səbəbi qanın bel nahiyyəsinə doğru axınının sürətləndirilməsi ilə bağlıdır. Eyni zamanda hərəkətlər endorfinlərin ifrazını stimullaşdırır.

Arnold Schwarzenegger müsahibələrinin birində demişdir: idman mənim üçün orqazm kimidir. Bəlkədə bu ifadə sadəcə metafora deyildir?

Doğuş

Bəli, olduqca qəribə səslənir. Ancaq həqiqətdir. Bəzən qadınlar sancılar zamanı əsl orqazm yaşayırlar. Qadın həkimləri və doğuşda iştirak edən tibb işçiləri arasında aparılan sorğulara əsasən 206 min doğuşa hazırlaşan qadınlardan 668-i orqazma bənzəyən hisllər yaşamışlar. 9 anada isə bu hal bir mənalı təsdiqlənmişdir.

Müxtəlif araşdırmaların nəticələri olduqca fərqlidir. Digər Channel Mum və Positive Birth Movement – “Pozitiv doğuş hərəkatı” sorğusuna inansaq, orqazm halını doğuşa gedənlərin 6%-i yaşamış olur.

Parkinson xəstəliyinin həbləri

Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir  sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.

Tibb tarixində 42 yaşlı qadın xəstənin tarixcəsi olduqca məşhurdur. Xanım həblərin qəbulundan 10 gün sonra xəstəlik simptomlarının azldığını və libido səviyyəsinin qalxdığını, gözlənilməz orqazm halları yaşadığını bildirmişdir. Bu hallar gün ərzində 3 dəfədən 5 dəfə arasında yaşanırdı. Davam etmə müddəti isə 20 saniyə təşkil edir.

Qadın bu kimi təsirlərdən narazı olduğundan həblərin qəbulunu dayandırır. Lakin, bir müddətdən sonra müalicəni davam etdirmək ehtiyacı yaranır. 15 gündən sonr orqazm halları yenidən başlayır. Xanım medikamentoz müalicəyə keçid almaq məcburiyyətində qalır. Həkimlərin fikrincə bütün bunların səbəbi həzzə cavabdeh olan defamin harmonunun səviyyəsinin artımı ilə əlaqədardır.

Depresya

Qadınlarda orqazm yarada bilən 5 qeyri-sexual hallar 2

Depresyada ümumiyyətlə yaxşı heç nə yoxdur. Bu çətin dövürdə sexdən həzz almaq o tərəfə, heç gündəlik həyatda da çox az sevinirik. Məlumdur ki, bəzi antidepresantlar libidonun göstəricisini aşağı salır. Ancaq, sən demə effekt daha ağıla gəlməz formada ola bilir.

Bəzi xəstələr müalicə aldıqları həkimlərə bəzi həblərin qəbulundan sonra əsnəmək istədiklərini bildirmişlər. İlk baxışdan əsnəməkdə qəbahətli heç nə olmasa da, onlar üçün bu hal gözlənilməz olduğundan çox xoş təsir bağışlayır. Orqazmdakı kimi xoş təsir. Bəli, bəzi insanlar üçün bu hal gözlənilməz anlarda xoş və ehtiras hisləri ilə asosiasiya oluna bilir.

Yaxşı fantaziya

Həyatda öz təxəyüllərindən istifadə edərək orqazm yaşa biləcək insanlar mövcutdur. Sexsoloq Komisaruk öz kolleqalari ilə birlikdə orqazm yaşa biləcəklərini iddia edən 10 qadın müəyyən etmişlər. Onlar bunu ehtiraslandıran şeylər haqqında yaxşıca düşünərək edə bildiklərini söyləmişlər. “Biz qadınlardan özlərni orqazm halına gətirməklərini xahiş etdik: bir dəfə fiziki baxımdan, bir dəfə düşümnəklə – deyə Komisaruk bildirir – və biz hər iki orqazm halında beyində nələrin baş verdiyini izləməyə çalışdıq. Hər iki halda göstəricilər eyni nəticəni göstərdi.”

İdeal orqazm üçün 5 əvəzsiz pozaOrqazmla bağlı 18 bilmədiyiniz fakt

Əvvəlki məqaləFeminizim hər kəs üçündür – Bell Hooks
Növbəti məqaləKişilərin dilə gətirməyə utandıqları sex haqqında 9 fikir

Fikirlərinizi bildirin.