Qadın sinəsi Amstredam sularında. Amsterdam olduqca gözəl və yeniliklərə açıq bir şəhərdir. Buranın sakinləri olduqca kreaitv və güclü insanlardır. Dediklərimizin baris nümunəsi kimi 2andSunny agentliyinin reklam idealarını misal göstərə bilərik. Beynəlxalq qadınlar günü münasibəti ilə onlar müxtəlif formalarda qadın sinəsini Amsterdam kanallarına göndərmişlər.

Səbəb?

Agentliyin spzlərinə görə: “Bədən hissəmiz olan burun kimi, sinədə sadəcə bir bədən üzvüdür. O sadəcə qadını qadın edir.” Kreativ mütəxəsislərinin fikrincə aksiyanın ərsəyə gəlmə səbəbi” qadın sinəsinin sadəcə sinə olduğunu” diqqətə çatdırmaqdan ibarətdir.

Qadın sinəsi Amstredam sularında

Bu cür qəribə perfonmansın sərgilənməsində səbəb yaxın dövürlərdə aparılmış araşdırmalar olmuşdur. Araşdırmalarda 160 qadın iştirak edib. Rəyi soruşulan qadınların 78%-nin öz sinə ölçülərindən utandıqları və narahatlıq hissi keçirdikləri müəyyən olmuşdur. Nəticədə 2andSunnynin qadın komandası bu cür açıqlamalara biganə qala bilməmiş və sözü gedən aksiyanı düşünmüşlər. Onlar sanki birlşərək dünyada qadınların bu kimi səbəblərdən utanmamağa, özünə qapanmamağa, hər şeyə obyektiv yanaşmağa və bunu, təbiətin bəxş etdiyini bir əsirgəmə kimi qəbul etməməyə səsləmişlər.

“Bizim fikrimizcə cəmiyyətin qadın sinəsinə bu qədər fokuslanması çox qəribədir. Komandamızın məqsədi bədənin bu hissəsi ilə bağlı sexsualizatsiyanın gərəksiz olduğunu diqqətə çatdırmaqdır.”

— deyə Laura Visko bildirmişdir. Xanım 72andSunny Amsterdam agentliyinin kreativ direktor vəzifəsində çalışır.

Qadın sinəsi Amstredam sularında

“Çox böyük, çox balaca, çox qoca, çox cavan – qadın sinəsini daim qiymətləndirməyə çalışırlar və senzura mərkəzinə çevirirlər. 72andSunny Amsterdamda çalışanların fikrincə istənilən sinə gözəldir. Burda qiymədləndirmədən və ya müzakirələrdən söhbət gedə bilməz. Bu sadəcə bədənimizin bir hissəsidir” – Visko sualları cavablandırıb.

İstənilən fərqlilikdə olan – kiçikdən böyüyə, sünidən pirsinqliyə, forma müxtəlifliyindən dəri rənginə qədər olan sinələr mart tarixində rəssam Ernosto Bosun və onun Bos Deco komandasının iştirakı ilə Amsterdan kanallarında üzməyə buraxılmışdır. “Bizim üçün onların hamsı eyni şəkildə gözəldirlər. Dünya sadəcə onları necə varsa, eyni gözəllikdə qalmağına icazə verməlidir. Niyə qadın sinəsi (döşləri) hər hansısa yazılmamış sosial və ya mədəni ənənələrə uyğunlaşdırılmalıdır? Gəlin birlikdə onları azad edək və məhs qadınlar günündə onların hüquqlarını #JustBoobs hashtagı altında qorumağa çalışaq.” – sözləri 72 andSunny agentiliyinin bütün kreativ işçilərinin press-relzlərində əks edilmişdir.

Kişilər haqqında qadınların inandığı 9 mifQadın döş gilələri haqqında maraqlı faktlar

Fikirlərinizi bildirin.