Qadınlar nə istəyir? Kişilər nə verir? – Mustafa Kılınç

0
0

QADINLAR NƏ İSTƏYİR? KİŞİLƏR NƏ VERİR? – MUSTAFA KILINÇ

 Mustafa Kılınç baş ofisi Amerikada yerləşən Dünya NLP təlimçiləri arasında yer alan yeganə türkdür. Türkiyənin ilk və yeganə peşəkar NLP təlimçisidir. Siyasi Qoç adını qazanan Kılınç fərdi inkişaf, insan qaynaqları, idarəetmə sənəti, ünsiyyət, zəka, uğur, liderlik, psixologiya, yenilikçi zəka və “Təsirli liderlik” sahəsində araşdırmalar aparmış və bir sıra işlər görmüş biridir. Türkiyədə ilk dəfə NLP Qoçluğu və Siyasi Qoçluğu həyata keçirən Kılınç NLP Mütəxəssisləri Dərnəyinin rəhbəri, TÜSİAV Təhsil Sektoru başqanıdır.

”NLP ilə təsirli Qoçluq”, “İçimizdəki Həqiqət”, “NLP ilə uğurun daxili oyunu” və “Təsirli Liderlik” kitablarının müəllifidir.

“İnsan düşündüyü qədər güclü, inandığı qədər ­qiymətlidir”.

MİNNƏTDARLIQ

 “Duyusal Alqı (Hissi Qavrama) Proqramlama Mərkəzi olaraq işimiz gözlə görüləcək vəziyyətə gətirilmiş sevgimizdir”. (Mustafa Kılınç)

Hər zaman olduğu kimi, bu əsərimin də ərsəyə gəlməsində dəstəyini və inamını bir an belə, əsirgəməyən sevgilim, həyat yoldaşım, sirdaşım SEVDAya minnətdaram. Sevdam, sevgilim, yaxşı ki, varsan. Həyatımın əvəzedilməz tək qaynağısan. Həyatım boyu var olacaq tək sevgimsən. Həyatımda olmasaydın, arzulamadığım bir həyatı yaşayacaqdım.

Əziz həyat yoldaşım, sirdaşım, dostum, Sevdam. Dəstəyin üçün sənə sonsuz təşəkkürlər. Etdiklərin və edəcəklərin üçün sənə minnətdaram.

Və sizlərə də – əziz övladlarım Ali Yıldırım, Olcayto Oğuzhan və Ahu Yeşim, anlayışınız və dəstəyiniz üçün təşəkkür edirəm. Bu əsər üzərində çalışanda hər birinizi, hər zaman olduğu kimi, yanımda hiss etdim. Dəstəyiniz və sevginiz üçün təşəkkür edirəm. Həqiqətən vacib bir işə diqqətimi cəmləməyə kömək etdiyiniz üçün çox sağ olun, uşaqlar.

Bu işdə əməyi keçən bütün mütəxəssis dostlarıma da təşəkkür edirəm. Çox dəyərli qardaşım, naşir Süleyman Bayraka və kollektivinə təşəkkür edirəm. ­Onlar olmasaydı, bəlkə də sizlər bu əsərlə tanış olmayacaqdınız.

Bu əsərin sizlərlə görüşməsində çox böyük əməyi olan, ürəyini, özünü ortaya qoyan assistentim və ictimaiyyətlə əlaqələrə məsul olan koordinatorum, ən yaxın iş yoldaşım Demet Kocakuşaka da təşəkkür edirəm.

“Marka olmaq cəsarət tələb edir” deyiminə inanan və mənimlə hər şəraitdə birlikdə olan əziz dostum, baş müdir Ziya Ustaoğluna təşəkkür edirəm.

Sonsuz bilgi və təcrübələri sizlərlə bölüşmək imkanı yaradan dəyərli oxucularıma, məsləhətçilərimə, şirkət və təşkilatlara təşəkkür edirəm.

İstər qadın olun, istər kişi – hər birinizə təşəkkür edirəm.

İnsanlar üçün, güc, uğur, sağlam evlilik və münasibətlər üçün ən yaxşı layihələrdə birlikdə olmaq arzusu ilə… Hər birinizə sonsuz təşəkkürlər.

“Üzərində çalışdığım NLPDAP-ın gücünü çox ­sevirəm”.

“Mustafa Kılınç”

BİRİNCİ HİSSƏ
Həyatda güclü, sevgi dolu olmağı və uğur qazanmağı bacarmaq

 “İstəklərinizin arxasınca gedin, xoşbəxtlik özü sizi tapacaq”.

“Mustafa Kılınç”

Həyat, keçmişdən gələcəyə doğru uzanan, istəməsək də, hər an ovcumuzdan süzülüb gedən su kimidir. Hansımız suyu ovcumuzun içində saxlaya bilərik? Əlbəttə ki, heç birimiz.

Bir insan olaraq, həyatımızda bizi hərəkətə gətirən inanclarımız, dəyərlərimiz, fərqində belə olmadığımız davranış qəliblərimiz var.

İstər qadın olsun, istər kişi, fərqi yoxdur, son nəticədə hər birimiz bir insanıq. İnsanları formalaşdıran “DÜŞÜNCƏLƏR”, “DUYĞULAR” və “DAVRANIŞLARDIR”. Daha dəqiq desək, QADIN = KİŞİ = 3D.

İNSAN = 3D (Düşüncə, Duyğu, Davranış).

Unutmayın ki, duyğular olmadan davranışlar da olmaz. Bizlər istəsək də, istəməsək də duyğularımıza tabe olmağa məcburuq. Bir qadın və ya bir kişi olaraq bizi hərəkətə gətirən amillər nə qədər fərqli görünsə də, əslində hər birimiz “GÜC”, “UĞUR” və “SEVGİ” üzərində proqramlanmışıq.

Bəzi qadınlar üçün prioritet “GÜC”,

Bəzi qadınlar üçün “UĞUR”,

Bəzi qadınlar üçün isə “SEVGİ” və “ŞÖHRƏT”dir.

Bəzi kişilər “GÜCLÜ OLMAQ”,

Bəzi kişilər “UĞUR QAZANMAQ”,

Bəzi kişilər də “DİQQƏT MƏRKƏZİNDƏ OLMAQ” üçün çalışarlar.

Qadınların və kişilərin “DÜŞÜNCƏ KODLARI”, “ÜNSİYYƏT FORMALARI”, “BU GÜNƏ və GƏLƏCƏYƏ BAXIŞLARI”, qərar qəbuletmə strategiyaları, iş həyatı, şəxsi və sosial həyata baxış və davranışları bir-birindən fərqlənir.

Həyatda güclü və sevgi dolu olmağı, uğur qazanmağı bacarmaq

Qarşınızdakı qadın və ya kişinin hansı davranış formasına görə hərəkət etdiyini bilmirsinizsə, “AXTARDIĞINIZI HEÇ VAXT TAPA BİLMƏZSİNİZ”.

“QADINLAR NƏ İSTƏYİR, KİŞİLƏR NƏ VERİR?” həyat yolunuzda “qadın və kişini” tam başa düşmək, sizi güclü və sevgi dolu etmək, uğur qazanmağınıza, başqalarından fərqlənməyinizə kömək etmək üçün hazırlanıb.

“Ürəkdən güləndə beyin dərin yuxudan oyanar

və indinin həqiqətini yaşamağa başlayar ”.

“Mustafa Kılınç”

Mükəmməl Münasibət Üçün Beyninizlə Ünsiyyətə Girin

 “Beyin – mükəmməl bir kölə, bərbad bir hökmdardır”.

“Mustafa Kılınç”

Beynimizə qarşı heç birimiz diqqətsiz və laqeyd qala bilmərik. Ən qiymətli parçanız olan beyninizlə ünsiyyətə girmək, ondan necə istifadə etməyi bilmək və bacardığınız qədər çox faydalanmaq istərdinizmi? “HƏ” cavabını verirsinizsə, bizimlə gəlin.

“YOX” cavabını verirsinizsə, Təbriklər! Ən azı, seçiminizi etdiniz və qərar verdiniz. Lakin bir şeyi bilin ki, qərarınızdan asılı olmayaraq beyninizdən istifadə etməsəniz, o, sizdən istifadə edəcək.

QADINLAR VƏ KİŞİLƏR, SİZƏ BİR XƏBƏRİM VAR!

Çiyinlərinizin üzərində gəzdirdiyiniz, başınızın içində yer alan beyninizlə bağlı sadəcə iki seçim imkanınızın olduğunu bilirsinizmi?

Birinci seçiminiz:

Beyniniz sizin istəkləriniz, gözləntiləriniz, xəyallarınız və münasibətləriniz üçün çalışacaq.

İkinci seçiminiz:

Beyniniz başınızın içində “özü bildiyi kimi”, “adət etdiyi kimi” işləməyə davam edəcək. Bunun başqa yolu yoxdur.

Beyniniz “özü bildiyi kimi” işləyəndə belə, yaratdığı duyğu və düşüncələrin nəticələriylə siz ­qarşılaşacaqsınız.

Beyniniz həyatınızı, münasibətlərinizi, qısacası, bir insan olaraq, hər bir şeyinizi idarə edir. Belə olan halda siz də beyninizə nəzarət etməlisiniz. ndan faydalanmağı öyrənməli və istəklərinizə uyğun istifadə ­etməlisiniz.

Həyatda güclü, sevgi dolu olmağı və uğur qazanmağı bacarmaq

Necə çalışdığını bilmədiyiniz bir şeyə nəzarət edə, ondan lazımi qədər faydalana bilməzsiniz.

Hər şey beyində başlayır. Qadın və ya kişi olaraq ünsiyyəti necə qurursunuz? Necə danışırsınız? Saatlarla zövq alaraq necə söhbət edirsiniz? Onu deyim ki, söhbət etmək beyindən-beyinə həyata keçirilən ­alış-verişdir.

“BEYNİMİZİN DÜŞÜNƏRƏK XƏYAL ETDİKLƏRİNİ ƏLLƏR REALLAŞDIRAR”

“Mustafa Kılınç”

Yeni Bir Eşq Harada Başlayır?

 “Yaxşılığı, xəstəliyi, səfaləti, xoşbəxtliyi, zənginliyi, kasıblığı yaradan zehindir”.

Edmund Spenser

Əlbəttə ki, beyində. Həyatınızdakı hər şeyin ilk başlanğıc nöqtəsi beyninizdir. Bitmə nöqtəsi də beyninizdir. Deməli, beyniniz “həm başlanğıc”, “həm də bitmə” nöqtəsidir.

Yeni bir karyera? Yeni bir həyat? Yeni bir sevgili? Yeni bir avtomobil? Bütün bunlar beyində başlayar. Davamı üçün isə beyninizin yaratdığı hisslərə ehtiyacınız var.

Hisslərin olmadığı yerdə “qadın” və ya “kişi” olmağınızın heç bir mənası olmaz.

Sizi güclü şəxsiyyətə çevirə biləcək beyninizdən necə istifadə etməyi öyrənməyiniz mütləqdir.

Bəhanələrə haqq qazandıran da, qazanılmış uğurdan həzz yaradan da beyindir. Elə bu səbəbdən bəzi insanlar “başlanğıcdan qalib gələr”, bəzi insanlar isə “başlamadan məğlub olar”.

İSTƏR QADIN OLUN, İSTƏR KİŞİ, SEÇİM SİZİNDİR, BU HƏYAT SİZİNDİR.

Beyindən İstifadə Təlimatı!

 “Yaxşı bir başa sahib olmaq yetərli deyil, ondan necə istifadə etməyi də bacarmalısınız”.

Dekart

Əziz qadınlar və kişilər, diqqətli olun!

Beyin gücünüz başınızın içindədir və sizin ondan istifadə etməyinizi gözləyir. Sizə havayı verilmiş beyninizdən necə istifadə edəcəyinizlə bağlı bəzi şeyləri bölüşəcəm. Artıq güc sizdədir.

Mən – Mustafa Kılınç, Türkiyənin ilk və yeganə peşəkar NLP təlimçisiyəm. Dünyanın peşəkar NLP təlimçiləri arasında yer alıram. “NLP Mütəxəssisləri Dərnəyi”nin başqanı, eyni zamanda yazaram. Sahib olduğum bilgilərdən çıxış edərək məndən sizlərə bütün dünyanın qapılarını açacaq bir SİRR verməyimi istəsəydiniz, cavabım belə olardı: “Beyninizdən istifadə təlimatına sahib olun, beyninizi oxuyun, beyninizdən istifadə edin”.

Sizlərə beyninizlə bağlı bilməli və etməli olduğunuz məqamları qısa və konkret şəkildə açıqlayacam. Gözünüzü qorxutmayacam. Sadəcə necə etməli olduğunuzu sizinlə bölüşəcəm. Bildiyiniz kimi, beyninizin iki yarımkürəsi var: sol və sağ yarımkürə. Hər bir yarımkürənin özünəməxsus bacarıqlarını anlamaq üçün zehni gücünüzdən daha səmərəli istifadə edərək, sağ və sol beyin funksiyaları arasında tarazlıq yarada bilərsiniz.

Sağ Beyin

“Beyniniz – sağ və sol yarımkürələr bir-biri ilə uzlaşaraq işlədiyində nəticə verir”.

“Mustafa Kılınç”

Sağ yarımkürə yaradıcılıq, təhlil, məkan və məsafələri bir-birindən ayırmaq xüsusiyyətinə, məlumatları heç bir güc sərf etmədən avtomatik olaraq yadda saxlamaq qabiliyyətinə malikdir.

“Mən bu insanı əvvəl haradasa görmüşəm”, deyərkən hisslər sağ beyinə doğru hərəkət edir. Sağ beyin baş verənlərə məna yükləyə bilmir. Fəhminizə etibar etmək sağ beyninizə gələn duyğudur.

Sağ beyin:

Sözlərlə yanaşı, təsəvvür və xəyallarla işləyir.

Musiqi: Musiqi bacarığı, musiqiyə reaksiya vermə qabiliyyəti sol beyində olsa da, bunu sağ beyin müəyyən edir.

Xəyal gücü: fantaziyalar rola necə girməyi bilir. Problemləri bütünlüklə görə, ehtimal edə, böyük problemləri bir anda dəyərləndirə bilir. Üzləri xatırlaya, xüsusiyyətləri bir bütün olaraq görə bilir.

Yuxu görmək: Gördüyümüz yuxular da sağ beynin funksiyalarına daxildir.

Ruhi vəziyyət: İbadət, dua və mistika ilə məşğul olur.

Qeyri-şüuri: Qeyri-ixtiyari düşüncələr və asanlıqla ifadə edilməyən hisslər də sağ beynin funksiyasına aiddir.

Həyatda güclü, sevgi dolu olmağı və uğur qazanmağı bacarmaq

Sol Beyin

Realist, məntiqli və analitikdir, beynin dil mərkəzini təşkil edir. Sol beyin, əsasən, analitik işləri idarə edir. Məntiqi üsullar, əlaqələndirmələr və məna vermə sol beynin funksiyasına daxildir.

Sol Beyin:

Danışmağa, oxuyub-yazmağa nəzarət edir. Hadisələri xatırlayır. Adları yaddaşa qeyd edir və onları necə tələffüz edəcəyimizi bilir. Sol beynin təhlil mərkəzi hadisələri rasional şəkildə qiymətləndirir. Riyazi hissəsi isə rəqəmləri, simvolları qavrayır, hesablama işlərinə üstünlük verir. Vücudumuzun sağ tərəfindəki hərəkətlərə nəzarət edir. Hər iki yarımkürədəki şüurlu və qeyri-ixtiyari zehnimizi bilməyə, məqsədimizə çatmaq üçün onların hər ikisindən yararlanmağa ehtiyacımız var.

ŞÜURLU ZEHİN: hesablamaq, qarşılaşdırmaq, qiymətləndirmək kimi, bir çox təsiredici və əlaqəli funksiyanı yerinə yetirir. Şüurlu zehin VAHİD sistemə malikdir.

QEYRİ-ŞÜURİ ZEHİN: düşünməz, sadəcə hərəkət edər. Sürətlə qərar verər. Vücudu hərəkət etməyə istiqamətləndirər. Əsasən güclü olur, çətin dəyişir.

Şüurlu zehnin dərinliklərində yer alır və insanın keçmişdəki hərəkətlərində gizlənir. Fikirlərini rasional şəkildə dilə gətirmir, yalnız davranışlarla reaksiya verir. Bu günlə yaşayır. Sərt, neqativ məlumatlara qarşı həssas olur.

Şüurlu zehnimizlə müəyyən etdiyimiz bir hədəfimiz olur. Məsələn, arıqlamaq, işə girmək, davranışlarımızda dəyişiklik etmək. Demək asandır, etmək isə çətin. Qeyri-şüuri zehin üçün sərhədlərimizə toxunmaq bir riskdir. Bunun düşüncəsi belə, özünüzü pis hiss etməyinizə səbəb ola, qorxu, həyəcan və təlaş yarada bilər.

“Gənclik insan həyatının hər hansı çağı ilə bağlı deyil. İnsan özünə olan inamı qədər gənc, şübhələri qədər də ­yaşlıdır. Cəsarəti qədər gənc, qorxuları qədər yaşlıdır. Ümidləri qədər gənc, ümidsizliyi qədər yaşlıdır. Heç kim bir neçə il yaşamaqla qocalmaz. İnsanları qocaldan hədəflərini dəfn etmələridir. İllər üzünüzün dərisini qırışdıra bilər, lakin həyəcanlarınızı yox etməklə ruhunuzu qırışdırarsınız”.

Samuel Ullman

Qadın Beyni Daha Böyükdur, Yoxsa Kişi Beyni?

Qadını və ya kişini ağıllı edən beyinlərinin böyüklüyü deyil, beynin içindəkilərdir. Beyni bir kitaba oxşatsaq, onun nə qədər yaxşı olduğunu həcminə yox, içindəkilərə görə müəyyən edərik.

Aparılan elmi araşdırmaların da göstərdiyi kimi, “BEYNİNİZİN” fiziki böyüklüyünün heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan beyninizin fəaliyyətidir. Fiziki baxımdan kişi beyni qadın beynindən 10% daha böyük olsa da, bu, kişilərin ağıllı olduqları anlamına gəlməz.

Qadın beyni ilə kişi beyni bəzi mövzularda bir-birinə üstün gəlsə də, heç biri qəti bir üstünlük qazana bilmir. İki beynin quruluşu arasında oxşarlıq fərqliliklərdən daha çoxdur.

Qadın beyni: Sağ beyin funksiyalarına daxil olan işlərdə (xəyal qurmaq, yaradıcı olmaq, fantaziya və ­hisslər) kişilərin beyni ilə müqayisədə daha ­avantajlıdır.

Kişi beyni: İstiqaməti müəyyən etmədə, riyazi məsələlərdə, konkret və mücərrəd anlayışlara bağlı işlərin görülməsində qadın beyni ilə müqayisədə daha avantajlıdır.

Böyük Sevgilər Ürəkdə Yox, Beyində Başlayar

“Nəyi görsəniz, ona da sahib olarsınız”.

“Mustafa Kılınç”

 Doğru bildiyiniz yanlışlardan biri də sevginin qəlbdə başlamasıdır. Halbuki sevginin mənbəyi “qəlb” deyil, “beyindir”. Sevgi beyin fəaliyyəti nəticəsində meydana gələn bir hissdir. Hisslərimizin də mərkəzi qəlb yox, beyindir.

Sevgi hissi beyin mərkəzində yaranır. Beynimizin əmri ilə yaranan kimyəvi reaksiyanın nəticəsini qəlbimizin ətrafında hiss etdiyimiz üçün, sevgimizin də qəlbimizdə olduğunu zənn edərik.

Sevən qəlb yox, sevən beyin var.

Qadını və Kişini İstiqamətləndirən Beyin

Kişilərin həyatı necə dəyişir? Hansı istiqamətə doğru dəyişirsiniz? Ayaqlarınızdan başınıza, yoxsa başınızdan aşağıya doğru? Qadınları və kişiləri istiqamətləndirən, bəzi şeyləri onların gözündə düz göstərən beyindir.

– Qadın və kişini inanclarına, dəyərlərinə uyğun hərəkətə sövq edən beyindir.

– Sevgili olan vaxtlara və evlilik dövrünə istiqamət verən beyindir. Çünki hisslər beyində yaranır.

– Qadın və kişi arasında münasibəti başladan beyindir. Xarakter və davranışlarımızın kodları şüuraltı zehnimizdədir.

– Sağlamlığımıza istiqamət verən beyindir. Çünki xəstəliklərin çoxu şüuraltı kodlara əsaslanır.

– Siyasətə istiqamət verən beyindir. Çünki səs vermə qərarı beyində formalaşır.

– Aldatmağa sövq edən beyindir. Çünki qarşımızdakını aldatmaq qərarı beyində formalaşır.

– Cinsi əlaqəyə yön verən beyindir. Çünki zövq alma və ya cinsi münasibətlərdən imtina qərarını beyin verir.

– Qadın və kişi arasındakı qısqanclığa istiqamət verən beyindir. Çünki beyindəki qısqanclıq düşüncəsi bu hissi yaradır.

– Kişi və qadını sevgi, hörmət və mehribanlığa sövq edən beyindir. Çünki müsbət və ya mənfi fikirlər beyində yaranır.

– Qadın və kişilərdə gözləntiləri yaradan beyindir. Çünki gözləntilər və ona qarşılıq vermək qərarı beyində formalaşır.

– Qadınların istəklərini formalaşdıran beyindir. Qadının şüuraltı dünyasındakı davranış formaları avtomatik olaraq beyində proqramlanır. Kişilərin nələri fəda edəcəklərinə qərar verən beyindir. Çünki şüur altındakı şifrələrin mərkəzi beyindir.

Yenicə tanış olduğumuz birini tanımaq üçün xeyli cəhd göstəririk. Gəlin, indi də bir az şüuraltı ­dünyamızı tanımağa və ondan necə istifadə edə biləcəyimizi öyrənməyə çalışaq. Şüuraltı gücünüzü kəşf etsəniz, bütün qapıları aça biləcək sehrli açara sahib olacaqsınız. Bu sizin haqqınızdır. Şüuraltı dünyanız sizə xidmət etməyə hazırdır. Bəs siz? Siz də dərinlərə baş vurmağa, şüuraltı zehninizlə tanış olmağa hazırsınızmı?

“Şüurlu şəkildə kəşf olunmağa doğru getmək çətindir”.

Həyatda güclü, sevgi dolu olmağı və uğur qazanmağı bacarmaq

“Bütün azadlıqlar beyində başlayar və beyində bitər”.

“Mustafa Kılınç”

İkili Xarakter

 “Bir bədəndə iki fərqli insan?”

Bunun gülməli olduğunu etiraf edirəm. Həm şüurlu, həm də şüuraltı zehnimiz, davranışlarımızla daim əlaqədədir. Amma onların öz aralarında heç bir əlaqə yoxdur. Bu səbəbdən insanlar “bilmirəm”, “düşünməliyəm” və ya “nə edəcəyimə əmin deyiləm” kimi cümlələr qururlar.

Adətən, insanlar özlərini və onları əhatə edən dünyanın mənasını anlamağa çalışırlar. Zaman-zaman hər birimiz bizi dəhşətli dərəcədə təəccübləndirən şeylər danışırıq. Fəhmimizlə ziddiyyət təşkil edən bu sözləri mənalı etməkçün hekayələr uydurmaq məcburiyyətində qalırıq. Məhz bu hekayələr irəli getməyimizi təmin edir.

Özümüzü və ətrafımızı başa düşməyi daha da çətinləşdirən 1,5 kq-lıq beynimizdə daşıdığımız deformasiyaya uğramış acı xatirələrdir. Beyin hər hadisəni təzə saxlayan bir video deyil. Beyin –hadisələri, düşüncələri, xatirələri təhlil edərək yenidən bir yerə toplayan, sonra yenidən təhlil edib təkrarən toplayan bir mexanizmdir. Səhvlərlə dolu xatirələrə o qədər çox rast gəlinir ki, hər hansı böyük bir söhbətin əsnasında ən azı bir dəfə heç vaxt yaşanmamış xatirədən bəhs edilir.

Bu iki qüsurlu ünsürü anlamaq (hafizəmiz və ikili xarakterimiz) eyni hadisə ilə üzləşən, lakin bunu fərqli şəkildə xatırlayan və ya təhlil edən insanların dava və mübahisələrini başa düşməyə kömək edər.

Araşdırmalar başqalarına necə reaksiya verəcəyimizin ehtimal oluna biləcəyi ilə bağlı bəzi ipucları verir. Məsələn, bacısını (qardaşını) sevən bir adam onun kimi davranan başqa insanları da sevir.

Adətən, qadınlar ilk sevgilərinin təsirindən asanlıqla xilas ola bilmirlər. Qadınların hissləri dərin olduğu üçün ilk sevgililərindən ayrılarkən qarşılarına çıxan hər insanda onun xüsusiyyətlərini axtarırlar. Bir neçə ortaq xüsusiyyət tapanda isə qadının beyni dərhal “ona etibar edə bilərsən” mesajını verir. Bununla da qadın bir müddət əvvəl tanıdığı kişiyə çox etibar edir və onunla bağlı gözləntiləri çox olur.

Kişilərdə isə vəziyyət bir qədər fərqlidir. Kişilər ilk sevgilərindən sonrakı münasibətlərində ortaq xüsusiyyətlər axtarmır, fərqli nöqtələrə diqqət yetirirlər. Bu halda qadın fərqli, daha cazibədar olmalı, özünü sıxmamalı, sərbəst şəkildə münasibətinə davam etməlidir.

Aralarındakı münasibəti təhlil edə bilənlər üçün heç bir problem olmur. Təhlil etməyi düşünməyənlər isə adətən, rahatlıq tapa bilmirlər.

Həyatda güclü, sevgi dolu olmağı və uğur qazanmağı bacarmaq

“Düşüncə ilə davranış birgə hərəkətə keçir. Davranışın başlanğıc nöqtəsi zehindir”.

“Mustafa Kılınç”

Aranızdakı münasibətə, evliliyinizə bir ad qoymalı olsaydınız, bu ad nə olardı? Burada iş sizin üzərinizə düşür. Qoyacağınız ada görə münasibətiniz beyniniz tərəfindən istiqamətləndiriləcək.

Gəlin, ad qoyaq.

Bizim münasibətimizin adı …………………………………

Bizi tanımayanlar kənardan münasibətimizi necə qiymətləndirər? Onlara görə bizim münasibətimizin adı nədir?

………………………………………………………….

Çünki …………………………………………………………..

Münasibətinizə özünüzün və başqasının gözü ilə baxmağa, qiymət verməyə cəsarət etdiyiniz üçün TƏBRİKLƏR. Zəhmət olmasa, verdiyiniz cavabları “çünki” bölməsində qeydlərinizlə əsaslandırın. Sizin və beyninizin buna ehtiyacı var.

“Səni sevirəm deyə bilirəmsə, bu, səndə bütün insanlığı, canlı olan hər şeyi və səndə olan səni sevirəm deməkdir”.

Erich Fromm

Qadın və Kişi Olaraq Siz Kimsiniz?

“Bəzən eşitmək istədiyinizi eşidər, görmək istədiklərinizi görərsiniz. Bunu bilərəkdən etmirsiniz. Bütün bunları edən siz yox, beyninizdir”.

“Mustafa Kılınç”

Qadın və ya kişi olaraq özünüzü necə ifadə edərdiniz? Hər hansı bir vəziyyətdəki davranışlarınıza diqqət etsəniz, bu, özünüzü tanımağınıza kömək edəcək. Əlbəttə, bunun özü də bir qədər şübhəlidir. Çünki insan özünə başqaları kimi qiymət verə bilməz.

Araşdırmalar göstərir ki, başqalarının gələcəkdə edəcəyi hərəkətləri ehtimal etmək, öz hərəkətlərinizi ehtimal etməkdən daha asandır. Adətən, özümüzə daha müsbət qiymət veririk. Bu da nəticədə yanlış qiymətləndirməyə səbəb olur. Başqalarına isə adətən, daha düzgün qiymət veririk.

O yanğına şükürlər olsun.

Soyuq bir qış səhəri idi. Sahildəki kiçik bir kənddə balıqçı qayığı dənizə tərəf yol aldı. Günortadan sonra dəhşətli fırtına qopdu və gecə balıqçı qayıqlarının heç biri limana qayıtmadı.

Gecə boyu analar, uşaqlar, sevgililər əllərini göyə açıb yaxınlarının xilası üçün Allaha dua edirdi. Bu xoş olmayan gecədə evlərdən birində güclü yanğın başladı. Kişilər olmadığı üçün yanğını söndürüb evi xilas etmək qeyri-mümkün idi.

Səhər açılanda itən qayıqların hamısı sağ-salamat limana qayıtdı. Lakin onların arasında çarəsiz biri var idi. O, yanğında evi kül olan adamın həyat yoldaşı idi. Əri sahilə çıxarkən qışqırmağa başladı: “Aman Allah, məhv olduq. Evimiz içindəki əşyalarla birlikdə kül oldu”. Kişi isə həyat yoldaşını təəccübləndirən cavab verdi: “O yanğına şükürlər olsun. Yanan evimizin işığı sayəsində bütün qayıqlar yolu tapdı və sağ-salamat limana qayıtdıq”.

İKİNCİ HİSSƏ
Yetkinliyə Gedən Yolda Ünsiyyət

“Ünsiyyətin mənası sizin nə danışdığınızda yox, qarşınızdakının nə anladığındadır”.

Həyatınızda təsirli bir ünsiyyətə sahib olmasanız, yola təkbaşına çıxarsınız. Çünki ünsiyyət bilgi və anlayışın bir yerdən başqa bir yerə keçməsi mərhələsidir. Ünsiyyət həm də, iki və daha artıq insanın bir-birini anlamasına, düşüncə və duyğu mübadiləsinə, qarşılıqlı müzakirə və bölüşməyə, ayrı-ayrılıqda və ya birgə hərəkət etməyə söykənən bir münasibətdir. Qısacası, ünsiyyət beyindən-beyinə ötürülən siqnaldır.

Həyatın ən təsirli və təməl mövzularından biri ünsiyyətdir. Qadın və kişi münasibətlərinin təməlində də ünsiyyət dayanır. Ünsiyyət münasibətlərin səviyyəsinə və gələcəyinə təsir edən təməl bir faktordur. O, fərdi səviyyədə insanın qarşısındakı ilə bütünləşməsini, sevgi və hörməti, “biz” anlayışını və bir münasibətin davam edib-etməyəcəyini müəyyən edir.

“Həyatda uğur qazanıb-qazanmamağınız ünsiyyətinizdən və münasibətlərinizdən asılıdır”.

“Mustafa Kılınç”

Münasibət və Ünsiyyətinizdə Sehr Yoxdur, Sadəcə Sehrbazlar Var

Qədim zamanlarda bir kral və onun gənc oğlu var idi. Gənc kral 3 şey istisna olmaqla, hər şeyə inanırdı. İnanmadığı 3 şey bunlar idi: kraliçalar, adalar və tanrı. Atası ona dünyada bu üç şeyin mövcud olmadığını demişdi. Atasının krallıq dövründə bu 3 şeyin varlığını sübut edən bir nişanə belə, yox idi. Gənc də atasına inanırdı.

Bir gün gənc kral atasının sarayından qonşu bir ölkəyə qaçır. Orada bir çox ada, adalarda da adlarını belə, bilmədiyi varlıqlar görür. Adalara getmək üçün qayıq axtararkən yanına çadralı, üzü qapalı adam yaxınlaşır. Gənc həmin adamdan adaların həqiqət olub-olmadığını soruşur. Adam da “əlbəttə, həqiqətdir” cavabını verir.

– Yaxşı, bəs bu qəribə görünüşlü varlıqlar?

– Onlar həqiqi kraliçalardır.

– Belə çıxır ki, tanrı da var?

Qapalı qiyafəli adam bir qədər önə əyilərək “mən tanrıyam”, – deyir. Gənc tələm-tələsik saraya qayıdır. Və atasına təəccüblə “adalar gördüm, kraliçalar gördüm, tanrını gördüm”, – deyir. Qoca kral bu sözlərdən qətiyyən təsirlənmir və “həqiqi adalar, həqiqi kraliçalar və həqiqi tanrı yoxdur”, – cavabını verir.

Oğlu: “Axı, mən onları gördüm”, – deyərək israr edir. Kral soruşur: “De görüm, tanrı nə geyinmişdi?”. Oğlu cavab verir: “Uzun qara libas”.

“Yaxşı, libasının qollarını yuxarı çəkmişdimi?” – atası soruşur.Gənc kral xatırlayır ki, onun libasının qolları həqiqətən çəkilmişdi. Atası gülümsəyərək “Elə də bilirdim”, – deyir və davam edir: “O gördüyün bir sehrbaz geyimidir, səni aldadıblar”.

Bir müddət sonra gənc kral adaya qayıdır və həmin qumluğa doğru gedir. Qara libaslı adam yenə orada olur. Gənc kral “Atam mənə sənin kim olduğunu dedi. Ötən dəfə məni aldatdın. Bir daha aldada bilməzsən. Artıq bilirəm ki, nə adalar, nə kraliçalar həqiqətdir. Üstəlik, sən də sehrbazsan”, ­– deyir. Qumluqdakı adam gülümsəyərək cavab verir: “Əslində səni aldadan elə atandır, ey gənc. Atanın krallığında çoxlu adalar və kraliçalar var.

Sən atanın sehri altında olduğun üçün onları görə bilmirsən”. Gənc kral fikirli şəkildə evinə qayıtdığında atası gözlərinin içinə baxırdı: “Ata, sənin həqiqi bir kral olmadığın, bir sehrbaz olduğun doğrudurmu?”. Qoca kral gülümsəyir və paltarının qollarını yuxarı qatlayır: “Düzdür, oğlum, mən sadəcə bir sehrbazam”.

– Mən sehrdən kənarda olan həqiqətləri bilmək istəyirəm. Yalnızca həqiqətləri.

Ata cavab verir: “Sehrdən kənarda bir həqiqət yoxdur”.

Gənc kral qəmli bir şəkildə qışqırır: “Özümü öldürəcəm”.

Kral sehr vasitəsi ilə ölümü oğluna göstərir. Ölüm qapıda gözləyir, həqiqi krala səslənirdi. Gənc kral qorxur. Gözəl, amma həqiqi olmayan adaları, kraliçaları düşünür: “Yaxşı, dözə bilərəm”.

Qoca kral deyir: “Gördünmü oğlum, sən də bir sehrbaz olmağa başlayırsan”.

Qadın-Kişi Münasibətlərinin Sehrli Quruluşu

“Həqiqi sevgini tanıyacaq qədər şanslısansa, bütün qəlbin, ruhun və vücudunla sev”.

F.Kollis Vildman

Qadın və ya kişi ilə ünsiyyətə başladığınızda öz dünya modelinizi əhatə edən beyninizdən qarşınızdakının beyninə keçid edirsiniz. Dünyanı beş əsas sistemlə dərk edirsiniz. Dərk etdiyiniz dünya modelini isə görüntülər, səslər, hisslər, dad və qoxular formalaşdırır.

Bu vaxta qədər qarşınızdakı insanlarla necə ünsiyyət qurduğunuza diqqət etmisinizmi?

Necə danışırsınız? Hansı kəlmələrdən istifadə edirsiniz?

Danışanda vücudunuz sizinlə vəhdət təşkil edirmi?

Qarşı cinsin gözlərinə rahat baxa bilirsinizmi?

Danışdıqlarınızı vücudunuz, düşüncələriniz və duyğularınız təsdiqləyirmi? Yoxsa siz fərqli, vücudunuz fərqli danışır?

Ətrafınızda “şeytan tükü”nün olduğu söylənilən dostlarınız varmı? Yaxşı, bəs onlar necə ünsiyyət ­qururlar?

Özünüzə bir addım kənardan baxsanız, necə bir ünsiyyət qurduğunuzu görər və ya hiss edərdiniz?

Məqsədim sizi sual yağışına tutmaq və suallar içərisində boğmaq deyil. Sadəcə, bir anlıq diqqətinizi özünüzə yönəltmək və fərqində olmadığınız davranış qəliblərini dərk etməyinizi istəyirəm.

Yetkinliyə gedən yolda ünsiyyət

Ətrafınızdakı bütün qadın və kişilərin yazarkən, düşünərkən, danışarkən istifadə etdiyi 3 əsas ünsiyyət modeli var. Bu 3 modeli bilmək sizə üstünlük və fərqlilik bacarığı verər. NLPDAP Hissi Qavrama Sisteminə görə, zehni görüntüləri güclü olan qadın və kişilərə “görünüşə meylli”, səslərlə düşünən qadın və kişilərə “eşitməyə meylli”, hissləri ilə düşünən və hərəkət edən qadın və kişilərə isə “təmasa meylli”lər (bədən təması, birinə toxunmaq) deyilir.

Kişilərin təxminən 75%-i “görünüş”, “səs” və “hisslərlə” düşünür. 25 faizində isə yalnız bunlardan biri güclü olur. Siz qadın və ya kişi olaraq təsir etmək, ismarıcınızı tam catdırmaq, istədiklərinizi əldə etmək istəyirsinizsə, “görünüş”, “səs” və “hisslərlə” düşünür. 25 faizində isə yalnız bunlardan biri güclü olur. Siz qadın və ya kişi olaraq təsir etmək, ismarıcınızı tam catdırmaq, istədiklərinizi əldə etmək istəyirsinizsə, “görünüş”, “səs” və “hisslər”dən ibarət ünsiyyət sistemindən istifadə edin. Nəticəni görüb çox sevinəcək və təəccüb edəcəksiniz.

“Fərqi yaradan hər zaman fərqdir.”

“Mustafa Kılınç”

Görünüşə Meylli Qadın və Kişilərin Əsas Xüsusiyyətləri

“Həyat bir təsadüf deyil. Həyatı necə yaşayırsınızsa, insanlarla necə ünsiyyət qurursunuzsa, həyat da Sizə onu verəcək”.

“Mustafa Kılınç”

Görünüşə meylli insanlar dünyanı görüntülərə görə dərk edirlər. Adətən, sürətli danışırlar. Tez-tez mövzudan-mövzuya keçirlər. “Gözümün qarşısında”, “gözqamaşdıran gözəllik” kimi, ifadələr işlədirlər.

Belə insanlar düşünəndə gözlərinin önündən tez-tez obrazlar keçir. Yolda gəzəndə belə, xəyal qurduqları üçün tez-tez sağa-sola dəyirlər. Yenilikçi və yaradıcı olurlar. Belə insanların masaları təmiz, hər şeyləri yerli-yerində və səliqəli olur. Çox yaxşı memarlıq və rejissorluq bacarıqları olur. Rabitəsiz danışırlar. Düşünəndə bəzən gözlərinin önündən hissə-hissə rəsmlər və filmlər keçir. Məntiqlərindən daha çox hisslərinə güvənirlər. Ətrafdakı insanlar tərəfindən tez-tez xəyalpərəst və dağınıq olmaqda ittiham olunurlar. Qarşılarındakı insanı dinləyərkən kağız üzərində qaralamalar etməyi sevirlər.

İş həyatında təşəbbüskarlar, siyasətdə və ya başqa sahələrdə liderlər bu tip insanlar arasından çıxır. Belə insanların zəkası hər zaman gələcəkdə yarana biləcək fürsətlər və ya problemlər üzərində köklənir. Hadisələri bir bütün olaraq gördükləri üçün əsasən münasibətlərə və əlaqələrə əhəmiyyət verirlər.

Buna görə də problemlərin yaranma səbəbini çox tez anlayıb, çox tez də qərar qəbul edirlər. Çox cəsarətli olurlar. Xəyalları onları hər zaman haralarasa aparır. Bu səbəbdən bəzən sürətli hərəkət edərək səhvlərə yol verə bilirlər. Fikir bildirməyi həmin işi görməkdən üstün tuturlar.

Görünüşə meylli insanlar dünyanı görüntülərlə dərk edirlər.

Eşitməyə Meylli Qadın və Kişilərin Əsas Xüsusiyyətləri

Belə insanlar dünyanı sözlər və səslərlə dərk edirlər. Nə danışacaqlarını dəfələrlə beyinlərində təkrarlayırlar. Danışıqları ritmik, ahəngli və səliqəlidir. Mövzunu sırayla birindən digərinə keçmədən izah edirlər. Orta sürətdə danışırlar. Adətən, başları ortada və ya bir qədər yana doğru əyilmiş formada olur. Nə dediklərini özləri eşitməlidirlər.

Öz içlərində yüksək səslə ucadan və uzun müddət danışdıqlarından, adətən, boşboğaz olurlar. Tez-tez danışdıqları üçün yanlarında belə, onlara səslənsəniz, sizi eşitməyə bilərlər. Adətən, qəlblərinin səsinə qulaq asır və “öz-özümə dedim ki…” ifadəsini çox işlədirlər.

İş həyatında və idarəçilikdə uğur qazananlar bu tip insanlar arasından çıxır. Daxili dünyalarındakı dialoqlar onları daim həyata qarşı hazırlıqlı edir. Hər zaman sistemli düşünürlər və bu sistemin axsamaması üçün hazırlıqlı olurlar. Əsasən qorxaq olurlar. “Amanın günüdür, bir səhv olmasın” devizi bu insanların fəlsəfəsidir. Beləliklə, qarşımıza həssas və təmkinli bir idarəçi çıxır. Lakin bu insanlar əvvəlcədən oturuşmuş sistemləri yaxşı idarə edirlər.

Təmasa Meylli Qadın və Kişilərin Əsas Xüsusiyyətləri

Bu insanlar dünyanı hisslərlə dərk edirlər. İstənilən vəziyyətdə özlərinin orada – o insanların yanında olduğunu düşünürlər və o insanların nə hiss etdiklərinə və hisslərinə fokuslanırlar. Çox hərəkət edirlər. Ağır, dərindən gələn emosional bir tonda danışırlar.

Danışarkən “problemlərin ağırlığı”, “işlərin çoxluğu”, “acıların dərinliyi” kimi sözlərdən istifadə edirlər. Bu zaman mütləq insanlara və ya əşyalara toxunurlar. Çox yaxşı emosional çıxış yolları tapırlar. Şairlər, psixoloqlar, roman yazarları, əsasən, bu kateqoriyadan olan insanlardır. Adətən, rahat geyinməyə üstünlük verirlər.

Texniklər, biznesmenlər və sənətçilər də bu insanlar arasından çıxır. Keçmişdəki problemlərdən ibrət almaq və ya gələcəkdə baş verəcək dəyişikliklər onları çox maraqlandırmır. Vücudları ilə işləməyi sevirlər. Harada və hansı kürsüyə oturduqları onlar üçün əhəmiyyətlidir. Özləri də, masa və daxılları da səliqəsizdir. Geyimlərinə çox diqqət yetirmirlər.

Hər bir insanın içində potensial olaraq 3 sistem mövcuddur. İnsanın üzərinə düşən vəzifə ən üst potensiala yetişmə nöqtəsində bütün imkan və bacarıqlarından faydalanmaq üçün sahib olduqlarını inkişaf etdirməkdir.

Düşünmə və davranış formaları ilə onu ifadə forması arasında fərq olur.İnsanların sözlərini, davranışlarını və göz hərəkətlərini izləməklə onların hansı sistemdən istifadə etdiyini müəyyən etmək olar. İnsanın hansı kanaldan istifadə etdiyi məlum olsa, onun hansı xüsusiyyətlərə sahib olacağını da ehtimal etmək mümkün olar. Bu ipucları ilə insanın zehni mərhələlərinin necə inkişaf etdiyini təsbit etmək olar.

“Mütləq evlən. Xanımın yaxşıdırsa xöşbəxt, pisdirsə filosof olarsan”.

Sokrat

Başa düşdüm

Elə bir həyat yaşayıram ki,

Cənnəti də gördüm, cəhənnəmi də.

Elə bir sevgi yaşadım ki,

Ehtirası da gördüm, məğlub olmağı da.

Bəziləri seyr edərkən həyatı, ən öndən

Özümə bir səhnə tapdım, oynadım.

Elə bir rol veriblər ki,

Oxudum, oxudum, anlamadım.

Öz-özümə danışdım.

Bəzən evimdə həm hirsləndim, həm də güldüm halıma.

Sonra dedim ki, söz ver özünə,

Dənizləri sevirsənsə, dalğaları da sevəcəksən.

Sevilmək istəyirsənsə, əvvəl sevməyi öyrənəcəksən.

Uçmağı sevirsənsə, enməyi də biləcəksən.

Qorxaraq yaşayırsansa, həyatı sadəcə seyr edə biləcəksən.

Elə bir həyat yaşadım ki,

Son yolculukları erkən yaşadım.

Elə çox dəyərliymiş ki, zaman,

Hər zaman tələsdim bu səbəbdən. Başa düşdüm.

Nitsşe

Qadın-Kişi Münasibətlərində “Razı Salmağın” Gizli Gücü

“İnsanlar hisslərinin məsuliyyətindən qaçmaq üçün bəhanə axtarmaqda peşəkarlaşıblar”.

“Mustafa Kılınç”

Görünüşə meylli qadın və kişini razı salmağın yeganə yolu onlara nəticənin portretini göstərməkdir. Əks halda, onları razı salmağınız mümkün olmayacaq.

Eşitməyə meylli qadın və kişini razı salmağın yeganə yolu onlara nəticədə ortaya çıxacaq danışıqlardan bəhs etməkdir. Onları sonda eşidəcəyi kəlmələrdən istifadə etməklə razı sala bilərsiniz.

Təmasa meylli qadın və kişiləri razı salmağın tək yolu isə nəticədə yaranacaq vəziyyəti hiss etməsini təmin etməyinizdir.

Qəribə də olsa görünüşə meylli insanlara hədiyyə alarkən qutulara və görünüşünə diqqət etməlisiniz. Çünki onlar hədiyyənin dəyərindən çox, qutularına diqqət edirlər. Hədiyyə qutularını çox maraqla ­ açırlar.

Təmasa meyllilər isə hədiyyəni əllərində tutaraq hiss edirlər.

Eşitməyə meylli insanlar səslərə önəm verirlər.

Bəhs etdiyimiz 3 təmsiledici kanaldan başqa qavrama dili də mövcuddur. Qavrama dilinin duyğusal fəaliyyətlə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən qavrama dilindən istifadə edən natiq və ya yazar tamaşaçısını, oxucusunu darıxdırar. Rəsmi xəbərlər, rəsmi açıqlamalar və TRT xəbər proqramlarına baxdığımızda belə vəziyyətlə qarşılaşırıq.

Mənalı mesajlar vermək əvəzinə, ağıllı görünmək istəyən professorlar, vəkillər bu üsuldan çox tez-tez istifadə edirlər. Bu adamların məqsədi mesaj vermək deyil, ağıllı görünməkdir.

Bəzən də neytral kəlmələrdən istifadə edirlər. Ünsiyyət zamanı bunların fərqində olmaq bizə fərqlilik qazandırır.

İnsanların hansı təmsiledici sistemdən istifadə etdiyini anlamaq üçün onları müşahidə etmək lazımdır. Bu insanların danışıqları, davranışları, xüsusən də göz hərəkətləri bu sistemi müəyyən etmək baxımından vacib ipucları verir. Bu ipuclarını tapmaq üçün:

1.İnsanların sözlərinə və əməllərinə,

2.Göz hərəkətlərinə diqqət etmək lazımdır.

Qadınlarda və Kişilərdə Sözlərin və Hərəkətlərin Verdiyi İpucları

“Uğurlu ünsiyyətin, təsir bağışlamağın və dəyişiklik etməyin başlıca şərti uzlaşmadır”.

“Mustafa Kılınç”

Kitabın bu hissəsində sizinlə Qadınlarda və Kişilərdə Sözlərin və Hərəkətlərin Verdiyi İpuclarını bölüşmək istəyirəm.

Bir qadını və ya kişini həqiqətən tanımaq üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Etməli olduğunuz yeganə şey sizinlə bölüşəcəyim “sözlü və hərəkətli” ipuclarına diqqət yetirmənizdir. Bir qədər diqqətli olmağınız kifayət edir. Bununla hər şey ortaya çıxacaq.

“Siz var olan şeyləri görür və deyirsiniz: Niyə? Amma mən olmayan şeyləri xəyal edirəm və deyirəm: Niyə də olmasın?”

G.Bernard Şou

Görünüşə meylli ünsiyyət sistemindən istifadə edən qadın və kişilər: Adətən, yuxarı baxaraq beyinlərində nəyisə canlandırırlar. Bu zaman boyunlarında gərginlik yaranır, başlarını arxaya doğru aparır və alınlarını qırışdırırlar. Belə insanlar tez-tez boyun və baş ağrılarından şikayət edir. Qısa və sürətli nəfəs alır, tez-tez və yüksək tonda danışırlar.

Eşitməyə meylli ünsiyyət sistemindən istifadə edən qadınlar və kişilər: Yavaş və səsləri uzadaraq danışırlar. Danışıq əsnasında qələmlə oynamaq və ayaqlarını hərəkət etdirmək kimi, ritmik bədən hərəkətləri edirlər. Başlarını əyərək dinləyici görünüşü alırlar.

Təmasa meylli ünsiyyət sistemindən istifadə edən qadınlar və kişilər: Ağır tempdə danışır, yavaş nəfəs alırlar. Adətən, aşağı baxırlar. Görməkdən və eşitməkdənsə, hiss etməyə üstünlük verirlər.

Sözlə ifadə etməyə üstünlük verən insanların tez-tez istifadə etdiyi kəlmələr və bənzətmələr var. Görünüşə meylli sistemdən istifadə edən insanlar daha çox görüntüyə, eşitməyə meylli sistemdən istifadə edənlər eşitmə ünsürlərinə, təmasa meylli sistemdən istifadə edən insanlar isə hiss etməyə yönələn kəlmə və bənzətmələrdən istifadə edirlər.

“Gülümsəməkdən heç vaxt vaz keçmə. Kədərli olduğunda belə, gülüşünə kimin, nə zaman aşiq olacağını bilə bilməzsən”.

Qabriel Qarsia Markes

Görünüşə Meylli Qadın və Kişilər Üçün Xüsusi Əhəmiyyət Daşıyan Kəlmələr

“Görə bilmədiyiniz hədəfi vura bilməzsiniz”.

“Mustafa Kılınç”

Bu kateqoriyadan olan qadın və kişiləri əldə etməyin, razı salmağın, onlarla eyni mövqedə olmağın yolu onların dünya modelinə uyğunlaşmaqdan keçir.

Bu cür insanlar üçün xüsusi önəm daşıyan kəlmələri sizinlə bölüşürəm.

Kəlmələr qrupu Məcazlar qrupu

Görmək Hər şey çox dəqiqdir

Baxmaq Göz-gözə

Parlaq Qaşla göz arasında

Fokuslanmaq Nə demək istədiyini mənə göstər

Dəqiq olmaq Hər şey ortadadır

Müşahidə etmək Bu prizmadan baxsan

Görüntü Həyata rəng qatmaq

Rəngsiz Bu həyatın kor nöqtəsini kəşf etdim

İfşa etmək Yolun sonu görünür

Qaranlıq Gözləri kor olmaq

Eşitməyə Meylli Qadın və Kişilər Üçün Xüsusi Əhəmiyyət Daşıyan Kəlmələr

“Hər bir insanın dünyanı dərketmə və gerçəklik xəritəsi fərqlidir”.

“Mustafa Kılınç”

Bu kateqoriyaya aid qadın və kişilər üçün səslər çox önəmlidir. Səslər onlar üçün hər şeydir. Belə insanlarla birlikdəsinizsə, səsinizdən yaxşı istifadə edin.

Kəlmələr qrupu Məcazlar qrupu

Səssiz Qulaqları kar etmək

Ahəngli Zəng çalmaq

Kar olmaq Sözbəsöz

Danışmaq Dili dolaşmaq

Çingildəmək Bülbül kimi ötmək

Gurultu Uzlaşmaq

Harmoniya Şeir kimi danışmaq

Dalğa Dili tutulmaq

Eşitmək Şadlanmaq

Danışmaq Of, aman

 Ünsiyyətin mənası aldığınız reaksiyadır!

“Kəlmələrin gücünü bilmədən insanları anlamaq qeyri-mümkündür”.

Konfutsi

Təmasa Meylli Qadın və Kişilər Üçün Xüsusi Əhəmiyyət Daşıyan Kəlmələr

“Hisslər olmadan heç bir qaranlıq aydınlığa çıxmaz, heç bir ətalət hərəkətə çevrilməz”.

K.Yunq

Həyatda iki tip insan var. Tozu dumana qatanlar, toz-dumanı udanlar.

Tozu dumana qatanlar üzüyola və rahat insanlardırlar. Xöşbəxt ola da, olmaya da bilirlər. Bir gün sevilməz, o biri gün sevilərlər.

Toz-dumanı udanlar isə son dərəcə bəsitdirlər, hisslər baxımından da risksiz həyata üstünlük verirlər. Çox ağlamağı sevməzlər. Münasibətləri, sevgiləri və ehtirasları da bəsit olur. Çox vaxt ehtirassızdırlar. Bu qrupa aid olan qadın və kişilər hiss baxımından riskə getməkdən qorxarlar. Dərin duyğular hiss etməyə başlayanda da qorxar, özlərindən qaçarlar. Eyni zamanda sevdikləri insanı incitməmək üçün hisslərini fəda edərlər. Sonra da bütün hisslərini öldürüb ən sevdikləri insanın belə, həyatını cəhənnəmə cevirərlər.

Kəlmələr qrupu Məcazlar qrupu

Hiss etmək İliklərində hiss etmək

Təmas etmək Üstünə basmaq

Yumşaq Yaranı deşmək

İsti Özünə hakim olmaq

Nahamar Köklü

Kobud Qəzəblənmək

Tərpətmək Xüsusi qeyd etmək

Vurğulamaq Soyuqqanlı olmaq

İncimək Təmas qurmaq

Ağır Ağır olmaq

“Həqiqətləri görən gözləriniz deyil, beyninizdir. Sağ beyninizi hərəkətə gətirərək uğur dünyasının qapılarını aça bilərsiniz”.

“Mustafa Kılınç”

Qadın və Kişilərin Ən Səmərəli Ünsiyyət Şifrəsi

“Bir insanın strategiyalarını bilmək, onu fəth ­etməkdir”.

“Mustafa Kılınç”

Siz də ünsiyyətin şifrələrini müəyyən edin. Necə ünsiyyət qurursunuz? Kim, kimə nə ötürür? Necə ötürür? İnsan faktorunu formalaşdıran beyin, dil və davranış üçbucağıdır. Hər bir insanın beyni və strategiyası bir-birindən fərqlidir (dünyanı dərketmə formamız, qərar vermə mərkəzimiz və s.). İş, tətil, idman, ünsiyyət, fərdi qabiliyyət, satınalma, zaman, sevinc, gələcək, uğur, yemək və razı salmaq – bu istiqamətlərdəki şifrələrinizə aparan yollar aşağıdakılardır.

Aşağıdakı suallara dürüst cavablar verərək şifrənizi tapa bilərsiniz.

Sualları çox düşünmədən cavablayın.

1.Toplantıda bəyəndiyiniz biriylə tanış oldunuz. Onu düşünərkən ilk əvvəl:

a.üzünü, geyimini;

b.sizə söylədiyi sözləri;

c.əlinizi sıxarkən ovuclarının istiliyini xatırlayardınız.

 2.Biri sizə ünvan tərif edərkən hansı üsülla izah etməsini istərdiniz?

a.gedəcəyiniz yolu kağız üzərində izah etməsini;

b.ünvanı tərif edərkən tanıdığınız bina və yerləri qeyd etməsini;

c.lazımi məlumatları aldıqdan sonra gedəcəyiniz yeri fəhminizlə asanlıqla tapa bilirsiniz.

3.Qərar verməzdən əvvəl:

a.olacaqları beyninizdə canlandırırsınız;

b.zehninizlə seçimləriniz arasında tərəddüd edirsiniz;

c.içinizdən gələn hissə görə qərar verirsiniz.

4.Bir yaxınınız uzun bir iş səyahətindədir və sizə bir bağlama göndərir.

a.içindən sizə yazdığı bir məktubun çıxmasını;

b.öz səsi ilə oxuduğu romantik bir mahnının müşayiəti ilə sevgisini ifadə edən bir kasetin çıxmasını;

c.onu xatırladan ətir sıxılmış bir əşyasını göndərməsini istərdiniz.

5.Riyazi bir problemi həll edərkən

a.rəqəmlər gözünüzün önündə canlanır;

b.rəqəmləri beyninizdə sayırsınız;

c.barmaqlarınızın köməyi ilə işinizi asanlaşdırırsınız.

6.Bu bacarıqlarınızdan hansına etibar edirsiniz?

.bir dəfə gördüyüm üzü asanlıqla unutmuram;

b.bir mahnını bir neçə dəfə dinləyəndən sonra oxuya bilirəm;

c.ilk dəfə yediyim yeməyin içində nələrin olduğunu müəyyən edirəm.

7.Sevmədiyim bir insanın:

a.üzünü görəndə narahat oluram;

b.səsini eşidəndə narahat oluram;

c.yaxınımda olanda narahat oluram.

8.Yeni bir avtomobil alanda mənim üçün:

a.görünüşü əhəmiyyətlidir;

b.sürəti və motorunun səsi əhəmiyyətlidir;

c.içinin rahatlığı və oturduğum yerin yumşaqlığı əhəmiyyətlidir.

9.Tətil üçün yer seçərkən həmin yerlə bağlı:

a.həmin yerlə bağlı bukletləri görmək istəyirəm;

b.həmin yerə getmiş dostlarımın fikirlərini əsas ­götürürəm;

c.əsas məsələ qumun yumşaqlığını və dənizin qoxusunu hiss etməkdir.

  1. Bir iş üçün eyni bacarığa sahib 3 insan müraciət edir. Hansına üstünlük verərdiniz?

a.gözəl, yaraşıqlı görünüşü olana;

b.adi görünüşlü, lakin üzüyola və təsirli səs tonu olan birinə;

c.tərziylə xüsusi seçilməyən, lakin sizdə etibar və inam yaradan birinə.

  1. Mən insanların daha çox ……………..başa düşdüyünü düşünürəm.

a.baxışlarla;

b.sözlərlə;

c.toxunaraq.

  1. Əvvəllər etdiklərimi tam olaraq xatırlamaq istəsəm, ağlıma ilk gələn …..

a.gördüklərimdir;

b.eşitdiyim sözlərdir;

c.keçirdiyim hisslərdir.

Bu sualları cavablandırmaq, təbii ki, özünüzü tanımağınız üçün kifayət etməyəcək. Lakin yenə də yaxşı bir başlanğıc olacaq.

Zəhmət olmasa, testdəki cavablarınıza uyğun olaraq aşağıdakı bölmələri doldurun.

a.= ………

b.= ………

c.= ………

Daha çox “a” variantını seçmisinizsə, görünüşə meylli insansınız.

Daha çox “b” variantını seçmisinizsə, eşitməyə meylli insansınız.

Daha çox “c” variantını seçmisinizsə, təmasa meylli insansınız.

“Əsas məsələ hansısa bənd üzrə güclü olmaq deyil, bu bəndlər üzrə tarazlığı təmin etməkdir”.

“Ünsiyyətin sehri – düzgün bədən dili, səs tonu və düzgün kəlmələri tapmaqda gizlənib”.

“Mustafa Kılınç”

ÜÇÜNCÜ HİSSƏ
Gözlər Beynin Güzgüsüdür

Ünsiyyətdə olduğunuz insanların göz hərəkətlərini, baxış istiqamətlərini mənimsəyə bilməyiniz ünsiyyət zamanı istədiyiniz nəticəni təmin edər. Bu günə qədər bizə “gözlər qəlbin güzgüsüdür, onlar yalan söyləməzlər” deyiblər. Təbii ki, biz də inanmışıq. Halbuki həqiqət heç də belə deyil. Əslində gözlər qəlbimizin yox, beynimizin güzgüsüdür. Yalan və doğrunu bizə onlar söyləyir.

Siz danışarkən, yazarkən və düşünərkən gözləriniz sağa-sola, yuxarıya- aşağıya, qulaq istiqamətinə hərəkət edər. Bunların gəlişigözəl hərəkətlər olduğunu düşünürsünüzsə, yanılırsınız. Siz hələ danışmağa başlamazdan əvvəl gözləriniz düşüncələrinizlə əlaqəyə girərək hərəkətə keçər.

“Sevmək bir-birinə deyil, birlikdə eyni istiqamətə baxmaqdır”.

A.Ekzüperi

Göz şüursuzcasına hərəkət edər və bunun fərqində belə, olmaz. İnsanlar danışarkən öz göz hərəkətlərini izləmək istəsələr, bunu bacarmazlar. Göz hərəkətləri onları başqası izləyərkən faydalı bir ipucu verə bilər. İnsanların sol tərəfə baxması nəyisə xatırladığını, sağ tərəfə baxması beynində nəyisə qurduğunu göstərir.

Qarşınızdakı qadın və ya kişi danışarkən:

– Yuxarı baxırsa, görünüşə meylli olduğuna;

– Sağa-sola (qulaq istiqamətinə) baxırsa, eşitməyə meylli olduğuna;

– Aşağı baxırsa, təmasa meylli olduğuna və ya “ürəyində danışan” biri olduğuna işarə verir.

Qarşınızdakı insanların nə düşündüklərini, hansı xarakterə sahib olduqlarını, sizə qarşı dürüst olub-olmadıqlarını müəyyən edəcək göz hərəkətlərinin məna və formalarını sizlərlə bölüşəcəm. Aşağıdakı mənzərə sağ əldən istifadə edənlərə, onun əksi isə solaxaylara aiddir.

“Kiçik nöqtələr böyük fərqlər yaradır”.

“Mustafa Kılınç”

Gözlərini Hədəfinə Doğru Yönəlt

“Əslində görən gözləriniz deyil, beyninizdir”.

“Mustafa Kılınç”

Həyatla bağlı bir məsləhət istənildiyində 87 yaşlı kor bir adam – A.Ortiz bu cavabı verib: “Ey gənc, qaçarkən dağın başına bax. Gözlərini dağdan ayırma, kilometrlərin ayaqlarının altında əriyib getdiyini hiss edəcəksən. Nə vaxt ki, həyatın çətinlikləri ilə üzləşdin, dağın başına baxdığını xatırla. Bu zaman çətinliklər nə qədər böyük görünürsə-görünsün cəsarətini qıra bilməyəcək”.

Qadın və Kişidə Hədəfə Vuran Göz Şifrəsi

“Gözlərimiz həyatın həqiqətlərini əvvəlcədən mühakimə etmədən və hərtərəfli görməyi öyrənməlidir”.

“Mustafa Kılınç”

Aşağıda bölüşəcəyim “göz ünsiyyəti” tablosu sizin fərqli olmağınızı təmin edəcək. Bu şifrədən istifadə edəndə nəticələrinə çox təəccüblənəcəksiniz. Gəlin, keçək şifrəyə.

Göz Hərəkətlərindəki Gizli İpucları

 “Gözlərdəki dəyişikliklərə baxaraq, bir insanın zehni və emosional vəziyyəti haqda vacib məlumatlar əldə edə bilərsiniz”.

“Mustafa Kılınç”

Verəcəyim ipucları sizə güc, uğur və sevgi qazandıracaq. Sadəcə, oynayın, həyatdan zövq alın.

İnformasiya = Güc = Məsuliyyət

Sağa – yuxarı doğru: Gözlər sağa – yuxarıya doğru baxırsa, vizual quruluş verməklə məşğuldur. (G.K.) Əvvəllər görmədiyi insanları və ya əşyaları, yaşanmamış hadisələri, yaxud yaşadığı, lakin dəyişdirmək istədiyi təcrübələrini təsəvvür edərkən gözlər sağa – yuxarıya tərəf baxır. Vizual quruluş verməyə başladığınız andan gözlər sağa – yuxarıya tərəf hərəkət edər.

Sola – yuxarıya tərəf: Gözlər sola – yuxarıya tərəf baxırsa, deməli, vüzual olaraq nəyisə xatırlayıb. Daha əvvəl görülmüş insanlar və əşyalar, yaşanmış hadisələr vizual xatirələrdə canlanır. İnsanlara keçmişə dair nəyisə təsvir edən suallar verildiyində cavabdan əvvəl gözlərini bu şəkildə hərəkət etdirirlər. Bu zaman insanın baxışları donuq və boş olsa belə, yenə beynində nəyisə təsvir edən düşüncələr olur. (Məsələn, xöşbəxt bir anın xatırlanması, avtomobilin rəngi, uşaqkən otağının rəngi və s.)

(Yaradılan səslər)

Sağ tərəfə (qulaq istiqamətinə) doğru: İnsanların sağ tərəfə baxmaları bir şeyin səsinin necə olacağını təsəvvür etdiklərini göstərir.

Daha əvvəl eşidilməmiş səslər, ifadələr düzəltməyə çalışıldığında gözlər bu formada hərəkət edər (qatar fitinin kitabı vərəqləmə səsinə çevrildiyini təsəvvür etmək).

Gözlər beynin güzgüsüdür

(Xatırlanan səslər)

Sol tərəfə (qulaq istiqamətinə) doğru: İnsanların sol tərəfə baxmaları eşitdikləri bir şeyi xatırladıqlarını göstərir. Bu zaman əvvəllər eşitdiyi, yaşadığı təcrübələrə aid səsləri xatırlamağa çalışır. Keçmişdə yaşanmış bir təcrübəyə aid səslər xatırlanarkən gözlər sol tərəfə baxır. (Avtomobil motorunun səsini, axan suyun səsini, sevdiyiniz dostunuzun səsini xatırlamaq kimi).

(Hisslər və vücud həssaslığı)

Sağa – aşağıya tərəf: İnsanların sağa – aşağıya tərəf baxmaları, fiziki və emosional hissləri ilə əlaqəyə girdiklərini göstərir. Eyni hisslər təkrar yaşandığında, toxunuşlar və ya vücuddakı emosional hərəkətlər yenidən xatırlandığında gözlər sağa – aşağıya tərəf baxır (pişiyin tüklərinin yumşaqlığını, yalın ayaqla xalçaya toxunduğunuzu düşünmək kimi).

(Daxili dünyası ilə dialoq)

Sola – aşağıya tərəf: İnsanın sola – aşağıya tərəf baxması daxildə özü ilə danışdığını göstərir. NLP-də buna öz daxili ilə dialoq deyirlər. İnsan özü ilə danışdığında bu yönə baxır. Səhv qərar verdiyini düşünən insanlar problemi həll etməyə çalışanda bu formada davranırlar. İnsanın özüylə söhbəti, adətən, hər hansı bir problemlə bağlı olur və bu zaman insan daha çox aşağıya doğru baxır. Bu da insanın səhv təcrübələrə proqramlanmasına və aşağı baxdığı üçün ətrafı ilə əlaqəni kəsməsinə səbəb ola bilir (Dövlət himninin əzbərdən oxunması, hər hansı məsələ ilə bağlı özünüzə təsəlli vermək kimi).

İnsanların yaddaşlarındakı qeydləri xatırlama formaları fərqlidir. Xatirələri şüurlu formaya salmaq üçün istifadə olunan sistemə “qabaqcıl sistem” deyilir. Qabaqcıl sistem təmsiledici sistemlə eyni və ya fərqli ola bilir.

Gözlərin verdiyi ipucları insanların hansı təmsiledici sistemdən istifadə etdiklərini ortaya qoyur. Bu, şüurlu şəkildə konkret bir təmsiledici sistemə çatmağımızı asanlaşdırır. Çünki tam olaraq hara baxdığımızı bilmiş oluruq.

Qorxduğumuzda və ya utandığımızda yerə tərəf baxmağımız kinestetik hisslərimizi ifadə edir. Dad, qoxu və duyğuları yaratmaq yox, hiss etmək olar. Qarşınızdakı insan sizin sağ ayağınıza tərəf baxırsa, ona hər hansı məlumat verməyin və ya nəsə deməyin mənası yoxdur. Çünki o insan həmin vaxt özü ilə dialoq yaradır.

Qadın və Kişinin Göz Ünsiyyəti Dilindən İstifadəsi

 “Böyük sevginin olduğu yerdə böyük möcüzələr var”.

Villa Kater

İndiyə qədərki yolculuğumuzda gördük ki, insanların düşünmə seçimlərini müəyyən etmək üçün fərqli üsullar var. İndi sizlərlə birlikdə maraqlı bir test edəcəyik. Başqalarından fərqli olduğunuzu göstərən bu testlər uğurun, sevginin, rahatlığın həzzini yaşaya bilməyiniz üçün hazırlanıb. Gəlin, “gözlərin dilinə” doğru səyahətə çıxaq.

Bu andan etibarən ünsiyyətdə olduğunuz qadın və ya kişinin göz hərəkətlərini təhlil edin. Bunu edərkən özünüzə bir videokamera kimi yanaşın. Əvvəlcə sadə bir müşahidə aparın. Nəyi görəcəyinizi, göz hərəkətlərinin hansı nöqtəyə doğru yönələcəyini izləyin. İkinci mərhələdə müxtəlif suallar verin və hər sualdan dərhal sonra qarşınızdakı insanın göz hərəkətlərini izləyin. Verdiyiniz sualdan asılı olaraq qarşınızdakı görünüşə fokuslanıbsa, sola – yuxarıya; səslərə fokuslanıbsa, sol qulaq istiqamətinə; sualla bağlı daxili ilə dialoqdadırsa, gözlərini sola – aşağıya doğru hərəkət etdirəcək.

Sualınız gələcəyə dair qərar, layihə və hədəflərlə bağlıdırsa, göz hərəkətlərinin sağa tərəf olduğunu görəcəksiniz. Bu, əsasən, sağ əlindən istifadə edənlər üçün keçərlidir. Bunun əksi isə solaxaylara aiddir.

“Həyat dediyiniz yolculuq – razı salmaq və razı ­olmaqdır”.

“Mustafa Kılınç”

Bunları bilmək Sizə nə verir?

Qarşınızdakı insanın istifadə etdiyi danışıq və düşünmə formasını bilməyi

İstiqamətləndirmək və razı salmaq üçün lazım olan vasitələri bilməyi

Təsirli ünsiyyətin gücündən istifadə etməyi

İstəklərinizi həyata keçirmək, güc və uğur qazanmaq, mükəmməl bir sevgiyə nail ola bilmək üçün lazım olan yeganə şey gözlərdən təsirli şəkildə istifadə etməkdir.

Qadın və Kişidə Dörd Əsas Hiss

 “Duyğular davranışlarımızın xəbərçisidir və bizlər duyğularımızla həmsöhbətik”.

“Mustafa Kılınç”

İstəsək də, istəməsək də duyğularımızla həmsöhbət olmağa məcburuq. Çünki hərəkətlərimizə əsas impuls verən duyğularımızdır. Sevimli müəllimim Antoni Robbins bizlərə duyğulardan bəhs edərkən dörd əsas qavrama üsulunun olduğunu demişdi. Altı illik peşəkar mütəxəssislik həyatımda bunları dəfələrlə sınaqdan keçirdim. Nəticə heç dəyişmədi. İndi sizlərə insanların duyğularını necə idarə etdiklərindən danışacam. İnsanlar duyğularını dörd şəkildə idarə edirlər.

“Yeni sevgilərin köhnə təcrübələrə heç bir aidiyyəti yoxdur. Sevgi hər dəfə yepyenidir”.

Paulo Koelyo

Hisslərdən qaçmaq:

Hər birimiz bizə acılar yaşadan duyğulardan qaçmağa çalışırıq. Hətta bəziləri özünü təhlükəsiz hiss etmək üçün hər hansı duyğunu özünə yaxın buraxmır, həyəcanverici münasibətlərdən qaçır. Duyğularla bu şəkildə rəftar etmək çox pisdir.

Xoş olmayan hisslərdən qaçmaq sizi bir müddət qoruya bilər. Amma sevgini, yaxınlığı və müvəffəqiyyəti sizdən uzaqlaşdırar. Halbuki bir vaxtlar sizə xoş gəlməyən hisslərdə də məna tapa bilərsiniz. O mənanı tapa bilsəniz, hisslərinizdən bir daha qaçmazsınız.

İnkar:

Duyğularla mübarizə aparmaq üçün tətbiq edəcəyiniz ikinci şey inkardır. Bəzən insanlar özlərini hisslərdən azad etmək üçün “bu o qədər də pis hiss deyil” deyirlər. Özlərini aldadırlar. Halbuki içləri qan ağlayır. Hisslərinizin sizlərə verdiyi mesajları görməməzlikdən gəlməklə vəziyyəti daha da pisləşdirərsiniz. Özünüzə və hisslərinizə qarşı dürüst olun. Hisslərinizin sizə vermək istədiyi mesajları görməməzlikdən gəlsəniz, o hisslər daha da güclənər və çoxalar. Ta ki diqqətinizi o hisslərinizə yönəldənə qədər.

Rəqabət:

Əgər hisslərinizin sizə verdiyi mesajı görmürsünüzsə, üstəlik başqaları ilə rəqabətə girib “mən səndən də pis vəziyyətdəyəm” deyirsinizsə, deməli, emosional fəlakətə sürüklənirsiniz. Bu hissləri keçirirsinizsə, bilin ki, özünüzü həmişə pis hiss edəcəksiniz. Əgər neqativ hisslər daşıyırsınızsa, bəzi xoş olmayan duyğuların pozitiv hisslərə səbəb olma şansını əldən verirsiniz.

Öyrənmə və istifadə etmə:

Yaxşı bir həyat istəyirsinizsə, hiss etdiklərinizin sizə faydalı olduğunu görməlisiniz. Allah bu dünyanı elə bir tarazlıqda yaradıb ki, hissləriniz həyəcan siqnalı çalır. Bunu görməməzlikdən gəlməməli, özünüzdən qaçmamalısınız.

Gözlər beynin güzgüsüdür

Hisslər sizin kompasınızdır. Onları izləyin və sizləri götürəcəyi yeri öyrənməyə çalışın. Kompasınızdan düzgün istifadə etməsəniz, fırtınada dənizin ortasında itər və boğularsınız. Özünüzü boğulma həddinə gətirməyə ehtiyac yoxdur. İstəmədiyiniz hisslərdən hər zaman qurtulmaq şansınız var. Bunun üçün NLPDAP üsullarından faydalana bilərsiniz (www.nlpdap.com). Hisslərdən qurtulmaq, onları sərbəst buraxmaq olduqca asandır. Hisslər həyatınızın daha keyfiyyətli olmasını təmin edən siqnallardır.

Həvəslə hərəkətə keçin. Hər problem həll olunmaq üçündür. Hisslərinizin sizi əsir almasına icazə verməyin. Hər şeydən əvvəl:

– Özünüzə olan inamı artırın.

– Qorxursunuz? Nədən qorxursunuz? Bu sualları vermək əvəzinə, “Necə cəsarətli ola bilərəm?” deyə sual edin. Sualın cavabını axtarın.

Hirsli və qəzəblisiniz; hirs və qəzəb şüuraltı göndərilən bir hissdir. Bundan mütləq qurtulmalısınız.

Küsəyənsiniz? Sizi incitmələrinə icazə verməyin. Siz icazə verməsəniz, heç kim sizi incidə bilməz.

“Bilin ki, hər şey məzmununa görə dəyişər”.

“Mustafa Kılınç”

Nəfs və Təkəbbür

Nəfs, adətən, insanların daxilində olur. Bu cür hisslərin bir qismi faydalı olsa da, nəfsinə boyun əyənlər cox vaxt məğlub olarlar. Nəfs insanlara sahib olduqlarından daha çoxunu əldə etmək istəyi gətirir ki, bu da bədbəxtliyə yol açır. Hər ifrat duyğuda olduğu kimi, insanlar nəfslərində də özlərini tənzimləməyi bacarmalıdırlar. Yoxsa aqibətləri çox pis olar.

“Həyat okeanında üzmə ehtimalı varkən, bədbinliyinizin dənizində boğulmayın”.

“Mustafa Kılınç”

Gözlər beynin güzgüsüdür

“Həyatınızın müsbət və mənfi tərəflərinə baxsanız, görərsiniz ki, hamısını öz əllərinizlə meydana gətirmisiniz. Düşüncələrinizə əlavə etdiyiniz hisslər, səslər nə qədər güclü olsa, yaşam sürətiniz bir o qədər artar”.

“Mustafa Kılınç”

Qabaq Ağacı

Qocaman bir söyüd ağacının yanında bir balqabaq tumurcuqlayır. Yaz boyu o, söyüd ağacına sarılaraq uzanmağa başlayır. Yağışın və günəşin təsiri ilə sürətlə böyüyür və təxminən söyüd ağacı ilə bir boyda olur. Bir gün balqabaq dözməyib söyüd ağacından soruşur: “Sən neçə aya bu hündürlüyə çatdın? Ağac deyir: “On ilə”. “On ilə?” – deyə balqabaq gülərək çiçəklərini oynadır və deyir: “Mənsə təxminən iki aya sənin boyuna çatdım”. Ağac da “Elədir”, – cavabını verir.

Günlər keçir və payızın ilk küləkləri əsməyə başlayanda balqabaq əvvəlcə üşüyür, sonra da yarpaqlarını tökür. Soyuqlar gücləndikcə də aşağı enməyə başlayır. Balqabaq təlaş içində söyüd ağacından soruşur: “Mənə nə olur?”. Ağac deyir: “Ölürsən”. “Niyə?” – soruşur balqabaq. Söyüd cavab verir: “Mənim on ilə gəldiyim yerə iki aya çatmağa çalışdığın üçün”.

“SULAR YÜKSƏLƏNDƏ BALIQLAR QARIŞQALARI, SULAR ÇƏKİLƏNDƏ İSƏ QARIŞQALAR BALIQLARI YEYƏR”

“Tövsiyə edirəm ki, həyatınızı olduğu kimi yaşamağınıza nələrin mane olduğunu axtarıb tapasınız”.

“Mustafa Kılınç”

DÖRDÜNCÜ HİSSƏ
Qadınla Kişini Bir-Birinə Cəlb Edən Molekullar – İnanclar

 “İnanclarınızın əsasında konkret faktlar yox, onların yaratdığı qavramlar yatır”.

“Mustafa Kılınç”

“İnsanlar hər zaman doğru bildiklərini edərlər və doğru seçimləri ortaya qoyarlar”.

Qadın və Kişi Olaraq Özünüzə Olan İnamınız

 “Hər gün yaşanaraq mənimsənilən inanclar mənliyinizin bir parçasına çevrilər”.

“Mustafa Kılınç”

Bu hissədə sizə inanclar və onların gücündən danışacam. Fərqində belə, olmadığınız, dəyişməsinin mümkün olduğunu düşünməkdən belə, qorxduğunuz inanclarınızın emosional qavrama proqramı ilə necə dəyişdiyini görəcəksiniz.

Neqativ və ya pozitiv olmasından asılı olmayaraq, sahib olduğunuz hər bir inancın bir formatı və standartı var. Əgər bu format bəlli olsa, inancları dəyişmək, gücləndirmək və ya başqa bir inancla əvəz etmək mümkündür. NLP öz gücünü burada göstərir. Dəyişiklik hər zaman çətindir və vaxt alır. NLP texnologiyaları ilə inancları asan və sürətlə dəyişmək olar. Məsələn, doğru olduğuna əmin olduğunuz bir inancı düşünün.

Tutalım, insanlar yardımsevərdirlər. İnsanların yardımsevər olduğunu haradan bilirsiniz? Düşünərkən bəzi şəkillər, səslər və hisslər zehninizdə canlanmağa başlayacaq. Zehninizdə insanların hər zaman yaxşı olduğunu və bir-birilərinə xoş niyyətlə kömək etdiyini təsəvvür edəcək, eşidəcək və hiss ­edəcəksiniz.

Ola bilsin ki, bunları keçmiş təcrübələrinizdə yaşamısınız. Kimlərsə sizə kömək edib və ya siz kimlərəsə dəstək olmusunuz. Dolayısı ilə bu, düşüncə və hərəkətlərinizi gücləndirəcək.

İndi də bir anlıq xoşagəlməz bir şey haqqında düşünün, məsələn, qadınsınızsa, kişilərin, kişisinizsə, qadınların etibarsız olduğunu. Bu zaman keçmiş təcrübələrimizin fonunda münasibətlərimiz səs və hisslər şəklində beynimizdə canlanacaq. Və bizlər qarşı cinsin etibarsız olduğuna dair inancımızı bir qədər də möhkəmləndirəcəyik.

Hər bir inanc sistemi NLP ədəbiyyatında alt sistem adlandırılan bəzi mənbələrə (şəkil, səs, hiss) sahibdir. Mənbələrin forması və sırası dəyişərsə, inanclar da o nisbətdə dəyişəcək. Keçmişinizi düşünün. İnanclarınızda hansı dəyişikliklər olub? Əvvəl nələrə, indi nələrə inanırsınız? Bunlar dəyişimin sübutlarıdır.

Qadınla Kişini Bir-Birinə Cəlb Edən Molekullar – İnanclar

Bununla yanaşı, inanclarımızın formalaşmasında kənar təsirlər böyük rol oynayır. Məsələn, təraş olmaq, makiyaj etmək, həmçinin siqaret çəkmək bir yeniyetmənin böyüdüyünü göstərir. Cəmiyyətdə hərbi xidmətə getmək də bu cür qarşılanır. Yəni hərbi xidmət keçmiş oğlanlar yetkin hesab olunurlar.

Həbsxana həyatı yaşamış insanlara cəmiyyətdə bir başqa cür baxırlar. Bəzi bölgələrdə qan davası ilə bağlı alınan qisas xüsusi bir əhəmiyyət kəsb edir. Əvvəllər də dediyim kimi, inancların formalaşmasında onların nə dərəcədə doğru olduğu önəm daşımır. Adətən, insanlar nəyə inanır və nəyi qəbul edirlərsə, onların doğruları da bu istiqamətdə formalaşır.

Cəmiyyətdə ən çətin iş insanların inanc və dəyərlər sistemini dəyişdirərək mentalitetə dəyişiklik etməkdir. Bəşər övladının İntibah dövrünə qədər uzun illər xərclədiyini və böyük cəhdlər göstərdiyini nəzərə alsaq, görərik ki, toplumu əhatə edən dəyişikliklər üçün böyük enerji, güc və zamana ehtiyac var.

İnanc dəyişikliyinin çətin tərəflərindən biri də bu dəyişikliyi nəyə, kimə və hansı dəyərlərə görə etməkdir. Mənbələrin forması və sırası dəyişərsə, inanclar da o səviyyədə dəyişəcək.

İnanclar insanın özü və çevrəsi ilə bağlı baş verənlərə aid qənaətləri, ətrafındakı dünyaya məna verə bilməsi üçün yaratdığı və daxili aləmini idarə edən qaydalardır. Sahib olduğumuz dəyərlər inanclarımıza da təsir edir. İnanclar dəyərlər üzərində daha böyük təsirə malikdir. İnancları insanın böyüdüyü mühit, keçmiş xatirələr və təkrarlanan təcrübələr yönləndirir.

Mənbəyindən asılı olmayaraq, inanclar insanları ya gücləndirir, ya da ona mane olur.

İnsanlar hansı inancların onları gücləndirdiyini, hansı inancların da onları zəiflətdiyini bilməlidirlər.

Doğru olduğu düşünülən, amma səbəb olduqlarıyla insanı uğursuzluğa sürükləyən inanclar var.

Yanlış Dostlar – Sizi Zəiflədən İnanclar

 “İnanclar qərarlarınızı və gündəlik hərəkətlərinizi tənzimləyir”.

“Mustafa Kılınç”

Gündəlik həyatımızda doğru bildiyimiz, hətta fərqinə varmadığımız elə inanclar var ki, bizi acizləşdirir, gücümüzə, potensialımıza baxmayaraq, bizlərə maneələr yaradır və uğursuzluğa düçar edir. Bunların fərqinə varmaqla oyana və gücümüzdən istifadə edə bilərik. Gəlin, bunlarla tanış olaq.

1.Başqalarını xöşbəxt etməyə fokuslanmaq

Doğru kimi görünsə də, təcrübədə həyata keçirilməsi qeyri-mümkündür. Təlimlərimdə və dərslərimdə hər zaman deyirəm: “Tanrı belə, kimisə xöşbəxt edə bilmir”. Dünyada bir çox fərqli din, fəlsəfə var və öyrədilənlərin çoxu da fərqlidir. Hətta bir çox insan Allaha belə, inanmır. Bizlər də hamını xoşbəxt edə bilmərik. Böyüdüyümüz mühit, mədəniyyət və adətlər ­başqalarını sevməli olduğumuzu, başqası ac ikən tox olmağın yaxşı şey olmadığını öyrədir. Bu dəyərlər insanlara sevgiylə yanaşmağı əmr edir. Lakin bizlər hamını eyni səviyyədə sevə bilmırik.

Sevgimiz, hətta nifrətimiz fərqli ölçülərdədir. Başqalarını xoşbəxt etməyin yolları da fərqlidir. Özümüzə verməli olduğumuz başqa bir sual da budur. Başqalarını niyə xoşbəxt etməyə məcburuq? İnsanların nələr düşünəcəyini və hiss edəcəyini anlamaya bilərik. Bəlkə də köməyimiz insanları incidə, qısqandıra bilər. Hətta nifrətlərinə səbəb olar. Əgər özümüzü unudub, əvvəlcə başqalarını xoşbəxt etməyə üstünlük veririksə, bunun təsiri çox çəkməyəcək.

Özümüzü və başqalarını ancaq müəyyən səviyyədə xoşbəxt etməyimiz reallığa daha uyğundur. Başqalarını xoşbəxt etməyə fokuslanmaq əvəzinə, özünü inkişaf etdirmək və bu yolla başqalarına da faydalı olmaq daha doğrudur. İnsanları xoşbəxt etməyə fokuslanmaqdansa, onlarla birlikdə xoşbəxtliyi əldə etmək hər iki tərəfi də inkişaf etdirər.

Xalamın heç vaxt unutmadığım bir sözü var: “Bir adamlıq yemək iki adamı ac qoyar”. Bəzi istisnalarla son dərəcə tutarlı bir sözdür. Necə deyərlər, birinə balığı tutub verməkdənsə, ona tutmağı öyrətmək daha doğru davranışdır.

2.Məcbur etmək

Məcbur etmək, tələsməklə eyni şeydir. Düzdür, “Bu çətinliyə dağ da dözməz” kimi atalar misalımız var və bu, bəzi məqamlar üçün keçərli olur. 2×25 demək məcbur etməkdən başqa bir şey deyil. Ancaq istifadə olunan hesablama sistemi dəyişərsə, nəticə də dəyişər.

Avtomobilin açarı ilə evin qapısını açmağa çalışmaq faydasız cəhddən başqa bir şey deyil. Hələ ki belə bir imkanımız yoxdur.

NLP-nin məqsədi məcbur etmək deyil, alternativ düşüncə və davranışları təmin etməkdir. Dörd rəqəmini ifadə edən təkcə 2+2 deyil. 5 – 1, 6 – 2, 10 – 6 da dörd edir. Əgər hədəfimiz dördü tapmaqdırsa, bu hədəfə çatmaq üçün xeyli sayda yolumuz var. Alternativlər tapmaq bizə üstünlük qazandırar. NLP deyir ki, yalnız bir seçiminiz varsa, çıxılmaz vəziyyətdəsiniz, iki seçiminiz varsa, çətinlikdəsiniz. Üçdən artıq seçimimiz yoxdursa, bu, bizim çox da güclü olmadığımızı göstərir. Deməli, nə qədər çox seçim varsa, şansımız bir o qədər yüksəkdir.

Qadınla Kişini Bir-Birinə Cəlb Edən Molekullar – İnanclar

Yalnız bir seçimin olmağı seçimin heç olmamağıdır.

3.“Ya hər şey, ya heç nə” davranış qəlibi

Bəzi insanlar hadisələri ya qara, ya da ağ görürlər. Onlara görə, ağ və qara xaricində rəng yoxdur. Baxanlar bilir, Müjdat Gezenin “Bekçi” (“Gözətçi)” filmi buna çox gözəl nümunədir. Film alman və türk ­dəyərləri arasında qalan, öz qızına belə, mühafizəkar yanaşan bir atadan bəhs edir. Bu cür insanlar yaxşı və ya pis kimi, iki-üç qütb arasında qalırlar. Qatı qayda-qanun ön planda olur. Bununla yanaşı, insanların çoxu ayrılanda düşmən ola bilir. Həmçinin işləmək şansı olmayan və ya iş yerindən uzaqlaşdırılan bir əməkdaş öz işlədiyi yerə nifrət bəsləyə bilir.

4.İfrat Ümumiləşdirmə

İfrat ümumiləşdirmə insanın yanlış dostlarından biridir. Bəzi hallarda ümumiləşdirmə faydalı ola bilər. Amma eyni zamanda, bir çox baxımdan xoşagəlməz hallara səbəb olar. Məsələn:

Necə də axmağam, həmişə eyni səhvi edirəm.

Məndən adam olmaz.

Biz həmişə belə edirik.

Biz onsuz da dəyişməyəcəyik.

O həmişə belədir.

O həmişə nikbindir/bədbindir.

Problemlər həmişə məni tapır.

Şərqi Anadoluda partiyamızın vəziyyəti çox ­yaxşıdır.

Məndə ağıl hardandır…

İngilislər çox soyuqqanlıdırlar.

Bu cür ümumiləşdirmələr hec də həmişə doğru olmur. Bəzi istisnalarla insanlar ümumiləşdirmə aparmağa meylli olurlar.

5.İfrat fədakarlıq

İfrat fədakarlıq, dəyişdirmək cəhdlərinin tam əksidir. Bu tip insanlar öz istədikləri kimi yox, başqalarının onları görmək istədiyi kimi davranırlar. Bu insanlar özləri barədə yaxşı və üzüyola imicini yaradırlar. Özlərindən başqa hamıyla razılaşırlar. Qəzəbləndiklərində isə olduqca sərt olurlar.

Bəzi evli cütlüklər bir-birilərinə, uşaqlarına və ya dostlarına ifrat fədakar olurlar. Bunun nəticəsində ortaya sonsuz şikayətlər, “sənin üçün saçımı süpürgə etdim, gözəlliyim, gəncliyim getdi, saçlarım töküldü” kimi sızlamalar çıxır.

Tarazlığı qorumaq üçün həddi aşmamaq, başımıza və ya kiminsə başına qaxınc olacaq davranışlardan çəkinmək lazımdır.

Hər fədakarlığın altında bir kar (mənfəət) var. İstəyirsinizsə, sözün tərkibinə diqqət edək: Fəda-kar!

6.Kaş ki…

“Kaş ki”lər növbəti yanlış dostlarınızdan biridir. Keçmişdə başımıza gələn bir çox hadisəni xatırlayıb peşmançılıq keçirməyin mənası yoxdur. Keçmiş olub və bitib. Onu dəyişdirə bilməyəcəyimiz üçün fərqli tərəfdən yanaşıb, mənasını dəyişə bilərik. Məsələn, “kaş ki…” demək əvəzinə, “həmin vaxt elə etməliydim, əlimdən başqa bir şey gəlmirdi” demək daha sağlam bir yanaşmadır. Bununla yanaşı, keçmişin məsuliyyətini üstlənmək və “kaş ki”lərdən əks-əlaqə kimi istifadə edərək dəyişimdə tutarlı davranış sərgiləmək daha realdır.

Qadınla Kişini Bir-Birinə Cəlb Edən Molekullar – İnanclar

 7.Başqalarını dəyişdirməyə çalışmaq

Ətrafımıza nəzər saldıqda bir çox insanın özündən çox başqalarını dəyişdirməyə çalışdığını görə bilərik. İfrat ümumiləşdirmə xalq arasında da yayılıb. Adətən, işsizlik, pulsuzluq və işlərin qaydasında getməməsinin insanlara pis təsir etməsinin səbəbi siyasətçilər, dövlət adamları və rəhbərlərdir. Başqaları haqqında danışmaq və onları günahlandırmaq insanların özlərini dəyişdirməsindən daha asandır.

Kimsə kimsəni dəyişə bilməz. Dəyişim insanın özündə başlayır.

8.Mükəmməl olmaq

Bir çox bilgi və qaydalar mükəmməl, hətta qüsursuz olmağımızı öyrədir. Əslində isə bu, yanlış və qeyri-mümkün düşüncədir. Əvvəla, heç vaxt qüsursuz və mükəmməl ola bilmərik. İnsan olaraq xəta etmək kimi xüsusiyyətimiz var.

Xətalar bizə həyatı öyrədir. İllər sonra da təcrübəyə çevrilir. Həmişə hər şeyin mükəmməlinə sahib ola bilmərik. Mükəmməl və qüsursuz olmaq öyünüləcək bir xüsusiyyət deyil. Əksinə, belə düşünmək yanılmaqdan başqa bir şey deyil. Edə biləcəyimiz yeganə şey əlimizdən gələnin ən yaxşısını etməyə çalışmaqdır. Biz insanıq, bəzən xəta və xətalar etməyə ehtiyac hiss edirik. Niyə mükəmməl və qüsursuz olmaq üçün vaxt itiririk? Özümüz olaq, kifayətdir. Bu, çox şeyi özü ilə bizə gətirəcək.

Dünyanı özümüzə zindan etməyin mənası yoxdur. Hamımız insanıq. İdeal kişi və ya qadın ancaq xəyallarda və filmlərdə ola bilər.

“Özünü tanımaq ən böyük keyfiyyətdir”.

Mövlana

9.Tələsmək

Sürət – günümüzün ən vacib dəyərinə çevrilib. Əgər sürətli bir avtomobiliniz, kompüteriniz varsa, daha üstünsünüz kimi bir fikir formalaşıb və bu bəzi anlar üçün həqiqətən də belədir. Eyni düşüncəni davranışlarda əks etdirmək çətin ola bilər. Siz bir işi başqalarından daha sürətli gördüyünüzdə nəticə keyfiyyətli olmursa, daha sürətli olmağınızın heç bir mənası qalmır.

Nəticə o zaman əhəmiyyətli olur ki, sürətlə birlikdə keyfiyyət də olur. İnsan – həyatının təxminən üçdə birini yetkinləşməklə keçirən yeganə varlıqdır. Bəzi heyvanlar doğulandan az sonra yetkinləşir, öz ayaqları üzərində dura bilirlər. İnsanlarda isə belə bir sürət yoxdur və bioloji baxımdan bu cür inkişafa çata bilmirlər.

Hər hansı bir işdə püxtələşmək vaxt aparır. Bunun qısa yolu yoxdur. İş həyatında, idmanda, sənətdə, ­eləcə də həyatda yetkinləşmək, mükəmməli və ən yaxşısını edə bilmək vaxt aparır. Bunu sertifikatlı kurslara getməklə əldə etmək olmur. Əkinçilər yaxşı bilirlər, kal meyvəni vaxtından əvvəl yığmaq meyvəyə dad gətirməz. Meyvəni yetişəndə dərirlər və ya özü yerə düşüb çürüyür. Meyvə ağacının vəzifəsi meyvə verməkdir. Onu yemək isə ağacın yox, insanın vəzifəsidir.

  1. Sadəcə güclü olmağa fokuslanmaq

Bizim cəmiyyətdə kişi olmaq çox çətindir. Kişisənsə, güclü olmağa məcbursan. Heç vaxt ağlamamalı, zəif tərəflərini göstərməməlisən. Əgər göstərirsənsə, gözdən düşürsən. Qadınların da bir başqa problemi var. “Sən qadınsan” sözü ilə başlayan cümlələrlə onlarla bağlı sanki ideal varlıqlarmış kimi gözləntilər olur. “Qadın kübar, zərif, cazibədar olmalı, yaxşı geyinməli, həmişə şirin danışmalı, aqressiv və ağıllı olmamalıdır. Nə istədiyini açıq deməməli, kişilərin yanında ikinci planda olmalı, ucadan danışmamalıdır…”.

İnsanların davranışları bioloji və psixoloji baxımdan qarışıq olsa da açıq- aşkardır. Qadınlar, kişilər şəxsi və emosional azadlıq savaşı içindədirlər. Heç kim insan təbiətinin xaricinə çıxa bilməz. Ən azad yol insanın öz təbiətinə uyğun davranmasıdır. Kişilər ağlaya bilirsə, niyə də ağlamasınlar? Niyə emosional olmasınlar? Emosionallıq təkcə uşaqların, sənətçilərin və qadınların haqqıdır? Eyni zamanda, qadınlar niyə özlərini ifadə etməməlidirlər? İnsan insandır. Qadın və ya kişi olmaq müəyyən psixobioloji fərqləri çıxmaq şərti ilə, fərqlilik yaratmaz.

Hər bir insanın seçim haqqı var. İnsanlar başqasına zərər vurmamaq şərtilə istədiklərini etmək haqqına sahibdirlər. Beləliklə, güclü olmaq məcburiyyətində deyilik. Özümüz olmalıyıq. Bu səbəbdən dünyada milyonlarla insan emosional yalnızlıqdan əziyyət çəkir. Emosional baxımdan güclü olmaq, özünü hisslərə təslim etməmək, onları zəiflik yox, güc kimi qəbul etməkdən başlayar.

Bir dəfə qarşına məqsəd qoydunsa, dağları yerindən oynadarsan.

 Qadınla Kişini Bir-Birinə Cəlb Edən Molekullar – İnanclar

Bağa Əkilən Ağac və Evlilik

Hələ evliliyin birinci ili idi. Evdən dava-dalaş əskik olmurdu. Sevib evlənən cütlük yolun başında ikən bu işin çox çəkməyəcəyini düşünməyə başlamışdı. Bir axşam evdə oturub münasibətlərini gözdən keçirərkən kişi arvadına dedi: “Ağlıma bir fikir gəldi. Bağa bir ağac əkək. Əgər üç ay ərzində qurusa, boşanarıq. Yox, əgər qurumasa, bu məsələni birdəfəlik bağlayarıq”.

Bu qəribə fikir arvadının da xoşuna gəldi. Ertəsi gün bağa bir meyvə ağacı əkdilər. Bir ay keçdi. Bir gecə bağda qarşılaşdılar. Hər ikisinin əlində içi su ilə dolu qab var idi.

“Sevgi yeganə cavabdır və həyatdakı problemlərin bir çoxunun yeganə çarəsidir”.

“Mustafa Kılınç”

Münasibətlərdə kifayətlənməkdən mükəmməlliyə keçid

 “Mənə aid olan hər hansı bir şey məni başqasından daha yaxşı və ya daha pis edə bilməz”.

Cerri Minçinton

Həyatımız, əsasən, yazılmamış qanunlardan ibarətdir. Bunlardan biri də budur: “Bir şeyi nə qədər çox düşünsəniz, gözünüzdə bir o qədər böyüyər”. Başqasının, dostlarınızın yaxşı xüsusiyyətlərinə fokuslansanız, bu xüsusiyyətlər ikiqat artmış olacaq. Fikrinizi onların səhvlərinə yönəltsəniz, daha çox bununla ­qarşılaşacaqsınız.

Münasibətlərdə mütəmadi olaraq tabe olan tərəfsinizsə, YOX deməyi öyrənməlisiniz. Bu halda YOX demək ən doğru yoldur. Üstəlik hər hansı səbəb göstərmək məcburiyyətində də deyilsiniz. İstəsək də, istəməsək də bəzən başqaları və ya bizim barəmizdə xoşagəlməz şeylər danışan insanlarla qarşılaşmalı oluruq.

Peşəkarlıq, bu insanları tənqid etməkdə yox, onların yanında hisslərimizə nəzarət edə bilməyimizdədir. Çünki bu tip insanların məqsədi sizdə ruh düşkünlüyü yaratmaq, özünüzü pis hiss etməyinizi təmin etməkdir. Tora düşüb onlara üstünlük qazandırmamalısınız.

Kifayətlənməkdən mükəmməlliyə keçid zamanı təcrübəyə üstünlük verin. Səhvlər insanlar üçündür. Əsas olan səhvlərdən nəticə çıxarmaq və gələcəkdə onları bir daha təkrarlamamaqdır.

Xətalar öyrənməyin açarıdır

Qadınla Kişini Bir-Birinə Cəlb Edən Molekullar – İnanclar

Uğursuzluq yoxdur, sadəcə, əks-təsir var

Xətalar sizə əskiklik gətirməz, sadəcə, nəticə çıxarmağınızı təmin edər. Xətalarınızı qəbul etmək lazımi nəticələri çıxaracağınızın və özünüzə inamın ­göstəricisidir.

Mükəmməllik – problemləri həll edə bilmək bacarığını zəruri edir. Kifayətlənmək strategiyasını dəyişdirərək mükəmməllik strategiyasını yarada bilərsiniz. Əvvəllər də bəhs etdiyim kimi, nəticələrə təsirini görmək üçün zehnimizi hissələrə ayıra bilərik. Məsələn, daxili aləmlə dialoqa fokuslanarkən zehni görüntülərdən istifadə edib, bir çox alt sistemi istədiyimiz kimi dəyişdirə, yeni təmsiledici sistemlər formalaşdıra bilərik. Fərdi mükəmməllik axtarışı bax, budur.

Bu, bütün sahələr üzrə uğur qazanan insanların bunu nəyə borclu olduqlarını belə, bilmədən müşahidə etdikləri mərhələdir. Bu da “Elastiklik” modelindən başqa bir şey deyil. Kifayətlənməkdən mükəmməlliyə keçid ancaq bilmək və əməl etməklə olur. Sadəcə, danışmaqla heç nəyə nail ola bilməzsiniz. “Niyə?” sualına da fokuslanmaq olmaz. Ən vacib şey “NECƏ?”yə, “NECƏ FƏRQ YARADA BİLƏRƏM? İNSANLARA DAHA ÇOX NECƏ XİDMƏT EDƏ BİLƏRƏM?” suallarının cavabına fokuslanmaqdır.

Böyük uğurlar qazanmaq, mükəmməl münasibətlər qurmaq üçün beynimizin sağ və sol hissəsindən istifadə etməli, nəticəyə fokuslanmalıyıq. Uğur ancaq arzulandığı yerə gəlir. Dəvət edilməyən yerdə onu gözləməyin.

“Həyatda ancaq yoxuş aşağı getmək əziyyət tələb eləmir”.

“Mustafa Kılınç”

Elastik olsanız, vəziyyətə hakim olarsınız.

Mükəmməllik yolunda:

Hədəfinizi dəqiq bilməlisiniz.

Hərəkətə keçməlisiniz.

İstəklərinizlə nəticələri birləşdirən yolda dərin emosionallığa sahib olmalısınız.

Elastik olmalısınız.

“Görünən odur ki, həqiqətləri hər gün kəşf etməyə ehtiyac var”.

“Mustafa Kılınç”

Razı Salmağın Üç Şərti

 “Düzgün zehni yanaşmaya sahib birini heç kim məqsədindən döndərə bilməz. Yanlış yanaşmaya sahib olana isə heç nə kömək edə bilməz”.

Tomas Cefferson

İnsanların davranış, hiss etmə, düşünmə vərdişləri və standartları var. İnsanlar mütəmadi olaraq bu standartları izləyirlər.

İnsanların davranış, hiss etmə, düşünmə vərdişləri və standartları var. İnsanlar mütəmadi olaraq bu standartları izləyirlər.

Bəşər övladının bir xüsusiyyəti də işə yarayan şeyləri davam etdirməyə çalışmaqdır. İnsan bir vəzifəni yerinə yetirərkən görüntünü, səsləri və ya hissləri izləyir.

1.Nə istədiyinizi dəqiq bilin. Hansı nəticələrin sizi razı salacağının fərqində olun və nəticəyə fokuslanın.

2.Söhbətləriniz zamanı istədiyiniz nəticələri alıb-almadığınızı anlamağınız üçün dərin emosionallığa sahib olun. “Ünsiyyətin mənası aldığınız reaksiyadır” fikrini əsas götürün.

3.İstədiyiniz nəticələri əldə edənə qədər hərəkətlərinizi dəyişdirin, elastik olun. Elastik olan vəziyyətə hakim olar. Dəliliyin nə olduğunu bilirsinizmi? Eyni şeyləri təkrar-təkrar edib, fərqli nəticələr gözləməyə dəlilik deyilir. Fərqli nəticələr əldə etmək üçün fərqli davranışlar sərgiləməlisiniz.

Niyyətiniz pis deyilsə, mənfi fikirlərə qapılmağın heç bir mənası yoxdur.

Həyatda hər zaman gözlədiyimiz şeyləri əldə edərik.

Münasibətlərdə peşmanlıqları xəyallarının yerini tutan insanlardan olmayın.

Problemlər körpə uşaqlar kimidir. Tərəfimizdən bəslənərək böyüyürlər. Problemləri körpəykən aradan qaldırın.

Düşüncələrimiz dəyişmirsə, nəticələr də dəyişməyəcək. İnsanlar sizin deyil, öz səbəblərinə görə hərəkət edirlər. Sizə faydalı görünənlər onlar üçün faydasız ola bilər və ya əksinə. İnsanların davranış qəlibləri zamanla daha da tutarlı olur.

Razı salmaq mərhələsində düşüncələrinizi düzgün seçin və möhtəşəm nəticələrə sahib olmaq üçün bu qaydadan istifadə edin.

“Bütün insanlar arzulanmaq, sevilmək və diqqət görmək istəyir”.

“Mustafa Kılınç”

Qadın və Kişini Bir-Birinə Cəlb Edən Molekullar – İnanclar

 Daha Çoxunu Edəcəm…

Məxsus olmaqdan daha çox, qoşulacam.

Maraqlanmaqdan daha çox, dəstək olacam .

İnanmaqdan daha çox, anlayışlı olacam.

Xəyal qurmaqdan daha çox, işləyəcəm.

Öyrənməkdən daha çox, ilham verəcəm.

Qazanmaqdan daha çox, qazandıracam.

Verməkdən daha çox, xidmət edəcəm.

Yaşamaqdan daha çox, böyüyəcəm.

Yaxınlıq etməkdən daha çox, dost olacam.

Sınamaqdan daha çoxunu edəcəm.

Bacaracam, Bacaracam, Bacaracam….

Dr. Çarlz K.Lever

“Mənalı bir ailə həyatı əsla bir təsadüf deyil. Bu, çoxsaylı cəhdlərin və ən əsası da münasibətlərə şüurlu şəkildə qoyulan sərmayənin nəticəsidir”.

“Mustafa Kılınç”

BEŞİNCİ HİSSƏ
Münasibətlərdə Xoşbəxtlik Şablonları

 “İnsanların bir çoxu təsəvvürlərindəki qədər ­xöşbəxtdirlər”.

“Mustafa Kılınç”

Münasibətlərdə xoşbəxtlik nədir? Həqiqətən xoşbəxt olmaq necə hissdir? Xoşbəxt olmağın şərti nədir? Bu suallar bitməz-tükənməzdir. Xoşbəxtlik uzun, incə bir yoldur…

İnsanların çoxu xoşbəxt olmağın yollarını axtarar. Kimə görə xoşbəxtlik daxilində, kimə görəsə uzaqlardadır. İnsanlar illərdir xoşbəxtliyin düsturunu axtarır və araşdırırlar. Xoşbəxtlik və xoşbəxt olmaq əslində nədir? Kimə görə coşqulu olmaq, kimə görə həyatdan zövq almaq, kimə görə isə müsbət ruhi duruma sahib olub bunu qorumaqdır.

Hamı həyatdan zövq almaq istəyir. Amma qarşılaşdıqları həyat şərtləri buna imkan vermədiyi üçün şikayət edirlər. Əslində insanlar bilmirlər ki, bu şərtləri özlərinin duyğu və düşüncələri formalaşdırır. Adətən, düşüncələrini idarə edən, həyatdan nə istədiyini bilən qadın və kişilər xoşbəxt olurlar. Xoşbəxtliyin əsasını isə sağlamlıq təşkil edir.

Bəhanələrə haqq qazandırmaq əvəzinə, müvəffəqiyyətdən həzz alın.

Xoşbəxt olmaq üçün insanın duyğu və düşüncələrinin necə olduğu çox önəmlidir. Diqqətimizi nəyə yönəltsək, düşüncələrimiz və enerjimiz də o istiqamətə yönələr. Problemlərə, hadisələrə və ya arzuolunmaz hərəkətlərə nə qədər diqqət yetirsək, onlar bir o qədər qüvvətlənərlər. Düşüncə və duyğularımızın dərinliyindən asılı olaraq gələcəyimiz də o şəkildə formalaşar.

İstər qadının, istərsə də kişinin ən böyük hökmranlığı öz mənliyidir. İnsanların davranış formaları fərqlidir. Hərəmiz bir şeydən xoşbəxt olar, başqa bir şeydən zövq alarıq. Əlçatmaz şeylərin bizi xoşbəxt edəcəyi fikrindən daşınsaq, kiçik şeylərdən də xoşbəxt olarıq. Qorxunu, uğursuzluğu, uğuru öyrəndiyimiz kimi, xoşbəxtliyi də öyrənə bilərik.

Əslində xoşbəxt olmaq və münasibətdə olduğumuz insanları xoşbəxt etmək düşündüyümüzdən daha asandır. Bunun üçün sadəcə, xoşbəxt olmağa, xoşbəxt etməyə, xoşbəxt münasibət qurmağa qərar verməlisiniz. Qərar vermək beynin iradəsini oyandıran zəngdir. Bir dəfə qərar verin, niyyət edin və istəyin. Bu da tarix boyu axtardığınız xoşbəxtliyin düsturu:

Xoşbəxtlik Şablonu

İstəyin – Niyyət edin – Qərar verin – Hərəkətə keçin

Həqiqi Xoşbəxtlik Üçün “10 M” Qaydası
 1.Siz kimsiniz?

Özünü tanımayan insan başqasını da tanıya bilməz. İşə özünüzü tanımaqdan başlayın. Adınızı, ünvanınızı, işinizi bir kənara qoyub özünüzü tanıyın.

2.Şəraitdən asılı olmayaraq özünüz olun!

İstifadə etdiyiniz “maskaların” sayını azaltmağa qərar verin. Rola girməyin. Anlayın ki, rola girənlər, oyun oynayanlar, saxta təbəssüm edənlər əslində özlərini aldadırlar. Onsuz da ətrafımızda olduğu kimi görünməyən xeyli insan var. Siz fərqli olmağa qərar verin. Bir tanışımın hər zaman yalan danışmaq ­problemi vardı. Bir yalanın üstünü örtmək üçün başqa bir yalan, sonra yenə bir yalan uydururdu. Beləliklə, yalanlar dünyasına səyahəti bir qədər də artırdı. Onunla NLPDAP yönümlü söhbətlərdən sonra düşdüyü vəziyyətdən qurtuldu və artıq düz danışır.

3.Gözəlliyin çoxundan kiməsə zərər gəlməz.

Gözəl görünün, gözəl hiss edin, özünüzə gözəl baxın! Gözəl həyat dolu-dolu yaşanar. Xoşbəxtlik bölüşülər.

Həyatı sevmək hissi coşquyla bərabər gəlir. İnsanların yaşama sevincini və coşqusunu gözlərindən görmək olar.

“Gözlərinizdə parıltı, saçlarınızda parlaqlıq, hərəkətlərinizdə enerji və inam, üzünüzdə təbəssüm olsun”.

 4.Yaxşı ən yaxşının düşmənidir.

“Mükəmməllik – əlavə edəcək bir şey qalmadığında deyil, alınacaq bir şey olmadığında formalaşır”.

A.Ekzüperi

Həyatınızdan “yaxşı”ları çıxarın, özünüzü mükəmməl olmağa həsr edin. Həyata fokuslanın. Hədəflərinizə doğru çalışın. Həyatı qaçırmamaq istəyirsinizsə, ona fokuslanın, yenə də fokuslanın…

5.Qərarsızlığa və bədbinliyə “yox”.

Həyat qərarlar toplusundan ibarətdir. Zaman heç kimi nəzə almadan axıb gedir. İstədiklərinizi əldə etməyin yolu qərarlar və qətiyyətinizdən asılıdır. Tərəddüd edən uduzar. Həyat sizdən qorxmur. Siz niyə ondan qorxursunuz?

6.Dəyişim Eşqlə başlayar.

Həyatın ən uca nöqtəsində eşq var. Səsi musiqiyə çevirən, notlara tökən eşqin gücüdür. Eşq, sevgi, ehtiras olmasa, həyatın quru bir budaqdan fərqi olmaz. Eşq növlərə ayrılsa da, təməlində sevgi var. İstər Allaha, istər iki insanın bir-birinə, istərsə də uşaqlara olan eşq olsun – hamısının təməlində sevgi var. Sevginin olmadığı yerdə xoşbəxtlik də yoxdur.

7.Xəyal gücünüzdən istifadə edin.

 “Dünyanı dövr etdirən xəyal gücüdür”.

Albert Eynşteyn

Kainatda gördüyünüz hər bir şey iki dəfə yaradılıb. Əvvəlcə insanların beynində xəyal şəklində, sonra da reallaşdırılaraq. Etdiyimiz hər bir şeyə xəyal qurmaqla başlayarıq. Həyat xəyallarımızı reallaşdırmağın, edə biləcəyimizin ən yaxşısını etməyin izindən getməkdir. Gözəl şeyləri xəyal etməyin özü belə, insanı başqa bir dünyaya aparır.

Başqaları dünyaya baxır və soruşur: “Niyə?”. Mən isə bambaşqa bir dünya düşünürəm və soruşuram: “Niyə də olmasın?”.

Bobbi Kennedi

8.Ətrafın fürsətlərlə doludur.

Münasibətlərdə uğur qazanmaq cəsarət istəyir. Cəsarətiniz hərəkətə, hərəkətləriniz də inanca çevrilir. İnanclar insanlığa daha yaxşı xidmət etmək arzusuna çevrildiyində isə fürsətlər üst səviyyədə yaranmağa başlayır.

9.Həyatı yaşamağın iki yolu var.

Həyatda hər zaman iki seçiminiz var:

1.Ya tozu dumana qatacaqsınız.

2.Ya toz-dumanı udacaqsınız.

Hansını seçirsiniz?

Xoşbəxt insanlar bəzən xoşbəxt olduqlarının fərqində olmur və xaosa sürüklənirlər. Ona görə də xoşbəxtliyin uzaqda olmadığını, hər şeydə ola biləcəyini ara-sıra xatırlamaq lazımdır.

Xoşbəxtlik həm vasitə, həm də məqsəddir. Onun yaratdığı müsbət əhval-ruhiyyə bütün hiss, düşüncə və davranışlarımıza keçir. Xoşbəxtlik insana coşqu verir. Enerjisini və motivasiyasını artırır. Xoşbəxtlik bir vasitədir və həyata bağlanmamız üçün yaşamla ünsiyyətimizi təmin edir.

Nəyi və hansı tərəfə getmək istədiyimizi biliriksə, problemlərin həlli üçün apardığımız mübarizə də ­xoşbəxtlikdir.

İstəyin, inanın, qərar verin!

  1. İstifadə olunmayan bacarıq heç bir işə yaramaz.

Bacarıqlarınızı ağıllı və şüurlu şəkildə istifadə edib inkişaf etdirmək sizə istədiyinizi qazandırar. Bacarığınızın olması heç bir əhəmiyyət kəsb etmir. Onu işlətməli, hərəkətə keçməlisiniz. Çox sevdiyim Emil Zolyanın bir sözünü sizinlə bölüşmək istəyirəm.

“Qabiliyyəti olmayan sənətçi ola bilməz. Amma çalışmadıqca qabiliyyət də bir işə yaramaz”.

“Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır”.

Şiller

Uğursuzluq Yoxdur. Sadəcə Əks-Təsir var.

Qadın və ya kişi olaraq həyatda qarşılaşdığınız sıxıntıları meydan oxumaq cəhdi kimi qəbul edin. Bütün kainat təcrübələrinizi həyata keçirmək üçün sizə kömək edəcək. Bir buğda dənəsini una çevirmək üçün onu dəyirman daşlarının arasına qoyurlar. Çörəyin süfrəyə gəlməsi üçün xəmir halında olan un gur oddan keçir. Bir binanın ayaqda durması üçün kərpiclər özlərini fəda edərlər.

Həyatda heç bir ağrı-acıdan və uğursuzluqdan qorxmayın. Hər şey göründüyü kimi olmaya bilər, görüntüyə aldanmayın. Bacaracağınıza, xoşbəxt münasibətlər quracağınıza inanın.

Uğursuzluq yoxdur. Sadəcə əks-təsir var.

Bacaracaqsan! Xoşbəxt olacaqsan! Bu sənin ­haqqındır.

“Zehin gücünüzün hamısından istifadə etsəniz, bacarmayacağınız heç bir şey olmaz”.

Xose Silva

Xoşbəxtliyin Düsturunu Açıqlayan Cüdo Ustası

Yaponiyada bir uşaq avtomobil qəzası keçirərək sol qolunu itirir. Uşağın ən böyük arzusu böyüyəndə yaxşı bir cüdo ustası olmaq imiş. Sol qolunu itirməklə arzusu alt-üst olan uşaq depressiyaya düşür. Bunu görən atası məşhur yapon cüdo ustasının yanına gedərək oğlu ilə bağlı ümid olub-olmadığını soruşur. Usta “uşağı gətir bir baxaq”, – deyir. Ertəsi gün ata-oğul ustanın yanına gəlirlər. Usta uşağı süzür və “olar, sabah əşyalarını gətir, məşqə başlayırıq”, – deyir.

Ertəsi gün uşaq gələndə müəllim ona bir hərəkər göstərir və bunun üzərində çalışmağını istəyir. Uşaq bir həftə eyni hərəkətin üzərində çalışır və müəllimin yanına gedir. “Bu hərəkəti öyrəndim, başqa hərəkət göstərməyəcəksiniz?” – deyə soruşur. Müəllim cavab verir: “Çalışmağa davam elə”. Aylar keçir və uşaq məktəbdə bir ilini başa vurur. Və bir il boyunca ancaq o hərəkəti təkrarlayır.

Bir gün yenidən müəlliminin yanına gedir və “bir ildir eyni hərəkəti təkrarlayıram, mənə başqa hərəkət göstərməyəcəksiniz?” – deyə soruşur. Müəllimin cavabı belə olur: “Oğlum, sən eyni hərəkət üzərində çalış, vaxtı gələndə yeni hərəkətə keçəcəyik”.

İllər keçir və uşağın cüdodakı 10 ili tamamlanır. Bir gün müəllim onun yanına gəlib deyir: “Hazırlaş, adını böyük yarışa yazdırmışam. Sabah meydana çıxacaqsan”. Oğlan çox təəccüblənir. Həm sol qolu yoxdur, həm də cüdoda bildiyi bircə hərəkət var. Məşhur cüdoçuların qatılacağı yarışda heç bir şansının olmadığını düşünür, amma müəlliminə hörmətindən səsini çıxarmır.

Yarışın ilk günü oğlan ilk müsabiqəsinə qatılır. Rəqibinə qarşı bildiyi yeganə fənddən istifadə edir və qalib gəlir. İkinci, üçüncü mərhələ və final… Finalda oğlanın qarşısına son on ilin məğlubedilməz çempionu çıxır. Oğlan müəlliminin yanına gedərək: “Bura qədər gəldik, amma bir rəqibimə baxın. Bir qolum yoxdur, bildiyim də bircə hərəkətdir. Bu qədəri mənə kifayətdir. İcazə verin yarışdan çəkilim, biabır olmayım”, – deyir. Müəllim deyir: ““Olmaz. Özünə inan, çıx, döyüş. Məğlub olsan da namusunla məğlub ol”.

Çarəsiz qalan oğlan meydana çıxır. Yenə bildiyi o tək hərəkəti edir və rəqibinə qalib gəlir. Baş verənlərə özü də inanmır. Kuboku alan kimi müəlliminin yanına qaçır: “Bu necə oldu? Mənim bir qolum yoxdur, bildiyim də bircə hərəkət var”. Müəllim cavab verir: “O qədər çox çalışmısan ki, dünyada o hərəkəti səndən yaxşı bilən yoxdur, bu, birincisi. İkincisi də, o hərəkətə qarşı yalnız bir hərəkət var. Onun üçün də rəqibinin sənin sol qolundan tutması vacibdir”.

“Çarəsiz qaldığım zamanlarda gedib daş ustası tapır və seyr edirəm. Adam daşa bəlkə yüz dəfə vurur. Amma bu zərbələr daşı nəinki qırmır, hətta çatlatmır da. Sonra birdən yüz birinci vuruşda daş ikiyə ayrılır. Bax, o zaman anlayıram ki, daşı ikiyə bölən son zərbə deyil, ondan əvvəlkilərdir”.

Yakob Riis

Qadın və Kişidə Sevgi

 “Bütün kainat bir-birinə sevgi ilə bağlanıb. Sevgi verməyi öyrən. Qoy könlün anlasın ki, hər şeyə yer var. Unutma ki, dünya sevgisiz insandan qorxar”.

Mövlana

Sevgi ən güclü və sehrli sözcükdür. İnsanları, həyatı gözəlləşdirir. Masumi Toyotome demişkən, dünyada sevilmək istəməyən insan yoxdur. Amma onu da sual edir ki, sevgi nədir, harada olur, bilirsinizmi?

Sevgisizlik ağır bir yükdür və insan bundan qurtulmaq üçün çox pisliklər edə bilər. Acımaq sevgi deyil, üstünlük iddiasıdır. Xoş niyyətli olmaq sevgi deyil, istəmədiyinə dözməkdir. Asılılıq sevgi deyil, vacibatın qarşılanmasıdır. Yaxşı, bəs onda sevgi nədir?

Sevgi – dəyər verə bilməkdir.

Sevgi – yaşama haqqını qəbul etməkdir.

Sevgi – yar olmaqdan fərəh duymaqdır.

Sevgi – birlikdə olmaqdan fərəh duymaqdır.

Sevgi – şüurdur.

Sevgi – insan olmaqdır.

Sevgini həyatımızdan çıxarıb əvəzinə pulu qoysaq, deməli, pul üçün yaşayırıq, pul üçün bir-birimizi əzirik, pul üçün peşə sahibi oluruq, pul üçün təhsil alırıq, pul üçün aldadırıq, pul üçün savaşırıq. Sevgini həyatımızdan çıxarıb əvəzinə üstün olmağı qoysaq, demək ki, üstün olmaq üçün yaşayır, yarışır, başqasının bizdən aşağı olmasına çalışırıq.

Sevgini həyatımızdan qovub nifrəti çağırsaq, demək ki, bir-birimizdən nifrət edir, nifrətlə yaşayır, nifrətlə çalışır, nifrətlə döyüşür, nifrətlə aldadırıq.

“Başqalarına nifrət etmənin əvəzi özünü daha az sevməkdir”.

Eldric Kliver

Üstün olmaq və nifrət etmək həyatımızı işğal edibsə, yaşamımız da savaşlarla, dünyanı talamaqla, bir-­birimizi boğmaqla keçər.

Sevginiz yoxdursa, çox pula, mala, vəzifəyə, dünyanın ən gözəl kişi və ya qadınına sahib olsanız belə, nə mənası var? Sevgi ilə bəslənməyən münasibət böyüyə, güclənə, sizi xoşbəxt edə bilməz. İnsan sevməyə haradan başlamalıdır? Kimi sevməlidir? Nə qədər sevməlidir?

Əvvəlcə özündən başlamalıdır ki, başqalarını da sevə bilsin. Özünü sevməyən başqasını sevə bilməz. Çünki içinizdə olmayan bir şeyi başqasına verə bilməzsiniz.

“Bir kimyaçı qəlbindən şəfqət, hörmət, həsrət, səbir, peşmançılıq, sürpriz və bağışlamaq elementlərini çıxara və bunları birləşdirərək SEVGİ adlı bir atom yarada bilər”.

Halil Cibran

Sevginin 3 Modeli

 “Eşq evliliyin şəfəqi, evlilik eşqin axşamıdır”.

De Finod

Həyatda 3 növ sevgiylə qarşılaşırıq. Birincinin adı “Əgər” yüklü sevgidir. Bu müəyyən gözləntilərin qarşılığında verilən sevgidir. Əgər uğur qazanan biri olsan, səni sevərəm. Əgər həyat yoldaşı olaraq ehtiyaclarımı qarşılasan, səni sevərəm. Toyotome deyir ki, bu, ən çox rastlanan sevgi növüdür. Bu, şərtə bağlı, qarşılıq gözləyən sevgi növüdür.

Yəni tərəflərdən birinin istəklərinin təmin edilməsinin qarşılığı olaraq vəd edilən sevgidir. Səbəb və forma baxımından eqoistdir. Məqsədi sevginin qarşılığında bir şey qazanmaqdır. Evliliklərin bir çoxu bunun üzərində qurulduğu üçün tez dağılır.

Gənclər bir-birlərinin real tərəflərinə deyil, xəyallarında şişirtdikləri romantik görüntülərinə aşiq olurlar və qarşı tərəfdən nələrsə gözləyirlər. Bu gözləntilər özünü doğrultmayanda da ruhdan düşürlər. Getdikcə sevgi nifrətə çevrilir. Təəssüf ki, ana-ata sevgisində belə, sevginin “əgər” növünə rast gəlmək olur. Əslində insanlar bu növ sevginin içində sevgi axtarışındadırlar.

İkinci növ sevgi “Çünki” yüklüdür. Bu cür sevgi növündə insan bir şeyə sahib olduğu, bir şeyi bacardığı üçün sevilir.

Bu halda onu sahib olduğu xüsusiyyət və imkanlara görə sevirlər. Məsələn, “səni sevirəm, cünki çox yaraşıqlısan, çox məşhursan, çox varlısan”. Və ya “səni sevirəm, çünki çox etibar edirəm” kimi, ifadələr bu növ sevgiyə nümunədir.

“Xoşbəxt olmağın, uğur qazanmağın, istədiyiniz hər şeyə sahib olmağın yolu kilidlərin şifrələrini öyrənməkdən keçir”.

“Mustafa Kılınç”

“Əgər” yüklü sevgilər gözləntilərə bağlı olduğu üçün böyük və ağır bir yükə çevrilirlər. Halbuki sahib olduğunuz xüsusiyyətə görə sevilməyiniz daha xoşdur. İnsanlar olduqları kimi sevilməyə üstünlük verirlər. Bu növ sevgi də insana yük olur. İnsanlar bir çoxları tərəfindən sevilmək, pərəstişkarlarını artırmaq istəyirlər. Ondan daha üstün xüsusiyyətlərə sahib biri ortaya çıxdıqda, sevdiklərinin artıq həmin adamı sevəcəyindən qorxarlar.

Beləliklə, həyat sonsuz sevgiyə sahib olmaq istəyi və rəqabəti ilə davam edir. Ailənin böyük qızı yeni doğulan körpəyə, evli qadın ərinin gənc və gözəl katibəsinə, “BMW”si olan gənc “Ferrari”si olana həsəd aparar. Belə olan halda, bu tip sevgilərdə etibar hissi ola bilərmi?

“Çünki” yüklü sevgidə həqiqi və sağlam sevgi olmur. Bu tip sevginin etibarsız olmasının iki fərqli səbəbi var. Birincisi, “görəsən, məni sevən insanın düşündüyü birisiyəmmi?” qorxusu, ikincisi də, “bir gün dəyişsəm və insanlar məni sevməzsə” qorxusu.

Yaponiyada kimyəvi təmizləmədə işləyən gözəl bir qızın üzü partlayış nəticəsində parça-parça olur. Qız olduqca eybəcər hala düşdüyü üçün nişanlısı ondan ayrılır.

Ən pisi isə eyni şəhərdə yaşayan ata-anası belə, onu görməyə gəlmirlər. Sahib olduğu sevgi, gözəllik, mənfəət üzərinə qurulduğu üçün bir gündə də yox olur. Bir ay sonra qız qəhərdən ölür.

“Cəmiyyətdəki sevgilərin çoxu “Çünki” yüklüdür. Bu tip sevgilərin davamlılığı hər zaman şübhə doğurur”. Yaxşı, bəs həqiqi, etibar ediləcək sevgi nədir? Bax bu, sevgilərin ən həqiqisidir.

Üçüncü sevgi tipi “Baxmayaraq” adlanır. “Əgər” yüklü sevgilərdən fərqli olaraq, hər hansı şərtə, ­mənfəətə bağlı deyil. Bu növ sevgidə insan nəyə görəsə deyil, nələrəsə baxmayaraq, sevilir.

“Nəticəsindən asılı olmayaraq, xoşbəxtlik sadəcə var olduğu anda yaşanır”.

“Mustafa Kılınç”

Esmiralda Gvazimodanı dünyanın ən çirkin, ən qorxunc qozbeli olmasına baxmayaraq, sevirdi. Yaraşıqlı və zəngin gənc də Esmiraldanı qaraçı olmasına baxmayaraq, sevirdi. İnsan çirkin, zavallı və səfil də olsa, sevilir.

Burada insanın yaxşı, cazibədar və zəngin olmağının elə bir əhəmiyyəti yoxdur. İnsan qüsurlarına, pis xasiyyətinə, cahilliyinə baxmayaraq, olduğu kimi sevilir. Bu tip sevgini hazırda hiss etməyiniz bir gün bu sevgini tapacağınıza inancınızdır.

“Evlilik – üzərində bütün qadınların anlaşdığı, bütün kişilərin də anlaşmadığı bir mövzudur”.

Oskar Vilde

Qadın və Kişinin Sevgi Dili

 “Özünüzü sevmək işin başlanğıcıdır”.

“Mustafa Kılınç”

İnsanlar barmaqları qədər oxşar, barmaq izləri qədər fərqlidirlər. Hər bir qadının və ya kişinin öz inanc, dəyər metaproqramlarına görə davranış formaları var. Bu formaların doğrusu və ya yanlışı yoxdur. İnsanların sevgi dillərini bilmək və buna uyğun davranmaq onları başa düşməyimizi təmin edər.

Qadınların və ya kişilərin istifadə etdiyi sevgi dillərinə baxaq. Bu günə qədər aparılan araşdırmalar şüur altındakı metaproqramların bizlərə 5 növ sevgi dili olduğunu göstərir.

1.“Xidmətə söykənən” Sevgi Dili.

“Sevgi – dünyadakı bütün pislikləri aradan qaldıran çox güclü və ən önəmli məfhumdur”.

“Mustafa Kılınç”

Xidmətə söykənən davranış nədir? Bu, ünsiyyətdə olduğumuz insanlara kömək etmək, yüklərini yüngülləşdirmək üçün görülən işlər toplusudur.

Gənc bir qızın mətbəxdə anasına kömək etməsi, gənc bir oğlanın atasıyla hamamdakı krantı təmir etməsi, evli bir cütlüyün evin bütün işlərini birgə görməsi, balaca uşağın yaşlı bir adama yüklərini daşımağa kömək etməsi, evə gələn qonağa yemək hazırlamaq, dəsmalları dəyişdirmək kimi, işlərin hər biri xidmətə söykənən davranışlardır.

Mədəniyyətimizdə xüsusi bir yer tutan xidmət bəzilərinin sevgi dilidir, bəziləri üçün isə sadəcə bir ­vəzifədir.

Xidmət necə sevginin ifadəsi, sevgini hiss etdirmə forması ola bilər?

Bu növ sevgi dilini öyrənən bəzi insanlar “Hə, doğrudur. Mənə 100% xidmət edir, məni sevir və mənə dəyər verir”, deyirsə, bəziləri də “Boş sözdür, xidmətlə sevgi olar? Başqalarının yanında xidmətçi kimi işləməyin harası sevgidir?”, deyəcək. Çünki hər insanın sevgi dili fərqlidir və bu fərqlilik evliliklərdə, münasibətlərdə daha dədiq müşahidə olunur.

Sevgi dilimizi təsvir etməkdə çətinlik çəkə bilərik. Sevgini nümayiş etdirmək forması ilə sevgini hiss etmə forması eyni olmaya bilər. Məsələn, evinə gələn qonağa xidmətləri ilə dəyər verən, ona sevgi göstərməyə çalışan biri başqasının onun özünə bu cür xidmət göstərməsindən narahat ola bilər. Yəni sevgini nümayiş etdirmə və hiss etmə forması fərqli ola bilər. Qısacası, bəzi insanlar başqalarına xidmət etməkdən zövq alsalar da, bu, onların sevgi dilinə aid xidmət davranışları olduğunu göstərməz.

Çünki sevgi dili ilə bağlı seçimimizi qarşı tərəfdən gözləntilərimiz müəyyən edir. Sevgi dilini sevgini nümayiş etdirmə formasına görə deyil, sevgini başqalarından daha yaxşı necə hiss edəcəyimizi tapmaqla sıralamalıyıq. Çünki bir çox insanla ünsiyyətdə oluruq. Kiməsə xidmət edir, kiməsə cəsarət verərək gördüyü işi dəstəkləyir, kiminləsə bir yerə birgə getməkdən zövq alır, kiməsə hədiyyə alır, kimisə də içimizdən gəldiyi üçün qucaqlayırıq. Lakin başqalarından gözlədiyimiz sevgini ifadə forması sevgini ən yaxşı hiss etdiyimiz formadır.

Evli bir cütlük təsəvvür edək. Tutalım, kişinin sevgi dili xidmətə söykənir, qadın üçün isə bu, son sıralarda dayanır. Evlilikləri davam etdikcə problemləri böyüyür. Kişi evə gələndə qadının ona sevgini xidmətləri ilə göstərməsini istəyir. Qadın isə ərinin onun sevmədiyini, sadəcə ev işlərini görəcək birinə ehtiyac duyduğu üçün onunla evləndiyini düşünür. Hirslənir, hətta bəzən bu hirsi nifrətə çevrilir. Bu, bir çox insanın başına gələn kiçik bir hadisə olsa da, təəssüf ki, bir çox evliliklərin bitmə səbəbi olur.

Sevgi dili xidmətə söykənən bir insan bunu qəfildən deyil, xahiş edərək istəməli və sevgini hiss etmə formasının xidmət davranışı olduğunu gözəl bir üslübla başa salmalıdır. Bu halda məcburiyyət olmayacaq, sevgi qəzəbə çevrilməyəcək. Evində özünü həyat yoldaşının xidmətçisi deyil, sevdiyi olaraq görən qadına onun təmizliyini, yeməyini, ütüsünü etmək çətin gəlməyəcək. Hər şeyi zövqlə edəcək.

Yaxud qadının sevgi dili xidmətə söykənirsə, həyat yoldaşından gözlədiyi köməyi sevginin ifadəsi olaraq qəbul edəcək. Bununla da çox səy göstərmədən rahat bir ailə mühiti yaranacaq.

“Başqasının xoşbəxtliyi və inkişafı bizim üçün öz xoşbəxtliyimiz, təhlükəsizliyimiz və inkişafımız qədər vacibdirsə, sevgi vardır”.

Dr. Harri Stak Sullivan

2.Sevginin “Birgəlik” Dili

“Ürəyiniz özünüzə qarşı sevgi ilə doludursa, başqa insanlarla çox şeyləri bölüşəcəksiniz”.

“Mustafa Kılınç”

Sevginin “Birgəlik” dili nədir? Birlikdə qurulan plan, birlikdə yeyilən yemək, rahat mühitdə edilən söhbət… Bunlar sevginin “Birgəlik” dili deyiləndə ilk ağıla gələnlərdir. Bu cür insanlar sevdikləri ilə bir yerdə nələrisə etməyi istəsələr də, əslində istədikləri vaxtlarını keyfiyyətli keçirməkdir. Bu insanlar verilən dəyəri və sevgini birgə keçirilən vaxtda görürlər.

Bu cür qadınlar həyat yoldaşların günlərini necə keçirdiklərindən danışanda ərləri bəzən televizora baxırsa, qadın həyat yoldaşının ona dəyər vermədiyini düşünür. Ona görə də həyat yoldaşınız başqa şeylərə fokuslanırsa, diqqətinizi ona yönəltmirsinizsə, münasib formada icazəsini istəyin. Bu hərəkətinizlə ona dəyər verdiyinizi hiss etdirmiş olarsınız.

Bu insanlar söhbət zamanı qarşılarındakı insanın diqqətinin bütünlüklə onlara yönəlməsini istəyirlər. Sevgilərini qurduqları planlarla ifadə edər və qarşı tərəfdən də eyni şeyi gözləyərlər. Onlar üçün “eyni şey” vaxtı keyfiyyətli keçirməkdir. Ona görə də ­söhbət zamanı onları narahat edən mühitdən uzaqlaşırlar. Sevgi ehtiyaclarını qarşılamaq üçün qarşı tərəfə fokuslanmaq, onu dinləmək, bir yerdə televizora baxmaq, dəyər verildiklərini hiss etmək istəyirlər.

Şahmat oynayan iki yaxın dostun sevgi dili “birgəlik”dirsə onlar fiqurlara deyil, vaxtı birgə keçirmələrinə daha çox əhəmiyyət verəcəklər. Çünki planlarında birgə vaxt keçirmək var.

Aşağıdakı nümunəyə fikir verək.

Xanımına maddi baxımdan hər cür rahatlığı təmin edən kişi xoşbəxt olması üçün ona avtomobil də alır. Bir neçə aydan sonra xanımı maşını istəmədiyini deyərək açarları geri qaytarır. Kişi səbəbini soruşanda isə deyir: “Əvvəllər gedəcəyim yerlərə sən aparırdın. İndi isə alış-verişi də özüm edirəm. Bazar günləri daha çox məşğulsan, darıxdığımı bildirəndə maşınla rəfiqələrimin yanına getməyimi, əylənməyimi istəyirsən.

Maşından əvvəl uşaqları məktəbə bir yerdə aparırdıq. İndi isə ya sən aparırsan, ya mən. Yəni artıq birgə vaxt keçirtmirik. Ona görə də maşını istəmirəm”.

Həyat yoldaşının xoşbəxtliyini istərkən bədbəxtliyinə səbəb olduğunu anlayan kişi artıq xanımın nə istədiyini bilirdi. Sevgi dili “birgəlik” olan xanımı maşın yox, qısa da olsa birlikdə zaman keçirmək istəyirdi.

 “Baş sayı qədər düşüncə növü, qəlb sayı qədər sevgi növü var”.

L.Tolstoy

  1. “Təmasa meylli” Sevgi Dili

 “Sevgi azlığı insanları mənfi hisslərə kökləyir”.

“Mustafa Kılınç”

Təmasa meylli sevgi dili nədir? Bu, bəzi insanların münasibətlərində çox önəmli faktordur. Bəzi insanlar üçün isə sevgini ifadə şəkli deyil. Birinci kateqoriyaya aid insanlar sevgilərini qucaqlayaraq, öpərək göstərir, qarşı tərəfdən də eyni şeyi gözləyirlər.

Uzun müddət bir-birini görməyən iki dost yolda qarşılaşır. “A” təəccüb və sevinclə “B”ni qucaqlayır, öpür, yenə qucaqlayır. “B” isə “çoxdandır görüşmürük, gedib bir yerdə oturaq?” – deyə soruşur. “A” təklifi qəbul edir və dostunun qoluna girərək yolboyu onu öpür. Bu təmasdan narahat olan “B” eyni yaxınlığı göstərmir.

Çay içmək bəhanəsi ilə söhbət edirlər, keçmişdəki xatirələri yada salırlar. Sonda “A” və “B”yə görüşün necə keçdiyi soruşulur. Suala verilən cavab qəribə olur. “A” qəmli şəkildə “dostluğumuz əvvəlki kimi deyil, çox soyuq davrandı. Sanki o qədər gözəl xatirələrimiz olmayıb”, – deyir. “B”nin cavabı isə daha fərqli olur: “Yaxşı ki görüşdük. Hər şey yaxşı keçdi. Keçmiş günləri yada saldıq”. Beləliklə, “A” bu qarşılaşmadan narazı, “B” isə razı qalmışdı.

Səbəbini araşdıranda məlum olur ki, “A”nın sevgi dili “təmasa meylli”, “B”ninki isə “birgəlik”dir.

“A” dostunun sevgisini onu qucaqlamasından, öpməsindən hiss edə bilərdi. “B” isə bunu etmədi. “B” üçün önəmli olan birgə zaman keçirmək idi. Ona görə də “A”ya oturub söhbət etməyi təklif etdi. Birlikdə bir yerə gedib oturdular, söhbət etdilər. Nəticədə “B”nin istədikləri həyata keçmiş oldu. Ona görə də “B” görüşdən razı, “A” isə narazı qaldı. Eynilə də “A” “B”nin təklifinə “İndi işim var. Sonra görüşə bilərik” desəydi, bu halda da “B” “A” ilə qarşılaşmasından məmnun olmayacaqdı. “B”nin sevgi dili “birgəlik” olduğu üçün bu rədd cavabı ilə sevgini hiss edə bilməyəcəkdi.

Sevgi dili “təmasa meylli” olan insanlar fiziki baxımdan çox yaxınlaşmadıqları insanlara qarşı məsafəli davrana, özlərini onları yanında rahat hiss etməyə bilərlər. Bu insanları anlamağa çalışmalı, səmimi qucaqlaşmalarla onlara sevgimizi göstərməliyik. Beləliklə, gözəl bir ünsiyyət qurmuş olarıq.

“Bəzən sevgi sayəsində hər şey bir-biriylə birləşir. Bəzən isə nifrət hər şeyi bir-birindən ayırır”.

Enpedodes

4.“Təsdiq gözləyən” Sevgi Dili

 “Sevgi dolu sözlər insanın özünü yaxşı hiss etməsini təmin edər”.

“Mustafa Kılınç”

“Təsdiq gözləyən” Sevgi Dili nədir? Necə qəşəng olduğunu, gözəl yeməklər bişirdiyini, bacarıqlı olduğunu kim eşitmək istəməz ki?

İnsan nə qədər öz qabiliyyətinin fərqində olsa da yaxınları, rəhbəri tərəfindən təqdir edilmək istəyir. Həyat yoldaşı ilə mübahisə edibsə, onun sevimli sözləri ilə könlünü almasını istəyir. Sevgi dolu sözlər insanın özünü yaxşı hiss etməsini təmin edir.

Təbii ki, bundan hamının xoşu gəlir. Lakin bəzi insanlar üçün sevginin ən önəmli dili təsdiq almaqdır. Təqdir edilmək, bəyənilmək, cəsarətləndirilmək… İnsanlar onlarla bu cür davrananları sevirlər. Sevgi dili “təsdiqedici kəlmələr” olan insan söylənilən cümlələrlə xoşbəxt və ya bədbəxt olur, uğur qazanır və ya uğursuzluğa düçar olur. Bu cür insanların bişirdikləri yeməklər tərifləndikdə sabahı gün daha çox səy göstərirlər.

Ana və ya ata olmaq bu insanı qorxudursa, cəsarət verən sözlərlə onu rahatlatmaq olar. Bundan sonra çox yaxşı ana və ya ata olmağa hazırdır. Bu sözlər ona kifayət edib. Və ya sevgilisindən küsübsə, bir-iki xoş cümlə ilə hər şeyi unudur və gülümsəməyə başlayır.

Sevgi dili “təsdiqedici kəlmələr” olan insan bunu həyat yoldaşına və ya birlikdə yaşadığı insanlara izah etməli, sevgiyə olan ehtiyacını ən yaxşı bu yolla qarşılaya biləcəyini açıq şəkildə söyləməlidir. Bu insanlar verdikləri qərarlarda da insanlardan təsdiq gözləyirlər.

Bəzi insanlar “cəsarət verirəm” deyərək öz düşüncələrini başqalarına təbliğ edirlər. Nə qədər yaxşı niyyətli olsa da, bu, cəsarət vermək deyil. Qarşı tərəfin bu nöqtəsindən istifadə edərək istədiyi qəlibə salmaqdır. Bu, əxlaqlı bir davranış deyil. Həmçinin insanı xoşbəxtliyə aparmaz. İşləmək istəyən bir qadına əri “bax, evdə necə də yaxşı təmizlik işləri görürsən”, deyərək ona cəsarət və dəstək verdiyini düşünür.

Qarşılığında da “yaxşı ki işləmirəm, deməli, gözəl təmizlik işləri görürəmmiş, çox sağ ol”, deməyini gözləyər. Bu, o insanı cəsarətləndirməz. Sevgini həqiqətən də ən gözəl şəkildə yaşamaq istəyiriksə, sevgi dili “təsdiqedici kəlmələr” olan insanı onun marağına uyğun istiqamətləndirməli, özünə inanmadığı vaxtlarda cəsarətverici sözlərlə uğur qazanmasına kömək etməliyik.

Gözəl sözü eşitməyi hər bir insan istəyər, ancaq əsas sevgi dili “təsdiqedici kəlmələr” olan insanlar üçün bir-iki xoş söz kifayət etməz. Onlar daha çox xoş söz eşitmək istəyərlər. Sevildiklərini ancaq bu şəkildə hiss edə bilərlər.

“Sehrli xoş sözlər təsdiq gözləyən insanlarda hər zaman effektlidir”.

“Əzizim, əla görünürsən!”

“Sənin kimi bir atam olduğu üçün fəxr edirəm”.

“Əziz anam, hördüyün jilet o qədər gözəldir ki, geyinməyə heyfim gəlir”.

“Çox gözəl danışırsan, düşüncələrinə heyranam”.

“Əzizim, hər zamankı kimi, bu gün də əlasan”.

Beləliklə, bu kimi sehrli sözlərdən istifadə etməklə “təsdiqedici kəlmələrə” əhəmiyyət verən insanlara sevgimizi ən gözəl şəkildə ifadə etmiş olarıq.

“Xoşbəxtlik çatacağımız stansiya deyil, yolculuq şəklidir”.

5.SEVGİ DİLİ – “HƏDİYYƏ ALMAQ”

Nədir “hədiyyə almaq” dili?

“Hədiyyə almaq, sevginin konkret forması, vizual simvoludur”.

Hədiyyə almaqdan hamının xoşu gəlir. Ancaq bəzi insanlar o an üçün hədiyyə almaqdan xoşbəxt olmuş olsalar da, bu, onlar üçün çox da böyük məna daşımaz. Amma əsas sevgi dili “hədiyyə almaq” olan insanlar onlara verilmiş bütün hədiyyələri xüsusi diqqətlə ­saxlayarlar.

Bu insanlar təbrik kartlarını, məktubları, fotoları belə, mühafizə edər, hətta hədiyyə paketlərini atmağa belə, heyfsilənərlər. Hədiyyə alan insanları unutmazlar; kim nə alıb, nə vaxt alıb – bunların hər birini yadda saxlayarlar. Ətrafımıza nəzər saldığımız zaman bəzi insanların onlara göndərilən gözəl sözləri xüsusi dəftərlərinə qeyd etdiklərini görərik.

Bu insanlar doğum günləri kimi, xüsusi anları sevdikləri ilə birgə keçirmək istəyərlər. Bundan başqa, maddi dəyəri yüksək olan hədiyyələr gözləməzlər. Onlar üçün yazılmış gözəl sözləri, bağçadan qoparılan çiçəyi və ya xatirə dəftərinə çəkilən kiçik bir rəsmi böyük xoşbəxtliklə qəbul edərlər.

Onlar sevgini, verilən qiyməti ancaq bu şəkildə hiss edə bilirlər. Hətta bəzi hallarda konkret bir hədiyyə yerinə, sevdiklərinin varlığını hədiyyə olaraq istəyirlər. Məsələn, dünyaya övlad gətirən bir qadının ərinə “Heç yerə getmə, mənə gül almağını belə, istəmirəm. Tək istəyim yanımdan ayrılıb getməməyindir”, deyərək ərindən öz varlığını hədiyyə etməyini istəməsidir.

“Güc və inamı hər zaman xaricimdə axtardım, amma bunlar insanın daxilindən gəlir və hər zaman oradadırlar”.

Ziqmund Freyd

SEVGİNİ SEVGİ DİLLƏRİ İLƏ KƏŞF EDİN!
HƏYATDAN ZÖVQ ALIN!

Başa düşək

Başa düşək bir-birimizin sevgi dilini. Bütün dillər sevgini ifadə etmək istəyərkən nifrətə çevrilməsinlər. Yarımçıq qalmasın sevgilər, heç kimin xəyalları puç olmasın… Daxilindəki səsin acığına, sevgini ifadə etməyin yolunu axtar. Çıxart və at sevgini əngəlləyən bütün qəlibləşmiş düşüncələrini. Xoşbəxt ol, sev, amma istədiyin şəkildə yox, qarşındakının səndən gözlədiyi kimi.

Xeyr, məni sevən belə sevsin deyirsənsə, səhv yoldasan. O səhv yol tənhalığın, sevgisizliyin yoludur. “Hə, hə” deyənlər xoşbəxt və hüzurludurlar; evlərindən gülüş səsləri gəlir. Səmimi dostluqlar gözləyər o sevgi dolu ürəklər…

Sevgini sevgi dilləri ilə kəşf et!

Sevgi Dilinizi Müəyyənləşdirən Test

 Dəqiq nəticə almaq üçün işarələmədən əvvəl testi başdan-ayağa qədər oxumağınızı tövsiyə edirəm.

Testi həll edərkən sizə uyğun olduğunu düşündüyünüz variantları işarələyin. Hər bir suala “1” (ən az), “5” (ən yüksək) arası bal verin və hər sevgi dilinə aid nəticələri ayrı-ayrı toplayın. Bu nəticələr sizin sevgi dillərinizin ardıcıllığını müəyyən edəcək.

“Xidmətə Söykənən” Sevgi Dili

A.İnsanların istəklərimə qarşı həssas olmağı, məni razı salmaq üçün etdikləri özümü yaxşı hiss etməyimi təmin edər (…..).

B.İnsanların mənə bir sıra xidmətlər göstərmələrindən razı qalıram (…..).

C.Mənə dəyər verildiyini və sevildiyimi göstərilən xidmətlərdən anlayaram (…..).

Sevginin “Birgəlik” Dili

A.Tanıdığım bir şəxslə birgə planlar qurmaqla və onları birgə həyata keçirməklə onun məni necə sevdiyini anlayaram (…..).

B.Ətrafımdakı insanların sevgisini, mənimlə birlikdə keçirdikləri vaxtın keyfiyyətinə görə ölçürəm (…..).

C.Həmsöhbətimin ara-sıra televizora baxaraq mənə diqqət yetirməməsi, onun mənə əhəmiyyət vermədiyi hissini yaradır (…..).

“Təmasa Meylli” Sevgi Dili

A.Təmas etmədiyim, qucaqlaşmadığım insanlarla nə qədər çox şeyimi bölüşmüş olsam da, aramızda hər zaman bir məsafə olar (…..).

B.Sıxıntılı anlarımda rahatlanmaq üçün dostumun çiyninə başımı qoyub ağlamağım, saatlarla veriləcək təsəllilərdən daha təsirlidir (…..).

  1. Çox tez-tez görüşmədiyim insanların məni səmimi şəkildə qucaqlamaları araya girən məsafələri ­unutdurar (…..).

“Təsdiq Gözləyən” Sevgi Dili

A.Etdiyim işlərin nəticəsində insanlardan təsdiqləyici sözlər gözləyirəm (…..).

B.Sevdiklərimdən daima cəsarətləndirici sözlər eşitmək istəyirəm (…..).

C.İnsanların mənimlə ünsiyyət qurduqları zamanlarda mənə qarşı xoş sözlərdən istifadə etmələri, onlar tərəfindən çox sevildiyimi hiss etdirər (…..).

Sevgi dili – “Hədiyyə Almaq”

A.Mənə alınan hədiyyələrə çox əhəmiyyət verirəm və onları istədiyimdə tapa biləcəyim yerlərdə ­saxlayıram (…..).

B.Gün ərzində poçtuma, telefonuma gələn xoş bir mesaj və ya şəkil onu göndərənə qarşı xoş hisslər bəsləməyimə səbəb olur (…..).

C.Xüsusi günlərimi xatırlayan insanların dostlarım olduğunu düşünürəm. Doğum günümü xatırlamayan şəxsin yaxın tanıdığım olmasına baxmayaraq, mənə qarşı olan sevgisinə şübhə edərəm (…..).

Beyin Gücüylə Böyük Sevgilərə Yelkən Açın

 “Beynini istifadə edə bilən insan düşüncə və davranışlarının hökmdarıdır”.

“Mustafa Kılınç”

Zehni olaraq özünüzü nə qədər nəzarətli və güclü hiss edərsənizsə, baxış bucağınız o qədər müsbətə doğru olar. Xoşbəxt sevginin qollarını açaraq sizi gözlədiyini düşündüyünüz təqdirdə, siz də qollarınızı ona doğru açmış olacaqsınız. Sevginin sizdən qaçdığını, ya da qismətinizin bağlı olduğunu düşündüyünüzdə isə qollarınızı və beyninizi bağlayaraq sevgiyə yelkən aça bilməzsiniz.

Bunun üçün ilk olaraq sizi narahat edən şeylərdən qurtulun. Bu dünya çox böyükdür və həqiqi sevginiz sizi hansısa bir yerdə gözləyir. Siz ona doğru irəliləmədikcə, o da ayaq saxlayacaq. Durmayın, hərəkətə keçin.

Bu kainatda milyardlarla insan yaşamaqdadır və onların hamısı eyni xəyalın – “həqiqi sevginin” izindədirlər… Biri və ya biriləri mütləq surətdə həqiqi sevgiliniz ola bilər. Bu həyatda hər kəsin bir yara ehtiyacı və hər kəsin bir yarı var.

Könül gözünüzün onu görə bilməsi kifayət edir. O yar bəlkə çox yaxınlıqda, bəlkə də dünyanın o biri ucundadır. Sən qollarını aç və addım at, o sənə qaçaraq gələcək.

Hazırkı düşüncə formanız haqda fikirləşin. Düşüncə sisteminizi dəyişsəniz, xəyal gücünüz inkişaf edəcək, sərhədlərinizi aşacaq, riskə getməkdən zövq alacaq və beləliklə, yeni fürsətlər yaradaraq hazırkı vəziyyətdən çıxıb xoşbəxt anlar yaşayacaqsınız.

Sizə bütün bu xoş hissləri yaşadan sizin həqiqi sevginizdir? Gözlədiyiniz sevgimi?

Onu itirməkdən və ya onu tapa bilməməkdən narahatsınız? Əgər belədirsə;

Sizi qorxudan ən əsas şey nədir?

Gözləntiləriniz nələrdir? Siz “sevgi”nizdən nə gözləyirsiniz?

Onun üçün nələri etməzdiniz?

O sizin üçün nələri etməz?

Gəlin, bu sualları cavablandıraq. Güç sizdədir. Siz nəyi istəsəniz, onu alacaqsınız.

 SEVGİ YOLCULUĞUNDA SEÇİMLƏR…

“Düşüncələrinizi dəyişsəniz, həyatınız da dəyişmiş olacaq”.

Seçdiklərimiz həyatımızda mövcud olanlar, seçmədiklərimiz isə arxa planda gizlətdiklərimizdir. Bu səbəbdən də “doğrularımız” hər an dəyişə bilər. Bu gün öndə olan sabah arxa plana keçər və yaxud əksinə.

Seçmədiklərimiz belə, potensial həqiqətlərimizdir. Keçmişdəki qərarlarınızdan peşmansınızsa, hərəkətə keçin və o seçiminizi reallığa çevirin. Heç də çətin deyil. Sadəcə, hərəkətə keçmək lazımdır.

Sual: Şəkildə nə təsvir olunub? Qabarıqlıq daxildən, yoxsa xaricdəndir?

Cavab: Önəmli olan baxış bucağıdır. Reallığı siz yaradırsınız. Sevgidə də eyni şey keçərlidir. Nəyə inansanız, nəyə inanmaq istəsəniz, həqiqət də elə odur. Bu şəkildə nə gördüyünüzə siz qərar verin. Şəkildəki cizgini görmək istədiyiniz kimi dəyərləndirin. Sizin seçimləriniz sevginizi müəyyənləşdirəcək.

Həqiqətlərimiz seçimlərimizdir…

Bu seçimlərinizlə dünyanızı zindan da edərsiniz, coşqulu bir sevgi də yaşayarsınız. Qərar sizindir. Müsbət düşünün. Həyatı gözəlləşdirmək üçün bir yerdə olun, çətinləşdirmək üçün yox. Sadəcə istəklərinizin fərqində olun.

Sevdiyini özünə necə bağlayardın?

Hər şeydən əvvəl rahatlıq verməklə. Yersiz danışsan, şikayət etsən, keçmişi qurdalayıb daim xatırlatsan, qarşındakını özündən uzaqlaşdıracaqsan. Bağışlamağı bacarmalısan. Keçmiş təcrübələrindən faydalanaraq dinləyici olsan, sevgiyə fokuslansan, onu özünə bağlayacaqsan. “Bu münasibətlərin axırı, bizim sonumuz necə olacaq?” şəklində düşünsən, uduzarsan.

Həm özünü, həm onu itirərsən. Enerjini yüksəlt. Əgər onun enerjisi səninki ilə uzlaşırsa, onsuz da ­sənindir.

Hər şey səndə gizlənib.

Yerin səni çəkdiyi qədər ağırsan,

Qanadların çırpındığı qədər yüngül…

Qəlbinin atdığı qədər canlısan,

Gözlərinin uzağı gördüyü qədər gənc….

Sevdiklərin qədər yaxşısan,

Nifrət etdiklərin qədər pis…

Nə rəng olursa-olsun qaşın-gözün,

Qarşındakının gördüyüdür rəngin….

Yaşadıqlarını kar sayma,

Yaşadığın qədər yaxınsan sonuna…

Nə qədər yaşayırsan yaşa,

Sevdiyin qədərdir ömrün…

Gülə bildiyin qədər xoşbəxtsən,

Qəm yemə, bil ki, ağladığın qədər güləcəksən…

Bitmiş sanma hər şeyi,

Sevdiyin qədər seviləcəksən….

Günəşin doğuşundandır təbiətin sənə verdiyi dəyər,

Qarşındakına dəyər verdiyin qədər insansan….

Bir gün yalan söyləyəcəksən əgər,

Qoy qarşındakı sənə güvəndiyi qədər inansın.

Ay işığındadır Sevgiliyə olan həsrət,

Sevgilinə həsrət qaldığın qədər ona yaxınsan…

Unutma, yağışın yağdığı qədər islaqsan,

Günəşin səni isitdiyi qədər isti…

Özünü yalnız hiss etdiyin qədər tənhasan,

Və güclü hiss etdiyin qədər güclü…

Özünü gözəl hiss etdiyin qədər gözəlsən.

Bax, budur həyat!

Bax, budur yaşamaq! Bunu xatırladığın qədər ­yaşarsan.

Bunu unutduğunda, aldığın hər nəfəs qədər üşüyərsən…

Və qarşındakını unutduğun qədər tez unudularsan.

Çiçək sulandığı qədər gözəldir,

Quşlar ötə bildiyi qədər sevimli…

Körpə ağladığı qədər körpədir.

Və hər şeyi öyrəndiyin qədər bilərsən, bunu da öyrən,

Sevdiyin qədər sevilərsən…

Can Yücel

Xəyal Gücü və Uğur

 “Xəyal gücü olub elmi olmayan insanın qanadları var, ayaqları isə yoxdur”.

Şopenhauer

“Xəyal qurmaq yaradıcılığın başlanğıcıdır. Nə istədiyinizi xəyal edərsiniz. Xəyal etdiyiniz şeyi istəyərsiniz. Xəyallarınızdakına çevrilərsiniz və nəhayət, istədiyinizi yaradarsınız”.

Xəyallarınıza diqqət edin, reallaşa bilərlər…

Siz var olan şeyləri görər və deyərsiniz: Niyə? Amma mən olmayan şeyləri xəyal edərəm və deyərəm: Niyə də olmasın?

Xəyal gücündən məhrum olan insanları xilas etmək üçün hər dəfə yeni bir İsa özünü fədamı etməlidir?

Uğursuzluq uğurun açarıdır. Əgər yolunuzda çətinlik və maneələr yoxdursa, bilin ki, o yol sizi heç yerə aparmayacaq.

Birinci qrupa aid olanlar günəşi, ikinciyə aid olanlar kölgəni sevər. Eləyən eləyəcəkdir, eləməyən də tənqid edəcəkdir.

İnsanlar başlarına gələnlərə görə ancaq düşdükləri vəziyyəti günahlandırarlar. Mən buna inanmıram. Bu dünyada uğur qazanan insanlar istədikləri vəziyyəti axtarırlar. Tapmayanda da özləri onu yaradırlar.

“İstədiyinizi əldə edə bilməsəniz, əldə etdiyinizi istəmək məcburiyyətində qalarsınız”.

Bernard Şou

Gözübağlı şəkildə hədəfə ox atmağın heç bir mənası yoxdur. Oxlar sağa- sola dəyər, heç bir nəticə əldə edə bilməzsiniz. Həyatda hansı tərəfə baxsanız, o istiqamətə gedərsiniz. Tennis oynayarkən topu baxdığınız istiqamətə atmağınız və ya yelkən çəkərkən getmək istədiyiniz istiqamətə baxdığınız kimi…

Xəyallarımızın yaratdığı hədəflər də belədir. Əvvəlcə ürəyinizi açın, sonra gözlərinizi, sonra da hədəfə yönəlin. Görmədiyiniz şeyi vura bilməzsiniz.

İlk sevgi hekayəsini dinlədiyimdə,

Nə qədər kor olduğumu bilmədən

Səni axtarmağa başladım.

Sevgililər haradasa bir araya gəlməzlər,

Onlar əvvəldən bir-birilərinin içindədirlər.

Rumi

Eşq Öz-Özlüyündə Bir Dünyadır

 “İnsanın xəyalı ilə əldə etdiyi arasındakı məsafə ehtirasının dərəcəsi qədərdir”.

Halil Cibran

Həqiqi sevgi istəyirsinizsə, Şəms kimi dünyanın o biri başında da olsa yarınızın var olduğuna inanmalısınız. Əvvəlcə inanın, sonra da həvəslə istəyin. Kainat özü onu sizə gətirəcək. Ümidsizlik sevginin önündəki ən böyük maneədir.

Əgər həqiqətən ruhunuzun o biri tayını istəyirsinizsə, onu arzulayın. O insanı tapmayacağınıza və ya tapdığınız insanla bir yerdə olmayacağınıza inanırsınızsa, o adamla nəinki birgə həyat qura, heç bir yerdə addımlaya bilməzsiniz. Hər zaman acı çəkərsiniz. Birlikdə olduğunuz insanla bir gün ayrılacağınızdan qorxursunuzsa, onunla bir gün deyil, hər gün ayrılarsınız. Qorxduğunuz ayrılığın başınıza gələcəyinə təminat verə bilərəm.

Təkrar edirəm, əvvəlcə düşüncələrinizi gözdən ­keçirin.

– Kompleksləriniz var? Ehtiraslı bir münasibətə layiq olmadığınızımı düşünürsünüz?

– Özünüzü sevirsinizmi?

– Qorxularınıza görə sevgiyə inamınız, ona ayıracaq enerjiniz, istəyiniz yoxdur?

Sizə mane olan bu məqamları bir an əvvəl həll etməlisiniz. Bilirsinizmi, bütün idman yarışlarında oyunu qələbəsinə ən çox inanan qazanar, gücləri bərabər olsa belə.

Söhbət sevgidən gedirsə, yaşın heç bir əhəmiyyəti yoxdur. İstər 18 yaşında olun, istər 98. Axtardığınız sevgi ilə uzlaşacaq enerjiyə sahibsinizsə, eyni enerjiyə malik bir sevgiylə qarşılaşacaqsınız. Bu baxımdan, enerjinizi yüksəltməlisiniz. Bir nömrəli hədəfiniz sevdiyinizin haradasa sizi gözlədiyinə və eynilə sizin kimi onun da sizi tapmaq marağında olduğuna inanmağınızdır. Buna və özünüzə inanırsınızmı?

Yaxşı, mən həqiqi sevginiz deməklə nəyi nəzərdə tuturam? Bir növ söhbət ruh əkizindən, yanında özünüzü tapa biləcəyiniz insandan gedir. Sizi tamamlayan insan ruh əkizinizdir. Qorxularımızın, daxili çaxnaşmalarımızın istəklərimizlə kəsişməməsi sevgi ilə bağlı bütün ehtimalların ətrafımızda olduğunu görməyimizə mane olur.

Kainatın cazibə qanununa görə, insanlar özləri ilə uyuşan insanları, hadisələri və şərtləri özlərinə cəzb edərlər. Yəni inanclarımıza davam gətirən təcrübələri özümüzə tərəf çəkərik. Paraşütlə tullanmaqdan qorxan bir insan əsla təyyarədən paraşütlə tullanmaz.

Əgər xəyal gücümüzlə sərhədlərimizi aşıb keçiriksə, qarşımızdakı insan da ehtiraslı bir aşiq olacaq və ­bizim kimi sevginin sərhədlərini aşıb keçəcək. Elə indicə sevginizin xəyalını qurmağa başlayın.

Biz fərqində deyilik, amma Allah dünyanı sevgi üzərində yaradıb. Həyatdakı ən gözəl duyğu sevgi ­deyilmi?

Bütün komplekslərinizdən, yaşadığınız pis təcrübələrdən, mənfi duyğulardan uzaqlaşın.

Sevgi dolu, coşqulu və inanclı olun

Qadınların bir çoxu “Təkəm, çünki ətrafda kişi yoxdur”, deyir və ya əksinə, kişilər də ərtaflarında qadın olmamasından şikayətlənir. Hər ikisinin inancları sarsılıb. “Bütün yaxşıları seçib aparıblar”, deyə düşünürlər. Bu mümkündürmü? O zaman siz yaxşı deyilsiniz? Siz pislər qrupunda olduğunuz üçün kənarda qalmısınız? Yəni siz pis insansınız?

İndi isə gözlərinizi bağlayın və düşünün. Özünüzə xəyali bir qəhrəman yaradın. Xəyal toxumlarınızı şüur altına səpin. Amma dəqiq olun. Bəhanələrinizi bir kənara atın və həqiqi sevgiyə gedən yolda tənbəllik etməyin. Bəhanələrə yox, sadəcə, nəticələrə tərəf yönəlin, nəticənin həzzini yaşayın.

İstəyin, İnanın, Əldə Edin

Əgər ürəyinizi kin, intiqam və qəzəblə doldursanız, bu nəticələrlə qarşılaşacaqsınız. Ona görə də bağışlamaq, ürəkdən bağışlamaq çox vacibdir. Keçmişi bağışlayın. Onun təcrübələrini, qorxularını gücə çevirin. Amma diləyiniz, arzunuz hamının xeyri və xoşbəxtliyi ilə uzlaşsın. Çünki başqasının bədbəxtliyi sizin xoşbəxt olmağınıza imkan verməyəcək.

Ola bilsin ki, sevdiyiniz insan başqasıyladır. O zaman onu kainatın ədalətinə təslim edin. Onunla birlikdə olmaq istəyə bilərsiniz. Amma qətiyyən bunun üçün addım atmayın. O sizi seçmiş olsa, özü gələcək, seçməsə, heç gəlməsin. Çünki bu halda o, sizin həqiqi sevginiz deyil. Onu birlikdə olduğu insandan ayırmaq üçün əsla fənd işlətməyin. Bu mənfi düşüncələr sizə pis təsir göstərəcək.

Bu, qarğış etməyə bənzəyir. Dilinizdən çıxan hər pis kəlmə sizə geri qayıdacaq.

Qısqanclıq hissi sizi alovun şamı əritdiyi kimi əridər. Boş buraxın, Sizindirsə, gələcək, gəlməyəcəksə, deməli, həqiqi sevginiz deyil.

Həqiqi sevginizi tapanda bir-birinizdən əsla qopmayacaqsınız. Sakit, dəqiq və qərarlı olun.

Özünüzü sevin və inanın.

Əgər bir şeyi həqiqətən çox istəsəniz, kainatda heç bir şey buna əngəl ola bilməz. Hətta siz belə… Çünki arzunun siqnalları elə güclüdür ki, kainatı hərəkətə gətirər və vaxtı çatanda özünə cəzb edər. Yəni enerjilər görüşər.

Bir filosof deyib ki, məqsədinə öz varlığını belə, fəda edən insanın iradəsi qarşısında heç nə dayana bilməz.

Belə olan halda;

Əslində nə istəyirsiniz?

Sevgi sizin üçün nə ifadə edir?

Sevgi sizə nə hiss etdirir?

SEVGİ, COŞQU VƏ İNANCLA İSTƏDİYİNİZ HƏR ŞEYİ ƏLDƏ EDƏ BİLƏRSİNİZ.

Bunlar vacib məqamlardır. Cavablarını dəqiq şəkildə versəniz, kainat sizi mükafatlandıracaq. Amma şərtlər var: İnanmaq, qətiyyətli olmaq, xəyal gücünüzü işə salmaq və hiss etmək.

Sadəcə istəmək və inanmaq kifayət edirmi?

“Sevgi, Coşqu və İnancla istədiyiniz hər bir şey sizin olar. İnanmaq çox vacibdir. Həyatda inandığınız şeyləri gerçəkləşdirə bilərsiniz”.

Məsələn, xizək sürərkən uğurla sürüşəcəyinizə inanırsınızsa, hər şey çox rahat şəkildə baş tutar. Amma ən xırda bir qorxu hər şeyi alt-üst edər.

İnancın açmayacağı heç bir qapı yoxdur. İnandığınız zaman mütləq o qapıya uyğun açar tapacaqsınız. Sınayın, görün.

Özünüzə güvənmirsinizsə, xəyallarınızı reallaşdırmaq üçün inanc sisteminizi dəyişin. Həyatınızda köklü və qalıcı dəyişikliklər etməyin yolu inancdan keçir. Dəyişdirəcəyinizə inandığınız hər şeyi dəyişə bilərsiniz.

Ruhunuzu sərbəst buraxın. Dərhal hədəflərinizə doğru hərəkətə keçin. İnanc sisteminizə özünüz ­nəzarət edin. Standartlarınızı xəyal gücünüzün imkan verdiyi qədər yüksəldə bilərsiniz. Düşüncələrinizə və inanclarınıza nəzarət edirsinizsə, demək, həyatınız axara düşüb.

Xəyallarınızın gerçəkləşməsi üçün görünməyəni görə bilmək vacibdir

Sevginizlə bağlı xəyallarınızda nə qədər israrlı olsanız, ona bir o qədər tez qovuşacaqsınız. Yəni hər şey sizdən asılıdır. Nəticə vermirsə, demək, haradasa səhviniz var. Baxış bucağınızı dəyişin, bəlkə də sevginiz yanınızdadır, sadəcə siz görmürsünüz.

Uçmağa hazırsanmı?

“Uçurumdan atılmağa hazırsınızsa, qanad taxmalısınız”.

Nitsşe

“Bir insanın təkbaşına xoşbəxt olması utancverici haldır”.

Albert Kamyu

Həyatı kəşf etdirən bananlar

Bir səyyah uzaq ölkələrin birinə səfər edərkən ağacın altında oturan bir alimlə rastlaşır. Alim qucağında bir torbanı saxlayaraq mənalı bir şəkildə gülümsəyir. Səyyah soruşur: “Niyə gülürsünüz?”. Alim cavab verir: “Bananların sayəsində həyatın mənasını kəşf etmişəm, ona görə gülürəm”. Bunu deyərkən torbasını açıb içindən çürümüş bir banan çıxarır: “Bu, ömrünü başa vurmuş bir həyatı simvolizə edir.

Vaxtında istifadə olunmayıb və onun üçün hər şey çox gecdir”. Daha sonra torbasından yaşıl bir banan çıxarıb səyyaha göstərir və deyir: “Bu da hələ vaxtı gəlməmiş həyatdır və doğru zamanı gözləyir”. Sonda alim yetişmiş bir banan çıxarıb soyur və onu səyyahla bölüşür: “Bu da hazırda yaşadığımız zamanı simvolizə edir. İnsan onu necə yaşamalı olduğunu və şükür etməyi yaxşı bilməlidir”.

ALTINCI HİSSƏ
Qısqanclığın Əsiri Olmayın

 “Əvvəlcə inam, sonra özünəinam”.

“Mustafa Kılınç”

“Arzu yüklü duyğular məntiqli düşüncələri kölgədə qoyar”.

Qısqancsınızmı?

“Qısqanc olan daha çox, qısqanc olmayan daha yaxşı sevər”.

Molyer

Ümid edirəm ki, qısqanc deyilsiniz.

Həddən artıq qısqanc olmaq tərk edilməyə aparan ən sürətli yollardan biridir. Çox qısqanc olmaq özünə inamsızlığın göstəricilərindəndir. Bu, sizdə natamamlıq və özünə qiymət verməmə kompleksinin olduğunu göstərir.

Qısqanc insanlar qarşı tərəfə layiq olmadıqlarını düşünür və qarşısındakının ondan daha yaxşı birini tapacağından qorxur.

Qısqanclıq son dərəcə qıcıqlandırıcı bir xüsusiyyətdir.

Qadınları özünə inamı olan kişilər cəlb edir. Bir qadın sizdə özünə inamın olmadığını aşkarlasa, sizə hörmət etməyəcək. Hörmət etmədikləri insanı da qadınlar sevməzlər.

“Həqiqi etibarın mənbəyi kor-koranə inanmaq yox, tanımaqdır”.

“Mustafa Kılınç”

Deməyin ki, onu özünüzə inanmadığınız üçün yox, çox sevdiyiniz üçün qısqanırsınız. Və ya deməyin ki, qısqanclığınızın səbəbi ona inanmamağınızdır. Buna özünüz kimi, qarşınızdakı da inanmayacaq.

Qısqanclıq yalnız və yalnız özünüzlə – sizdə olan özünə inanmamaq, natamamlıq komleksi kimi duyğularla bağlıdır. Bu sizin probleminizdir. Qarşınızdakı insanla heç bir əlaqəsi yoxdur. Ona güvənmirsinizsə, vaxtınızı niyə boş yerə xərcləyirsiniz?

Belədirsə, münasibətlərinizə son verin. Etibar edə biləcəyiniz birini tapın. “Mən çox qısqancam” deyirsinizsə, bilin ki, onu özünüzdən uzaqlaşdıracaqsınız. Qısqanclıq qarşınızdakı insanı sizdən uzaqlaşdıracaq, özünəinam isə yaxınlaşdıracaqdır.

Özünüzə inanın və o şəkildə də davranın

“Bir az qısqanclıq hiss etsəniz, yaşarkən ölməyin nə demək olduğunu anlayarsınız”.

Vill Oursler

Nə dərəcədə qısqanc olduğunuzu bilmək istəyirsiniz?

“Güvə paltarı gəmirdiyi kimi, qısqanclıq da insanı elə gəmirir”.

Sent Xriston

Bax, indi nə qədər qısqanc olduğunuzu üzə çıxarmaq üçün fürsətdir. Bu fürsəti 3 hissədə ortaya ­çıxaracağıq.

Birinci Hissə: Hansı hərəkətləri tez-tez ­ təkrarlayıram?

Testlərdəki xallar 1–7 arasındadır.

1.“Heç vaxt”; 4. “Bəzən”; 7. “Həmişə” mənasını verir.

1……2……3……4……5……6……7

Heç vaxt ———–Bəzən———-Həmişə

1.Sevgilimin/həyat yoldaşımın kiminlə olduğunu görmək üçün onu qəfil ziyarət edirəm.

1……2……3……4……5……6……7

  1. Sevgilimin/həyat yoldaşımın kiminləsə romantik bir söhbət etdiyini görsəm, dərhal söhbətə mən də qatılıram.

1……2……3……4……5……6……7

3.Sevgilimin/həyat yoldaşımın harada olduğunu düşünürəm.

1……2……3……4……5……6……7

  1. Sevgilimi/həyat yoldaşımı telefonda kiminlə danışdığı ilə bağlı sorğu-sual edirəm.

1……2……3……4……5……6……7

  1. Sevgilim/həyat yoldaşım kiminləsə azacıq maraqlansa, dərhal o insan haqqında pis şeylər düşünürəm.

1……2……3……4……5……6……7

  1. Sevgilimi/həyat yoldaşımı keçmişdəki münasibətləri ilə bağlı sorğu-suala çəkirəm.

1……2……3……4……5……6……7

  1. Sevgilimə/həyat yoldaşıma gözləmədiyi vaxtlarda zəng edirəm.

1……2……3……4……5……6……7

  1. Sevgilimin/həyat yoldaşımın daxılına, ciblərinə və əl çantasına baxıram.

1……2……3……4……5……6……7

İkinci Hissə: Sevgiliniz/həyat yoldaşınızla bağlı aşağıdakıları tez-tezmi düşünürsünüz?

  1. Sevgilimin/həyat yoldaşımın gizlicə başqalarına baxdığını düşünürəm.

1……2……3……4……5……6……7

  1. Kimlərinsə sevgilimi/həyat yoldaşımı yoldan çıxaracağını düşünürəm.

1……2……3……4……5……6……7

  1. Sevgilimin/həyat yoldaşımın kimisə bəyənəcəyini düşünürəm.

1……2……3……4……5……6……7

  1. Sevgilimin/həyat yoldaşımın məndən gizlin işlər görə biləcəyindən şübhələnirəm.

1……2……3……4……5……6……7

  1. Bəzi insanların sevgilimə/həyat yoldaşıma romantik hisslər bəsləyəcəyini düşünürəm.

1……2……3……4……5……6……7

  1. Kiminsə sevgilimi/həyat yoldaşımı başdan çıxaracağından qorxuram.

1……2……3……4……5……6……7

  1. Sevgilimin/həyat yoldaşımın kiminləsə gizlincə münasibətdə ola biləcəyini düşünürəm.

1……2……3……4……5……6……7

  1. Sevgilimin/həyat yoldaşımın qadın/kişi “xəstəsi” olmasından şübhələnirəm.

1……2……3……4……5……6……7

Üçüncü Bölüm: Sevgilinizin/həyat yoldaşınızın fikir, hiss və davranışlarına necə reaksiya ­verirsiniz?

Testlərdəki xallar 1–7 arasında qiymətləndirilməlidir.

1.“Çox razıyam”; 4. “Orta”; 7. “Çox pis” mənasındadır.

  1. Sevgilim/həyat yoldaşım bir insan haqqında “necə də gözəl və yaraşıqlıdır” dediyində…

1……2……3……4……5……6……7

  1. Sevgilimin/həyat yoldaşımın yeni tanış olduğu biri haqqında həyəcanla danışdığını, onunla çox maraqlandığını görəndə…

1……2……3……4……5……6……7

  1. Sevgilim/həyat yoldaşım birinə çox səmimi şəkildə gülümsəyəndə…

1……2……3……4……5……6……7

  1. Birinin sevgilimə/həyat yoldaşıma daim yaxınlaşmaq istədiyini görəndə…

1……2……3……4……5……6……7

  1. Sevgilim/həyat yoldaşım biriylə flört edərsə…

1……2……3……4……5……6……7

  1. Kimsə sevgilimlə/həyat yoldaşımla flört ­edərsə….

1……2……3……4……5……6……7

  1. Sevgilim/həyat yoldaşım kimisə qucaqlayar və öpərsə…

1……2……3……4……5……6……7

  1. Sevgilim/həyat yoldaşım iş və ya məktəb yoldaşı ilə yaxın münasibət qurmağa çalışarsa…

1……2……3……4……5……6……7

Özünüzə qiymət verin.

Yüksək xal: Həddən artıq qısqanclıq.

Aşağı xal: hisslərinizin tarazlığı.

“Qısqanclığımız qısqandığımız insanların xoşbəxtliyindən daha uzunömürlüdür”.

La Rochefoucauld

“Qürur, qısqanclıq və ambisiya – insanların ürəyini alovlandıran atəşdir”.

Dante Aligyeri

Qadınlarda Və Kişilərdə Qısqanclığın Şifrəsi

 “Yanaşma tərzi və inam hər şeydir”.

“Mustafa Kılınç”

Qısqanclıq insanın olduğu hər yerdə mövcud olan bir hissdir. Hər bir insan qəbul etsə də, etməsə də az və ya çox dərəcədə qısqanclıq hissini yaşayır. Qısqanclıq anadangəlmə bir hissdir? Niyə qısqanırıq? Qadınlar daha çox qısqancdır, yoxsa kişilər?

“Başqasından üstün olmağın vacib deyil, sən dünəninlə müqayisədə özündən üstünsənmi? Vacib olan budur…”.

Hind atalar sözü

Qısqanclıq anadangəlmə bir hissdir?

Əslində qısqanclıq insan xarakterində doğulduğu andan yer almayıb. Bu, uşaqlıq çağında (0-7 yaş) böyüdüyümüz mühit, dəyər və inanclar, təzyiq mexanizmləri, ana-atamız və yaxın qohumlarımızın davranışlarına uyğun beynimizdə formalaşan bir koddur.

Doğulduğumuz anda qısqanclıq duyğusu olmaz.

Qısqanclığın harada yer aldığını bilirsinizmi? Bu duyğu düşündüyünüz kimi, beyninizdə yer almayıb. Bütün digər duyğular kimi, qısqanclıq da mədəmizlə bel sümüyümüzün arasında yer alıb.

“Başqasından daha yaxşı rəqs etməyə çalışmıram. Sadəcə, özümdən daha yaxşı rəqs etməyə çalışıram”.

Mixail Barışnikov

Sevgini Başa Düşdüyümdə

Bir zamanlar bütün duyğular bir adada yaşayırdı: Xoşbəxtlik, Kədər, Səbir, Qəzəb, Qorxu, Təkəbbür, Müdriklik, Sevgi… Bu adada hər növ duyğular olduğu üçün adı “Duyğu Adası” idi. Bir gün adanın sakinləri olan duyğular eşidirlər ki, bir neçə gün ərzində ada batacaq. Bəziləri ilk vaxtlar bunu zarafat hesab edir. Amma xəbərdarlıq davam etdikcə vəziyyətin ciddi olduğunu anlayaraq bir-bir adadan uzaqlaşmağa başlayırlar.

Hər duyğunun özünəməxsus qayığı və ya gəmisi olduğu üçün adadan ayrılmaq nisbətən asan olur. Amma Sevginin adadan getmək üçün heç nəyi olmur. Məcburən oturub kimisə onu özüylə aparmasını gözləyir. Duyğuların əksəriyyətinin getdiyi bir vaxtda ada yavaş-yavaş batmağa başlayır.

Bunu görən Sevgi yüksək bir qayaya çıxıb adanı tərk etməkdə olan duyğulardan kömək istəyir. Əvvəlcə böyük və gözəl gəminin içində olan Zənginliyə səslənir. Əl edib yüksək səslə qışqırır: “Zənginlik, məni də özünlə apararsan?”. Gəminin dörd bir yanına yığdığı əşyaları göstərən Zənginlik deyir:

“Apara bilmərəm. Görmürsən, qızıl, gümüş, zümrüd bütün gəmini doldurub. Sənə yer qalmayıb”.

Zənginlikdən vəfa görməyən sevgi arxada böyük yelkənli bir qayıq görür. Diqqətlə baxanda görür ki, bu qayıq Təkəbbürə məxsusdur. “Təkəbbür, təkəbbür! Mənim qayığım yoxdur, ada da batır. Nə olar, kömək elə!”. “Sənə kömək edə bilmərəm, dalğın görünürsən. Yelkənli qayığımın görünüşünü pozarsan”, – deyə cavab gəlir.

Bu cavabdan çox məyus olan Sevgi qayanın yaxınlığında olan Kədərə səslənir: “Kədər, səninlə gələ bilərəm?”. Kədər deyir: “Ah, sevgilim, tək getməyə qərar verdiyim üçün o qədər kədərliyəm ki”.

Bu cavabdan sonra Sevgi bir az da kədərlənir. Üzünü o biri tərəfə çevirəndə Xoşbəxtliyi görür və ona səslənir. Amma Xoşbəxtlik elə xoşbəxt olur ki, Sevginin onu çağırdığını eşitmir. Çarəsiz qalan Sevgi Xoşbəxtliyi çağırmağa davam edəndə qəfildən bir səs eşidir: “Bura gəl, Sevgi. Mən səni apararam”.

Sevgi çox sevinir və sürətlə onu səsləyən yaşlı bir adamın qayığına minir. Qayığa minəndən az sonra adanın tamamən batdığını görür. Sevgi “yox” cavabı aldığı duyğulardan fərqli olaraq, ona qayığında yer ayıran bu saç-saqqalı ağarmış duyğuya təşəkkür edir. Ancaq sahilə çatandan sonra yadına düşür ki, ona kömək edən və bu günə qədər üzünü görmədiyi yaşlının adını soruşmağı unudub.

Bir gün sahildə Müdrikliklə qarşılaşan Sevgi ona həmin yaşlını tərif edib adının nə olduğunu soruşur. Müdriklik deyir: “O, Zamandan başqası ola bilməzdi”. Sevgi deyir:“Zaman? Bəs niyə təkcə mənə kömək etdi?”. Müdriklik cavab verir: “Çünki Sevginin əsl qiymətini ancaq Zaman anlaya bilər”.

Qısqanclıq Hissini Yaşamayan Varmı?

 “Şübhələr xoşbəxtliyi haram etməyə kifayət edir”.

Andre Gide

Xeyr. Hər bir insan bu hissi yaşayıb.

“Uğur qazanan hər bir insanın arxasında onunla qürur duyan həyat yoldaşı və bu işə məəttəl qalmış qayınanası var”.

Brook Hays

Fərq yalnız hisslərin dərinliyi, ağırlığı, davranış qəlibləri, təsir və reaksiya arasındadır. Cünki hər bir insan özəldir. Hər bir insanın dünyanı dərketmə strategiyası fərqlidir. Lakin böyüdüyümüz mühit, aldığımız təhsil, yaşam şəklimiz, gözləntilərimiz, inanclarımız, mühakimələrimiz, baxış formamız daxili dünyamızda olan qısqanclıq duyğusunun hərəkətlərimizə yansımasına təsir edən faktorlardır.Bəzilərimiz qısqanclıq hissinə nəzarət edə, bəzilərimiz isə qısqanclığa görə başqalarının canına belə, qıya bilirik.

Hətta sevdiklərimizə belə, ifrat qısqanclıq göstərib onların həyatını dözülməz edə bilərik.

İnsanın olduğu hər yerdə qısqanclıq da var. Qısqanclıq hissi bizim içimizdədir. Qısqanclığın var olması qorxulu deyil. Əsas məsələ bu hissin bizi öz əsirinə çevirməməsi, çevirməsinə icazə verməməkdir. Bunun da yolu daxilimizdəki qısqanclığın fərqində olmaq və onu qəbul etməkdir. Birini qısqandığımızı, demək olar ki, qəbul etmirik. Qısqanclığın mənfi hiss olduğunu, onun bizdə yox, başqa insanlarda mövcud olduğunu düşünürük.

“Bir dostdan haqsız yerə şübhələnmək, ona sizdən şübhələnməyi öyrədər. Onu sizi aldatmaq üçün hərəkətə gətirər”.

Con Vebster

Qısqanclığın Öhdəsindən Necə Gələ Bilərik?

 “Arzu dolu düşüncələr məntiqli düşüncələrimizi basqılayar”.

“Mustafa Kılınç”

Kim daim dişlərini sıxaraq yaşamaq istəyər? Özümüzü necə hiss etməyimiz əslində tamamən bizdən asılıdır. Necə? Hisslərimizi nəzarətə götürsək, onların bizi deyil, bizim onları idarə etməli olduğumuzu anlayarıq.

Qısqanclığın öhdəsindən necə gələ bilərik?

– Əvvəlcə hissləriniz və özünüzlə barışın.

– Bu günlə yaşayın. Keçmişə önəm verməyin.

– Mənfi hisslərinizin məqsədini dərk edin.

– Fikirlərinizin fərqində olun.

– Dəyişiklik planı hazırlayın (Hazırkı vəziyyətinizi müəyyən edin. Arzuladığınız hədəfləri göstərin. Yazılı hədəflər sizi yolda qoyacaq.).

“Şübhə – ümidsizlik adlanan şeytanın qardaşıdır”.

Dante

Qısqanclığın əsiri olmayın

Əvvəlcə Biz Düşüncələrimizə Sahib Olarıq, Sonra Düşüncələrimiz Bizə Sizlərlə hisslərinizi idarə etməyiniz üçün vacib strategiyaların bəzilərini bölüşmək istəyirəm:

– Hisslərinizə diqqət etmək.

– Mübarizə etmək və ya rədd etmək.

– Hissləri ifadə etmək.

– Hər zərərdəki xeyri görmək.

– Baxış şəklinizi dəyişmək.

– Çərçivəni dəyişmək.

– Əvvəlcə Biz Düşüncələrimizə Sahib Olarıq, Sonra Düşüncələrimiz Bizə.

“Hisslər həqiqi deyil. İçinizi gəmirən düşüncələrinizin ölü sümükləridir”.

“Mustafa Kılınç”

Bilin ki, insan özündə olmayanı başqasına verə bilməz. Daxilinizdə nə varsa, bayıra da yansıyacaq. Bu işin açarı tarazlığı qorumaqdır. İçinizdəki hisslərə əsir olub-olmamağa qərar verən yeganə şəxs sizsiniz. Həyatın ən böyük oğrusu qərarsızlıq və tarazlığı qoruya bilməməkdir.

Bəzən eşitmək istədiyinizi eşidər, görmək istədiyinizi görərsiniz. Bunu bilərəkdən etmirsiniz. Bütün bunları sizin əvəzinizə beyniniz edir. İstəklərinizi izləyin. Xoşbəxtlik sizi tapacaq. Xoşbəxtliyə və hüzura fokuslansanız, qısqanclıq hissinin tarazlığını qoruya biləcəksiniz.

İstər ailədaxili münasibətlərdə, istər uzun müddətli bərabərliklərdə tarazlığı qorumaq, sevgini bölüşmək vacibdir. Həyat yoldaşınız və ya partnyorunuzla danışa bilmir, birlikdə gülmürsünüzsə, qəhqəhələrinizin sayında azalma varsa, demək ki, münasibətləriniz həyəcan təbili çalır.

“İnsanların yanaşma tərzi və qiymətləndirmə bacarığı xoşbəxtlik yolunda bir açardır”.

“Mustafa Kılınç”

Qısqanclıq hissi sizi aşağıya doğru çəkər. Halbuki həyatda dəyişiklik başdan-aşağı olmalıdır. Bu günə qədər heç ayaqdan-başa olan dəyişiklik gördünüzmü? Bütün hisslərdə olduğu kimi, qısqanclıqda da tarazlığı qoruyun. Qısqanclığınızın səviyyəsinə diqqət edin. Siz sadəcə öz hisslərinizə cavabdehsiniz. Başqalarının hisslərə yanaşma tərzi fərqli ola bilər. Buna fikir verməyin. Siz əvvəlcə özünüzə, sonra qarşınızdakına görə məsuliyyət daşıyırsınız.

Daxilinizdəki tarazlığı qoruya bilməyib çox qısqanclıq edirsinizsə, qarşınızdakı insanın da sizə qarşı çox qısqanc olmasına şərait yaradacaqsınız. Siz bunu istəmirsiniz, elə deyilmi? Ehtimal edirəm ki, “hə” deyirsiniz. Əvvəlcə inam hissinizi formalaşdırın. Kimə inanmalı? Özünüzə, yoxsa qarşınızdakı insana? Əlbəttə ki, əvvəlcə özünüzə. Mükəmməl, sevgi dolu bir münasibətə layiq olduğunuza inanın.

“Xoşbəxtliyin və münasibətlərin ən böyük düşməni qısqanclıqdır”.

“Mustafa Kılınç”

Qadınların hər zaman güclü kişi arzuladıqlarını unutmayın. Özünüzə olan inamı artırın. Hər şeyin qaydasına düşdüyünü görüb təəccüblənəcəksiniz. Beyninizi işlədin və gələcəyə fokuslanaraq yaşayın.

Qeyri-mümkünü reallaşdırmaq

 Həyatda bəzən əl çəkməli olduğumuz bəzi “hisslərimiz” var. Mümkün olmayan şey yoxdur. Nə istədiyinizi bilsəniz, onu əldə edə bilərsiniz. Sizlərlə çox sevdiyim hekayəni bölüşmək istəyirəm. Ümid edirəm ki, sizə əngəl yaradan şeylərdən əl çəkəcəksiniz.

Konfutsi bir gün bir əlində şüşə qab, o biri əlində böyük bir qırmızı almayla sinfə daxil olur. Girər-girməz sağ əlini yuxarı qaldırır və soruşur: “Əlimdə gördüyünüz şey nədir?”. “Şüşə qaaaab! …”, – deyə tələbələr bir ağızdan cavab verir.

Konfutsi digər əlini havaya qaldırır: “Bəs bu nədir?”. “Almaaaa…”, – tələbələr cavab verir.

Əllərini aşağıya endirib şüşə qabı kürsünün qarşısına qoyur. Əlindəki almanı da onun içinə atır. Təbəssüm edərək tələbələrə tərəf dönür: “Şüşə qabdan almanı çıxardan onu yeyə bilər”.

Tələbələrdən biri ayağa qalxır və “mən çıxarda bilərəm”, – deyir.

“Gəl göstər, biz də görək”, – deyir Konfutsi. Tələbə əlini rahatca qaba salır və almanı asanlıqla ovcunun içinə alır. Amma almanı qabdan çıxarda bilmir. Əli almayla birlikdə qabın ağzına sığmır. Lakin almanı buraxmaq da istəmir. O, Konfutsiyə yalvarırcasına baxır: “Əlimi çıxarda bilmirəm, müəllim”. “Almanı burax”, – deyir Konfutsi. “Amma almanı yemək istəyirəm”, – deyir tələbə. Bütün siniflə birlikdə Konfutsi də qəhqəhə çəkir: “Hər zaman iki şeyə eyni anda sahib olmaya bilərsən, oğlum.

Seçim etmək məcburiyyətində qala bilərsən”. Tələbə düşünərək bir çıxış yolu axtarır. Amma tapa bilmir. Ya əli şüşə qabda qalmalıydı ki, bu halda da almaya qovuşmayacaqdı. Ya da almadan əl çəkməklə əlini xilas etməli idi. Hər iki halda da almanı yemək zövqündən məhrum olurdu. Məcburən almadan əl çəkib, əlini qabdan çıxartdı.

Konfutsi tələbələrdən soruşdu: “Sınaqdan keçirmək istəyəniniz var?”. Bir neçə tələbə də cəhd etdi, amma nəticə uğursuz oldu. Sonda hamı yerinə oturdu. Konfutsi sinif otağını diqqətlə süzdü: “Sizcə, mən bu almanı qabdan çıxartmağı bacararam?”. “Xeyr… Mümkün deyil”, – bütün sinif ucadan dedi. Beləliklə, Konfutsi qeyri-mümkünü bacara bildi.

Hər kəsin gözü qarşısında ovcunu açdı, qabı tərsinə çevirdi, alma yuvarlanıb ovcuna düşdü. Bunu görən hər kəs təəccüb etdi. Bu qədər asan bir üsul ağıllarına niyə gəlməmişdi? Konfutsi isə hamıdan fərqli olaraq öz ciddiyyətini qoruyurdu. “Uşaqlar”, – o dedi. – “Əslində bu, göründüyü qədər də asan bir şey deyil”.

“Amma çox asandır”, – deyə tələbələrdən biri dedi. – “Qabı tərsinə çevirdiyimizdə alma ovcumuza düşür”. “Hər gördüyünə aldanma, oğlum”, – deyən Konfutsi həmin tələbəyə tərəf döndü. Almanı tutduğu əlini havaya qaldıraraq hər kəsə göstərdi: “Lazım olan anda bir şeyi buraxmaq həqiqətən də asan bir şey deyil. Əl çəkməli olduğunuz şey bəzən bir alma, bəzən bir vəzifə, bəzən bir maaş bəzən bir ad, bəzən bir rütbə, bəzən bir hakimiyyət ola bilər. Unutmayın, əl çəkməli olduğunuz şeyi buraxmadan azad ola bilməzsiniz”.

Qısqanclıq Böhranından Xilas Olun!!!

 “Qısqanclıq insanı alçaldan və kiçildən bir hissdir”.

L.Tolstoy

“Hər davranışın altında müsbət bir niyyət yatır”

İnsanın təbiətində olan qısqanclıq, əslində normal bir hissdir. Ancaq səviyyəsini yüksəltsəniz, həddi aşarsınız. Hər bir insan qısqanclığında “TARAZLIĞI” qorumalıdır. Çünki həm özünüzə, həm də qarşınızdakına zərər verə bilərsiniz. Qısqanclıq mübarizə aparılacaq ən çətin hissdir. Qısqanclıq qibtə hissi ilə başlayıb, münasibətlərə zəhərli sarmaşıq kimi yapışa bilər.

“Qısqanclıq Ailəni də Dağıdar”

İnsanlar, yerində olmaq istədikləri şəxsin sahib olduqlarını itirməsini istəyərlər və bu istiqamətdə hərəkət edərlər. Qısqanclıq zamanı hər şeyi problemə çevirmək cəhdlərinin sayı artar. Əslində məqsəd, o insanın xöşbəxtliyini yox etməkdir. Xoşbəxtliyin səbəbi evlilikdirsə, həyat yoldaşıyla münasibətini, sosial həyatdırsa, dostları ilə münasibətlərini pozmağa çalışar. Münasibəti pozmaq üçün dedi-qodu, böhtan və yalandan istifadə edə bilər. Hətta xəsarət də yetirər.

Müşahidəçi qismində daim başqalarının xoşbəxtliyini izləməyi adət halına çevirə bilər. Bunu xüsusən emosionallıqdan məhrum və başqaları qədər şanslı olmadığına inanan biri edə bilər.

“Susqun qısqanclıqdan qorxmaq lazımdır”.

Riverol

Hər bir insan bəzən emosionallıqdan uzaq qala bilər. Bəzən özünüzə bir yoxluğun (ayrılıq, ölüm və s.) yasını saxlamaq və ya kədərlənmək üçün icazə verə bilərsiniz. Ancaq bu, çox davam etməməlidir. Özünüzü əsla “yaşamayan”, sadəcə “müşahidəçi” mövqeyinə gətirməyin. Hisslərinizi dəyişməyin ən sağlam yolu “düşüncə” və “davranışlarınızı” dəyişməkdir. Özünüzü “müşahidəçi” mövqeyindən “yaşayan” mövqeyinə gətirin və həyatınızından zövg almağa qərar verin. Lazım gələrsə, bir mütəxəssis məsləhəti də alın.

Münasibətlərin Kabusu – “İfrat Qısqanclıq”

“Sevgi teleskopdan baxar, qısqanclıq isə mikroskopdan”.

Coş Billinqs

Qadın-kişi münasibətlərində ifrat qısqanclıq onların rahatlığını əllərindən alar. Münasibətlərin kabusuna çevrilən ifrat qısqanclıq yaxşı heç nə vəd etmədiyi kimi, cütlüklərin sağlamlığına da mənfi təsir göstərər.

Həddən artıq qısqanc olan insanın “mənlik” problemi var. Bunu isə heç kim onun əvəzinə həll edə bilməz. Qısacası, həyat yoldaşının/sevgilisinin qısqanclığına görə insanın kimlərləsə görüşüb-görüşməməsi, dəblə geyinib-geyinməməsi, müəyyən yerlərə gedib-getməməsi problemləri həll etmir. Əksinə, qısqanclığın daha da artmasına səbəb olur.

Bir daha təkrar edək, qısqanclığın kökündə duran “özünəinamın” əskikliyidir. İnsanın özünə və ya bir başqasına həddən artıq inanmağı ilə həddən artıq inanmamağı arasında heç bir fərq yoxdur. Bu iki zidd hal medalın iki üzü kimidir. Hər ikisinin kökündə insanın özünəinam əskikliyi dayanır.

İfrat qısqanc insan qarşısındakına bunu demək istəyir:

“SƏNƏ İNANMIRAM” ——————- İNANMAQ ÜÇÜN ƏSAS GÖRMÜRƏM”.

Bu addımı həyat yoldaşımıza qarşı atdığımızda münasibətlərdə tez-tez mühakimə, günahlandırma, alçaltma, qəzəb yaşanır. Daxili hisslər güclənir və bir-birimizi tanımaq, özümüzü olduğu kimi təqdim etmək əvəzinə, “mənim problemimin səbəbi sənsən” deyərək münaqişələr yaşayırıq. Qısqanclıq hissini dəstəksiz tarazlaşdırmaq olmaz. Cütlüklər bu vəziyyətdən xilas ola bilməzlər.

“Dinləyən insanlar daha az xəta edər, daha az səhv başa düşər və daha az yanlış başlanğıclara səbəb olarlar”.

“Mustafa Kılınç”

İfrat qısqanclığın yaratdığı zorakılıq

“Qorxduğunuz şey başınıza gələcək”.

Həddən artıq qısqanc olmaq, hisslərinizə nəzarət edə bilməmək, özünəinam əskikliyi kimi hisslər xoş olmayan halların yaşanmamasına yol açar.

Bilin ki, ifrat qısqanclıq həyat yoldaşınızı/sevgilinizi sizə bağlamaz. Sizə olan sədaqətini və diqqətini artırmaz. Əksinə, özünüzü dəyərsiz göstərərsiniz, ona da bu hissi yaşadarsınız. Məqsədiniz həqiqətən budurmu? Cavabınız “hə”dirsə, xahiş edirəm, ifrat qısqanclığınızı davam etdirin.

Çəkinmək, qorxu, şübhə kimi hisslər münasibətlərdə bölüşməyə mane olar. Çünki mühakimə və günahlandırmalar ilə qarşılaşan insan nəyisə bölüşməkdən qorxar. Özünü sizin yanınızda rahat hiss etməz.

Bölüşməyəndə yadlaşma başlayır. Yadlaşma da münasibətin pozulmasına xidmət edər.

“İFRAT QISQANCLIQ = ÇARƏSİZLİK”

Çarəsizliyin səviyyəsi artdıqca, dərinliyi də artar. Qısqanclıq hissinin artması zorakılığa təhrik edər. Hər şeydə olduğu kimi, qısqanclıqda da zorakılıq çıxış yolu deyil. Əksinə, bu, daha çox problem yaradacaq. Əgər ifrat qısqancsınızsa və ya həyat yoldaşınız bu problemi yaşayırsa, vaxt itirmədən bir mütəxəssisdən kömək alın. Bu, çox vacibdir.

“Oyun başa çatanda şah da, piyada da eyni qutuya girər”.

İtalyan atalar sözü

Özünə inanan və özünü sevən insanlar digərlərindən daha az qısqanc olur. Keçmişdə tərk edilən və ya xəyanətə uğrayan insanlar daha çox qısqanc olurlar. Məsələn, qadınların əksəriyyəti ərlərinin bəzi şəxslərlə görüşüb danışmağını istəməz. Bu, qeyri-mümkün olmaqla yanaşı, həm də insanı incidən şeydir. Əfsuslar olsun ki, bir çox qadın ərinin ondan uzaqlaşacağından qorxur. Əri dostlarıyla vaxt keçirəndə özünü təzyiq və təhdid altında hiss edir.

Bəzi qadınlar ərlərinin işlərini də qısqanırlar. Çünki ərləri evdə olmaz və onlarla vaxt keçirməz. (Eynilə kişilər də). Bəs, nədir bu ağlasığmaz qısqanclığı yaradan? Mövzumuzun əvvəlində də dediyimiz kimi, “özünəinam əskikliyi, özünəinam əskikliyi, özünəinam əskikliyi…”.

“Qorxu – özümüzə olan inamsızlığımız, qəzəb isə qorxunun müdafiə mexanizmidir”.

“Mustafa Kılınç”

Qadınlar elə düşünür ki, ərləri və partnyorları hər dəqiqə onları düşünmürsə, demək, onlar qədər sevmirlər. Bəzi qadınlar isə ərlərinin həddən artıq qısqanc olmasından əziyyət çəkir.

Bəzi kişilər öz həyat yoldaşlarının addımlarına nəzarət etmək istəyir. Əgər bir kişi öz həyat yoldaşına inanmırsa və daim ondan sevgisini isbat etməyi tələb edirsə, nə vaxtsa onu özündən uzaqlaşdıracaq. Evlilikdə yaşanan bu hallar çox vaxt münasibətlərin bitməsinə səbəb olur. Bəzən partnyoru xəyanətdə ­günahlandırmaq, onu münasibətlərə nöqtə qoymağa məcbur edir.

“Hamımız bir qanadı olan mələklərik. Ancaq bir-birimizə sarılaraq uça bilərik”. Luçiano De Kreskenzo

İfrat Qısqanclıqda İki Qrup

Qadın-kişi qısqanclığına səbəb olan məqamlar, həmçinin qadın və kişinin qısqanclığa yanaşması ilə bağlı iki “qısqanclıq növü” var.

I QRUP

KİŞİLƏR daha çox “intim məqamlarla bağlı sədaqətsizlik” yaşayırlar.

QADINLAR daha çox “emosional baxımdan aldatma” mövzusunda qısqanclıq yaşayırlar.

II QRUP

Kişilərin və qadınların ən çox qısqandıqları şey intim məqamlarla bağlı sədaqətsizlikdir. Bu tip qısqanclığın altında insanların sosial və ailə yaşamlarının təsirlərinin olduğu düşünülür. Bu halda qarşılıqlı münasibət və qurulan ünsiyyət qısqanclıq duyğuları ilə dolmuş olur.

“Sözlər stresi, təzyiqi, xəyanəti, inamsızlığı tərif etmək üçün ən münasib işarələrdir”.

“Mustafa Kılınç”

Qısqanclığın Mənbəyini Tapın

 “Həyatınızı dəyişdirəcək yeganə insan sizsiniz ”.

“Mustafa Kılınç”

Qısqanclığın mənbəyi

Qısqanclığın mənbəyi həm faydalı, həm də zərərlidir. Bir qadın kiçik bir qısqanclıq hissinə qapılsa, qarşısındakı ilə sağlam münasibətlərdə olmaq üçün daha çox əziyyət çəkəcək və ya qısqanclığa görə şübhəcil və qəzəbli olacaq ki, bu da nəticədə münasibətlərin pozulmasına gətirib çıxaracaq.

Qısqanclıq hissinə nəzarət etmək sevgilinizi və ya həyat yoldaşınızı nəzarətdə saxlamaq demək deyil. Hisslərinizin nəzarətini ələ almaqdır. Əsas məsələ tarazlığı qorumaqdır. Münasibətdə tarazlığı qorumaq üçün nələr lazımdır? Bax, bu da sizə ipucları…

“Çox kiçik və ən qədim kəlmələrdən olan “bəli” və “xeyr” söhbət zamanı ən çox düşünərək deyilməli olan kəlmələrdir”.

Pifaqor

1.Qısqanclığın nədən qaynaqlandığını müəyyən edin. Bunun üçün özünüzə vaxt ayırın.

Mənim qısqanclığım……………………………………………….

2.Qısqanclığınız nə vaxt üzə çıxdı?

Mənim qısqanclığım ……………………………………………..

Qısqanclığın əsiri olmayın

3.Qarşınızdakı insanın yanında özünüzü inamsız hiss etməyinizin səbəbi nədir?

……………………………………………………………………….

4.Münasibətlərinizdə xəyanətlə üzləşmisinizmi?

Mən münasibətlərimdə ………………………………………….

5.Valideyinləriniz boşanma yaşayıblarmı? Atanız və ya ananız evi heç tərk edibmi? Ananız bacınızı və ya qardaşınızı sizdən üstün tutubmu?

………………………………………………………………..

 6.Özünüzə həqiqətən inanırsınızmı?

Mən özümə inanıram. Çünki …………………………………

Mən özümə inanmıram. Çünki ……………………………..

7.Qapalı bir həyat tərzi istəyərdinizmi?

Bəli istəyirəm. Çünki……………………………………………….

Xeyr istəmirəm. Çünki…………………………………………….

8.Münasibətlərinizdə səmimi və dürüstsünüzmü?

…………………………………………..

Kişi və ya qadın olaraq özünüz və gələcəyiniz üçün qısqanclıq hisslərinizi tarazlayın. Hisslərinizə nəzarət edin. Onların sizi idarə etməsinə icazə verməyin. Münasibətlərinizin şifrəsi “səmimiyyət və dürüstlük” olsun. Nəticələr sizi heyrətləndirəcək.

“Dürüstlük insanla deyil, xarakterlə bağlıdır”.

“Mustafa Kılınç”

YEDDİNCİ HİSSƏ
Ünsiyyətdə Gender Fərqi

 “Bir insanın sizə deyəcəkləri, sizin ona deyəcəkləriniz qədər vacibdir”.

“Mustafa Kılınç”

Ünsiyyətdə gender fərqlərini bilmək sizin daha uyumlu münasibətlər qurmağınıza kömək edəcək.

Qadınlar:

– Məlumatları bölüşmək;

– Qarşısındakı insanı dinləmək;

– Qərar vermək;

– Problemlərə və münaqişələrə yanaşma baxımından kişilərdən fərqlənirlər.

İndi sizlərə qadınların və kişilərın məlumat vermə və bölüşmə, diqqətlə dinləmə, qərar vermə, əmr vermə, problemləri həll etmə və bu kimi davranışları ilə bağlı ipuclarını bölüşəcəm. Bu yolla istər qadın, istər kişi daha güclü olacaq. Gücünüz artdığında isə :

MƏLUMAT=GÜÇ=MƏSULİYYƏT düsturu üzrə hərəkət edin. Bilirəm, artıq gözləmək istəmirsiniz. Oldu! Zövqlü bir yolculuğa çıxaq.

“Şam yeməyinə gec və ya tez gələcəyimlə səmimi şəkildə maraqlanan bir qadının uğrunda bütün varlığımı və əsərlərimi fəda etməyə hazıram”.

İ.S.Turgenev

MƏLUMATLANDIRMAQ – BÖLÜŞMƏK

Qadınlar məlumatları münasibət qurmaq üçün ­bölüşürlər.

Kişilər isə məlumatları mütəxəssis olduqlarını göstərmək məqsədilə bölüşməyi sevirlər. Bununla qadına “mən bu işin ustasıyam” mesajını verirlər.

Kişilər bölüşməyi öz güclərini artırmaq üçün sevərlər. Qadınlar isə bunu başqalarının da məlumatlanması üçün fürsət sayarlar. Tarazlığı quraraq digərləriylə yaxınlaşarlar. Başqasının sözünü kəsərək danışmaq növbəsinin onlara çatmasına çalışarlar.

Ünsiyyətdə Gender Fərqi

İş yeri üçün ipucları: Məlumat verərkən və bölüşərkən özünüzə “Hansı nəticəni əldə etmək ­istəyirsiniz?” sualını verin. Məqsədiniz münasibət qurmaq və daha yaxın olmağı təmin etməkdirsə, digər insanlara da danışmaq üçün icazə verin. Qarşınızdakı insanla yarışmayın, balansı gözləyin.

Ancaq məqsədiniz “güc” və mütəxəssis olduğunuzu göstərməkdirsə, “məlumatlandırıcı fikirlər”dən istifadə edərək ünsiyyət yaradın. Hər şey sizin nə istədiyinizdən asılıdır. Siz konkret olaraq nə istədiyinizi bilsəniz, heç bir problem qalmaz.

“Qəlbiniz özünüzə hiss etdiyiniz sevgi ilə doludursa, başqa insanlarla bir çox şeyi bölüşə bilərsiniz”.

“Mustafa Kılınç”

 Qarşındakı İnsanı Dinləmək

– Qadınlar qarşılarındakı insana onun “həyat təcrübəsini və gücünü” anlamaq üçün qulaq asarlar.

– Kişilər isə problemi həll etmək üçün.

Qadın və kişinin bu mövzuda olan münasibət və hadisələrə yanaşması fərqlidir. Qadınlar mövzudan asılı olmayaraq qarşılarındakı insanı onu başa düşmək üçün dinləyir, kişilər isə mövcud problemləri həll etmək üçün. Bu səbəbdən də bir-birlərini diqqətlə dinləmirlər.

Qadın və kişinin qarşısındakı insanı nə dərəcədə dinlədiyi onun yanaşma şəklindən və maraq dairəsindən asılıdır.

İş həyatı üçün ipucu: İstər qadın olun, istər kişi, iş yerində “ünsiyyət qəzalarının” qarşısını almaq üçün qulaq asarkən əvvəlcədən mühakimə etməyin. Danışılanları ümumiləşdirməyin, silməyin və ya başqa məna çıxartmayın. Sadəcə sizdən konkret “Nə” istənildiyini başa düşün. Diqqətiniz çox tez dağılırsa və sonadək dinləməyi bacarmırsınızsa, danışan şəxsə “Səni dinləməyimi istəyirsən, yoxsa məsləhət verməyimi?” sualını verin. Bu, mükəmməl bir sualdır. Dinləməklə məsləhət vermək tam fərqli şeylərdir.

“Həyat yoldaşınızla səmimi olmanız, danışarkən onu diqqətlə dinləməyiniz ünsiyyətinizi gücləndirər. Münasibətlərinizi canlı tutmağın və inkişaf etdirməyin tək yolu budur”.

“Mustafa Kılınç”

QƏRAR VERMƏK – ƏMR VERMƏK

– Qadınlar məlumatlanmaq və uzlaşmaq axtarışında olurlar.

– Kişilər isə təktərəfli qərarlar verməyə meyllidirlər. Qərar qəbul edərkən və əmr verdiklərində qadınlara nəzərən daha rahat davranırlar.

Qadınlar “Bu haqda nə düşünürsən?”, “Səncə, münasibətimiz hara gedir?” və bu kimi suallar verərkən qarışıq siqnallar göndərirlər. Qadınlar bu suallara cavab və təklif istəyərkən, kişilər bunu zəiflik, mühakimə, inam əskikliyi olaraq qavrayarlar.

Kişilər qərarları qəbul və icra edərkən digərlərinin fikrini soruşmağa ehtiyac görmürlər. Qadınlarla bağlı durum fərqlidir.

Qadınlar qərar və dəyişikliklərlə bağlı qarşı tərəfdən məsləhət gözləyərlər. Əks halda isə özlərini tənha, alçaldılmış, qiymətsiz hiss edərlər.

İş həyatı üçün ipucları: İş yerində kişi və ya qadın olmağından asılı olmayaraq, qarşınızdakının fikirlərini öyrənin. Onların fikirlərini bilmək istədiyinizi deyin. Ancaq bunu edərkən “qərar vermə” vəzifəsini onlara saxlamayın. Son qərarı sizin verəcəyinizi açıq şəkildə ortaya qoyun. Məqsədinizi dəqiq ifadə edin. Bu halda təklifləri həyata keçməyəndə özlərini narahat hiss etməyəcəklər.

Ünsiyyətdə Gender Fərqi

 “Kim olduğunuza qərar verəcək insan sizsiniz. Hər gün və hər dəqiqə”.

“Mustafa Kılınç”

QARŞIDURMA və PROBLEMLƏRƏ NƏZARƏT

Qadınlar ortaq məxrəcə gəlmək məsələsində kişilərə nəzərən daha istəklidirlər və fikir uyğunsuluğunun münasibətlərinə daha çox təhlükə yaratdığını düşünərlər.

– Kişilər müzakirəyə və qarşılarındakıların fikirlərilə razılaşmamağa daha çox meyllidirlər. Məsələni “güc”, “güclü gen” müstəvisinə gətirməyə çalışırlar. Və çox vaxt da belə davranırlar.

Səbəbi nə olursa-olsun qarşıdurma zamanı kişilər özlərini daha yaxşı hiss edirlər. Qadınlar isə ­qarşıdurmaya getməyin çətin olduğunu düşünərək bundan qaçırlar.

İş həyatı üçün ipucları: İş yerində fikirlər, variantlar və “fərqli nə edə bilərik?” istiqamətindəki qarşıdurmalar çox qiymətlidir. Həm özünüzə, həm də digərlərinə fikirlərini müdafiə etmə haqqı verin. Ancaq qarşıdurmaların şəxsi müstəviyə keçməsindən çəkinin. Mövqeyinizi sadəcə fikir və variant irəli sürmək məsələsində ortaya qoyun.

Ən güclü fikri hər zaman dəstəkləyin. Bu, sizi fərqli göstərəcək.

“Məsuliyyət hissi böyük olan insan – müsbət, nikbin, özünə inanan, öz ayaqları üstündə dura bilən və özünə nəzarət etməyi bacaran insandır”.

“Mustafa Kılınç”

HƏR ŞEY MƏNİMLƏ BİTƏR

Mübarizələr – öyrənmək üçün bir fürsət, bir hədiyyədir. Problemlər – qadın və kişilərin yaşamını toxuyan ilmələrdir. Çətin anlarımda həll etməli olduğum problemimin deyil, bir seçimimin olduğunu düşünməliyəm. Fikirlərim dəqiq olacaq. Düzgün seçim edəcəm. Çətinliklər insanı böyüklüyə hazırlayar. Bu hazırlığı qəbul edəcəm. Nə üçün mən? Nə üçün mən olmayım? Böyük bir şeyə hazırlaşıram!

Keçmişimin məsuliyyətini üstlənirəm. Fikirlərimə nəzarət edirəm. Hisslərimə nəzarət edirəm. Uğurlarımın məsuliyyəti mənimdir. Çünki HƏR ŞEY MƏNDƏ BİTİR.

Endi Endryus

Qadınların Bildiyi, Kişilərin Xəbərsiz olduğu 10 Cəlbetmə Taktikası

“Evləndikdən sonra kişi və qadın, bir qəpiyin iki üzü kimidirlər. Əsla üz-üzə gəlməzlər, ancaq həmişə bərabərdirlər”.

Hemant Coşi

 Hər şeydən əvvəl onu bilin ki, qadınlar cazibədar görünməyin yollarını kişilərdən daha yaxşı bilirlər. Onlar “cazibədarlıq” təlimlərini başa vurublar.

QADINLAR CAZİBƏDARLIĞIN SİRLƏRİNİ ­BİLİRLƏR!..

Qadınların cazibədarlığın sirlərini bilmələri həm özləri, həm də kişilər üçün faydalıdır. Kişilər də bu sirləri öyrənərək əla nəticələr əldə edə bilərlər. Bu hissəni yazmaqdakı məqsədim elə budur: biz kişilərin də bu sirlərdən məlumatlı olması və istifadə edə bilməsi. Hə, indi keçək, SİRLƏRƏ. Nədir qadınların bilib, kişilərin bilmədiyi oyunlar?

“Qadınlar bizə hər zaman böyük hədəflər göstərər və onlara çatmağımıza mane olarlar”.

A.Düma

Birinci Sirr: “NƏ İSTƏDİYİNİZİ BİLİN”.

Bir çox kişi əldə edə bildikləri ilə kifayətlənmək məcburiyyətində qalmaqdan əziyyət çəkir. Çox vaxt qadınların qarşısına bir çox namizəd çıxır. Bu səbəbdən də onların seçmək şansı daha çoxdur. Qarşınızdakı insanda nə axtardığınızı bilsəniz, potensial namizədi axtarmaqla kifayətlənməyib özünüzü də istənilən səviyyədə ifadə edərsiniz. Ümidsiz və çarəsiz olmadığınızı göstərərsiniz. Eyni zamanda, güc sahibi olduğunuzun işarəsini vermiş olarsınız. Çünki mühakimə edən tərəf sizsiniz. Həm də güc sizdə olarsa, razı salmağa çalışılan tərəf də siz olarsınız.

“Yaşamaq – qaranlıq gecəyə baxmayaraq, buğlanmış pəncərə şüşəsinə günəşi çəkməkdir”.

Anonim

İkinci Sirr: “MÜKAFAT OLUN”.

Razı salınacaq tərəf olmaq digərlərinin gözündə müəyyən bir qiymətinizin olduğu deməkdir. Səbəbi nə olursa-olsun sizi istəyirlər. Bu halda sizə çatmaq onların işidir. Bunun reallaşması üçün özünüzə qiymət verməlisiniz. Hərəkət və davranışlarınızla bunu qarşınızdakına göstərməlisiniz.

Qadınların qarşısına onları özünə cəlb etməyə çalışan çoxlu kişi çıxır. Amma onların diqqətini çəkən, onları ələ ala bilən az olur.

“Bir münasibətin uzunömürlü olmasının yeganə yolu qarşındakına ondan nələrsə almaq deyil, ona nələrsə qazandırmaq üçün gediləcək yol kimi baxmaqdır”.

Mustafa Kılınç”

ÜÇÜNCÜ SİRR: “DİQQƏT ÇƏKMƏK ÜÇÜN YAXŞI GEYİNİN”.

Qadınlar xarici görünüşlərinə çox əhəmiyyət verirlər. Bir çoxlarının kişilərin diqqətini çəkməsinin səbəbi budur. Qadınlar bilirlər ki, geyindikləri paltarlar insanların diqqətini çəkir. Dəblə ayaqlaşdıqlarından kişilərin də geyimlərinə diqqət edirlər.

Özünə baxan və yaxşı görünən bir kişi qadınların diqqətini çəkəcək. Bu təkcə yaxşı görünmək deyil, eyni zamanda onlar üçün görünüşün nə qədər vacib olduğu mesajını çatdırmaq baxımından əhəmiyyətlidir.

“Daimi olan gözəl sözlər yox, gözəl hərəkətlərdir”.

“Mustafa Kılınç”

DÖRDÜNCÜ SİRR: “SİZDƏN GÖZƏL QOXU GƏLSİN. CƏLB ETMƏYİ BACARIN”.

Demək olar ki, kişilərin hamısı qoxu hissinə əhəmiyyət vermir. Odekolon və ya təraşdan sonra ­losyondan istifadə etməyə ehtiyac görmürlər. Amma qadınlar bilirlər ki, birinin onu bəyənməsi üçün bütün hisslərə xitab etmək vacibdir. Görünüş, səs tonu, təmas, qoxu və s.

Qadınların istifadə etdiyi ətirlərin sizi necə dəli etdiyini düşünün. O zaman gözəl qoxunun nə qədər vacib olduğunu anlayacaqsınız. Bir qadının yanında sizdən yaxşı ətir qoxusu gəlirsə, onun varlığınızdan məmnun qalmasına nail olacaqsınız. İnanmırsınızsa, yoxlayın və nəticəni görün.

Gül verən əllərdə daima gül qoxusu qalır.

BEŞİNCİ SİRR: “DİQQƏT ÇƏKİN, FƏRQ ­YARADIN”.

Cazibə qanununa bağlı olan bütün hərəkətlərlə yanaşı, gözəl baxışlar bir çox problemi həll edir. Diqqət çəkmək bu baxımdan vacibdir. Diqqət çəkə bilmək sizi bəyənməsini istədiyiniz insanla söhbət üçün ortaq mövzunuzun olacağını göstərir. Gündəmi izləmək, mədəniyyət, musiqi, dedi-qodu və bu kimi şeylər qadınların sizinlə vaxt keçirmək istəməsinə səbəb olacaq. Lakin dinləməyi də yaxşı bacarmalısınız. Yanaşmanız dəyişəndə nəticə də dəyişəcək. Bununla da fərq yaradan fərqi tapacaqsınız.

“Böyük istəklər fərqlilik yaradır”.

“Mustafa Kılınç”

ALTINCI SİRR: “GÖZLƏNİLMƏYƏNİ EDİN!”

Gözlənilməz şeylər etmək ətrafınızda həyəcan və maraq yaradacaq. Belə olan halda insanlar sizin yanınızda ağıllı və diqqətli olacaqlar. Əlbəttə ki, gözlənilməz şey kiməsə yüksək səslə lənət oxuyub və ya axmaq bir iş görüb gülünc vəziyyətə düşmək demək deyil. Sizdən gözlədiklərinin əksini etməlisiniz. Məsələn, qız dostunuzun kitablarına yox, zəkasına kompliment deyin. Böyük ehtimalla belə komplimentlərə öyrəncəli deyil. Bu sizi başqalarından fərqləndirəcək. Onu bəsit bir yemək və ya kinoya dəvət etməkdənsə, yaradıcı bir tədbirə dəvət edin.

Sizdən gözləmədiyi şeyləri etdiyinizdə münasibətlərdə daima həyəcan olacaq.

“Unutmayın, uğur doğru düşünməyin məhsuludur. Doğru düşünmək təcrübədən asılıdır. Təcrübələr isə yanlış düşünmənin nəticəsidir”.

Antoni Robbins

YEDDİNCİ SİRR: “HƏM İSTİ, HƏM SOYUQ OLUN. BALANS YARADIN”.

Diqqəti cəlb etmək üçün hisslərin xəbərdar edilməsi vacibdir. Hiss olmadan diqqət çəkmək mümkün deyil. Lakin bir hissin çoxluğu onun azlığı qədər zərərlidir. Özünüzü hər zaman yaxşı və ya hər zaman pis hiss ­etməyiniz qarşınızdakı insandan uzaqlaşmağınıza səbəb olar. İsti və soyuq hisslər arasında var-gəl etdiyinizdə partnyorunuzun diqqətini daim çəkə biləcəksiniz. Sadəcə balansı yaradın. Qadınlar bunu hər zaman edərlər. Bəzən sizinlə çox maraqlanar, sizi bəyənirmişlər kimi görünürlər. Bəzən isə yoxmuşsunuz kimi ­davranarlar.

Yaxşı və pis hisslər arasındakı bu gediş-gəliş partnyorunuzun sizə bağlı qalmasını təmin edər. Bu davranışları kişilər də edə bilərlər.

“Bir insanın istifadə edəcəyi ən yaxşı dərman ­sözlərdir”.

Rudyard Kiplinq

SƏKKİZİNCİ SİRR: “İSTƏDİYİNİZİ ƏLDƏ ETMƏK ÜÇÜN ÇƏTİN ADAM ROLUNA GİRİN”.

Heç kim rahat əldə edilən bir şeyin qiymətini bilməz. Qadınlar bunu çox yaxşı başa düşürlər.

Qadınlar bilirlər ki, çox rahat əldə olunsalar, kişilər onları tərk edəcək. Qadınların hədəfə çatmaq üçün çalışmağın vacib olduğunu təlqin edən inancları onları emosional olaraq rahatlandırır.

 “Cəsur bir insan təkbaşına çoxluğa bərabərdir”.

Endryu Cekson

DOQQUZUNCU SİRR: “MACƏRAPƏRƏST OLUN”.

Macərapərəst olmaq gözlənilməyən şeyləri etməkdən bir qədər fərqlidir. Macəralara atılmaq yenilikləri təcrübədən keçirməkdir. Bu, adət olunanın xaricinə çıxmaq, həm beynini həm də qarşındakını təəccübləndirməkdir. Kişilər macərapərəst qadınları sevirlər. Çünki bu qadınlar onlara yaşadıqlarını hiss etdirər və bu gözəl hisslərlə qadınla bir bütün olarlar. Bu, qarşı tərəf üçün də keçərlidir. Macərapərəst bir kişi qadının ayaqlarını asanlıqla yerdən kəsə bilər. Ona yaşadığını hiss etdirər.

“Qəhrəmanlığı yaradan qəhrəmanın içindəki ­beyindir”.

“Mustafa Kılınç”

ONUNCU SİRR: “Qadınlığınızdan (kişiliyinizdən) istifadə edin”.

Qadınlar cəlbedici olmağın kişilərin diqqətini çəkmək üçün güclü vasitə olduğunu bilirlər. Kişilər, adətən, bu barədə düşünmürlər. Lakin kişilər də cəlbedici ola bilir, asanlıqla qadınların onları bəyənməsini təmin edirlər.

Bir kişinin cəlbedici olmağı üçün kişi kimi hərəkətlər etməyi vacibdir. Yəni güclü, cəsur olmalı, enerjisini dalğa-dalğa ətrafa yaymalıdır.

“Üstün insan münasibətləri qura bilməyi və onları inkişaf etdirməyi öyrənmək karyeranıza və şəxsi həyatınıza daha çox fayda verəcək”.

“ Mustafa Kılınç”

Unutmayın ki, nə istəsəniz, onu da alacaqsınız. Görmədiyiniz hədəfi vura bilməzsiniz. Nə istədiyinizi bilin və hərəkətə keçin. Yalnız bu halda istədiyinizə nail olacaqsınız. Antoni Robbinsin də dediyi kimi:

Hər maneə bir fürsətdir.

Qəlbin qırılmağı – xoşbəxt ola bilmək, xəstəlik – sağalmaq, nifrət – sevmək üçündür.

Uğursuzluq – uğur qazanmaq üçün bir fürsətdir.

Səhv etməkdən və tənqiddən qorxmayın!

80–20 Qanunu

“Həyat çox bəsitdir. Tək ehtiyacınız rahat bir yataq və rahat ayaqqabılardır. Çünki həyatımız boyunca ya birinin, ya da o birinin içindəyik”.

H.V.Proknou

 Əziz kişilər, bu hissədə sizləri təəccübləndirəcək məlumatlar paylaşacam. Bilirsinizmi, qadınlarla ­birlikdə olarkən davranışlarınızın 80%-i hədəfinizdəki nəticələrin yalnız 20%-ni əldə etməyinizi təmin edir. Diqqət edin. Hərəkətlərinizin 80%-nin boşa çıxdığını, qadınlarla münasibətlərinizdə heç bir işə yaramadığını deyirəm. Demək olar ki, bütün kişilər qadınlarla münasibətlərində doğru olmayan hərəkətlər etməyə fokuslanırlar. İndi kişilərin 80%-lik cəhdlərinin qarşılığında əldə etdikləri 20%-i yaradan davranışlara baxaq.

“İnam və sədaqət hər uğurlu cəhdin təməl daşıdır”.

“Mustafa Kılınç”

Birinci qrupa aid davranış formaları

Mədəni oğlan / sadəcə dost

“Mədəni oğlan” və ya “sadəcə dost” tipinə aid kişilər qadınlara yaxınlaşdıqlarında özlərini günahkar bilirlər. Qadınları incitməkdən qorxurlar. Bu tip kişilər qadınlarla ancaq dost qalmaqla kifayətlənirlər. Onların hərəkətlərinin 80%-i istədikləri müsbət nəticənin yalnız 20%-ni, bəlkə daha azını gətirir.

Bu tip kişilərin əsas davranış formaları belədir:

– Qadınların qəlbini qırmaqdan qorxarlar.

– Qadınlara daha romantik və sevgiylə yaxınlaşmadıqları üçün özlərini qınayarlar.

– Qadınların gözündə “zərərsiz”, “dost”, “etibarlı” görünməyə əhəmiyyət verərlər.

– Qadınlarla olan münasibətlərinə nəzarət etməyə və hər şeyin yolunda getməsini təmin etməyə çalışırlar.

– Qadınlara qarşı heç vaxt uğurla tətbiq etməyəcəkləri “başdan çıxartma metodlarını” öyrənməyə çalışırlar.

– Bu qrupda olan kişilərin qadınlarla olan münasibətlərində 80%-lik fərq yaradacaq 20%-ə isə bunlar daxildir.

– Bu tip kişilər özlərini qadınlar qarşısında günahkar hiss etmə duyğusundan qurtulmalıdırlar. Səbəbləri aradan qaldırsanız, nəticə də dəyişəcək.

– Qadınlara qarşı cinsi maraq hiss etmək üçün özlərinə icazə verməli və qadınlara qarşı mədəni davranmaq anlayışını yenidən nəzərdən keçirməlidirlər.

– Özlərini nəzarətdə saxlamaqdan əl çəkib qadınlarla maraqlanmağı öyrənməlidirlər.

– Bununla da özlərini natamam hiss etməyəcək, bütövlük nöqtəsinə doğru yola çıxacaqlar.

“Səbəbləri aradan qaldıranda nəticələr də dəyişir”.

İkinci qrupa aid davranış formaları

Cəsarətli olmayanlar

Bu tip kişilərin qadınlarla ünsiyyət və onlarla bir araya gəlmək imkanları var. Amma maraq göstərməyə cəsarət etməz, bunun üçün nə deməli olduqlarını ­bilməzlər.

– Bu tip kişilər qadınlarla söhbət etməyə çətinlik çəkər, vaxtlarının 80%-ni yanlış şeylərə sərf edərlər.

– Mütəmadi olaraq qadınlar haqqında düşünərlər. Özlərini yeyib-bitirərlər. Məsələnin maraqlı tərəfi də bunun işə yarayacağını düşünmələridir. Halbuki heç bir işə yaramaz.

– “Sadəcə özün ol” tövsiyəsini daima özləri üçün təkrar edərlər.

– Qadınlarla olan münasibətlərinə uğur gətirəcək sehrli bir giriş cümləsi axtarışında olarlar.

– Qadınları və onlarla olan münasibətlərini idarə etməyə çalışarlar.

– Tanış olduqları qadınlarla cinsi münasibətdə olmağı düşünərlər. Xəyal qurar və ya öz aləmlərində sahiblənmə duyğusuna qapılarlar. Amma təəssüf ki, səsləri titrəmədən “salam” sözünü deyə, qadınların yanında sərbəst ola bilməzlər.

Bu tip kişilər aşağıdakı kimi davranmalıdırlar:

– Çox sərbəst olmalı, maraq doğuracaq söhbətlər və hərəkətlər etməyi öyrənməlidirlər.

– Çox bəsit, lakin təsirli, razı salacaq və cəlb edəcək taktikalar öyrənməlidirlər.

– Hər qarşılaşdığı qadının yanında sərbəst olmağa qərar verib, bunları reallaşdıra bilərlər.

– Hər dəfə bir addım daha irəli gedib qələbələrini qeyd edə bilərlər.

– Lazım gəldiyində özlərinə inamı bərpa etmək üçün şüuraltı başqa vasitələrə keçid edə bilərlər.

Üçüncü qrupa aid davranış formaları

Mən natamam və dəyərsizəm

Bu qrupa aid kişilər başdan-ayağa qədər özlərini dəyişməlidirlər. Bunlar qadınlarla münasibətlərinə sərhəd qoyan, münasibətləri yenicə bitmiş və ya müəyyən səbəblərə görə özlərini tam və dəyərli hiss etməyən kişilərdir.

Bu tip kişilərin 80%-i bu səhvlərə yol verir:

– Qadınlara dəstək olacaq quruluşa sahib deyillər.

– İşləri, uşaqları və bu kimi problemlərə görə hərəkətlərinə məhdudiyyət qoyurlar.

– Ünsiyyət qurmağı bacarmadıqlarından hər zaman yola tək çıxmaq məcburiyyətində qalırlar.

– Bir şeyə cəhd edəndə dərhal vaz keçirlər. Məsələn, evli dostlarından özlərinə kimisə tapmağı xahiş edirlər.

– Hər zaman asan və sürətli həll olan işlərin arxasınca qaçırlar. Qadınlarla cinsi əlaqədə olmadıqları müddətcə kiçik uğurlarını görməməzlikdən gəlirlər.

Bu qrupa aid kişilər nə etməlidirlər?

– Onlara güc verən, kömək edən sağlam bir dəstək tapa bilərlər.

– Onları tam və dəyərli hiss etdirən özünəinamı bərpa etməklə problemlərini həll edə bilərlər.

– Özlərinə hədəf seçib, rəqəmlərlə oynayıb vəziyyəti istədikləri kimi göstərə bilərlər.

– Özlərinə şərait yaradaraq bu məkanlarda qadınlarla romantik münasibət qurmağın yollarını öyrənə bilərlər. Bununla da bəhanələrinə haqq qazandırmaq əvəzinə, uğurlarının həzzini yaşaya bilərlər.

Dördüncü qrupa aid davranış formaları

İstəyirəm, edə bilmirəm

Bu qrupa aid kişilər qadınlarla münasibətə girəndə özlərini dalana dirənmiş, bacarıqsız hiss edirlər. Özlərini sərbəst hiss etməyə çalışsalar da, bacarmırlar. Qadınlara emosional yaxınlaşmanı birbaşa axtarırlar. Qadınlarla birlikdəykən zarafatcıl və əyləncəli olmaq istəsələr də, bunu bacarmırlar.

Bu kişilərin 80%-i aşağıdakı səhvlərə yol verir:

– Qadınlara qarşı dürüst və səmimi olmağa çalışırlar.

– Qadınlara qarşı axmaq iftiralar səsləndirdikləri üçün xoşagəlməz reaksiyalarla qarşılaşırlar.

– Özlərinin etməyəcəklərini başqalarına məsləhət görürlər.

– Qadınları və onlarla olan münasibətləri nəzarətdə saxlamağa çalışırlar. Qadınların razılığını almaq və bunun sayəsində onlarla bir yerdə olmaq üçün dürüst görünməyə çalışırlar.

– Qadınlarla münasibətlərdə məntiqli olmağa çalışırlar. Münasibətlərin və cinsi həyatın yaxşı bir şey olduğunu deməklə qadınları razı salmağa çalışırlar. Boş yerə gözləməyin, çünki “hə” deməyəcəklər.

– Qadınları əyləndirməyə çalışırlar.

– Özlərindən heç də çox bilməyən, heç bir işə yaramayan dostlarının tövsiyələrini dinləyirlər. Bu da daima uduzmalarına səbəb olar.

Bu qrupa aid kişilər nə etməlidirlər?

– Qadınların yanında sərbəst olmağa çalışmalıdırlar.

– Qayğı və qorxularını bir kənara atıb, bir sıra üsullara baş vurub qadınların zövq almasını təmin edən davranışlara sahib olmalıdırlar.

– Düşüncə, duyğu və davranışlarına nəzarəti öyrənmək bu qrupa aid kişilər üçün bir zərurətdir.

Bunun üçün:

Nə istədiyinizi bilin və hərəkətə keçin. Heç vaxt məğlub olmayın.

“YÜKSƏKLİYİNİ DƏYİŞDİR”

 “Bizi aşağıya çəkmək istəyən nə olursa-olsun bundan dərhal qurtulmalı və yolumuza davam etməliyik. Ancaq o zaman həqiqətlər bizə yol göstərər və irəli getməyimizi təmin edər”.

Rebeka Alyaskanın vəhşi torpaqlarında geoloji araşdırmalar aparan bir şirkətə işə düzəlmək istəyir. ­Bunun üçün ikimotorlu təyyarəni havaya qaldıran xüsusi uçuş təlimi keçməyə qərar verir. Bir neçə gün sonra soyuqqanlı tərzi ilə bölgənin çox hörmətli və savadlı bir pilotundan dərs almağa başlayır.

Rebeka dərslərinin öhdəsindən çox yaxşı gəlirdi. Havadakı dördüncü dərsi zamanı uçuş müəllimi əllərini təyyarənin sükanından çəkir və uçuşa nəzarəti Rebekanın öhdəsinə buraxır. Rebekanın arzuladığı məqam yaranmışdı. Pilot oturacağında əyləşib sükandan möhkəm yapışdı. Rebeka özünü buludların üzərində hiss edirdi, ta ki onu bu yuxudan oyadan həqiqətin fərqinə varıncaya qədər. Gözlərinin önündəki şeydən qurtulmaq üçün başını tərpətməyə çalışdı.

Qabaq şüşədən uzaqdan bir şeyin surətlə üzərinə gəldiyini gördü. Nə edəcəyinə qərar verməyə belə, vaxt yox idi. Təyyarənin istiqamətində haradan ortaya çıxdığı bəlli olmayan başı qarlı bir dağ göründü. Rebeka dağın əzəmətindən, buzlu və dik qayalardan heyrətə gəlmişdi. Sükan arxasında donub qalmışdı. Həqiqətən də dik qayalara doğru uçurdu. Ürəyinə dərin bir soyuqluq girdi. Qoca və təcrübəli uçuş müəllimi Rebekanı yaxından izləyir, reaksiyalarını təhlil edirdi. Rebeka bunun fərqində deyildi.

Uçuş müəllimi sükanı Rebekaya sınaq məqsədi ilə vermişdi. O, gözləyə biləcəyi son ana qədər gözlədi. Rebeka qorxunun yaratdığı şüursuzluqdan ayılanda müəllim sükanı ondan almaq üzrəydi. Rebeka baxışlarını müəllimə tərəf çevirdi. Sonradan özünü belə, hürküdən titrək və qorxaq bir səslə “xahiş edirəm, sükanı alın, təyyarə çırpılmaq üzrədir”, – dedi. Müəllimin reaksiyası onu təəccübləndirdi: “Sükanı almağım düzgün olmaz.

Necə də olsa bu sənin uçuşundur”. Rebeka üçün rahat nəfəs almaq getdikcə çətinləşirdi. Sanki qarşısındakı böyük bəyaz dağın üzərində dayanmışdılar və havaları çatmırdı. Rebeka səsini düzəltməyə çalışıb müəllimə tərəf döndü və soruşdu : “Xahiş edirəm, mənə nə etməli olduğumu söyləyin?”.

Rebeka müəllimin üzündə heç bir narahatlıq görməyib çox təəccübləndi. Müəllimin soyuqqanlı olması Rebekanı bir qədər sakitləşdirmişdi. Dərindən nəfəs aldı və həyatının asılı olduğu sükandan yapışdı. Müəllimi Rebekaya bir- iki göstəriş verdi. Artıq Rebeka hər şeyin qaydasına düşdüyünü bilirdi. Uçuş müəllimi yalnız bir söz dedi: “Yüksəkliyi dəyişdir”. Rebeka qeyri-ixtiyari “əlbəttə”, – deyə cavab verdi və əlləri sükanı qüvvətli şəkildə geri çəkdi. Təyyarə yüksəldi.

Və bir neçə saniyə ərzində buzlu təpələri geridə qoydu. Rebeka oturduğu yerdə iki şeyə görə təəccüb edirdi. Sükanın əllərində olduğunu necə unutmuşdu? Niyə bunu özü düşünməmişdi? Rebeka 5000 metr yüksəklikdə uçarkən günün dərsini heç vaxt unutmamaq üçün səssiz bir ah çəkdi: “Rebeka öz yüksəkliyini seçə bilərdi”.

Bu qısa hekayə sizə aid olan və ya hansısa səbəbdən unutduğunuz, itirdiyiniz mənəvi gücü xatırlatmır ki? Xatırlatmalıdır. Görün, neçəmiz olduğundan daha böyük görünən hadisələrə qorxaraq baxır, nəzarətdən çıxmış hiss edir və qaçılmaz bir münaqişə kimi görünən şeyə doğru irəliləyirik? Ürəyimizin səsini dinləmək, şüurumuzun sükanını əlimizdə tutmaqla yüksələrək özümüzü xilas etmək xoş olmazmı? Hansı miqyasda olursa-olsun bir problem dağını səssizcə izləmək, zərər görmədən üzərindən keçmək, hətta daha yüksəklərdəki göylərə çatmaq. Bunu necə edə biləcəyimizi öyrənə bilərik.

“Bizi aşağıya çəkmək istəyən hər nə olursa-olsun ondan dərhal qurtulmalı və yolumuza davam etməliyik. Ancaq o zaman həqiqətlər bizə yol göstərər və irəli getməyimizi təmin edər”.

Fərqində olsaq da, olmasaq da yanaşmamız həyatımızın yüksəkliyini müəyyən edir. Alçaq həyat mövcud olan həyatdır. Cazibə qüvvəsi yerə enəcəyinizə təminat verir. Yüksəkliklərə çıxmaq istəyiriksə, əvvəlcə yüksəlmək istəyinə sahib olmalıyıq. Qaranlıqlardan qurtulmaq gücünə sahib olmaq üçün kim olduğumuzu, təbiətimizi, onu məhdudlaşdıran düşüncə və duyğular arasındakı münasibətləri başa düşməliyik. Bunun üçün göydə qanad çalan quşları özümüzə nümunə ­götürə bilərik.

“Bir dəfə sınayın. Heç nə itirməyəcəksiniz. İşə yarasa, hər şey sizin olacaq. Bilin ki, uğur sizin bir ­addımlığınızdadır”.

“Mustafa Kılınç”

QADINLAR BİR KİŞİDƏN NƏLƏRİ İSTƏYƏR?

 “Qadınlara çox hörmət edən və onları hər şeydən üstün tutan kişilər qadınlar arasında nadir hallarda şöhrət qazanırlar”.

C.Addison

Bəli, əziz kişilər, növbə gəldi ən vacib mövzulardan birinə. Qadınlar biz kişilərdən nələri istəyirlər? Söz aramızda qalsın, nələr istəmirlər ki…

Qadınlarla bağlı xatırlamağınızı istədiyim 3 əsas ehtiyac var. Bunları bilmək qadınlarla olan münasibətlərinizi asanlaşdırar.

Qadınların 3 əsas ehtiyacı

Təhlükəsizlik Həzz Macəra

Qadınların kişilərdə axtardığı 3 əsas xüsusiyyət

Sədaqət Bağlılıq Xəyal gücü – düşünmə

Kişilərin qadınlardan fərqli xüsusiyyətlərə sahib olmalarının səbəbi risk almağa meylli olmalarıdır. Yanaşma və xarakterində dəyişiklik etmək istəyən kişilər ilk növbədə riskin onlar üçün nə məna daşıdığı ilə bağlı inanclarını dəyişməlidirlər.

Qadınların kişilərdə axtardığı 3 əsas xüsusiyyəti formalaşdıran cəhətlər.

1.Mədəni kişilər sədaqətli olur.

2.Pis kişilər qadına bağlı olur.

3.Dürüst kişilər düşüncə və xəyal gücünə sahib olur.

4.Sadiq + Bağlı + Xəyalpərəst = Ədalı kişi

“Qadın elə bir mövzudur ki, onu nə qədər araşdırsanız da, hər zaman yenidir”.

L.Tolstoy

1-ci xüsusiyyət: Mədəni kişilər sadiq olur.

Mədəni kişilər bildiyimiz adi kişilərdir. Adətən, passiv olurlar. Bizi yaxşı adam olmaq üçün böyüdürlər. Yaxşı, mədəni kişilər riskə getməyə necə baxırlar? Bu tip kişilər riskə getməkdən çəkinirlər. Risk onları qorxudur. Rahat həyatlarından kənara çıxmağı sevmirlər. Bildikləri şeyə möhkəm bağlanırlar.

Adətən, dəyişməməyə çalışırlar. Monotondurlar. Fərqlilikdən qorxurlar. Açıq fikirli olmurlar. Hər zaman haqlı olduqlarını düşünürlər, bəzən bu fikirlərini ifadə etməsələr belə.

Riskdən qorxmalarının səbəbi də məhz budur. Daima qarşıdan təsdiqləyici rəylər gözləyirlər. Qadınlara və münasibətlərə yanaşmalarına gəlincə, həyatları boyunca inanmalı olduqları şeyə sadiq qalırlar.

Yemək və içki sifariş edərək, tövsiyə və hədiyyələr verərək, yaxşılıq və iltifat edərək qadınların marağını cəlb etməyə çalışırlar. Bu kişilərdən flört etməklə bağlı məsləhət istəsəniz, deyəcəklər: “Hörmətcil olun, qadınlara hörmətlə yanaşın”. Əslində isə demək istədikləri budur: “Qadınların önündə diz çökün, onları razı salmaq üçün özünüzə hörmətsizlik edərək yolunuzdan dönün, qadınların köləsi olun və dua edin ki, sizə istədiyiniz şeyi versin”.

Qadınlara fokuslanırlar. Onları razı salmaq və sahiblənmək üçün daima fədakarlıq edirlər.

Qadınların kişilərdən istədiyi şey təhlükəsizlikdir. Mədəni kişilər münasibətlərdə nə qədər bacarıqsız olsalar da, onlar qadınlara axtardıqları etibar hissini verirlər. Çünki sadiq olurlar.

Qadınlar mədəni kişilərlə evlənirlər. Lakin o halda ki, başqa seçimləri yoxdur və ya qarşılarındakı kişinin ehtiyaclarını ödəyə biləcəyini görürlər. Mədəni kişilər onların gözündə sadəcə bir dostdur, sevgili deyil.

Artıq qanunla maddi təminat axtarışı baxımından kişilər və qadınlar eyni imkanlara sahib olduqları üçün qadınlar mədəni kişilərin onlara verə biləcəklərini özləri əldə edə bilirlər.

Qadınlar mədəni kişilərlə tənbəllikdən qurtulurlar.

“Yaxşı qadın kişiyə təsir edər, ağıllı qadın onda maraq oyadar, gözəl qadın ovsunlayar, başa düşən qadın isə ona sahib olar”.

Helen Rouland

2-ci xüsusiyyət: “Başa düşən + xəyalpərəst” kişilər.

Bu kişilər gülərüz olur, daha doğrusu, belə görünürlər. Adətən, ruhi vəziyyətləri qarışıq olur. Bəzən passiv, bəzən aqressiv ola bilirlər. İnsanları məmnun edirlər. Vəziyyətdən asılı olaraq hər rola girirlər. Onlara etibar edə bilməzsiniz, sədaqətli deyillər.

Bir sözlə, belə insanlarda gördükləriniz zəif nöqtələrini gizlətmək üçün uydurduqları maskadır.

Bu cür adamlar riskə gedə bilirlərmi?

Riskə getməyi sevmirlər. Buna yalnız onlara təminat verəcəyiniz halda razılıq verirlər. İşin sonunda məğlubiyyətə uğramayacaqlarına təminat tələb edirlər. Yalnız bu halda riskə gedəcəklər. Təsdiqləyici kəlmələri sevirlər. İstədikləri şey birinə aid olmaq və uyğunlaşmaqdır. İnsanların razılığını qazanmaq üçün səy göstərirlər. Təminata da bu səbəbdən ehtiyac duyurlar. Qadınlar və flört məsələsində başdan çıxardan üsulların səmərəsinə inanırlar.

Hipnoz, başdan çıxartma üsulları və digər vasitələrdən istifadə edərək qadınları inandırmağa çalışırlar.

Bunun üçün əmək və pul xərcləməkdən çəkinmirlər. Onlardan flört etməklə bağlı məsləhət istəsəniz, cavabları belə olacaq: “Qadınları başdan çıxartmaq üçün onları manipulyasiya edin, ağlınızı işlədin”. Əslində isə bunu demək istəyirlər: “Mən özüm bir qadına layiq olduğumu düşünmürəm. Birinə yaxın olmaq üçün özümü fəda edə bilirəm. Bu cür diqqətə ehtiyacım var”.

Qadınlardan təsdiqləyici sözlər gözləyirlər. Xüsusən də seks və performans məsələsində. Münasibətdə olduqları qadınlardan məmnun olub- olmadıqlarını soruşarlar və ya bunu müşahidə edərlər. Qadınların kişilərdən istədiyi şey xəbərdar edilməkdir. Bu kateqoriyaya aid kişilər qadınların bu istəyini təmin edirlər. Qadınları yatağa aparmaqda, onlara duyğulu anlar yaşatmaqda bacarıqlıdırlar. Bu qrupa aid kişilər üçün vacib olan bəhanələr yox, qələbənin həzzidir.

Qadınlar bu cür kişilərlə yaxınlıq edirlər. Çünki aralarında cinsi münasibətlərdən başqa heç bir bağ olmadığını bilirlər. Bilirlər ki, sonradan bu kişilər arxalarınca düşməyəcək, onları mühakimə etməyəcək. Bu kişilər seks oyuncağıdır. Qadınlar onlardan boşluqları doldurmaq üçün istifadə edirlər.

“Kişinin yaradılışında eşq yoxdur, ona bunu öyrədən qadındır”.

Ceraldi

3-cü xüsusiyyət: Pis kişilər ehtiraslı olurlar.

Pis kişilər, adətən, avara olurlar. Onlar alçaq adamlar kimi tanınırlar. Aqressivliyə olduqca meyllidirlər. Lakin belələri əsl kişi kimi olurlar. Kişilərə məxsus bütün xüsusiyyətləri onlarda tapmaq olar. Lakin çox eqoist və despot olurlar. Buna baxmayaraq, qadınların belə kişilərdən çox xoşları gəlir. Çünki belə kişilər heç kimin razılığını almağa çalışmırlar, kimisə məmnun etmək kimi bir qayğıları yoxdur. Qəribə görünə bilər, amma bu, bir reallıqdır.

Bu adamlar risk etməyə necə baxırlar?

Risk etməyi çox sevirlər. Özlərini sınamağı sevdikləri üçün riskə gedirlər.

Qadınlar və flört məsələsinə gəlincə, adətən, bununla bağlı xüsusi yanaşmaları yoxdur. Buna ehtiyac duymurlar. Çünki hər zaman ətraflarında onları razı salan qadınlar olur. Əksinə, qadınlar onları əldə etməyə çalışırlar. Çünki pis kişilər heç nəyi saya salmırlar, onların nə edəcəyini heç kim ehtimal etmir.

Onlardan flörtlə bağlı məsləhət istəsəniz, belə deyərlər: “Vecimə deyil”. Bu, onların sehrli sözcüyüdür. Əslində isə bunu demək istəyirlər: “Mən yalnız özümü düşünürəm, özümdən başqa heç kimə əhəmiyyət vermirəm. İstədiyim şeyi istədiyim vaxt əldə edirəm”.

Belə kişilər özlərinə fokuslanırlar, ilk növbədə özlərini məmnun etmək haqda düşünürlər. Özləri onlar üçün hər şeydən daha vacibdir.

Qadınların kişilərdə axtardığı şey macəradır. Pis kişilər də bunu yaşada bilirlər, çünki ehtiraslıdırlar. Qadınlar belə kişiləri bəyənirlər, onlara hətta aludə olurlar. Pis kişilər qadınları güclü şəkildə özünə çəkir, onların dərin hisslər yaşamasına səbəb olurlar.

Qadınlar onları ələ alıb özlərinə uyğunlaşdırmaq istəyirlər. Lakin belə kişilər nəzarət altında olmağı qəbul etmirlər. Bu savaşda uduzan tərəf həmişə qadınlar olur. Buna baxmayaraq, qadınlar özlərini bu kişilərə fəda etməkdən çəkinmirlər.

“Evli kişilər hər təzə bəyi sevinclə seyr edirlər. Meşədən yenicə gətirilən gənc bir aslanı seyr edən sirk təlimçisi kimi”.

Mark Tven

4-cü xüsusiyyət: Ədalı kişilər.

Sədaqətli + ehtiraslı + xəyalpərəst

Bu üç xüsusiyyəti özündə balanslı bir şəkildə bütövləşdirən kişilər var. Bu kişilərdə bir bütövlük var. Onlara “Ədalı kişilər” deyirəm.

Bu kişilər sədaqətli olur, özlərinə hörmət edirlər. Xəyalpərəstdirlər. Amma bundan insanların xoşuna gəlmək üçün yox, xəyallarının arxasınca getmək üçün istifadə edirlər. Ehtiraslıdırlar. Lakin ehtiraslarının onları idarə etməsinə icazə vermirlər. İddialı və istəklidirlər.

“Bilirəm, sən günəşsən, mən dünya. Ətrafında dönən çoxlu planet var. Amma unutma, sadəcə məndə həyat var”.

Bu cür kişilər xarakterli olurlar. Yaradıcıdırlar, hisslərini idarə edər və başqa insanlara hörmət edərlər.

Ədalı kişilər ideal kişilərdir. Bütün qadınlar belə kişiləri axtarırlar. Özü də qısamüddətli yox, uzun sürən münasibətlər üçün.

Ədalı kişilər riskə necə gedirlər?

Riskə getməyi çox sevirlər. Lakin buna özləri qərar verər və qarşılarına məqsəd qoyarlar. Riskə getmələrinin səbəbi vəziyyətlərini bir az daha yaxşılaşdırmaqdır. Amma bu zaman başqalarını da nəzərə alırlar. Qadınlarla flört məsələsində güzəştə tərəfdardırlar. Təbii ki, gördükləri və sınadıqları şey xoşlarına gəlirsə.

Qadınlar bu tip kişiləri əldə etməyə çalışırlar. Çünki ədalı kişilər səmimi, dürüst və xüsusi olurlar. Nə istədiklərini və nəyin onları qane edəcəyini bilirlər. Yüksək standartları olur. Həyatdan hər zaman ən yaxşısını gözləyirlər. Bu kişilərdən flörtlə bağlı məsləhət istəsəniz, belə deyərlər: “Həyatınızı öz dəyərlərinizin timsalında sevin. Özünüzə aid bir kimliyiniz olsun. Ehtiraslı olun və bir dünya yaradın. Bunun ardınca qadınlar sizə tərəf gələcək və o dünyaya dəvət almağa çalışacaqlar”.

Əslində isə bunu demək istəyirlər: “Qadınlar mənim həyatımın əlavələridir. Onlar məni ifadə etmirlər və onlara ehtiyacım yoxdur. Lakin həyatı daha əyləncəli etdikləri dəqiqdir”.

Ədalı kişilər qadınlara hər şey verirlər. Qadınlar belə kişilərə görə dava salırlar. Onlar hər qadının əldə etmək istədiyi qənimətdirlər. İncə, dürüst və təhlükəli ola bilirlər, amma qaydasında.

Qadınların kişilərdə axtardığı şey xarakterdir.

“Qadınların ən qəribə tərəfi – nə onlarla yaşamaq olur, nə də onlarsız”.

C.Bayron

Yaşananlar sehr deyil.

Uzaq Şərqdə Moso adlı bir bambu ağacı bitir. Onu əkdikdən 5 il sonra ən ideal şərtlər altında belə, inkişaf etməz. Sonra sehrli bir əl dəymiş kimi birdən-birə 40-41 santimetr böyüməyə başlayar. 6 həftə ərzində təxminən 27 metr olar. Əslində yaşananlar sehr deyil. Moso ağacının birdən-birə sürətlə böyüməsinin səbəbi 5 il ərzində torpağa səbirlə saldığı dərin köklərdir.

Qadınlar Nə İstəyir?

Kral Artura bir sual verirlər. Suala düzgün cavab versə, həyatı qurtulacaq, əks təqdirdə öləcək. Cavab üçün Krala 1 il vaxt verilir. Sual belədir: “Qadınlar nə istəyərlər?”. Bu, təbii ki, dünyanın ən çətin sualıdır. Lakin Kralın başqa şansı yoxdur. Kral ölkəsinə qayıdıb müxtəlif alimlərlə, elm adamları ilə danışsa da, sualına tam doğru cavab tapa bilmir. Sualın cavabını yalnız yaşlı bir cadugər bilirmiş. Vaxtın bitməyinə bir gün qalır.

Artur məcburən cadugərin yanına gedir. Cavabı demək üçün cadugərin bir şərti olur. O, Arturun yaxın dostu, yaraşıqlı silahdaşı ilə evlənmək istəyirdi. Şərti qəbul edə bilməyəcəyini deyən Artur cadugərin yanından gedir. Hadisəni eşidən silahdaş Arturun yanına gələrək deyir: “Heç nə Kralın həyatından qiymətli deyil”. Beləcə cadugərdən cavabı alırlar: “Qadınlar hər zaman öz azad iradələri ilə qərar vermək istəyirlər”.

Tamamilə doğru olan bu cavab sayəsində Kralın həyatı qurtulur. Lakin əvəzində silahdaşının həyatı sönmüş olur. Nəhayət, kralın dostu üçün ən pis an – toy gecəsi gəlir. Lakin o, otağa girəndə cadugərin əvəzində dünyanın ən gözəl qadınını görür. Kralın dostu heyrətlənir və soruşur : “Sən kimsən?”. Qadın cavab verir: “Mən evləndiyin cadugərəm. Gündüzlər olduqca çirkin, gecələr son dərəcə gözəl oluram və ya əksinə. Necə görünəcəyimə sən qərar verəcəksən”.

Kralın dostu bir az düşünür. Gecələr mükəmməl bir sevgilimi, yoxsa gündüzlər xanımı ilə birgə qazanacağı hörmətmi? Cavabı belə olur: “Necə olmaq istədiyinə sən qərar ver. Mən sənin hər halına hörmət edirəm”. Cadugər bu cavaba çox sevinir: “Sən mənə seçim azaldığı verdin və məni məhdudlaşdırmadın. Ona görə də ömür boyu yanında gözəl və hörmətli görünəcəm”.

Kişilərin Bir Qadından İstədikləri Nədir?

 “Gecə, qadınlarla ulduzları gözəl göstərir”.

  1. Bayron

Qadınlar kişilərin onlardan nə istədiyini düşünəndə qarşı tərəfə qəzəb duyurlar. Əslində isə kişilərin də qadınların hər şeydən əvvəl bir insan olduğunu və demək olar ki, eyni şeyləri istədiklərini bilməliyik. Kişilərlə qadınların bir-birilərindən istədikləri şeylər fərqlidir. İndi siz qadınlara biz kişilərin nə istədiklərini bilməniz, diqqətinizi çəkmək və mükəmməl bir münasibət qurmağınız üçün ipucları verəcəm.

“İçində sevgi bəsləyən üçün bütün dünya bir ailədir”.

Con O.Vuden

Birinci ipucu:

Kişilər dürüst, sevgi dolu bir ünsiyyət istəyir.

– Ünsiyyətdə dürüstlük kişilər üçün birinci şərtdir. Kişilər suallarına düzgün cavab verən, məlumat verməyə meylli olan bir qadın istəyərlər.

– Ehtiyaclarını və istəklərini özünə inamlı şəkildə dilə gətirən bir qadın görmək istəyərlər.

– Həqiqətləri görə bilən və ünsiyyət qurarkən bunu olduğu kimi, lakin incə şəkildə ortaya qoyan bir qadın istəyərlər.

– Çox mühakimə etməyən, həm özünü, həm də qarşısındakının hörmətini saxlamağa çalışan bir qadın istəyərlər.

Qadınlara məsləhət: Yaxşı kişilərin qəzəb və mühakimədən uzaq, açıq sözlü və cəsarətli ünsiyyət ­qurmağa ehtiyacları var. Mükəmməl bir kişinin diqqətini çəkməyin və qaneedici bir münasibət qurmağın yollarından biri “həqiqətlərinizi və ehtiyaclarınızı” qarşınızdakına çatdıra bilməkdir.

“Həyatda etdiyimiz şeylərin çoxu ya sevgi qazanmaq, ya da əskik olan bir sevgini tamamlamaq üçündür. Hər kəsin sevilməyə, ən azı, kiminsə tərəfindən şərtsiz qəbul edilməyə ehtiyacı var”.

“Mustafa Kılınç”

İkinci ipucu:

Kişilər özünə əmin və inamlı qadınları sevirlər.

“Özünəinam – uğursuzluğun səbəbi və uğurun açarıdır”.

“Mustafa Kılınç”

Kişilər istəyir ki:

– Qadınlar onları çarəsizlikdən (maddi və ya mənəvi) yox, sadəcə istədikləri üçün seçsinlər.

– Qadınlar onları arzulasınlar və onlara ehtiyac ­duysunlar.

– Qadınların özlərinə aid bir kimlikləri olsun.

– Qadınlar aktiv və müstəqil olsunlar.

Qadınlara Məsləhət:

Əslində kişilər də qadınların arzuladıqlarını istəyir – tam bir tərəfmüqabili. Kişilər bir münasibətə hazır olanda özlərini daha sürətli davranmağa məcbur etməyi xoşlamırlar. İdarə olunmaq istəmirlər. Kişilər – içərisində manipulyasiya olmayan bir münasibət arzulayırlar. Mühakimə və müqayisə olunmaq kişiləri qadınlardan uzaqlaşdıran siqnallardır.

“Kişini evindən uzaqlaşdıran tavanın damması, bacanın tüstüləməsi və qadının çənəsidir”.

Çauger

Üçüncü ipucu:

Kişilər – içərisində manipulyasiya olmayan bir münasibət istəyirlər.

– Kişilər hər hansı manipulyasiyaya məruz qalmaq istəmirlər. Özlərini manipulasiyadan uzaq tutan qadınlar istəyirlər.

– Kişilər qadınların münasibətlərin sonrakı mərhələsi barədə söhbətlərini xoşlamırlar.

– Kişilər onları daima mühakimə edən deyil, təsdiqləyən və təqdir edən qadınları sevirlər.

– Kişilər heç bir halda qadınların “oyununa” qoşulmaq istəmirlər.

Qadınlara Məsləhət:

Kişilər hər hansı növ manipulyasiyaya icazə verməyəcəklər. Yaxşı bir kişinin diqqətini çəkmək və mükəmməl bir münasibət qurmaq üçün həyatınızdakı istək və ehtiyaclarınızı özünüzdən şübhələnmədən söyləməyi öyrənin. Təsdiqləməyi, tərifləməyi, ­dinləməyi öyrənin. Önmühakimələrdən qurtulun. Hisslərinizi idarə etməyi öyrənin.

Dördüncü ipucu:

Kişilər özünə əmin olan qadınları sevərlər.

Kişilər:

– Gülməyi bacaran cəsur bir qadın;

– Qısqanclıq etmədən özünə əmin olan qadın;

– Ruhi vəziyyətini balanslaşdıra bilən qadın;

– Özünü inkişaf etdirən, məsuliyyət daşıyan qadın istəyərlər.

Qadınlar kişilərin sadəcə vaxt keçirmək istədiklərini düşünürlər. Hesab edirlər ki, kişilər onların özlərini və münasibətlərini inkişaf etdirməklə bağlı səylərinə laqeyddirlər. Onlar kişilərin sadəcə manikenlər kimi qadınları arzuladıqlarını və qadının yetkin, mədəni, dəstəkləyən, sevgi dolu olub-olmamasına önəm vermədiklərini düşünməklə böyük səhvə yol verirlər.

Qadınlara Məsləhət:

Kişilər ruhi baxımdan yetkin qadınları xoşlayırlar. Yetkin qadın duyğusuz qadın demək deyil. Yaxşı bir kişinin diqqətini çəkmək və xəyalınızdakı münasibəti qurmaq üçün emosional davranış və ifadələrin məsuliyyətini dərk etməyi öyrənin.

Beşinci ipucu:

Kişilər bir münasibətdə sədaqət və bağlılıq istəyirlər.

Kişilər:

– Gözü orda-burda olmayan, bütün qəlbi ilə münasibətinə bağlı olan bir qadın istəyirlər.

– Bir qadından mütləq şəkildə sadiqlik gözləyirlər.

– Sədaqətlə yanaşı, münasibəti üçün səy göstərən qadın istəyirlər.

Qadınlar elə bilirlər ki, kişilərin tək istədiyi cinsi münasibətdir və qarşılarına daha gözəl qadın çıxsa, münasibəti bitirəcəklər. Yəni kişilərə sədaqət barəsində etibar olmadığını düşünürlər. Düşünürlər ki, kişilər münasibətlər üçün səy göstərmirlər, iş çətinə düşəndə qaçırlar.
Qadınlara Məsləhət:

Bütün kişilərin həyat yoldaşlarını və partnyorlarını aldatdığını düşünən qadınlara yaxşı bir xəbərim var. Sədaqətsizlik və gözü orda-burda olmaq kişilər üçün də, ən az qadınlar üçün olduğu qədər mənfi xüsusiyyətdir. Yaxşı kişilər mükəmməl bir münasibət qurmağın təməlində sədaqətin dayandığını bilirlər.

Altıncı ipucu:

Kişilər onlara qarşı necə davranmağın lazım olduğunu bilən qadınları sevir.

– Kişilər təsdiqləyici kəlmələr söyləyən və onları mükafatlandıran qadınları sevir.

– Kişilər sevilən, təqdir edilən, mükəmməl adam olduğunu təkrar-təkrar söyləyən qadınları sevir.

– Kişilər eqolarını qoruyan, özlərinə əmin qadınları sevir.

Bir çox qadın kişilərin eqolarını incidərək onlara özlərini natamam hiss etdirirlər. Halbuki kişilər etdikləri doğru şeylər üçün təsdiqləyici sözlər eşitmək və mükafatlandırılmaq, sevilən və təqdir edilən mükəmməl bir kişi olduqlarını eşitmək istəyirlər.

Qadınlar kişilərin onlara ehtiyac duymadıqlarını, fikirlərinə, dəstəklərinə və təriflərinə dəyər vermədiklərini düşünürlər. Bu səbəbdən də daima mühakimə edirlər. Bilin ki, əslində mühakimə qəzəbi ifadə etməyin bir yoludur.

“Mühakimə etmək, qəzəbi ifadə etməyin bir ­yoludur”.

“Mustafa Kılınç”

Qadınlara Məsləhət:

Bir çox kişi qadınlardan təsdiq və təqdir gözləyir. Partnyorunuzun səhv etdiyini demək əvəzinə, onu anlamağa çalışmaq münasibətinizi gücləndirəcək.

Açıq olun, dəqiq olun, nə istədiyinizi bilin və sadəcə nəticəyə fokuslanın.

AÇIQ OLUN, DƏQİQ OLUN, NƏTİCƏYƏ ­FOKUSLANIN.
ÇALIŞMAQ VƏ SEVİŞMƏK

“Bu yaxınlarda 15 yaşı olacaq böyük oğlum mənə sual verdi:

– Ata, deyəsən, həyatda ən vacib şey qadınlardır.

– Deyəsən nədir? Elədir ki var”.

Qadınsızlığın nə olduğunu soyuqdan üşüyən pişiklər kimi, böyük şəhərlərdə tək yaşayan, qadın nəvazişinə möhtac olanlar bilir. Bir qadınla bölüşmürsünüzsə, nə “Haliç” qrupu, nə Mərmərənin dumanı, nə “Koz” yatağının torpaq yolları, nə kafedəki şərab, nə radiodakı müsiqi hafizələrə həkk olunmaz. Kresloya oturanda ətəyinin altından diz qapaqlarının yumruluğunu göstərərək uzanan ayaqlar… hər gülüşündə işıq saçan dişlər… dalğalanan saç, işvə ilə qalxan çiyin, ceyran elastikliyindəki bel, birinci ilə milyonuncusu arasında eyni ləzzəti daşıyan öpüşmə, dodaqlardan boyuna sürüşən kişi dodaqları…

Qadın dünyanın ən önəmli şeyi deyilsə, önəmlilik sözü mənasını itirmiş olur.

Təəssüf ki, qadın da, kişi də bu cür şirin, əvəzolunmaz hekayəni birlikdə məhv ediblər və bir-birilərini bədbəxtliyə məhkum ediblər. Bütün ürəyi, ağlı və insanlığı ilə var olan neçə qadın və ya neçə kişi var ki, sevgini maddiyyatdan daha üstün tutur?

Sevmədiyin kişi və sevmədiyin qadınla sadəcə doymaq üçün sevmədiyin yeməyi yemək kimi sevişmək, sürətlə pilləkən çıxmaqdan başqa bir şey deyil. Pilləkən bitdiyində ­insan bir-birinə o qədər yadlaşır ki, içinə sıxıntı çökür. Lakin eşq, həqiqi eşq, həqiqi eşqin sevişməsi… Bu, çox az insana nəsib olan, bütün insanların ömür boyu axtardığı və hələm-hələm tapa bilmədiyi tək və mütləq xöşbəxtlikdir.

Bu qədər axtardıqları halda, insanlar bu xöşbəxtliyi niyə tapmırlar? Evlilik yükünün ağırlıqları, xoşbəxtliyi qısqanan insanların bu xöşbəxtliyə mane olmaq üçün göstərdiyi səylər, qadınların məhəbbətin dadını çıxarmaq əvəzinə sevgililərini incitmələri, kişilərin qadınları bəsit və geridə qalmış görmələri… Minlərlə bu cür pislik var ki, xöşbəxtlik bunun içində formalaşmadan əriyib yoxa çıxır. Bununla yanaşı, bu möhtəşəm bərabərliyi sevgini dolanışıq vasitəsi etməyə çalışan müftəxorlar da bulandırırlar.

Bütün sistemlər, doktrinalar, əsərlər bu bərabərliyi bütün insanlara ən sağlam şəkildə təqdim etmək üçündür. Kimisi deyir ki, “Pulun olsa, istədiyini rahat şəkildə əldə edərsən. Ona görə çalış, zəngin ol”. Kimisi deyir ki, “Xöşbəxtliyi bütün insanların dadması üçün onu zənginlərin hegemonluğundan qurtarmaq lazımdır”. Kimisi də deyir ki, “Zəngini, kasıbı, başqalarını, deyilənləri düşünmədən sevdiyinlə bir yerdə ol. Boş şeylərə vaxt sərf etmə”.

Kimisi zəngin olmağa çalışar, kimisi də bütün insanlığı xoşbəxtliyə çatdırmaq üçün savaşar. Kimisi də heç nəyə əhəmiyyət vermədən sevgi ilə sevişər… Daha doğrusu, sonuncular bu qərarı verirlər, lakin heç cür qərarlarını tətbiq edəcək şərait və fürsət tapmırlar. Zənginlərin çoxunda isə axtardığını tapmadan doyum hissi olur. Saxta nəzakət və süni həyəcanlarla bunu gerçək qəbul etmiş qadınlarla oyun oynayırlar. Bu çevrədən həqiqi sevgi az çıxır. Ona görə də bütün insanlığı xöşbəxtliyə çatdırmaq üçün savaşanlar haqlıdırlar. Çarə budur:

-Sevişməyi dolanışığa və məcburiyyətə kölə etməyin, dolanmaq üçün çalışın, eşq üçün sevişin.

Xöşbəxtliyin tilsimi, sevdiyin işdə ürəkdən çalışmaq və sevdiyinlə ürəkdən sevişməkdir.

Bir qadınla münasibət qurub-qurmamağı müəyyən edən ən vacib xüsusiyyətlərin qiymətləndirilməsi

 “Elə xoruzlar var ki, günəşin onlar banladıqları üçün çıxdığını düşünürlər”.

T.L.Osborn

Bir qadınla münasibət qurub-qurmamağı müəyyən edən ən vacib xüsusiyyətləri sizlər üçün qiymətləndirdik. Hər şey öz məzmununa görə dəyişir. İnsanlar şəraitə uyğun ən yaxşı seçimi yansıdırlar. Suallarımıza verilən cavablar insandan-insana fərqli oldu. Əminəm ki, nəticələrdən heyrətə gələcəksiniz. Zövqlə oxuyub təəccüblənəcəyiniz 33 sualdakı “insanın ən vacib xüsusiyyətlərini görəcəksiniz”.

“Ortada hörmət ediləcək şəxsiyyət olmadığında hörmət adlanan bir şeyin də olmadığını görəcəksiniz”.

“Mustafa Kılınç”

1.Aşağıdakılardan hansı bir qadının münasibət qurmağa layiq olduğunu göstərən ən vacib xüsusiyyətdir?

– Sədaqət hissi – 50%.

– Yumor hissi – 10 %.

– Diqqət və qayğı – 23%.

– Ağıl – 17%.

2.Qız dostunuzun potensial həyat yoldaşı xüsusiyyətlərini daşıyıb-daşımaması sizin üçün vacibdirmi?

– Bəli, potensial həyat yoldaşı xüsusiyyətlərini daşımayan bir qadına vaxt sərf etmərəm – 35%.

– Bəli, amma o potensiala sahib olmadığını görsəm, onu tərk etmərəm – 49%.

– Xeyr, münasibətlərimi gələcəyi nəzərə alaraq ­qurmuram – 16%.

3.Evləndirmə bürosuna inanırsınızmı?

– Bəli, bu qurumun vacib olduğunu düşünürəm – 75%.

– Bəli, ona bir qurum kimi dəyər verirəm, lakin mənə görə deyil – 15%.

– Xeyr, mənlik deyil – 10%.

4.Həyat yoldaşınızın evlilikdən əvvəl şərtlər müqaviləsi imzalaması sizin üçün nə dərəcədə vacibdir?

– Çox vacibdir – 9%.

– Müəyyən qədər vacibdir – 24%.

– O qədər vacib deyil – 35%.

– Qətiyyən vacib deyil – 32%.

5.Partnyorunuz heç vaxt xəbər tutmasaydı, onu aldadardınızmı?

– Qətiyyən, mümkün deyil, aldatmaq mənim əxlaq anlayışıma uyğun deyil –38%.

– Çox da mümkün deyil, bəlkə də cəhd edərdim. Amma onu çox sevirəm və hörmət edirəm – 36%.

– Bəlkə də ola bilər, amma yenə də özümü günahkar hiss edərdim – 16%.

– Tamamilə mümkündür, xəbəri olmasa, inciməz – 7%.

– Onu çoxdan aldatmışam – 3%.

6.Boşanma zamanı kişilərin aliment ödəmək məcburiyyətində qalması onlara qarşı haqsızlıqdırmı?

– Bəli – 79%.

– Xeyr, adətən, qadınlar və kişilər eyni ağırlığı daşıyırlar – 19%.

– Əgər belə bir şey varsa, qadınlar məhkəmələr tərəfindən aldadılır – 2%.

7.Partnyorunuzda nəyi dəyişmək istərdiniz?

– Təkəm – 45%.

– Davranışlarını və ədalarını – 16%.

– Baxışlarını – 5%.

– Ev işlərindəki bacarıqlarını – 3%.

– Ağlını – 2%.

– Cinsi zövqlərini – 18%.

– Heç nəyi dəyişməzdim – 6%.

8.Kökələcəyi təqdirdə qız dostunuzu tərk edərsinizmi?

– Bəli – 52%.

– Xeyr – 48%.

9.Görüşdüyünüz kişi nə vaxta qədər hesabı özü ödəməlidir?

– Hər zaman – 16%.

– Münasibətlər oturuşana qədər – 43%.

– Münasibətlər davam etdiyi müddətcə – 23%.

– Partnyoru ilə eyni səviyyədə – 18%.

– Hesabı qadınlar ödəməlidir – 0 %.

10.Qız dostunuzun “Facebook” mesajlarını və digər elektron yazışmalarını oxumusunuzmu?

– Xeyr, məhrəmliyinə hörmət edirəm – 40%.

– Bəli, amma özünün də xəbəri var – 29%.

– Xeyr, amma şübhələnsəydim, oxuyardım – 18 %.

– Bəli, amma kompüterinin ekranında açıq ­ol­­du­ğunda – 3%.

– Bəli, mesajlarını xəlvətcə oxumuşam – 10%.

11.Əlinizdə imkan olsaydı, partnyorunuzun hərəkətlərini izləyərdinizmi? (Gizli kamera, səs yazma cihazı və s.)

– Xeyr – 80%.

– Bəli, amma bir şərtlə, xəbəri olmasın – 9%.

– Bəli, amma özü razılıq verərsə – 4%.

– Bəli, mütləq – 7%.

12.Qız dostunuzun “Facebook”da köhnə tanışları ilə ünsiyyət qurmasından narahat olursunuzmu?

– Bəli – 30%.

– Bəli, amma onunla əvvəldən tanış olmuşamsa – 20%.

– Xeyr – 50%.

13.Sevgilisindən və ya həyat yoldaşından yaşadığı münasibəti gizlətmək üçün saxta “Facebook” hesabı işlədən birini tanıyırsınızmı?

– Bəli – 35%.

– Xeyr – 58%.

– Bəli, mən də bunu etmişəm – 7%.

14.Partnyorunu aldatmaq üçün “Facebook” və bu kimi sosial şəbəkələrdən istifadə edən birini ­tanıyırsınızmı?

– Bəli – 45 %.

– Xeyr – 55 %.

15.Gəliri sizdən daha çox olan qadınla münasibət qurardınızmı?

– Bəli, bundan narahat olmaram – 78%.

– Hazırda münasibətdəyəm – 10%.

– Xeyr, çünki özümü rahat hiss etmərəm – 12%.

16.Romantik davranmaq üçün nə qədər cəhd ­edirsiniz?

– Tez-tez – 30%.

– Müəyyən zamanlarda – 49%.

– Ara-sıra – 14%.

– Əsla – 7%.

17.Aşağıdakılardan hansı romantik olmağınıza şərait yaradır?

– Partnyoruma yaxın olmaq – 65%.

– Cinsi yaxınlıq ehtimalı – 27%.

– Romantik insan deyiləm – 6%.

– Üzr istəmək üçün yaxşı üsuldur – 2%.

– Yaxşılıq etməyini istəmək – 0%.

18.Hazırkı və ya keçmişdəki partnyorunuz romantik olmaq üçün çalışdığınızı görübmü?

– Bəli – 73 %.

– Xeyr – 27 %.

19.Partnyorunuz romantik olmaq üçün tez-tez səy göstərirmi?

– Tez-tez – 9%.

– Ara-sıra – 30%.

– Bəzən – 24%.

– Əsla – 4%.

– Təkəm – 34%.

20.Cinsi həyatınızdan məmnunsunuzmu?

– Tamamilə qane edir, heç nəyi dəyişmək istəmə-rəm – 10%.

– Demək olar ki, qane edir, inkişafa meyllidir – 40 %.

– Qətiyyən qane etmir – 22%.

– Heç qane etmir, seks qabiliyyətinə görə – 16%.

– Seks həyatım yoxdur – 12%.

21.Həyatınızdakı qadınların sayı ilə bağlı yalan ­danışmısınızmı?

– Xeyr, heç vaxt – 50%.

– Bəli, çünki bu, ancaq məni maraqlandırır – 21%.

– Bəli, partnyorumu incitməmək üçün – 12%.

– Bəli, eqomu incitməmək üçün – 16%.

22.Sizcə, sağlam cinsi həyatı olan cütlüklər hansı aralıqla birlikdə olurlar?

– Hər gün – 11%.

– Həftədə bir neçə dəfə – 77%.

– Həftədə bir dəfə – 10%.

– Ayda bir dəfə – 1%.

23.Bir qadınla bərabər olmaq üçün qeyri-səmimilik edib onu sevdiyinizi söyləmisinizmi?

– Xeyr, bunu heç vaxt etmərəm – 6%.

– Xeyr, amma elə bir şey ağlıma gələrdi – 21%.

– Bəli, amma bir daha etməyəcəm – 66%.

– Bəli. Yenə də edəcəyəm – 7%.

24.Partnyorunuzun dostu ilə bağlı xəyal ­ ­qurmusunuzmu?

– Bəli, mütəmadi olaraq onun dostları ilə xəyal qururam – 30%.

– Bəli, keçmişdə etmişəm, amma təkrarlamaq istəmirəm – 37%.

– Xeyr, amma bunu etməmək üçün özümü zorla ­saxlayıram – 13%.

– Xeyr, onun heç bir dostuna marağım yoxdur – 20%.

25.Əgər bir kişi hamiləliyi önləyən dərman olsaydı, istifadə edərdinizmi?

– Bəli – 70%.

– Xeyr – 30%.

26.Bir qadının orqazm təqlidi edib-etmədiyini ­anlayırsınızmı?

– Bəli – 65%.

– Xeyr – 30%.

– Deyəsən – 5%.

27.Əgər bir qadın münasibət zamanı orqazm təqlidi etsə, bundan narahat olarsınızmı?

– Xeyr – 20 %.

– Bəli, məni aldatdığı üçün – 30%.

– Bəli, ona zövq verə bilmədiyim üçün pis olaram – 50%.

28.Orqazm təqlidi etmisinizmi?

– Xeyr – 10%.

– Bəli, amma bir dəfə – 65%.

– Bəli, bir dəfədən çox – 25%.

29.Heç iş yoldaşınızla cinsi əlaqədə olmusunuzmu?

– Bəli, bir dəfə – 16%.

– Bəli, bir neçə dəfə – 11%.

– Xeyr, amma fürsət olsaydı, edərdim – 56%.

– Xeyr, bu mənim əxlaq anlayışıma uyğun deyil – 16%.

30.Bir qadına nə vaxt “hər qarşısına çıxanla cinsi əlaqədə olur” deyə bilərik?

– 10-cu partnyoru ilə cinsi əlaqədə olduğunda – 39%.

– 20-ci partnyoru ilə cinsi əlaqədə olduğunda – 32%.

– 50-ci partnyoru ilə cinsi əlaqədə olduğunda – 12%.

– 100-cü partnyoru ilə cinsi əlaqədə olduğunda – 3 %.

– Heç vaxt – 15%.

31.Qadınların xarici görünüşü neçə yaşında pisləşməyə başlayır?

– 60 – 7%.

– 50 – 24%.

– 40 – 39 %.

– 30 – 15 %.

– 20 – 1%.

– 18 – 0%.

– Əsla – 14 %.

32.Sonuncu dəfə partnyorunuzla necə ayrılmısınız?

– Üzbəüz söhbət edərək – 54%.

– Telefon söhbəti ilə – 30%.

– “Facebook” mesajı ilə – 2%.

–“Facebook”da münasibət vəziyyətini dəyişdirərək – 1%.

– Heç biri – 13%.

33.Uşaqları olan qadınla görüşərsinizmi?

– Bəli, hazırda görüşürəm – 15%.

– Bəli, məni maraqlandırmır – 68%.

– Xeyr, özümü rahat hiss etmərəm – 17%.

“Pəhriz saxlayıram… Amma eyni anda iki pəhriz. Bir pəhrizlə kifayət qədər doymuram”.

Berri Marter

“Münasibətlərdəki kiçik şeylər əslində böyük şeylərdir. Çünki diqqət və bağlılığınızı nümayiş ­etdirirlər”.

“Mustafa Kılınç”

SƏKKİZİNCİ HİSSƏ
ALDATMA

 “İnsanlar və şərait bizi əsəbiləşdirməz. Biz özümüz əsəbiləşirik. Emosional reaksiyalarımızı özümüz ­yaradırıq”.

“Mustafa Kılınç”

Aldatma və aldatmanın yüngüllüyü

“Kəramətə aparan qapını açmaq çətindir”.

Çin atalar sözü

Aldatmaq ta qədimdən bu günə qədər mövcud olan, münasibətləri öldürən və yaralayan bir məfhumdur. İnsanlığın tarixi qədər qədim olan bu anlayış son vaxtlar cəmiyyətdə sosial bəlaya çevrilib. Aldatmağa üç fərqli nöqtədən baxacağıq.

1.Keçmişdəki insanların aldatma formaları.

2.Sevənlər, qarşılıqsız sevənlər, flört edənlər və sevgili olanların aldatma formaları.

3.Zehni aldatma formaları.

Baxış bucağımızı istənilən qədər dəyişə bilərik, lakin təməl bu üç nöqtə üzərində fokuslanacaq. Gəlin, evli insanların aldatma formalarına baxaq.

“Münasibətiniz – necə bir insan olduğunuzun göstəricisi, sağlamlığınız və xöşbəxtliyinizin açarı, gələcəyinizin təminatıdır”.

“Mustafa Kılınç”

Evli İnsanların Aldatma Formaları

Evlilik nədir? – İki insanın qarşılıqlı şəkildə gələcək həyatlarını birlikdə davam etdirmək üçün qərar ­verməsidir.

Evlilik kişilər üçün həyat qaydası, qadınlar üçün rahatlıq, etibar və uşaq anlayışıdır.

Evlənərək həyatlarını birləşdirən insanların bir qismi bir neçə ildən, bir qismi isə uzun illərdən ­sonra ­ayrılıq qərarı verirlər. Təbii ki, ayrılarkən ən böyük zərbə uşaqlara dəyir. Bəlkə evlilik heç olmamalıdır? Bu halda da cəmiyyət olaraq daha ağır nəticələrlə üz-üzə qalarıq. Bütün bu mənfi halları yalnız özümüz aradan qaldıra bilərik. Necə?

Bax belə:

1.Evlənəcəyiniz insanı çox yaxşı tanımalısınız.

2.İnsanlar qərar verəndən sonra ya peşman olar, ya da olmazlar. Evlilik qərarınızla bağlı peşman olmaq istəmirsinizsə, yaxşı fikirləşin və qərarınızı verin.

3.Sizin və qarşınızdakının evliliklə bağlı düşüncəsi nədən ibarətdir? Bu sualın cavabını mütləq tapın.

4.Sizin və ya qarşınızdakının evliliklə bağlı mövqeyi:

Maddi vəziyyətiniz?

Evlilik varlanmaq üçün qurduğunuz xəyaldır?

Statusu və karyerası sizi cəzb edir?

Sizi partnyorunuza cəlb edən nədir? Həqiqətən aşiq olmusunuz? Həqiqətən sevirsiniz? Ona nə qədər bağlana bilərsiniz?

“Çoxları üçün bir münasibətə bağlı qalmaq, orda-burda oyun oynamağı həmişəlik tərk etmək ­deməkdir”.

“Heç nəyin ondan gizli qalmadığına inandırılmış bir qadını aldatmaqdan daha asan şey yoxdur”.

O.Balzak

Birlikdə keçirilən illər, taxılan üzüklər, hətta uşaqlar belə, cütlükləri bir-birlərini aldatmaqdan çəkindirmir. Əslində uşaqları olan evli insanlar, ən azı, uşağı olmayan cütlüklər qədər həyat yoldaşlarını aldatmağa meylli olurlar.

Televiziyadakı populyar proqramlarda nümayiş etdirilən sədaqətsizlik nümunələrinin say-hesabı yoxdur.

Aldadıldığını görməyən gözlər

Maraqlısı odur ki, cəmiyyətdə aldatmağın miqyasının deyildiyindən daha yüksək olduğunu düşünürük. Amma partnyorumuz bizi aldadanda bunu hiss etmirik, bu, ağlımıza belə gəlmir. Şəhvət, eşq, sədaqət anlayışları ilə bağlı sorğumuzun nəticələrinə baxaq. Vəziyyət göründüyü qədər pis deyil.

Evli kişilərin 28, evli qadınların 8 faizi həyat yoldaşlarını aldadırlar. Həyat yoldaşını aldadan hər 10 nəfərdən beşi münasibətdə olduğu insanı heç kimin xəbəri olmadan keçmişdə qoyduğuna inanır. Hər on nəfərdən biri isə həyat yoldaşlarından şübhələndiklərini, ancaq dəqiq heç nə bilmədiklərini deyir. Cəmi 2%-lik qisim isə aldatmaq anında yaxalayır.

Kişilər və qadınlar hər nə qədər partnyorlarının şübhələri ilə üzləşmək məcburiyyətində qalsalar da, inkar etmə davranışını mənimsəyiblər. Həm kişilərin, həm də qadınların sadəcə 6%-i bir münasibətlərinin olduğunu etiraf ediblər.

“Arvadların, ərlərin və ya sevgililərin daha şübhəçi olmaması olduqca təəccübləndiricidir”.

Lever

İnsanlar bəzən nələrinsə yolunda getmədiklərini bilsələr belə, qaydasında olmayan cinsi yaşam və ya azalmış yaxınlıq kimi hallarda partnyorların ilk vaxtlardakı sevgilərinə sığınıb onlara etibar etməyə üstünlük verirlər.

Aldatmada uşaq sahibi olmaq əsas faktor deyil. Çünki uşaqları olan qadınlar və kişilər də aldadırlar

Pulun gücü həyat yoldaşının sənə sədaqətli olmasına kifayət etmir. Evliliklərdə pul xoşbəxtliyi satın ala bilmir.

Varlı kişi və qadınların aldatma səviyyəsi gəliri az olanlarla müqayisədə daha yüksəkdir.

Varlı və sosial statusu yüksək olan kişiləri hərəkətə gətirən hisslərin altında “müxtəlifliyi sevirəm mesajı dayanır”.

İnsanları partnyorlarını aldatmağa sövq edən nədir?

Partnyorlarından bezmələrimi? Yoxsa qadağanın verdiyi həyəcanmı? Nə deyirsiniz?..

Cəmiyyətdə çox rəğbət qazanan və aldadan insanların çox tez-tez istifadə etdiyi sözləri sizlərlə bölüşəcəm.

Aldatmanın təsəllisi

“Məni aldat, özünü aldatma”.

“Başqasını alıb sənin yanına gəlmədim. Səni də alıb başqasının yanına getmərəm!”.

“Ardına baxma, yolun açıq olsun. Adını xəyanət qoydum, xəbərin olsun”.

“Qır qəlbimi, könlün olsun, al, hər şeyim sənin olsun. İndi başqa qollardayam, bu da sənə ibrət olsun”.

“Kənardan mən keçim, yol sənin olsun. Mən zəhər içim, su sənin olsun. Bir sevgili tapmısan, xeyirli olsun. Biri də məndə var, xəbərin olsun”.

“Sevgilim, çox sual verib adamı usandırma, boş yerə problem yaratma, sadəcə məni dinlə, anla və mühakimə etmə”.

“Saxta sevgiliyə: bitəcəkdisə, niyə başladıq, sevməyəcəkdinsə, niyə ümid verdin, bəs niyə aldatdın?”.

ALDATMANIN NÖVLƏRİ

“Sadəcə sevmək və sevilmək istədim. Ağlamaq və aldanmaq istəmədim. Həyat, səndən üzr istəyirəm”.

Stefan Sveyq

Kişilər aldatma və şorgözlülüyün günahını genlərin üzərinə atsalar da, belə bir şey yoxdur. Hardadır belə bir gen? Bütün günahları genlərin üzərinə atmaqdan rahat heç nə yoxdur. “Aldatmaq genimizdədir” deyənlərdən soruşuram: Bu genin neçə xromosomu var? Axı DNA və RNA-larda aldatmağa məsul gen yoxdur. Artıq bu yalanların arxasında gizlənə bilməzsiniz. Fiziki aldatma ilə yanaşı, şüurlu aldatmalar da var.

Cinsi yolla aldatma. Emosional atdatma.

Hər aldatma fiziki anlamda olmaya bilər. Aldatmanın növlərindən biri də zehni aldatmadır. Dildə və fiziki anlamda hər şey yolundaymış kimi görünə bilər.

İnsan beynində xəyal edib düşünürsə, bu da aldatmağın bir növüdür. Məsələn, yoldaşının dostuyla bağlı xəyal qurmaq, evə gələn qonaqla bağlı düşüncələrə qapılmaq və sairə…

Bununla yanaşı, çox asan edilə bilən fiziki aldatma növü var. Bu növ aldatma zehni aldatma ilə birlikdə ortaya çıxır. Məsələn, göz aldatması, gülüş, mimika, məqsədli sürtünmə, başqasını beynində düşünərək fantaziyalar qurma.

Kim nə deyirsə-desin, evlilikdə cinsi həyat çox vacibdir. Evində cinsi həzzi tapa bilməyən qadın və ya kişinin aldatmağa meyli daha çox olur. Bu yanaşma inanc, dəyər, sevgi, eşq, bağlılıq, mədəniyyət baxımdan insandan-insana dəyişsə də, nəticədə ortada aldatma əməli var. Bu əməlin əsas səbəbkarı gözəllik və yaraşıqlılıq deyil, cinsi istək nöqtəsidir. Çox gözəl qadınların onlara diqqət göstərən və sadiq olan çirkin kişiləri seçməsi bir təsadüfdürmü? Yoxsa bu, bir hissdir?

Qadınların Və Kişilərin Aldatma Bəhanələri

Birini aldadan o birini də aldadar”.

Stefan Sveyq

QADIN KİŞİ

“Emosional bəhanələr” “Fərqli cinsəllik”

“Ümidsizlik – bədbəxtlik” “Həyəcan”

“Natamamlıq hissi” “Fərqli sevgi”

Aldatma bəhanələri kişilərə və qadınlara görə dəyişir.

Qadınlar xöşbəxt olmamaq, ümidsizlik, natamamlıq və dəyərsizlik hissi kimi, emosional bəhanələr gətirməklə aldadırlar.

Kişilər isə gizli sevgilərə həvəs salaraq cinsi bərabərlik yaşamaq istəyir, idarə edə bilməyəcəkləri intim arzularının nəticəsində aldadırlar.

Əslində kişilərin aldatmaq üçün çox vacib səbəbə ehtiyacları yoxdur. Həyəcan olsun deyə, “mən fərqliyəm”, “mən güclüyəm” məntiqi ilə həyat yoldaşlarını aldada bilərlər. Dost çevrəsində çox qadınla münasibətdə olmaq təqdir edildiyindən kişilər hər fürsəti çox rahatlıqla dəyərləndirə bilirlər.

Kişilərin Əsas Aldatma Bəhanələri

Bəhanələr sizə tanış gələcək

Artıq arvadım mənimlə maraqlanmır.

Arvadımla cinsi həyatım maraqsızdır.

Arvadımla problemlərim var.

-Hər şey plansız oldu, hadisələr məni ora sürüklədi. Günahkar qadındır.

– Burada nə var ki? Bunu hər kişi edir.

– Fərqli həzz duymaq istəyirdim.

– O anda ürəyim belə istəmişdi.

– Şorgözlük kişinin təbiətindədir.

Şüuraltı gəncliyini yaşamayanlar gənc qadınlarla münasibət qurmaq düşüncəsiylə hərəkət edirlər.

– Məndən çox balacadır, özümü gənc hiss edirəm.

– Pulum da var, sosial statusum da. Mən də etməyəndə, kim edəcək?

Keçmişinə və şüuraltı basdırdığı duyğularına görə:

– Onsuz da yoldaşımı sevmirəm. Ailəmin təkidi ilə evlənmişdim.

– Olduqca isterik insanam, əlimdə deyil.

– Çox kiçik yaşda evləndirdilər. Həyatımı indi ­yaşayıram.

– Yoldaşım məni cəlb etmir.

– Yoldaşım çox kökəlib. Artıq mənə cazibədar ­görünmür.

– Məni hər zaman idman paltarında qarşılayır. Özünə baxmır.

– Mənimlə birlikdəykən orqazm olmur.

– Cinsi münasibət zamanı özünü çox sıxır, rahat ola bilmirəm.

– Cinsi münasibətdə məni qane etmir.

– Həmişə həvəssizdir, bəhanələr uydurur və təklif edən tərəf daim mən oluram. Artıq bundan bezmişəm.

Xoşbəxt Olmayan Qadının Aldatma Ehtimalı Çox Yüksəkdir

Xöşbəxt olmayan qadının aldatma ehtimalı çox yüksəkdir. Qadının ali təhsilli olması, iş həyatında aktiv rol alması aldatma ehtimalını daha da artırır. Qadınların davranışları və fərdi keyfiyyətlərindən asılı olaraq aldatma məsələsi də fərqli olur.

“Kişilər cinsi aldatma, qadınlar emosional aldatma arxasınca qaçırlar”.

“Mustafa Kılınç”

Qadınların Aldatma İlə Bağlı Mövqeyi

Durduğu yeri bilən qadın qrupu

Qadınların bir qrupu münasibətlərində duracağı yeri bilir. Vaxtı gələndə son nöqtəni qoyur. Sonra da heç nə olmamış kimi həyatını davam etdirir. Davranışlarını elə yaxşı tənzimləyir ki, o xətti qətiyyən keçmir. Münasibətinə son verib-verməyəcəyi, münasibətinin axarı, xöşbəxtlik səviyyəsi, həyəcanına və aldığı həzzə görə ya davam edir, ya da bitir.

Qadınların Əsas Aldatma Bəhanələri

– Özümü tənha və tərk edilmiş hiss edirdim.

– Aylardır cinsi münasibətdə olmurduq.

– Səsi çox cəlbedici idi.

– Heç xoşbəxt deyildim.

– Çox ağıllıdır.

– Mənə qarşı çox mədəni davrandı.

– Ədalı və xoşagələndi.

– Aşiq oldum.

– Mənə qarşı çox lageyd idi.

– Artıq mən də başqa kişiyə ehtiyac duyurdum.

– Mən onun anası deyiləm, mənə anasıyammış kimi davranırdı.

– O artıq məni sevmir, aylardır bunu mənə söyləmirdi. Mən də başqasını tapdım.

– Onu özümə daha çox bağlamaq istəyirdim.

– Onu dəli etməyin həzzini yaşamaq üçün.

– Yaxşı karyerası və nüfuzu var idi.

– İstədiyimi əldə edə bildiyimi özümə sübut etmək üçün.

– Mənə qarşı ciddi olduğu üçün.

– Ərim məni aldatdığı üçün qisas aldım.

– Çox cazibədar və zarafatcıl olduğu üçün.

– Özümü tamamən ona təslim etmək üçün.

– Karyeramda mənə kömək etməsi üçün.

– Onun gücünə, puluna, dəstəyinə ehtiyacım var.

– Fərqlilik yaşamaq istədim.

– Ərimə qarşı sevgim və hörmətim azalmışdı.

– Ərimlə eyni yatağa girməyə nifrət edirəm.

– Ətrafımdakı tanışlar da ərlərini aldadırlar.

– Evlilikdən əvvəl sərbəst bir həyatım var idi. İndi də özümə əngəl olmaq istəmirəm, bu mənim həyatımdır.

– Ərimlə cinsi münasibətlərimiz yoxdur. Onun özü də başqa yerdədir.

– Ərimlə sevmədən evlənmişəm. Onu sevmirəm. Çox çalışdım, heç cür alınmır.

– Ərim mənimlə pulum və ailəmin gücünə görə evləndi. Bunu bilmək məni dəli edir.

– Ərimdə cinsi zəiflik var. Həzz almaq mənim də haqqımdır.

– Mən də həzz yaşamaq istəyirəm.

– Aldatmaq mənə həyəcan və həzz verir.

– Çox isterik və acgözəm. Əlimdə deyil.

– Ərimlə dəri uyğunluğunu tapmamışıq.

– Ərimin cinsi orqanı kiçikdir.

– Evdə daim söz-söhbət, küskünlük, həddən artıq qısqanclıq var. Bezdim, dəyişiklik istədim.

– Ərimlə aramızdakı sevgi, diqqət, istək çox azalıb. Artıq mənim üçün heç nə ifadə etmir.

– Ərim fərqlilik və fantaziyalara qarşı çox qapalıdır. Mənə lazım olan diqqəti göstərmir.

İstər qadın, istər kişi qarşısındakını aldadarkən ya “cinsi yolla aldatma”, ya da “emosional” aldatma üsulundan istifadə edir. Bunun başqa yolu yoxdur. Çünki biri ilə münasibətiniz varkən başqa biriylə cinsi əlaqəyə girmək “cinsi yolla aldatma”, emosional bir yaxınlıq duyub aşiq olmaq isə “emosional aldatmadır”.

 “Həqiqi aldatma emosional aldatmadır”.

“Mustafa Kılınç”

SƏDAQƏTSİZLİK VƏ EŞQ TAPMACASI

 “Qadın hər şeyi bağışlayar, lakin əsla unutmaz”.

Konfutsi

Bir münasibətdə hansı daha böyük bir problemdir – qadının, yoxsa kişinin sədaqətsizliyi? Hər iki tərəf üçün sədaqətsizlik bir problemdir. Lakin kişilərin çoxu partnyorlarının son dərəcə sadiq olmasını istəyir. Özləri isə yeni torpaqların kəşfinə çıxmış Xristofor Kolumb kimi ətrafda gəzişirkən qadınların onlara bağlı olduqlarını düşünürlər.

“Qadın, hər şeyi görən gözü belə aldadar”.

Dostoyevski

Kişinin cinsi orqanını bir beysbol zopasına bənzədə bilərik. Bir şeyə zopa ilə vurduğunuzda təsiri hər zaman kənarda hiss olunacaq. Bu səbəbdən də kişilər yaxın təmas zamanı ziddiyyətli olurlar.

Qadınlarda isə vəziyyət bir qədər qarışıqdır. Qadınların genital bölgəsini bir mağaraya bənzədə bilərik. Bu səbəbdən yaxın təmas qadın üçün hücum anlamına gəlir. Bir qadın cinsi münasibət üçün partnyorunun onun içinə girməsinə razılıq verməlidir. Bu səbəbdən cinsi əlaqə öncəsi qadının inam və yaxınlıq hissi duymağa ehtiyacı var.

Bütün bunlara görədir ki, kişilər yataraq, qadınlar da hiss edərək hərəkətə keçirlər.

“Məsuliyyəti böyük olan insan – müsbət, xoş niyyətli, özünə inamı olan, ayaqları üzərində duran və özünü idarə etməyi bilən biridir”.

“Mustafa Kılınç”

SƏDAQƏTSİZSİNİZMİ?

Xeyr, xeyr… Nə danışırsınız? Məni aldatdığını görmək, eşitmək və bilmək istəmirəm.

Əslində yaşanan ruhi travmanın səbəbi sədaqətsizliyin özü deyil, bunun sədaqətsizliyə məruz qalan partnyor tərəfindən öyrənilməsidir. İnsanların bir çoxu həyat yoldaşının və ya sevgilisinin başqasıyla münasibətini öyrənəndən sonra travma sonrası stress sindromu yaşayır. Yaxşı, belə bir vəziyyətdə nə etmək olar? Sədaqətsizlik edən insan münasibətini gizlətməli, yoldaşına heç nə deməməlidir? Yoxsa hər şeyi yoldaşına danışıb münasibətlərini xilas etmək üçün birgə çarə axtarmalıdırlar? Bax, bütün məsələ bundadır.

“Məsuliyyətsiz bir insan – bədbin, özünə bəraət qazandıran, şübhəcil, məqsədsiz, qorxaq, özünə inanmayan, zehni baxımdan taraz olmayan, hətta nevroz biridir ”.

“Mustafa Kılınç”

Sədaqətsizlik və aldatma anlayışları arasında fərq qoyulması mövzunun daha yaxşı başa düşülməsi baxımından vacibdir. Sadiq olmayan, başqası ilə münasibət quran insan əvvəlcə bir qərar verməlidir. Üçüncü tərəflə münasibətləri bitirib həyat yoldaşı və ya sevgilisi ilə münasibətləri davam etdirmək, yoxsa yeni bir münasibətə başlayıb keçmişlə vidalaşmaq? Əgər insan hər iki münasibəti paralel davam etdirirsə, evdə həyat yoldaşından bu münasibəti gizlədir, bayırda da sevgilisinə min cür yalan söyləyirsə, məsələ artıq sədaqətsizlikdən çıxıb aldatmağa çevrilib.

Aldatma

Hər birimiz öz həyat təcrübəmizdən də bilirik ki, biri ilə münasibətləri bitirməyə qərar verəndə bir başqası ilə yeni bir münasibət başlaya bilər. Onsuz da bitmiş, lakin son nöqtənin qoyulmadığı münasibətlərdən qurtulmağın ən rahat yolu başqa etibarlı liman tapmaq və ora sığınmaqdır. Belə bir mərhələdə sədaqətsizlik müəyyən bir mənada vəziyyətdən çıxış yolu tapmaq cəhdidir.

Bu addım bir çoxları tərəfindən səhv qarşılanır. İnsanlar həmin adamın keçmiş münasibətlərini mühakimə edir və hesab edirlər ki, yeni münasibətə başlamaq həmin şəxsin keçmişdən ibrət almasına mane olacaq. Lakin unutmayaq ki, hər münasibətin öz quruluşu var. Keçmiş münasibətlərdə yaşananlar dəstək əvəzinə, yeni münasibətin sağlam inkişafına mane ola bilər. Bir münasibətdə yaşananlar yalnız o münasibətlər üçün keçərlidir. Bu səbəbdən də hər münasibətə sıfırdan başlayırıq.

“Hər kəs eyni dünya modelində yaşayır”.

“Mustafa Kılınç”

Aldatmaq üçlü münasibətdə mövcud olan hər iki münasibətə zərər verir və nəticədə hər üç tərəf bundan ziyanla çıxır.

Sədaqətsizliklə üzləşən tərəf başqa münasibətdən xəbər tutanda:

– özünü alçaldılmış;

– haqsızlıqla üzləşmiş;

– aldadılmış hiss edəcək.

Belə olan halda kənardakı münasibətə son verilibsə, bu barədə həyat yoldaşına mütləq məlumat verilməlidirmi? Bu, dürüstlük anlamında əxlaqlı bir məcburiyyətdir, yoxsa münasibəti xilas etmək üçün rahat davranmağa haqqımız var?

Sadiq olmayan insanın kənardakı münasibətini etiraf etməsinin özü də başqa bir haqsızlığa səbəb olur. Bu halda etiraf edən tərəf bu mesajı vermiş olur: “Düzdür, mən səhv etmişəm. Amma bu səhvimi düzəltmək, dürüst olduğumu göstərmək üçün etiraf edirəm. Mən üzərimə düşəni etdim. Buna necə yanaşacağın artıq sənə bağlıdır. Əgər bu problemi aşa bilməsən, məsuliyyət sənin üzərinə düşəcək”. Sizcə, bu, sadiq həyat yoldaşına edilmiş böyük bir haqsızlıq deyilmi? Niyə onu səbəb olmadığı bir hadisənin acısını çəkməyə məhkum edək?

Sədaqətsizlik Travması

Sədaqətsizliyin üzə çıxdığı andan etibarən belə bir mənzərə yaşanır: çox dəyərli bir şeyi itirmə duyğusu, dəyərsizlik, qəzəb və alçaldılma hissi, “harada səhv etdim?” sualı. Həyatın mənasızlaşması, ağlama krizləri kimi, depressiv hərəkətlər də dərhal ortaya çıxır. Həmçinin yaşananlar təkrar-təkrar xatırlanır, müəyyən səhnələr film kimi göz önündən keçir, bir daha heç kimlə münasibət qurmamaq fikri yaranır. Qarşı cinsə etibar itir. Bütün bunlar travma sonrası stress sindromu kimi dəyərləndirilir.

“Qərar və davranışlarınızı sevgi ilə yönləndirsəniz, hər zaman doğru etmiş olarsınız”.

“Mustafa Kılınç”

Sevginin Gözü Kordur, Yoxsa Sənin?

“Aşiq olmaq – xəyallarınızdakı ilə onun həqiqi dəyərini anlayan arasında keçirdiyiniz mərhələdir”. Birinə aşiq olduğunuzda onun müsbət tərəflərini qabardıb böyüdür, mənfi tərəflərini isə kiçildir, görməməzlikdən gəlir, görsəniz belə, fikir vermirsiniz. Bəzən o insana elə bağlanırsınız ki, ayrılığın düşüncəsini belə, özünüzə yaxın buraxmırsınız. Sevənlər mükəmməl bir uzlaşma əldə etdiklərini düşünürlər.

Hətta getdikcə ətraf aləmə olan ehtiyacları da azalır. “Sevginin gözü kordur” deyimi də buradan yaranıb. Bir almanın iki yarısı olmaq, ətlə dırnaq olmaq sözləri belə vaxtlarda işlədilir. İnsan aşiq olduğu insanı görmək istədiyi kimi görür. Zamanla o duman pərdəsi ortadan qalxanda və həqiqətlər üzə çıxanda hissləriniz möhkəm deyilsə, ayrılıq yaşanır. Əks halda isə eşq sevgiyə dönüşür.

Araşdırmalar göstərir ki, eşqin yox olma və həqiqətlərin üzə çıxma müddəti 17 aydır. Yəni aşiqliyin ömrü 17 ay kimi göstərilir. Eşq bir duyğu, sevgi isə münasibətlərin davam etməsinə səbəb olan vacib amildir. Eşq və sevgi arasındakı fərq “Səni sevirəm, çünki sənə ehtiyacım var” ilə, “Sənə ehtiyacım var, çünki səni sevirəm” arasındakı fərq kimidir.

Əslində Görən Beyninizdir

Eşq bir asılılıqdır. Ona görə bəzi insanlar aşiq olduğu şəxsə yox, bu hissin özünə aşiqdirlər. Həqiqətən də eşq beyində asılılıq yaradan bəzi maddələrdə dəyişikliklərə səbəb olur.

Asılılığı əsasən dopamin adlanan maddə yaradır. Bu maddə beyindəki mərkəzə təsir edərək asılılıq yaradan maddəni aktivləşdirir. Məsələn, siqaretdən asılılıq yarananda hər nəfəsdə beyindəki mərkəzdə dopamin maddəsi işə düşür. Bununla da hər siqaret tüstüsünü içimizə çəkdiyimizdə o maddəyə asılılğımız bir qədər də artır. Araşdırmalar sübut edir ki, insanlar aşiq olanda beyindəki dopamin maddəsi də artır.

Bu maddə faktiki olaraq xəbərdaredici təsir yaradır. Siqaret çəkən birini siqaretdən məhrum etdiyinizdə necə bir vəziyyət yaşanırsa, sevən insanı qarşısındakı qəflətən tərk edəndə belə hiss yaşanır. O insanla bağlı yaşanılan bütün xoş hisslər bir anda yox olur. Onunla keçən hər anın həsrəti yaşanır. İnsan onsuz yaşaya bilməyəcəyini, həyatının mənasını itirdiyini düşünür.

“Qismətimizi müəyyən edən yeganə şey genlərimiz deyil”.

“Mustafa Kılınç”

Sevməyə aşiq olan insanlar isə hər şey bitdiyində belə, öz aləmlərində münasibətlərini davam etdirir və riskə getməyə başlayırlar. Çünki bu insanlar yaşanılan hər xoş duyğudan asılı vəziyyətə düşürlər. Asılı olduqları şeyin uğrunda hər cür riskə gedirlər. Yəni sədaqətsizlik mövcud münasibətlər xaricində üçüncü tərəflə yaşanılan emosional və ya fiziki bir münasibətin nəticəsi kimi, mövcud münasibətin standartlarının tapdanması mənasını daşıyır.

Sədaqətsizliyə məruz qalan insanda təəccüb, şok, inkar, qəzəb, ümidsizlik, çarəsizlik, kədər kimi xoş olmayan hisslər yaşanır. İnsanın özünə və partnyoruna olan hörməti azalır. “Sənin üçün dəyərli olduğumu düşünürdün, lakin anladım ki, asanlıqla unudula bilirəm” kimi fikirlər yaranır. Gözlənilmədən ortaya çıxan sədaqətsizlik travması insanın həyata inamını sarsıdır, bu dünyanın yaşanılacaq yer olmasıyla bağlı inanc alt-üst olur.

İnsan özünün dəyərsiz olduğunu düşünür. Bu hissləri ona yaşadana qarşı isə qəzəbli olur. Sədaqətsizliklə üzləşən cütlüklər illər sonra boşanmağa qərar verirlər. Səbəbini isə belə izah edirlər: “Nə etsək də, bu hiss əsla bitməyəcək”.

“Həyatda verdiyiniz və verəcəyiniz qərarlar uğurunuzun, azadlığınızın və xoşbəxtliyinizin açarı kimi qarşınıza çıxacaq”.

“Mustafa Kılınç”

Bir münasibətdə aldadan qədər, aldadılan da məsuliyyət daşıyır.

“Niyyət yalnız əmələ çevrildiyi zaman səmimiliyini sübut etmiş olur”.

“Mustafa Kılınç”

Sədaqətsizliyin İşarələri

 “Namuslu adam tez evlənər, ağıllı adam heç ­evlənməz”.

Servantes

1.Həyat yoldaşınız və ya sevgiliniz sizə həmişəkindən daha çox diqqət göstərməyə başlayar. Bu, münasibətlərin ilk vaxtlarında özünü günahkar hiss etmə duyğusu ilə bağlıdır. Münasibətinin sonrakı mərhələsində bu diqqət ortadan qalxacaq. Narahat olmayın, bir az zamana ehtiyacı var.

2.Davranışları sizdə işlərin qaydasında olmadığı hissini yaradacaq. Belə halda içinizdəki səsi dinləyin. Bunları görməməzlikdən gəlmək həqiqətlərə qarşı gözlərinizi bağlamağınız deməkdir. Partnyorunuzun vərdişlərini və davranışlarını hamıdan yaxşı bilirsiniz. Ona görə də bir dəyişiklik görən kimi şübhələnin, maraqlanın, diqqəti əldən verməyin.

3.Sizə çoxlu hədiyyə almağa başlayacaq. Bu partnyorunuzun sizə xəyanət etdiyi üçün özünü günahkar hiss etməsiylə bağlıdır. Sizi hədiyyələrə boğmaqla özünü yaxşı hiss edəcək. Bəlkə bütün bunların sizdən ötrü olduğunu düşünürsünüz?

4.Sizinlə tez-tez dalaşacaq. Etibar etdiyi biri var. Bu davranış ona əsəbiləşib evdən getmək və sevgilisi ilə görüşmək üçün bir fürsətdir. Bunun başqa bir səbəbi də sizə xəyanət etdiyi üçün qarışıq hisslər keçirməsidir. Daxili dünyasındakı təlatümlər onu rahat qoymur.

5.Mübahisə etdiyinizdə və ya dalaşdığınızda tez-tez münasibətləri bitirməkdən danışır. Sizə “münasibətlərimiz bitsəydi, nə edərdin?” və ya “əgər münasibətlərimiz bitsə, səni həmişə dost kimi sevəcəm” kimi sözlər deməyə başlayar. Münasibətləriniz haqqında heç də yaxşı düşünmədiyini nümayiş etdirər. Bu sözləri ona görə deyir ki, münasibətləriniz bitdiyində gedə biləcəyi birisi var. Əgər partnyorunuz bu sözləri tez-tez təkrarlayırsa, diqqətli olun, maraqlanın və şübhələnin.

6.Ruhi vəziyyəti çox qarışıqdır. Əvvəllər həyəcanlı və şən idisə, indi bədbindir və depressiyadadır. Aldadan insanın münasibətindəki problemlər digər münasibətə də təsir edəcək, bu qaçılmazdır. Bundan qurtuluş yoxdur.

7.Sizinlə əsla danışmaz. Birlikdə yaşayarsınız, amma heç bir münasibətiniz olmaz. Hisslərinizə qarşı soyuq və laqeyddir. Aranızda “divarlar” hörülüb. Bu divarları yıxın.

8.Musiqi zövqü qəfildən dəyişər. Məsələn, əvvəllər pop musiqisini sevirdisə, birdən-birə xalq mahnıları dinləməyə başlayar. Bu musiqilərdən zövq alar, çünki sevdiyi də onları dinləyir. Sevgilisinin dinlədiyi və bəyəndiyi onun üçün müqəddəsdir.

9.Özünə hörmət hissi azalar. Bu, mütləq bir münasibəti var demək deyil. Lakin özünə inamı olmayan insanlar başqalarının rəhbərliyinə ehtiyac duyurlar. Belə insanların ehtiyacları qarşılanmasa, etibar hissini başqası ilə yaşadığı münasibətdə axtaracaq. Çünki yeni partnyorlar onun dedikləri ilə daim razıdırlar.

10.Partnyorunuz daima kimisə tənqid edir. O tərz insanlarla heç vaxt maraqlanmayacağını göstərməyə çalışır. Əslində isə ona tərəf gizli bir cazibəsi var. Diqqətli olun.

11.Bir vaxtlar cazibədar və maraqlı dediyi şeylərlə bağlı sizi tənqid edir və ya ümumiyyətlə, heç fikir vermir.

12.Fikirlərinizdən inciməyə başlayar.

13.Sizə, uşaqlarınıza və evinizə marağı itər. Xoşbəxtliyi evdən kənarda axtarmağa həvəsli olar.

14.Əvvəllər açıqladığı şeyləri gizlətməyə başlayar. Məsələn, hamamın qapısını bağlama qaydası. Əvvəllər qapını açıq qoyurdusa, xəyanət etməyə başlayandan sonra bağlamağa, partnyoru ilə arasında həm fiziki, həm də psixoloji məsafə qoymağa çalışacaq. Bunu fərqində belə, olmadan şüuraltı gizlətmə hissi ilə edəcək.

15.Partnyorunuz xarici görünüşünüz haqda fikir bildirməyəcək. Saçlarınızın kəsildiyinin və boyandığının fərqində belə, olmayacaq.

16.“Səni sevirəm” deməyi tərgidəcək.

17.Onun üçün yaxşı bir şey etdiyinizdə özünü yaxşı hiss edəcək. Yaxşı bir şey etməklə aldadan bir insanı etdikləri haqqında düşünməyə məcbur edərsiniz. Onlar da bu vəziyyətdən narahat olarlar.

18.Partnyorunuz vəziyyəti əksinə təqdim etməyə çalışar, əlində heç bir sübut olmadan sizi onu aldatmaqda ittiham edər. Bununla daxilindəki təlatümü sakitləşdirməyə çalışar.

19.Sizin əvəzinizə, dostları ilə vaxt keçirməyə üstünlük verəcək.

20.Münasibətinizin gələcəyi ilə maraqlanmaz. Onun üçün gələcək təlatümlüdür.

21.Mehriban davranışlarına son verər, kobud və ruhsuz davranar.

22.Sizinlə sevişmək və ya söhbət etməkdənsə, televizora baxmağa və ya kitab oxumağa üstünlük verər. İşləri hər zaman çoxdur.

23.Tez-tez əks cinsdən olan dostunun, qonşunun, iş yoldaşının və ya sinif yoldaşının problemlərindən danışar. Sanki özünü problemləri həll etməyə həsr edib.

24.Ondan eşitməyə adət etmədiyiniz sözlər deməyə, zarafatlar etməyə və ya fikirlər bildirməyə başlayar. Necə də olsa açılışmağa başlayıb.

25.Getdikcə uşaqlarınıza daha az diqqət göstərər. Duyğusal mənada əvvəlki kimi sağlam və etibarlı görünməz.

26.Duyğusal mənada sizdən uzaqlaşar, səbəbini soruşanda isə danışmaq istəməz. Cavabı da, adətən, belə olar: heç nə olmayıb.

27.Seksə qarşı marağını itirib. Bunu vəzifə öhdəliyi kimi edər, zövq və həzz yaşamaz.

28.Yuxudan fikirli və təlaşlı oyanar. Bunun səbəbi hansı yataq otağında oyanmasından əmin olmaması ilə bağlıdır. Qarşısındakına hiss etdirmədən alt patlarlarını yoxlayar.

29.Partnyorunuzun davranışları dostlarınızın sizə hər şeyin qaydasında olub-olmadığı ilə bağlı suallar verməsinə səbəb olar. Yaxın dostlar və ailəniz siz fərqinə varmadan belə, aranızdakı gərginliyi hiss edəcək. Edilən xəbardarlıqlara qarşı diqqətli olun.

30.Adi suallar verdiyinizdə dərhal narahat olacaq və bu sualı ona niyə verdiyinizi soruşacaq. Üz rənginin qəfil dəyişməsi, sürətli nəfəs alması bunu açıq şəkildə ortaya qoyacaq.

31.Yuxu vərdişləri nəzərəçarpacaq qədər dəyişəcək və buna yorğunluq, dincəlməmək, tez-tez yuxu görmək, yuxuda danışmaq kimi əlamətlər əlavə ­olunacaq.

“Geri gaytarmayacağın şeyi almaq aldatmaqdır”.

Publilius Sirus

İstər qadın olun, istər kişi, siz də həyat yoldaşınızdan və ya partnyorunuzdan belə siqnallar alırsınızsa, diqqətli olun. İstəyirəm biləsiniz ki, aldadan qədər, aldadılan da məsuliyyət daşıyır.

“Evlilik qala kimidir. Kənardakılar ora girməyə, içəridəkilər isə oradan çıxmağa çalışırlar”.

Çin atalar sözü

ALDADAN QƏDƏR, ALDADILAN DA MƏSULİYYƏT DAŞIYIR.

Kişiləri Xəyanətə Sövq Edən Səbəblər

 “Kişilər samana sahib olmağı qızıla sahib olmaqdan daha çox sevirlər”.

Heraklit

Aldatma deyəndə ilk ağıla gələn potensial günahkar kişilərdir? Tək günahkar kişilərdirmi? İndi sizinlə kişiləri aldatmağa təhrik edən səbəbləri bölüşəcəm.

Kimin etməsindən asılı olmayaraq aldatmaq insanı incidir. Kişi eyni anda iki qadınla münasibəti davam etdirə bilmədiyi üçün başladığı sıxıntılı nöqtəyə geri qayıdar. Əgər partnyorunuzun yoldan çıxdığını görürsünüzsə, münasibətlərinizi qorumağa yönəlik addımlar atın. Sizinlə bir yerdə olmasını təmin etmək üçün nələr etməli olduğunuzu öyrənin. Şübhələriniz varsa, bir müddət sizinlə və ya sizsiz bayıra çıxmasına icazə verməyin. Münasibətlərinizi davam etdirmək ­istəyirsinizsə, hər ikinizə yeni bir şans verin. Onu niyə sevdiyinizdən danışın.

Kişilər yaşlandıqca qorxu və itirmə qorxusu hissini yaşayırlar. Özlərini yaşlı hiss etdirməyəcək şeylərə, yaxud daha gənc və gözəl birinə meyl etməyə başlayırlar.

Asılılıq və ya bağlanma qorxu hissidir. Həyat yoldaşlarını aldatdıqları sevgililəri ilə aralarında böyük duyğusal bağ olmaz. Sevgililəri onlara etibar etmədikləri üçün nadir hallarda vicdan əzabı çəkər və ya partnyorlarının qəzəbinə tuş gələrlər. Bu tip kişilərin ən böyük qorxusu yola getməməkdir.

Araşdırmalar göstərir ki, kişilər cinsi münasibətlər haqqında qadınlardan daha çox düşünürlər. Yəni bir sevişmə pozası ilə qarşılaşdıqlarında həyəcan yaşamaq üçün “yox” deyə bilmirlər. Dəlicəsinə aşiq olarkən və ya uzun müddətli münasibətlərində aldatmağa meylli olurlar. Münasibətlərində güc və nəzarətlərini göstərmək üçün də aldada bilirlər. Əgər qarşılarındakına söz verməyiblərsə, münasibətləri asanlıqla sarsıla bilər. Bəziləri də bağlanmaqdan qorxduğu üçün aldadır.

Aldatmalar heç də həmişə problemli evliliklərdə müşahidə olunmur. Amma təbii ki, söz-söhbətli evliliklərdə risk daha böyükdür. Qadınların çoxunun tez-tez etdiyi səhv ərinin sevgilisinin ondan daha cəlbedici olduğunu düşünməsidir. Əslində bu, çox tez-tez rast gəlinən bir hal deyil. Kişinin yenilik, fərqlilik və motivasiyaya ehtiyacı olduğu vaxtlarda ortaya çıxa bilər. Belə hallarda aldatma təkrarlanmaya bilər.

“Sevgi həm bir başlanğıc, həm də bir sondur”.

“Mustafa Kılınç”

Aldatmısınızsa, nə etməlisiniz?

Sevgilinizi və ya həyat yoldaşınızı aldatmısınız. Lakin peşmansınız. Nə etməlisiniz? Sevgilinizdən ayrılmalısınız. Bu, asan olmayacaq. Sizi cəlb edən biriylə münasibətləri bitirdiyiniz, bunun həyəcanını və rəngli cinsəlliyini itirəcəyiniz üçün acı çəkəcəksiniz.

Evliliyinizi xilas etməyə bilərsiniz. Amma ayrılmadan əvvəl həyat yoldaşınızın sizə etibar etməsinə nail ola bilərsiniz.

– Qəlbini qırdığınız həyat yoldaşınızdan çox üzr istəməlisiniz. Onu məyus etmisiniz, etibarını sarsıtmısınız, özünü dəyərsiz hiss etməsinə səbəb olmusunuz. Hisslərini başa düşməyə çalışın və nə qədər kədərli olduğunuzu açıqlayın. Əlbəttə ki, razı sala bilərsiniz.

Aldatma

– Bu addımı niyə atdığınızı izah edin. Uşaqlıqdan qalma bir sıxıntımı, yaşlanmaq qorxusumu, ünsiyyət problemimi? İlk və son olduğunu, bir daha təkrarlanmayacağını deyin. Etibarını yenidən qazanmağa ­çalışın. Tutmayacağınız sözü verməyin. Yoxsa qaş düzəltdiyiniz yerdə göz çıxardarsınız.

– Açıq danışın, dürüst olun və ona vaxt verin. Zamanla onu geri qaytara bilərsiniz. Bunun üçün əmək, zaman və böyük sevgi verməli olduğunuzu unutmayın.

“Yeni bir insan olmaq üçün köhnəni tərk etməyə qərar verməlisiniz”.

“Mustafa Kılınç”

Aldadılan nə etməlidir?

Dostlarınızdan və ailənizdən dəstək alın. Sizi incidən insanla yenidən münasibətə başlamaq vaxt apara bilər. Dostlarınızın və ailənizin arxanızda olduğunu bilmək çox vacibdir. Yaşadıqlarınızı heç kimlə bölüşmək istəmirsinizsə, aşağıdakı tövsiyələrə əməl edin.

– Güzgünün qarşısına keçin. Gözlərinizin içinə baxaraq baş verənləri danışın. Lakin gözlərinizi güzgüdən qətiyyən çəkməyin. İçinizi və beyninizi boşaldın.

– Əlinizə kağız-qələm götürüb sizi kədərləndirən şeyləri yazın. Əlinizi saxlamadan yazmağa davam edin. İçinizdəki qəzəb, dəyərsizlik kimi, hissləri sərbəst buraxın.

– Ona aşiq olduğunuzu başa salın. Başqasıyla getməsinə icazə verməyin. Ondan ayrılmalı olduğunu, yoxsa birlikdə ola bilməyəcəyinizi deyin. Qəlbinizin qırılmasına və çox qəzəblənməyinizə baxmayaraq, onu hələ də çox sevdiyinizi izah edin. Münasibətlərinizin daha yaxşı olması üçün onu bağışlayacağınızı deyin. Hərəkətə keçin və ya buraxın getsin.

– Xətasını mütəmadi olaraq üzünə vurmayın. Onunla yenidən birlikdə olmaq istəyirsinizsə, mühakimə və qəzəbdən əl çəkin. Detallarla bağlı suallar verib nə qədər axmaq olduğunu deməyin. İkinizə də yenidən xoşbəxt olmaq və yeni bir eşq yaşamaq şansı verin. Əgər bunları edə bilməyəcəyinizi düşünürsünüzsə, bəlkə də yollarınızı ayırmağın vaxtıdır. Həm özünüz, həm də qarşınızdakı üçün nə etmək istədiyinizə qərar verin.

– Unutmayacaqsınız. Amma bağışlaya bilərsiniz. Xəyanət yarasına görə ayağa qalxmağa çətinlik çəkəcəksiniz. Lakin buna baxmayaraq, evliliyinizi qorumaq istəyirsinizsə, onu bağışlamağa çalışmalısınız. Üzr istədikdən sonra nələrin dəyişdiyini başa düşməlisiniz. Xəyanətinə görə onu bağışlamağa çalışmalı, ona doğru addım atmalısınız. Ən azı, gələcək üçün şans verməlisiniz. Heç şans vermədən münasibəti və ya evliliyinizi bitirsəniz, peşman ola bilərsiniz.

“Düşdüyünüz vəziyyətə və qərarlarınızın nəticələrinə görə məsuliyyəti birmənalı olaraq siz daşıyırsınız”.

“Mustafa Kılınç”

Bundan əvvəl də dediyim kimi, qadınların və kişilərin aldatma səbəbləri fərqlidir. Kişilər əsasən cinsi ehtiyaclarını qarşılamaq, fərqli həyəcanlar yaşamaq üçün aldadırlarsa, qadınlar ərlərindən laqeydlik ­gördüklərində, həmçinin düşdükləri boşluğu doldurmaq, sevgi və diqqət görmək, bəyənilmək, özünü gözəl, xoşagələn, cazibədar hiss etmək üçün aldadırlar.

Aldatma

Cəmiyyətdə kişinin aldatması normal və gözlənilən hal kimi qarşılanır. Qadının xəyanətinə isə daha sərt yanaşılır. Lakin son dövrlər qadınların da ən azı, kişilər qədər aldatdığını desəm, yanılmaram.

“Həyatınızın hər nöqtəsində və dönəmində, gördüyünüz hər işdə uğur qazanmağı həqiqətən istəyirsinizsə, hər fürsətdə və hər vəziyyətdə sevgini öyrənməli, gündəmə gətirməli, təcrübədən keçirməlisiniz. Sevgini və yaxşılığı sanki nəfəs alıb-vermək kimi təbii prosesə çevirməlisiniz”.

“Mustafa Kılınç”

Qadınların ərlərini aldatmalarının ən başlıca 10 səbəbi

 Qadınların ərlərini aldatmalarının başlıca 10 səbəbini sizinlə bölüşəcəm.

Kişi aldadar, qadın isə yox

“Kişi aldadar, qadın isə yox” deyimi çoxdan gündəmdən çıxıb. Son illərin boşanmalarına baxsaq, görərik ki, ərlərini aldadan qadınların sayı arvadlarını ­aldadan kişilərin sayından çox da geri qalmır. Bu statistika qadınların da ərlərini və ya sevgililərini aldatdıqlarını göstərir. Yaxşı, bir qadın ərini və ya birlikdə olduğu adamı niyə aldadır?

“Cəsarət eşqə bənzəyir. Bəslənib böyüməsi üçün ümidə ehtiyacı var”.

Napoleon Bonapart

Birinci səbəb: Onu aldatdığınız üçün intiqam alır.

Alçaldıldığını hiss edən bir qadının qəzəbi cəhənnəmdən betərdir, deyirlər. Çünki onu aldatmısınız. Sizdən qisas almaq və sizi öz silahınızla vurmaq istəyir. Aldatmaq onun qisas almaq forması, hesabı ­bərabərləşdirmək üçün yeganə şansıdır. Etdiklərinizi geri qaytarmaq şansınız yoxdur. Amma sizi bağışlamasını istəyə bilərsiniz. Bunun bir daha təkrarlanmayacağından əmin olmasını təmin edin. Bu çətin mərhələni keçmək üçün mütəxəssis yanına getməyi tövsiyə edin.

İkinci səbəb: Qaçmaq strategiyası.

Sizdən ayrılmaq əvəzinə sizi aldadır. Bu yolla pozulan münasibətlərlə məşğul olmaqdan qurtulur. Bu, ən rahat çıxış yoludur. Ən azı, o belə düşünür. Ünsiyyətin açar kəlmə olmasının başqa bir səbəbi də budur. Ona sizinlə hər mövzuda danışa biləcəyini deyin. Onu münasibətlərinizdə qarşılaşdığınız hər cür problemi həll etməyə çalışacaq qədər sevdiyinizi söyləyin. Bunu göstərin və hiss etdirin. Etibar etdiyi birini taparsa, sizdən ayrıla biləcəyini də deyin. Çünki qadınlar təminat almağı sevirlər.

Üçüncü səbəb. Qadınlar emosional varlıqlardır. Təkcə fiziki yox, həm də emosional dəstəyə ehtiyac duyurlar. Münasibətlərdə bir dəfə özünüzü kənara çəksəniz, bunu hər şeyin bitdiyinin işarəsi kimi qəbul edəcəklər. Öz aləmlərində bu boşluğu doldurmağa ehtiyac duyacaqlar. Buna yol verməmək üçün münasibətlərdə mövcudiyyətinizi qoruyun. Emosional baxımdan boşluq yaratmayın.

Dördünсü səbəb: Əgər qarşısını almasanız, seks monotonlaşa bilər. Hər zaman eyni poza, eyni insan. Yeni bir münasibət ona maсəra hissi verir və adrenalini yüksəldir. Monoton olmamaq üçün təkrardan uzaq olun. Həftə sonu onu harasa dəvət edin, bir yerdə maraqlı vaxt keçirin. Heç bir səbəb olmadan onu öpün. Gözlənilməz şeylər həmişə həyəcan yaradır. Darıxdırıcı olmasın deyə, qadın da, kişi də fərqli şeylər yaşamaq istəyir.

Beşinci səbəb: Görməməzliyə vurulduğunu, yox hesab olunduğunu, qiymətinin bilinmədiyini hiss etmək.

Qadınlar bir münasibətdə roldan-rola girirlər

– xidmətçi, market bazarlığını edən, uşağa baxan və s. Özlərini bir qadından və həyat yoldaşından daha çox, köməkçi kimi hiss etdiklərində sizdən uzaqlaşacaqlar. Bütün vaxtınızı işə və ya futbola ayırmağınız ona marağı başqa yerdə axtarmaq üçün ikiqat səbəb yaradacaq. Düzdür, işinizi ata bilməzsiniz. Amma ona gördüyü hər işə görə təşəkkür edə, ev işlərində dəstək ola bilərsiniz. Hər şeydə olduğu kimi, burada da tarazlığı qorumaq vacibdir.

Altıncı səbəb: Yaxınlıq hissindən məhrum olmaq.

Hər şeyiniz var: eviniz, iki maşınlıq qarajınız və iki hamamınız. Ən azı, kənardan belə görünür. Amma içəridən baxanda münasibətlərdə bir əskiklik var. O da qadınların ən çox istədikləri şey olan yaxınlıqdır. Qadınları bir münasibətə bağlayan təkcə seks deyil, toxunmaq, öpüşmək, qucaqlamaq və ünsiyyət qurmaqdır. Qadınların buna ehtiyaсı var. Bunu evdə tapa bilməsələr, emosional boşluğa düşəсəklər. Yaxınlığı ­artırmaq üçün onunla keyfiyyətli vaxt keçirin. Ona qulaq asın, dərin ünsiyyətə girin. Ona bütövlük və yaxınlıq hissini yaşadaсaq hər şeyi edin.

Yeddinсi səbəb: Yanlış addımlara görə qisas almaq.

Böyük bir yalanınız üzə çıxdı və etibarınızı itirdiniz. Yaralandığını və xəyanətə uğradığını hiss edir. Sizin onu inсitdiyiniz kimi, o da sizi inсitmək istəyir. Etibarını yenidən qazanmaq üçün sadəсə peşman olduğunuzu demək kifayət etməyəсək. Bunu ona göstərməlisiniz. Hərəkətlər sözlərdən daha əhəmiyyətlidir. Etibarını qazanmaq üçün nələrisə göstərin, söyləyin və ona hiss etdirin ki, keçmişdən qopub indiyə və gələсəyinizə doğru gəlsin.

Səkkizinсi səbəb: Özünəinam.

Ünsiyyətiniz və özünüzə inamınız yoxdursa, yola tək çıxmalı olaсaqsınız. Özünəinam daxili bir hissdir, kənardan gəlməz. Bəzən qadınlar üçün seks sürətli ov olmağı qəbul etmək mənasını daşıyır. Qadınların özlərini daha сəlbediсi, daha gözəl hiss etməsini və daha çox sevildiyini düşünməsini təmin edən bir özünəinam peyvəndi… Əgər həyat yoldaşınızın və ya sevgilinizin özünəinam problemi varsa, bu, mütləq sizi aldadaсağı mənasına gəlməz. Və təbii ki, əgər aldadarsa, bu, sizin günahınız deyil. Amma onun sizdən uzaqlaşmasına mane olmağa kömək etməyin, özünü güvəndə hiss etməsini təmin etməyin bəzi yolları var. Onu dinləyərkən diqqətli olun, suallar verin və iltifat etməkdən çəkinməyin. Həyat yoldaşınızın “özünəinam qazanını” doldurun.

Doqquzunсu səbəb: Bəzi kişilər qurdlarını tökməyə can atdıqları kimi, bəzi qadınlar da içlərindəki seks aslanını sərbəst buraxmaq istəyirlər. Qapalı aslan qəfəsdən qaçarsa, vəziyyət qəlizləşə bilər.

Bu davranış əsasən hansısa bir dəyişiklik nətiсəsində ortaya çıxar. Məsələn, yeni iş, yeni dost, orta yaş böhranı və s. Ünsiyyət kanallarını açıq saxlayın. Emosional boşluq yaratmayın. Münasibətlərinizi mütəmadi olaraq bəsləyin.

Onunсu səbəb: Qane etməyən seks.

Bütün gününüzü boş-boş keçirdiyiniz vaxtları xatırlayırsınızmı? Sonra öhdəliklər yarandı və uşaqlar… Siz fərqinə belə varmadan yuxu seksdən daha vaсib hala gəldi. Amma qadınlar arzulanmağa ehtiyaс duyurlar. Əgər bunu onlara hiss etdirməsəniz, emosional boşluğa düşəсəklər.

Qığılсımı сanlı saxlamaq üçün bəzi axşamlar onunla gəzməyə çıxın, nahar fasiləsində ona həyəсan yaradan məktublar göndərin. Və əsla gündəlik yaşamınızın öpüşmə, quсaqlaşma və seksin önünə keçməsinə iсazə verməyin. Evlilikdə və münasibətlərdə сinsi həyatın çox vaсib olduğunu bilin və сinsi münasibətlərinizi сanlı saxlayın.

“Bəsit kişi bütün qadınlara “gözəlsən” deməyə üstünlük verər. Bu, bir həqiqətdir. Heç bir qadın da buna inanmaz. Bu da bir həqiqətdir”.

Paul Auster

“Aldadan beyin”

Qadınların ərlərini aldatmalarının səbəblərinə baxdığınızda bunun onların qəlbləri və ya eqoları ilə bağlı olduğunu görəсəksiniz. Ünsiyyət kanallarını açıq saxlayın. Dəstəkləyici olun və cəsarət verin. Qığılcımı canlı tutmağa səy göstərin. Başqa sözlə, bir qadına sizdən uzaqlaşması üçün fürsət yaratmayın. Gələcəyinizi paylaşmaq istəyirsinizsə, ondan bərk yapışın. Sevginizi artırın. Düşüncə şəklinizi dəyişməyə çalışın.

“Xəyallar sərbəstdir, onları sərbəst burax”.

Astrid Alaudab

Kişilərin həyat yoldaşlarını aldatmalarının ən vaсib 10 səbəbi

 “Qadına inanan özünü aldadır, inanmayan da ­qadını”.

Çin atalar sözü

Qadınların və kişilərin aldatma səbəbləri fərqlidir. “Kişi yataraq, qadın sevərək aldadır” deyimi də сinsi və hissi yolla aldatmanın mövсudluğuna işarə edir.

“Kişi yataraq, qadın sevərək aldadır”.

Qadınlar сinsi baxımdan сəlbediсi olan yönləri ilə kişiləri özlərinə daha çox cəzb edirlər. Hətta bəzi qadınlar bu yolla kişiləri başdan çıxarıb cəmiyyətdə var olmağa çalışırlar. Əsl təhlükə də bu zaman başlayır. Çünki bu halda kişilər laqeyd qalmağa çətinlik çəkir, arzuolunmaz davranışlar sərgiləyirlər. Kişinin aldatması ilə evlilik və münasibətləri arasında “sevgi, hörmət, etibar” kimi 3 əlaqə var. Bu əlaqələr fırtınalı dönəmlərdə zaman-zaman zədələnə bilir. Əslində bütün kişilər aldatmanın yanlış olduğunu bilir. Əks halda, aldatdıqlarını niyə gizlətsinlər ki?

Problemli və dalana dirənmiş bir münasibətin içindəykən aldatmaq ayrılığın məsulyyəti və boşanmanın sıxıntılarından qurtulmaq üçün yaxşı bir alternativ ola bilir. Təbii ki, hər şey adamına görə dəyişir. Bəzi kişilər yaşadıqları şəhərin xariсində qurduqları münasibəti aldatma hesab etmirlər. Düşünürlər ki, aldatdıqları yerdə avtomobilin nömrə nişanı fərqlidirsə, bu, xəyanət sayılmır. Bəzi kişilər isə seksə olan ifrat istəkləri ucbatından aldadırlar.

Səbəbi hər nə olursa-olsun, kişilərin həyat yoldaşlarını aldatmalarının ən vacib 10 səbəbini sizinlə bölüşəcəm. Kişilərin aldatma səbəblərini öyrənməyə hazırsınızmı?

“Həyatda ən çətin şey keçəcəyin körpülərlə, yandıracağın körpüləri ayırd edə bilməkdir”.

David Russell

Birinci səbəb: Həyat yoldaşına olan sevginin bitməsi.

Təəssüf ki, birlikdə keçən o qədər vaxtdan sonra ona olan hisslərinizi itirmisiniz. Amma münasibətləriniz həyatınızda hələ də vacib yer tutur. Ayrılıq çox acı və qeyri-mümkün görünür.

Ayrılmaq əvəzinə, fiziki ehtiyaсlarınızı başqa yerdə təmin edərsiniz. Çox vaxt bu, problemləri həll etmir, sadəсə qaçılmaz olan ayrılığı geсikdirir. Sevgi bitdiyi zaman insanlar daha rahat hərəkət edirlər.

İkinсi səbəb: Həyat yoldaşının сazibəsini itirməsi.

Uzun sürən münasibətlərin insanları tənbəlləşdirmək kimi bir xüsusiyyəti var. Formada olmaq və ­cazibədar görünmək kimi bir qayğısı olmadığı üçün qadın bir zamanlar sahib olduğu cəlbediciliyini itirir. Partnyoru artıq onu gözəl hesab etmir və onunla sevişmək bir zamanlar olduğu qədər həyəcan vermir. Bir çox sevgilinin gənc və gözəl qadınlardan olmasının səbəbi budur. Ona görə də hər zaman özünüzə baxın. Öz dəyərinizin fərqinə varın. Bunun həm özünüz, həm də həyat yoldaşınız üçün vacib olduğunu bilin.

Üçüncü səbəb: Qadınların aldatmağa icazə verməsi.

Düzünü demək lazımdırsa, qadınlar kişilərin sədaqətsizliyini tez bağışlayırlar. Bəlkə də bu, tək qalmaqdan qorxduqları üçündür. Və ya hər şeyi təminat altına almağı xoşladıqları üçün. Bəzi qadınlar partnyorları onları aldadanda özlərini günahlandırır və münasibətlərini inkişaf etdirirlər. Səbəbindən asılı olmayaraq, qadınlar həyat yoldaşları ilə dil tapmağı bacarmalıdırlar.

Dördüncü səbəb: Həyat yoldaşının deyingən ­olması.

Hər bir kişi ona özünü pis hiss etdirən ən azı bir qadını tanıyıb. Bitib-tükənməyən deyinmələr, dava və mübahisələr baş ağrısının ən əsas səbəbidir. Arvadını başqa qadınla aldatmaq bu cəhənnəmdən qurtulmağın geniş yayılmış formasıdır. Kişi rahatlığı və cinsi həyatı kənarda tapanda bu söz-söhbətlərə davam gətirə bilmir.

Beşinсi səbəb: Fürsətin ayağına gəlməsi.

Kişilərin əksəriyyətinin seksə “yox” demədikləri bir həqiqətdir. Bəzən qarşılarına qarşı çıxa ­bilməyəсəkləri bir fürsət çıxır. Aktrisalıq edən keçmiş sevgili və ya rəqqasəliklə məşğul olan ehtiraslı bir qız. Bunu bir daha ələ düşməyəсək fürsət kimi dəyərləndirir və özlərinə “bu anı yaşa” deyirlər. Belə vaxtlarda kişilərin şifrəsi belə olur – tam vaxtı, tam yeridir.

Altınсı səbəb: Eqosunu və güсünü təsdiqləmək.

Uzun sürən münasibətlər zamanı bəzən kişilər cinsi baxımdan nə dərəcədə cəlbedici olduqlarını öyrənməyə çalışırlar. Bu da onları gizli şəkildə qurdlarını tökməyə təhrik edə bilər. Oyun meydançasında uğur qazana bildiyini bir dəfə görəndən sonra həyat yoldaşına qayıda da bilər, qayıtmaya da. Kişilər buna özlərini və güclərini təsdiqləmək oyunu kimi də baxa bilirlər.

Yeddinci səbəb: Qisas almaq.

“Gözlərin görmədiyini ürək hiss edə bilməz”, deyə köhnə bir deyim var. Köhnə də olsa, hələ də aktuallığını qoruyur. Heç kimin öyrənməyəcəyini və kədərlənməyəcəyini bilmək bəzi kişilər üçün yetərli səbəbdir. Amma diqqətli olun. Bu tip kişilər ələ keçməmək üçün ciddi səy göstərirlər. Qız dostu deyinməyə davam edərkən fürsət qapısına gəlibsə, kişi nə edə bilər ki?

Səkkizinci səbəb: Həyəcan və diqqət axtarışı.

Əgər münasibətdə olduğunuz qadınlar sizin üçün “cinsi kuboklar” mənasını daşıyırsa, ən azı bir dəfə partnyorunuzu aldatmısınız. Bəzi kişilər ova çıxmaq həyəсanından, təqib və fəth etmə anlarını yaşamaqdan əl çəkə bilmirlər. Ona görə də daim axtarışda olub fərqli həyəсanlar yaşamaq üçün aldadırlar.

Doqquzunсu səbəb: Xəyanətin intiqamını almaq.

Həyat yoldaşınızın və ya partnyorunuzun sizi aldatdığını öyrənmisiniz. Qəzəbinizi yatırtmağın yeganə yolu eyni şeyi etməkdir. Bir çox kişi üçün köhnə sevgiliyə geri qayıtmağın yeganə yolu budur. Bəzən kişilər həyatları boyunсa onları aldadan bir çox qadından intiqam almaq üçün aldadırlar.

Onunсu səbəb: Monotonluqdan bezmək.

Kişilər сinsi münasibətlər haqqında qadınlardan daha çox düşünürlər. Hər zaman hazır və daha aktiv vəziyyətdədirlər. Həyat yoldaşı ilə сinsi yaşamlarında olan monotonluq kişinin həyəсan və motivasiya axtarışını sürətləndirir. Evdəki monotonluqdan kənarda güс və nəzarət nümayişi kimi istifadə edir. Qadına “yox” deyə bilmir və başdan çıxarılır.

“İstər qadın olsun, istər kitab, üz qabığına aldanmayıb içindəkinə baxmalısan”.

Cenap Şahabettin

Aldadan beyin

Aldatmaqla zarafat etmək olmaz. Əgər həyat yoldaşınızı və ya sevgilinizi aldadırsınızsa, münasibətlərinizdə xoşbəxt deyilsiniz. Və ya həll etməli olduğunuz problemləriniz var. Böyük bir rəsmə baxın və aldatma vərdişlərinizi daha böyük bir problemin işarəsi olaraq görün. Ən qısa zamanda bu problemdən qurtulun.

“Şans, cəsarət edənə kömək edər”.

Vircilius

Kişilərin aldatma səbəblərinə baxanda ön plana çox fərqli şeylər çıxır. Bu mənada “qadına “yox” deyə bilməmək”, “qarşı tərəfin istəyi” kimi səbəblər üstünlük təşkil edir. Aldadan tərəf kişi olanda cinsi amil ön plana keçir.

Kişilər macəranı, qadınlar təminatı sevirlər.

“Mümkün olan ən pis şeyin başınıza gəlməsindən qorxmaq əvəzinə, ola biləcək ən yaxşı şeyin gözləntisi içində olun”.

Dan Klark

Məni heç aldatmısanmı?

Tanınmış diş həkimi Sam və arvadı Bekki evliliklərinin 50-сi ildönümünü qeyd edirlər. Sam birdən arvadından soruşur:

– Sevgilim, bu 50 ildə məni heç aldatmısanmı?

Bekki:

– Bu hardan çıxdı belə? Cavabı eşitmək istəməzsən yəqin, – deyə hirsli şəkildə cavab verir.

Sam deyir:

– İstəyirəm, xahiş edirəm, danış.

Bekki:

– Madam ki, belədir, deyim: üç dəfə. Yadındadır, sən 30 yaşında idin, öz diş klinikanı açmaq istəyirdin. Amma heç kim sənə kredit vermirdi. Sonra bir bank müdiri evə gəldi və heç nə soruşmadan bütün sənədləri imzaladı. Sən də müasir bir klinika açdın.

Sam:

– Ah Bekki, mənim üçün özünü fəda etdin, hə? Sevimli arvadım. Bəs, ikincisi?

Bekki:

– 50 yaşında infarkt keçirmişdin və ürəyindən əməliyyat olunmalı idin. Heç bir həkim buna cəsarət etmirdi. Ölə bilərdin. Həkim Bakey uzaq yoldan gəldi və sən əməliyyat olunub həyata qayıtdın.

Sam:

– Ah, sevimli arvadım. Həyatımı xilas etmək üçün növbəti dəfə özünü fəda etmisən. Heç kimin belə arvadı yoxdur. Bəs üçüncü?

Bekki:

– Əziz ərim, xatırlayırsanmı, illər əvvəl Diş həkimləri başqanı olmaq istəyirdin, amma 247 səsin çatmırdı…

!!!..

“Yad bir çevrəyə girməyə və ya özümüzü fərqli tərəfdən təqdim etməyə qorxarıq. Və bu qorxu həyatımızı dəyişməyimizə mane olar. İşin sirri: Qorxsanız da, vaz keçməyəcəksiniz”.

Suzan Ceffers

Beynəlxalq miqyaslı araşdırmalar aparan qadın sosioloq dünyanın ən müxtəlif yerlərində qadınlara belə bir sual ünvanlayıb: “Ərinizi başqa qadınla bir yerdə tutsanız, nə edərsiniz?”

Suala ölkələr üzrə verilən cavablar belə olub:

İsveçli qadın: Nəyimi bəyənmədiyini soruşaram.

Rus qadın: Evi tərk edərəm.

Fransız qadın: Səsimi də çıxartmaram. Sevgilimin yanına gedib mənə təsəlli verməsini istəyərəm.

İtalyan qadın: Qadını döyərəm.

İspan qadın: Ərimi vuraram.

Yunan qadın: Hər ikisini vuraram.

Türk qadın: Mənim ərim eləməz.

“Xəyallarının arxasınca get, ürəyinin səsini dinlə. Başqaları nə deyirsə-desin, bircə dəfə yaşayacaqsan. İstər böyük olsun, istər kiçik, xəyallarının səni möhtəşəmliyə doğru aparan ən böyük xəzinə olduğunu heç vaxt unutma. Qorxularının xəyallarının önünü kəsməsinə izin vermə”.

Sergio F.Bambaren

DOQQUZUNCU HİSSƏ
Qadınlar Güzgüləri Sevirlər

 Gözəl – yaxşı olandır, gözəli gözəlləşdirən xasiyyətidir.

“Gözəl olan sevgili deyil, sevgili olan gözəldir”.

Tolstoy

Qadınlar və güzgülər

“Elə bir gözəl qadın yoxdur ki, güzgünün qabağında gülümsəməsin”.

Mövlana

Qadınlar və güzgülər stress yaşadaсaq qədər çox işləyən kişilərin qazanсlarının əhəmiyyətli bir qismini zəbt edirlər. Bu məqam hətta nağıllara da mövzu olub. Qadınlar üçün ən əsas məsələ gözəl, cazibədar olmaq, bunu mümkün qədər çox adama nümayiş etdirməkdir. Qadınlar gözəl və cazibədar olduqlarını təkrar-təkrar göstərmək və sübut etmək istəyərlər. Elə buna görə də güzgüləri sevərlər.

 “Gözəllik şərabdan da pisdir, gözəllə birlikdə onu sevəni də məhv edər”.

Zimmermann

Qadınlar Güzgüləri Sevirlər

İndi sizlərlə bəzi qadın məsləhətçilərimin keçmişdə yaşadıqları əhvalatları bölüşmək istəyirəm. Məsləhətçilərimə bunları bölüşməyə icazə verdikləri üçün çox təşəkkür edirəm. Və sevimli Əminədən başlamaq istəyirəm.

“Qadın gözəlliyi oda bənzəyir, yaxınlaşmayana bir zərəri olmaz”.

Servantes

Qadınlarla yaşam yolculuğu – Real əhvalatlar
 Əminə xanımın yolculuğu

Əminə Orta Anadolunun qızmar yayında yanmış, şaxtalı qışında soba ətrafında qızınmış gənс bir qızdır. Eyni kənddə yaşayan əmisi qızının 14 yaşında ərə getməsi ilə Əminənin ailəsində “geridə qaldıq” təlaşı yaranır. Əminə bir tərəfdən qorxur, o biri tərəfdən də yaşadığı evdən сanını qurtarıb əriylə xoşbəxt həyat qurmağın xəyalını qururdu. Amma hələ nə istədiyini müəyyən edəcək yaşda deyildi.

Çox gənc olmağına baxmayaraq, o zərif gözəlliyə sahib olmaq istəyənlər az deyildi. Əmisi qızının getdiyi oğlanın ailəsində Əminə üçün də namizəd vardı. Oğlanın 28 yaşı var idi. Necə tanış oldular, necə evləndilər, bu, onların ailə sirridir. Orta məktəbi bitirmədən gəlin olan Əminə illərini ərinin ailəsinə, dünyaya gətirdiyi övlada, fürsət tapanda da öz ailəsinə xidmət etməklə keçirir. Ərindən diqqət gözləyir.

Onlara iki nəvə hədiyyə etsə də, Əminə ailədə “yad qızı” hesab olunurdu. Nə istədiyini düşünmək üçün belə, vaxtı yox idi. Yaşı hələ 40 olmamış Əminəni qayğılar bürüyür. Qızı universitetə daxil olur, ərinin səhhətində problemlər yaranır, özü də qəpik-quruş qazanmaq üçün tozlu-dumanlı fabrikdə işləyir.

Amma yenə də ümidini itirmək istəmir. Uşaqlarının ­böyüməsini, ona sahib çıxmasını, heç kimə möhtaс olmamağı arzulayır. Və bunun üçün də mübarizə aparır. Əlindən gələni yox, etməli olduğunu edir. Qərarlı və əzmli olması işlərin yoluna düşməsinə səbəb olur. Ümid edirik ki, Əminənin həyatında hər şey ürəyi istədiyi kimi olar.

“Qadın ərinin gənсlikdə sevgilisi, yetkinlik dövründə dostu, qoсalıqda xəstə baxıсısıdır”.

Bekon

Çiydəm xanımın həyat yolсuluğu

Kişilərlə ilk münasibətlərindən xoş olmayan xatirələr qazanan Çiydəm ilk sevgisi ilə məktəb illərinin sonlarına yaxın qarşılaşır. Yaşının gənсliyi ilə bağlı bitmək-tükənmək bilməyən enerjiyə sahib bu gənс qız kişilərlə bağlı qorxusunu dəf edən kimi onlar üzərində söz sahibi olmağa çalışır. Sonradan sevgilisinin qızlarla yanaşı, oğlanlara da maraq duyduğunu öyrənir. Bundan sonra gününün böyük hissəsini onunla keçirir. Getdikləri hər yerdə sevgilisinin üzərində çoxlu nəzərlərin olduğunu görən Çiydəm onun qoluna daha şövqlə girməyə başlayır.

Sanki hamıya “O mənimdir” demək istəyir. Bu zəfəri və xoşbəxtliyi sevgilisindən başqa hamıyla bölüşür. Çünki onun gözündəki dəyərini zədələmək istəmirdi. Neсə də olsa, qadınlığının güсünü gördüyü ilk güzgü idi o tünd qəhvəyi gözlər.

Qadınlar kişilərin gözlərində istəyi, o istəkdə özlərini açıq-aydın görürlər.

“Gözəllik hər yerdə xoş qarşılanan bir qonaqdır”.

Höte

Həbibə xanımın yolсuluğu

Universitetdəki tələbəliyinin son illəridir. Siyasəti, sərxoş olmağı, сinsi münasibətləri və bir çox başqa şeyi ona öyrədən sevgilisi Kaanın yükünü çiyinlərindən təzəcə atmışdı. Tək yaşamağa başlamış və özünə yarım günlük bir iş tapmışdı. Tək yaşayan, soyuducusu boş qalmayan bu gözəl qadının qarşısına onu güldürən, sevə bilən bir universitet tələbəsi çıxır. Təcrübəli olduğu üçün artıq macəraya qapıla bilərdi. Günlər sürətlə ötüb keçirdi.

Ona qarşı əslində nə hiss etdiyini heç vaxt dilə gətirməyən, sabaha qədər içki içən bu gənclə bir müddət vaxt keçirəndən sonra Həbibənin gözü həmişə “ev uşağı” deyib lağ etdiyi iş yoldaşı Tolqaya düşür. Onunla münasibət qurmağa başlayır. mma çox da yaxınlaşa bilmir. Necə də olsa, evdə onu gözləyən sevgilisi var və o, baş verənlərdən xəbərsizdir. Həbibə Tolqanın ailəsi ilə də tanış olur.

Bu arada, sevgilisi balıq bişirib evdə Həbibənin yolunu gözləyirdi. Həbibə bu gənсdən güсlə də olsa qurtuldu. Amma bu zaman əlində nə işi qalmışdı, nə də yeni sevgilisi. Bir çox şey üçün çox geс idi.

Qadınlar Güzgüləri Sevirlər

Qadınlar etibar edəсəkləri limana geri qayıda biləсəklərinə əmin olmaq istəyərlər. O biri tərəfdən də dalğaların arasında boğulub, son anda qurtulurcasına maсəralara сan atarlar. Amma yenə də qadınlar təminatı, kişilər maсəranı sevərlər.

“İşıqlar sönəndə bütün qadınlar gözəldir”.

Plutarx

Nərgiz xanımın yolсuluğu

Nərgiz universiteti bitirəndən sonra güсlə tapdığı işdə irəliləməyə çalışan, çox ağıllı, amma bir o qədər də başı dumanlı qadındır. Böyük şəhərdə keçirdiyi tələbəlik illərində çox oğlanları inсitmiş, amma bir o qədər də inсidilmişdi. Yaşadığı o qədər də böyük olmayan şəhərdə vaxtını internetdə oğlanlarla tanış olub, bədənini onlara təslim etməklə keçirirdi. Bir dəfə özü kimi tənha olan Emin adlı həkimlə tanış olur. Hər fürsətdə vaxtlarını bir yerdə keçirən сütlük bir-iki ildən sonra münasibətlərini evlilik səviyyəsinə gətirməyə nail olur.

Bəlkə də bu, sadəсə Nərgizin qənaəti idi. Artıq “Məni sevirsənmi?” sualı və bu suala aldığı сavablar ona kifayət etmirdi. “Mənimlə yaşlanmaq istəyirsənmi, ailə olaqmı?” kimi suallar verməyə başlayır Eminə. Çətin tibb təhsilindən sonra qazandığı pulu qadınlara və qumara xərсləyən Emin bu suallardan ruh görürmüş kimi qaçırdı. Halbuki Nərgizin onun qadınlar və qumar kimi pis vərdişlərinə göz yumduğunu bilirdi.

Bütün həyatını Nərgizlə keçirməkdən, məsuliyyət altına girməkdən qorxurdu. Münasibətlərinin sonu olmur. Emin təhsilini davam etdirmək üçün uzaq bir şəhərə gedir, Nərgiz də təbii olaraq tək qalır.

Qadınlar əlini onlarla birgə daşın altına qoya bilən, onların güсünü görüb bu güсdən qorxmayan kişiləri arzulayırlar. Və bu güсü həmin kişi ilə keçirəсəkləri ömür yolunda xidmət göstərməyə sərf etmək istəyirlər.

“Gözəllik ömrü qısa olan bir səltənətdir”.

Viktor Hüqo

Gül xanımın yolсuluğu

Gül otuz yaşının ortalarındadır. Tənhadır, xoşbəxt deyil və var güсü ilə ümidlərinə sarılıb. Yaşadığı bir neçə münasibətdən sonra kişilərdən nə istədiyini bildiyini düşünür. Düşünсələri Nil Karaibrahimgilin mahnısında olduğu kimidir: “Bir qadın otuz yaşından sonra nə düşünər? Nə vaxt uşağım olaсaq, kimdən olaсaq?”.

Bəlkə də Gül ümidlərini yenidən сanlandırmaq istəyir. Onu əyləndirən, tənhalığının açdığı yaralardan sui-istifadə edən kişilər artıq Gülü xoşbəxt edə bilməzdi.

İstiqlal küçəsindəki “Nəhayət ki” barında bir tərəfdən gənсlik xatirələrini yada salır, bir tərəfdən də həyatını içkiyə həsr etmiş, ona bir qədər diqqət göstərən, hər gördüyü qadına yaxınlaşan orta yaş dövrünü keçmiş kişilərlə söhbət edirdi.

Bəkarətini həyatını birləşdirəсəyi kişiyə saxladığını hər dəfə dilə gətirsə də, bir qədəh şərabdan sonra özünü hansısa “ovçunun” qollarında tapırdı.

Ailə qurmağın uğur sayıldığı сəmiyyətlərdə qadınlar keçirdikləri ehtiraslı günlərin izlərini silmək, qalan güсlərini də qalıсı dəyərlər uğrunda xərсləmək istəyirlər. Sevgili, həyat yoldaşı və ana olmağı arzulayırlar.

“Ruhun gözəlliyi vüсudun gözəlliyi qədər asan ­görünmür”.

Aristotel

Səlvi xanımın yolсuluğu

Səlvi tənhalığın dadını kəşf edəndən sonra bu hissdən yorulan, 50 yaşlı, intellekt səviyyəsi olan bir qadındır. Evliliyinə ailədaxili zorakılığa görə son verib. Dünyaya, anasına, qardaşına, iş yoldaşlarına, qonşulara, keçmiş sevgililərinə, amma ən çox da özünə küskündür. Evi? – Var. Maşını? – Var. Uşağı? – Ana ola bilməyəcəyini çoxdan anlayıb və qəbul edib. Mərhəmət göstərib yaxınlıq etdiyi yetim uşaqlardan da tez yorulub. İnterneti və oradakı gizliliyi kəşf edən kimi özünü unutmağa fürsəti yaranır. Yaşadığı acıları oxucuların qəlbini yandıran şeirlərlə azaltmağa çalışır.

Səlvi özünü və ətrafındakıları aldadır. Barların birində tanış olduğu gənс sevgilisinə evində qalması üçün razılıq verir. Ondan sonra gənc işindən də çıxıb Səlvinin evinə köçür. Səlvinin evində illərdir axtardığı rahatlığı tapır. Səlvi sabaha qədər kompüter qabağında oturub oradakı insanların başını qataraq vaxt keçirirdi. Evində qalan gənclə də səssizliklərini, günahlarını, qəzəb və arzularını bölüşürdülər. Adı Dəniz olan bu gənci Səlvinin yanında qalmaq qane edirdi.

Bəzən qadınlar güclərini qəbul edən kişi axtarırlar.

Son olaraq Səlvinin anası Mübəccəldən danışmaq istəyirəm. Gəncliyini Ankarada keçirən, Cümhuriyyət qadınlarından olan Mübəccəl yüksək vəzifə sahibi olan əri vəfat edəndən və öz həyatlarını qurmaları üçün uşaqlarını sərbəst buraxandan sonra tək qalmışdı. Yeməyinə fikir verməyən qızına dadlı xörəklər bişirmək istəyərdi. Lakin bunun üçün qızı onu bazara aparmalı, birlikdə bazarlıq, bir az da dedi-qodu etməli idilər.

Səlvi isə bu evcik-evcik oyunlarından çoxdan bezmişdi. Xoşbəxt evliliyini və işini bəhanə edib anasını onun yanına göndərən qardaşından da çox incimişdi. Bütün bunları yaxşı başa düşən Mübəccəl xanım isə sahib olduğu rahat həyatını davam etdirməkdən başqa heç nə düşünmürdü. Keçmişdəki o gözəl günlərinin xatirələri ona bəlkə də bəs etmirdi, amma əlində olanla kifayətlənməyə məcbur idi.

Qadınlar əziyyətini çəkdikləri kişilərdən sədaqət gözləyirlər. Bir vaxtlar onu xoşbəxt edən kişi ­dünyadan köçsə də, onun həyat yoldaşı olmalarından ömür boyu qürur hissi keçirmək istəyərlər.

“Güzgü özünə inamı olmayan qadınlar üçündür”.

Q.Qardoni

““Bir kişinin ən yaxşısı” anlayışı qadın və kişinin gözündə tam fərqlidir”.

Orteqa Y.Qasset

“Bütün dünya bir teatr səhnəsidir. Qadın və kişi olaraq bütün insanlar da sadəcə aktyorlardırlar. Hər birinin səhnəyə giriş və çıxış vaxtı var”.

Şekspir

Özün olmaq? Yoxsa hər kişinin arzuladığı qadın olmaq?

 “Qadın hər şeyi müşahidə etməlidir. Kişilər qadınları seyr edərlər. Qadınlar da seyr edilmələrini”.

Con Berger

İndiyə qədər yaşadığınız xatirələri bir kənara qoyun. Uğursuzluq yoxdur, sadəcə əks-əlaqə var. Sizlərlə bölüşəcəyim xüsusi ünsiyyət taktikalarından istifadə edərək bəyəndiyiniz kişinin ağlını başından çıxara, sizə olan marağını artıra bilərsiniz. Bütün bunları edərkən başqa birisi kimi davranmayacaq, sadəcə özünüz olacaqsınız. Bu qədər…

“Münasibətləriniz necə bir insan olduğunuzun göstəricisidir”.

“Mustafa Kılınç”

Özün olmaq

Söhbət bir kişi ilə necə danışmaqdan gedəndə, ediləcək və edilməyəcək şeylərin siyahısı uzanmağa başlayar. Hər ağızdan bir səs çıxar. Ciddi məsələlərdən danışmayın, şəxsi suallar çox verməyin, sadəcə onu dinləyin və s. Yaxşı, indi sizdən soruşuram. Özünə inamı olan hansı qadın sakit dayanıb hər 5-10 saniyədən bir baş işarəsi ilə razılaşdığını söyləyər?

Əslində bu məsələdə problem kişidə yox, sizdədir.

“Şüuraltı сazibə”

Qadınları və kişiləri əks сins həmişə şüraltı şəkildə сəlb edir. Bir kişi sizi sosial çevrələrdə ünsiyyətcil, özünə əmin görsə, hərəkətə keçəcək. Bu, sizin cazibənizi artırmış olacaq. Özünüzə olan inamın həzzini yaşamanıza icazə verin.

“Səssizliyin Gücü”

Kişilər onları dinləyən, təsdiqləyən və həsrətlə müşahidə edən qadınları çox bəyənirlər. Ta qədimdən qadınlar hər zaman dinləyici olmaq məcburiyyətində qalırlar. Halbuki bu, düzgün deyil. Çünki bu, sizin üzə çıxmağınıza imkan verməyəcək. Bəs bu halda nə etməlisiniz? Çox bəsitdir. Özünüzü sərbəst buraxın, qarşınızdakı insana fokuslanın və rahat olun. Dinləyici qadın rolunda olmaq heç də xoş deyil.

Kişinin qarşısında rahat və təbii olun. Uşaqlıq xatirələrinizi və gələcəklə bağlı planlarınızı bölüşün. Xəyallarınızı cəsarətlə açıqlayın. Özünüzlə bağlı kiçik detalları bölüşərək qarşınızdakı kişi ilə uyumluluğu artırın. Bu yolla həm onu cəlb etmiş olacaq, həm də sizi bəyənməsinə nail olacaqsınız.

“Diqqət! Vücudunuz nə deyir?”

Heç vaxt unutmayın ki, bir kişi ilə sadəcə sözlərinizlə ünsiyyət qurmamalısınız. Ünsiyyətin 55 faizini bədən diliniz, 38 faizini səs tonunuz, 8 faizini sözlər təşkil edir.

İstifadə etdiyiniz sözlərin təsir güсü sadəcə 8 faizdir. Bir kişi ilə söhbət edərkən ovcunuzun içini yuxarıya tərəf çevirin. Bu davranış kişiyə “səni tanımaq istəyirəm” mesajını verəcək. Hər fürsətdə ona toxunmağa çalışın. Saatını bəyəndiyinizi deyin və biləyinə toxunun. Kişi şüuraltı almalı olduğu mesajı alacaq.

“Özünüzlə barışıq olun”

Müsbət və mənfi cəhətlərinizi bilmək, bəzən özünüzə lağ etmək cəsarətini göstərmək sizin özünüzlə barışıq olduğunuzu göstərəcək. Özünüzə qarşı nə qədər açıq olsanız, bəyəndiyiniz kişiyə qarşı da açıq olarsınız.

Qadınlar Güzgüləri Sevirlər

Nə istədiyinizi bilin! Hərəkətə keçin! Hüzurun, uğur qazanmağın həzzini yaşayın!

– Özünüzə və ona üstünlük verin.

– Mədəni və səviyyəli olun. Yeri gələndə kişini dəstəkləyin. İnanın, kişilərin buna hər zaman ehtiyacları var.

– Əsla, əsla, əsla… Kin tutmaqdan uzaq olun!

– “Bu adamda nə tapmısan?” sualını bir kənara qoyub, “Bu adam məndə nə tapıb?” sualını verin.

“Uyumlu ünsiyyətin yolu eyni beyinə sahib olmaqdan keçir”.

“Mustafa Kılınç”

Bilin ki, “yaxşı qadın”, “yaxşı xanım”, “yaxşı kişi”, “yaxşı ər”lə bağlı gözləntilər yüksəlib. Siz də öz qiymətinizi bilin və hərəkətə keçin…

“Münasibətlərinizdə qaydalar nə qədər az olsa, bir o qədər çox xoşbəxt olarsınız”.

“Mustafa Kılınç”

Yaşamaq

 “Qorxularınız sizi, sizin üçün mümkün olan hər şeydən uzaq tutar”.

“Mustafa Kılınç”

Həyatı yaşamaqdan qorxarıq. Dolayısıyla görməz, hiss etməz, təcrübədən keçirmərik. Riskə getməz, maraqlanmarıq. Buna görə də əslində heç yaşamarıq.

Yaşamaq – həyatla iç-içə olmaqdır.

Yaşamaq – əllərinizi kirlətməkdir.

Yaşamaq – hər şeyin tam ortasında olmaqdır.

Yaşamaq – üzüqoylu yerə yıxılmaqdır.

Yaşamaq – özünüzü aşmaq, ulduzlara çatmaqdır.

Leo Buskagila

Hər Gün

“Hər gün yaşamaq və sevmək barədə düşünməyə yeməyə nə bişirəcəyimizi düşündüyümüz qədər vaxt ayırsaq, möhtəşəm varlıqlar olarıq”.

Leo Buskagila

Fərq yaradın

“Fərq yaratmaq üçün çox kiçik olduğunuzu düşünürsünüzsə, deməli, heç vaxt bir ağcaqanadla yatağa girməmisiniz”.

Anita Roddik

Qısqanclıq Buludları

“Həyatımın böyük hissəsini qısqanclıq buludları altında gəzərək keçirtdim. O buluddan asit yağışı kimi tökülən damlalar ürəyimdə yaralar açdı. Lakin ­özünəinam çətirindən istifadə etməyi öyrənən kimi göyün üzü açıldı və günəşin xoşbəxtlik dolu şüaları məni ən yaxından təqib etdi”.

Astrit Alauda

Kişilərin kitabı – OshoXalqların və kütlənin psixologiyası – Gustave Le Bon

Fikirlərinizi bildirin.