Qadın cinsi orqanının maraqlı statistik göstəriciləri

325
Qadın cinsi orqanının maraqlı statistik göstəriciləri

Qadın cinsi orqanının maraqlı statistik göstəriciləri. Qadın xarici görünüşünə nəzər saldıqda hər zaman fərqli və heyrətləndirici nələrisə kəşf etmək mümkündür. Lakin, bu fərqliliklər arasında bəzən çatışmamazlıqları, anormallıqları da görmək olur: sığalsız saçlar, böyük burun, qısa ayaqlar və s.

Artıq müasir dövürdə ən cəsatərli qadınlar cinsi dodaqların plastik əməliyyatını edirlər. İsveçrə ginikoloqları 657 qadının cinsi orqanlarını ölçmüş və nəticələri böyük məmnuniyyətdə ictimaiətə təqdim etmişlər.Araşdırmalar iki ildən artıq müddətə davam etmişdir. Lyuserdə ginekeloq kabinetindən içəri daxil olan hər bir qadın xüsusi diqqətlə incələnmişdir. Klitorların ölçüləri götürülmüş, böyük və kiçik cinsi dodaqların görünüşləri müqayisə edilmiş və sonda bütün nəticələr analiz edilmişdir.

İştirakçıların yaşı – 15-dən 84-ə qədər.
Nəticələr:
Kiçik cinsi dodaqların orta statistik ölçüsü – 4.3 sm hesab edilir. Lakin, uzunluğunun 5 mm-dən 10 sm arasında dəyişməsini nəzərə alaraq, hamsı normal hesab edilə bilər.
Böyük cinsi dodaqların uzunluğu – 8 sm, diapazon – 1,2 sm-dən 18 sm arası təşkil edir.
Klitorun görünən hissəsinin orta statistik göstəricisi 7 mm, diapazon -0.5 mm-dən 3.4 sm-ə qədər.

Ən əsası bilməli olduğumuz məsələ: əgər qadın cinsi orqanının ölüçüləri ona hər hansısa narahatlıq və ya ağrı hissi yaşatmırsa, deməli tamami ilə normal hesab edilir. Araşdırmanın bütün iştirakçıları həkim müayinəsindən keçmiş və yekunda sağlam hesab edilmişlər. Alimlər ümüd edir ki, sözü gedən nəticələr özlərindən əmin olmayan qadınları narahatlıq hissindən azad edər, özgüvən yaratmış olar. Yəni, büyük və ya kiçik qadın cinsi orqanı anlayışı yalnış olaraq formalaşdırılıb və insanlara aşılanıb.

Qadının intim nahiyyələrinə necə toxunmaq lazımdır? Səsvermənin nəticələriKlitor haqqında 15 fakt

Əvvəlki məqaləTibbi statistikaya görə 6 ən təhlükəli sex növü
Növbəti məqaləAlimlər yeni növ qadın orqazmı növü aşkarlayıblar

Fikirlərinizi bildirin.