Qadın prezervativi nədir və necə istifadə edilməlidir?

364
Qadın prezervativi nədir və necə istifadə edilməlidir

Qadın prezervativi nədir və necə istifadə edilməlidir? Kontraseptik vasitələr bazarı günü-gündən böyüyür və çeşid fərqlilikləri ilə seçilir. Bu səbəbdən də, hər zaman yaxınlıq zamanı sizə ən çox uyğun olan variantı rahatlıqla seçə bilərsiniz. Son zamanlar qadın prezervativləri olduqca sürətlə məşhurluq qazanmaqdadır.

Qadın prezervativləri – kontraseptikanın alternativ variantlarından biri hesab edilir. Onu bəzən daxili prezervativ də adlandırırlar. Daha rahat olması üçün isə FC2 istehsalçı brendinin adına uyğun olaraq femidom da deyilir. Kişilər prezervativləri cinsi orqanlarına geyindikləri kimi, qadınlar da bu vasitəni daxilə daxil edirlər.

Nədən hazırlanır və hara daxil edilir?

Beləliklə, qadın prezervativləri özlüyündə elastik – şəffaf boru şəklində olaraq hər iki sonluğunda üzük bərkidilmiş yenilikdir. Üzüyün biri daxilə, qadın cinsi orqanına daxil edilir, digəri isə bayırda saxlanılır. Bu yolla sanki qadının cinsi orqanında bir növ tunel formalaşır. Bu cür prezervativlər adətən lateks və ya poliuretendən hazırlanır. Təxmini 8 sm uzunluğunda olur. Cinsi orqanın divarlarını əhatə edərək spermanın həmin divarlara bir başa toxunuşunun qarşısını alır. Bu halda həm hamiləlik, həm də digər xəstəliklərin qarşısı alınmış olur.

Qadın prezervativləri son illərin kəşfi deyil. İlk dəfə 1993-cü ildə ABŞ-da istehsal olunsa da, məşhurlaşa bilməmişdir. Femidomun daxil edilməsi qadın tamponunun daxil edilməsinə bənzəyir. Lakin, istifadə yalnız cinsi əlaqədən öncə edilməlidir. İstehsalçıların sözlərinə görə qoruyucu vasitə daxildə demək olar ki, hiss edilmir.

İstifadə üçün qadın uyğun formada oturmağa çalışır, ayaqlarını bacardıqca aralamalı olur. Sonradan bağlamanı açaraq daxilə yerləşdirməyə çalışır. Barmağı ilə sona qədər itələyir. Çıxarılması da olduqca rahat və asandır.

Qadın prezervativinin müsbət və mənfi cəhətləri

Yəqinki femidomun üstünlükləri olduqca aydındır: qadın kontraseptik vasitənin növünü özü seçir, portnyoru geyinməsi üçün yola gətirməyə əziyyət çəkmir, öz təhlükəsizliyi öz əlində olur. Üstünlüklərdən biri də, cinsi yaxınlıq zamanı prezervativin taxılması üçün sığalların dayandırmalı olmamasındadır. Yəni sexdən öncə istifadə edilə bilir.

Lakin, təəsüfki, mənfi tərəfləri də az deyil. İlk olaraq bəzi qadınların sözlərinə görə prezervativi duzgün yerləşdirmək uzun prosesdir və nisbətən əziyyətlidir. İkinci isə, bəzi qadın prezervativlərinin özünəməxsus qoxusu olur. Digər səbəblərdən biri də, onunla əlavə smazkanın istifadə edilə bilinməməsidir. Qiyməti yuxarı olduğundan, heç də bütün apteklərdə tapılmır.

 Prezervativlə sexsi necə yadda qalan etmək mümkündürKreativ prezervativ reklamları

Əvvəlki məqaləDünyanın hansı ölkəsini daha təhlükəli hesab edirlər?
Növbəti məqaləArıqlamaq üçün ən təhlükəli həblər

Fikirlərinizi bildirin.