Qadınlara sağlamlıq üçün nə qədər sex gərəklidir?

400
Qadınlara sağlamlıq üçün nə qədər sex gərəklidir

Qadınlara sağlamlıq üçün nə qədər sex gərəklidir? Alimlərin araşdırmalarına görə sex qadın orqanizmi üçün olduqca önəmlidir. Daimi sex. Bəs, daimi sex deyərkən nə qədər sex nəzərdə tutulur?

Alimlər yenə də, sevişənlər arasında şam tutmağa çalışaraq qeyd kitabçalarında müəyyən qeydlər aparmışlar.

Ümumiyyətlə daimi dərc edilən araşdırmalara diqqət yetirsək, bu adamların görülən işlərə yalnız iş kimi deyil, sevdikləri iş kimi yanaşdıqlarını anlayarıq. Onlar bir əllərinə saniyyə qeydə alan cihaz, bir əllərinə təqvim alaraq gərəkli qrafik və sxemlər çəkməkdən yorulmurlar.

Düzdü, biz sexdə müəyyən qədər romantikanın və gözlənilməz həvəsin, istəyin olmasının tərəfdarıyıq. Ancaq, biz kişilər həmişəki kimi işin praktik tərəflərinə daha çox önəm verərik. Hər zaman uzunluğun ölçüsü, prosesin sayı və müddəti kimi məsələlərdə norma olaraq hansı həddin müəyyənləşməsi maraqlı olmuşdur.

Gəlin, mətləbdən uzaqlaşmayaq. Bu dəfə amerikalı bioloqlar daimi sexin qadın və kişi harmonal fonuna təsiri istiqamətlərini araşdırmışlar. Bioloq Vinnifred Katler kişilərdə testestronun, qadınlarda isə estrogenin miqdarını ölçmüşdür. Analiz götürülənlər bir mənalı olaraq daimi intim münasibət yaşayan və ümumiyyətlə həyatlarında bu kimi münasibətlərə yer ayırmayan insanlar olmuşdur.

Artıq bildiyiniz kimi, testestron kişi sağlamlığı üçün olduqca önəmli harmon hesab edilir.

Qadın isə, öz növbəsində normal estrogen göstəricilərinə sahib olduğu müddət ərzində özünü daha xöşbəxt, şən və sağlam hiss edir.

Gözlənildiyi kimi, sex harmonların səviyyəsinə bir başa təsir göstərən amildir. Sevişmələrdən sonra kişilərdə testesronun, qadınlarda isə estrogenin ifrazı artmağa başlayır. Eyni zamanda, serotin və dopamin səviyyəsində yüksək göstəricilərə rast gəlindiyindən eyforiya halları müşahidə olunur.

Maraqlısı ondadır ki, özünü təmin etmə yolları canlı sexə nisbətən daha az effektiv hesab edilir. Qadınlar üçün kişi bədəninin qoxusu, portnyora toxunuş harmonal fonun dəyişməsi üçün çox vacibdir.

Lakin, məsələnin qarışıq tərəfi ondadır ki, qadının tanımadıqları kişilərlə arada-sırada sexlə məşğul olması onlarda “yellənçək effekti” yaradır. Sevişməklə fərqli keçən gecədən sonra onların harmonal fonu tam dəyişir. Növbəti gün isə təklikdə qaldıqda bütün göstəricilər aşağı enir və adətən bu səviyyədə saxlanılır.

Mütəxəsislərin yekun fikirlərinə görə, sexlə nadir hallarda məşğul olmaqdansa, ondan ümumiyyətlə imtina etmək daha yaxşı seçimdir. O zaman xanımların estrogen göstəriciləri aşağı olacaqdır. Ancaq, bu aşağı hədd “yellənçək effekti” kimi tam cuzi miqdarda olmayacaqdır.

Ən sağlam strategiya – daimi münasibətlərdə mütamadi sex hesab edilir.

Axır ki, ən önəmli məsələyə toxunmaq istərdik: daimi dedikdə nə qədər nəzərdə tutulur? Vinnifred Katler suala birbaşa cavab verir: həfdə ərzində bir dəfədən az olmayaraq. Əlbətdə ki, sayı artırmaq da olar. Lakin, həfdə ərzində bir dəfə qadın siklinin normallaşdırılması, özünü yaxşı hiss etməsi üçün minimal hədd hesab edilir.

Təcili şəkildə məqaləni paylaşaraq, portnyorunuzun sağlamlığının keşiyinə qala bilərsiniz.

Əvvəlki məqaləSizi təəcübləndirəcək sexual dioqramlar
Növbəti məqaləƏlavə məlumat nişanları (lövhəciklər) (maddə 68)

1 COMMENT

Fikirlərinizi bildirin.