Qadınlar haqqında 20 maraqlı fakt
-
Qadınlar gün ərzində təxmini 20 min söz işlədirlər. Bu isə kişilərdən 13 min söz artıq deməkdir.
- Dünyanın ən varlı 20 qadını sahib olduğu var-dövləti ya atalarından, ya da ərlərindən qalma yolu ilə əldə etmişlər.
-
Orta statistik bir britanyalı xanım 19 cüt ayaqqabıya sahibdir. Lakin, yalnız 7 cütündən istifadə edir.
- ABŞ-da doğuşun 40%-i ərdə olmayan qadınların payına düşməkdədir.
-
Qadınlar təxmini həyatlarının bir ilini “nə geyinəcəm” deyə düşünürlər.
- İl ərzində qadınlar ortalama 30-64 dəfə arası ağlayırlar. Kişilərdə isə bu göstərici 6-17 dəfə arasında dəyişir.
-
İzrail dünyada qadınların hərbi xidmətə çağırıldığı yeganə ölkədir.
- Qadının qəlbi kişinin ürəyindən daha çox döyünür.
-
Qadınlarda dadbilmə reseptorları kişilərdən artıqdır.
- 1900-cu ildən etibarən qadınlar ilk dəfə olaraq Olimpiya oyunlarında iştirak etməyə başlamışlar.
-
Qadınların yalnız 2%-i özünü gözəl hesab edir.
- Nigeriyada qadınlar orta hesabla 7 uşaq dünyaya gətirirlər. Bu dünyanın ən yüksək göstəricisidir.
-
Qadınlar kişilərə nisbətən daha uzunömürlüdürlər. Səbəb isə onların imun sistemlərinin daha gec qocalması hesab edilir.
- ABŞ-da biznes sahələrinin 30%-inə qadınlar sahiblik edirlər.
-
Birləşmiş Ərəb Əmirliyində ən böyük gender disbalansı mövcutdur. 219 kişiyə yalnız 100 qadın düşməkdədir.
- Dünyanın bütün qadınları birlikdə il ərzində 18 trilyon dollar gəlir əldə edirlər. Xərcləri isə 28 trilyon dollar təşkil edir.
-
Ev şəraitində zorakılığın qadağan olunmadığı ölkələrdə 603 milyon qadın yaşamaqdadır.
- “Bozun əlli çaları” kitabını alan insanların 80%-ni qadınlar təşkil edir.
-
Dünyada qadının şərəfinə adlandırılan yeganə dövlət mövcutdur – ada dövləti olan Sent-Lyis. O 1502-ci ilin 13 dekabr tarixində Columb tərəfindən məhs müqəddəs Lyis günündə kəşf edilmişdir.
- Britaniya alimlərinin araşdırmaları müəyyən etmişdir ki, orta statistic bir qadın həyatının 17 ilini pəhrizdə keçirir.
Kişilər Marsdan, qadınlar Veneradandır – Con Qrey, Qadınların sexi korlamağının 10 adətləri