Qadınlar hekayə danışmağı bacaran kişiləri daha tez sevirlər

758
Qadınlar hekayə danışmağı bacaran kişiləri daha tez sevirlər 2

Qadınlar hekayə danışmağı bacaran kişiləri daha tez sevirlər. Alimlər bu dəfə də, sizin təxmin etdiyiniz yəqinləri təsdiqləməyə çalışıblar.

ABŞ-da Buffalo Universitetinin alimləri iki araşdırma aparmış və qarşı cinsin nümayəndələrinə nələrin narrativ (səliqəli danışıq bacarığı) və cazibəli göründüyünü müəyyən etməyə çalışmışlar.

İlkin olaraq araşadırma zamanı iştirakçılara qarşı cinsin nümayəndələrinin şəkilləri göstərilmişdir. Nümayiş zamanı şəkillərdə əks edilən insanların danışıq qabiliyyəti, doğulduğu yer, yaşı və spaqetti sevib-sevmədiyi haqda məlumat verilmişdir. Bütün şəkillər təxmini say olaraq üç hissəyə ayrılmışdır: “maraqlı söhbət edə bilənlər (bu halda zəngin söz bazası olanlar, eyni zamanda söhbətləri, toxunduqları mövzular müxtəlif tədbirlərdə maraq oyada bilənlər nəzərdə tutulur)”, “adi söhbət edə bilənlər”, “az söhbət edənlər (dostlar arasında ən susqun insan, çox vaxt fikirlərini aydın ifadə edə bilməyən insan)”.

Bundan sonra araşdırmanın iştirakçıları cazibə meyarlarına əsasən qruplara uyğun olaraq qiymətləndirməli olurlar: sex üçün görüş, uzun müddətli münasibətlər üçün görüş, dostluq münaibətləri. Nəticələrə görə uzun müddətli münasibətlər zamanı kişilərdə yaxşı nitq qabiliyyətinin və nəql etmə bacarığının olması onu daha çox cazibəli edir.

Maraqlısı ondadır ki, kişilərə ümumiyyətlə fərq etmir. Onların fikirlərində tutduqları qadın obrazında danışıq tərzi və bacarığı heç bir önəm daşımır.

İkinci eksperimentdə cazibə ilə bağlı suallara bir neçə sual əlavə edilir: “Fikrinizcə onların hansında liderlik xüsusiyyətləri daha qabarıqdır?”, “Kim daha çox heyranlıq hissi yaradır?”, “Kim öz arxası ilə kütləni aparmaq ixtidarındadır?”. Bəyağkı araşdırmada olduğu kimi, bu dəfə də ən çox xalları qadınlar yaxşı söhbət etmək bacarığına malik kişilərə vermişlər.

Məsələyə nisbətən elmi don geyindirməyə çalışsaq, əsaslandırma bu formada formalaşacaqdır. Kişilər genlərini qadınlara nisbətən daha geniş şəkildə yaymağa meyillidirlər. Eyni zamanda, nəsil artırma məsələlərində də kişilər qadınlara nisbətən fərqli formada cəht göstərirlər. Yəni, kişilər yalnız sexual yaxınlıqla kifayətlənirlərsə, qadınlarda buna aylarla davam edən hamiləlik müddəti və övladın tərbiyyəsi əlavə edilir. Bu səbəbdən də, kişilər portnyor seçərkən daha az meyar irəli sürə bilirlər. Qadınlar isə, şüuraltı olaraq, özləri belə hiss etmədən tərbiyyədə yardımçı ola biləcək insan axtarışındadırlar.

Alimlərin təklifinə əsasən görüş zamanı mövzu ilə bağlı daha ətraflı və daha maraqlı danışmağa çalışmaq gərəklidir. Bu bacarığa sahib kişilər digər rəqiblərindən bir addım öndə olurlar.

Argyll hersoginyasının 88 məşuqu: Britanyanı sirkələyən seks qalmaqalıBulling – niyə kişilər bir-biriləri ilə kobud zarafatlaşmaqdan zövq alırlar?

Əvvəlki məqaləHər gün idmanla məşğul olmağın düzgün olmaması barədə 3 səbəb
Növbəti məqaləSinə, yoxsa arxa? Hansı ölkələrdə daha çox nəyə üstünlük verilir?

Fikirlərinizi bildirin.