Qadın orqazmı haqqında 6 mif. Biz hamımız artıq büyük oğlanlarıq və artıq şaxta babaya güvənməməyin zamanı çoxdan yetişib. Qadın orqazmı mövzusu ətrafında olduqca xeyli sayda miflər dolaşmaqdadır. Bunların bir çoxları hətda çox inandırıcı səslənir. Gəlin bu gün mifləri birlikdə dağıdaq və qadın orqazmının əslində necə olduğunu dəqiqəşdirək.

Mif 1. Qadınlar hər zaman orqazmı vaginal sex zamanı yaşayırlar

Bu yəqinki ən çox yayılmış qeyri dəqiq məlumatdır. Qadının mütləq mənada bir yolla orqazm yaşaması doğru fikir hesab olunmaz. Vaginal sexdən sonra kluminasiya nöqtəsinə çata bilməyən bir çox qadınlar özlərini tam olaraq bacarıqlı məşuqə saymırlar və nəticədə simulasiya ilə məşğul olurlar.

Lakin, Kanadanın genekoloqlar cəmiyyətinin araşdırmalarına görə qadınların yalnız üçdə biri (yəni 30%-i) əlavə stimulyasiya olmadan vaginal sex zamanı orqazm yaşaya bilərlər.

Mif 2. Orqazm hər zaman inanılmaz həzdir

Lakin, həqiqətdə heçdə bütün qadınlar heç olmasa həyatlarında bir dəfədə olsa orqazm yaşadıqlarını əminliklə söyləyə bilmirlər. Əlbətdə, tərəf müqabilinə qadının pik nöqtəyə çatmasını anlatmaq üçün bəzi siqnallar mövcutdur, ancaq bu heç vaxt 100% baş verə bilmir. Bir qayda olaraq qadın tez-tez nəfəs almağa başlayır, nəfəsin səsi daha xırıltılı səslənir, əzələləri dartınır. Beləliklə kişi bunu hiss edə bilir.

Lakin, bütün bunlar orqazm yaşamanın qaydası kimi qəbul edilə bilməz. Misal olaraq, heçdə bütün qadınların beldən aşağı əzələləri tarıma çəkilmir. Braun Universitetinin araşdırmalarına inansaq, əzələlərin daha çox sıxılma anı vagina ətrafında, matkada, anal sonluqda baş verir. 10% qadınlarda isə maye axını baş verə bilir.

Mif 3. Skvirt – qadın eyakulyasiyasıdır

Sexsoloqlar bu günə qədər yetkin qərara gələ bilməmişlər ki, bu fontanvari orqazımdır, yoxsa skvirtdir. Biz adətən bu halları müxtəlif porno filimlərdə görmüş oluruq. Əgər videolara inansaq, bu orqazm növü qadınlara inanılmaz həzz yaşada bilir. Yəni adi, quru orqazımdan dəfələrlə artıq həzz almış olurlar.

Sexsoloqlar arasında hələdə bu mövzuda fərqli mübahisələr aparılmaqdadır. Sexsual ehtiraslanma və sex zamanı qadınlarda vaginal sekret ifraz olunur ki, buda təbii sürtünmə mayesini təmin etmiş olur. Orqazm zamanı isə spesefik ağ rəngə çalan maye ifraz olunur. Məhs bu proses qadın eyakulyasiyası adlandırılır. Skvirt isə bəzi alimlərin fikrincə sadəcə sidik kisəsindən axıntıdır. Lakin, yenədə qeyd edək ki, araşdırmalarla bu hal tam sübuta yetirilməmişdir. Səbəb isə çox sadədir – araşdırmaların apaılması asan məsələ deyil.

Mif 4. Hamı G nöqtəsinin harda olduğunu dəqiq bilir

Söhbət sexdən getdiyi zaman dəqiq məsələlərə çox nadir hallarda rast gəlinir. Məsələ olduqca həssas və tam tədqiq edilməmişdir. Araşdırmalarda qadın fiziologiyasına çox az yer ayrılıb. Düzünü desək, qadınlarda ümumiyyətlə G nöqtəsinin mövcud olub-olmaması sual altındadır. Deməli, nöqtənin stimulyasiyası sayəsində orqazma çatmaq halı da mümkün olmaya bilər.

Mif 5. Qadın portnyorunun bacarıqsızlığına görə orqazm yaşa bilmir

Düzünü desək, bəlkədə bu mif deyil. Çünki qarşı tərəf qadının orqazma çatmasına həqiqətəndə yardım edə bilər, ancaq çox şey qadının özündən aslıdır.

“Sexologie” jurnalında təqdim edilən yeni araşdırmaların nəticəsinə görə sex zamanı fikirlərini erotik yönə və sexə cəmləyən qadınların orqazm yaşamaq şansları daha çoxdur. Deməli, sex zamanı yalnız sexdən həzz almaq lazımdır, məişət problemlərini yada salmaq yox.

Sexsual həzz sensor kombinasiyalardan və psixoloji siqnallardan asılı bir məsələdir. Bizim beynimiz və əsəb sistemimiz aşağı nahiyyələrimizdə baş verən hadisələri diqqətdə saxlayır. Deməli sexual istəklər və orqazm daha çox beyinin məhsuludur.

Mif 6. Əgər qadın qurtarmırsa, o friqiddir

Xeyir, bu belə deyil. Friqid hal deyərkən həkimlər ümumiyyətlə cinsi marağın olmamasını və olduqca aşağı səviyyədə həvəsin olmasını nəzərdə tuturlar. Orqazmın olmaması isə anorqazmiya adlanır. Anarqazmiya isə öz növbəsində iki anlayışa ayrılır: koital anorqazmiya – qadının yalnız masturbasiya zamanı orqazma çatması və total anorqazmiya – qadının nə sex, nə də masturbasiya zamanı orqazma çatmaması.

Hər bir kişinin yaşadığı 10 orqazm növüKişi orqazmı ilə bağlı TOP 10 faktlar

Fikirlərinizi bildirin.