Qadağan nişanları (maddə 64)

99
Qadağan nişanları (maddə 64)

Qadağan nişanları (maddə 64)
Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir.

Nömrə İşarə Mənası
3.1
Giriş qadağandır. Nəqliyyat vasitəsinin bu istiqamətdə girişi qadağandır (şəkil 1).
3.2
Hərəkət qadağandır. Nəqliyyat vasitəsinin hər iki istiqamətdə hərəkəti qadağandır (şəkil 2).
3.3
Mexaniki nəqliyyat vasitələrinin hərəkəti qadağandır (şəkil 4).
3.4
Yük avtomobillərinin hərəkəti qadağandır. İcazə verilən maksimum kütləsi (əgər nişanda kütlə göstərilməmişdirsə) 3,5 t-dan və ya icazə verilən maksimum kütləsi nişanda göstərilən kütlədən artıq olan yük avtomobillərinin və onların avtoqatarlarının, traktorların və özügedən maşınların hərəkəti qadağandır (şəkil 3). 3.4 nişanı adamların daşınması üçün təyin olunmuş yük avtomobillərinin hərəkətini qadağan etmir.
3.5
Motosikletlərin hərəkəti qadağandır
3.6
Traktorların hərəkəti qadağandır. Traktorların və özügedən maşınların hərəkəti qadağandır.
3.7
Qoşqu ilə hərəkət qadağandır. Yük avtomobillərinin və traktorların tipindən asılı olmayaraq qoşqu ilə və ya nasaz mexaniki nəqliyyat vasitəsini yedəyə almaqla hərəkəti qadağandır. Bu nişan qoşqu ilə hərəkət edən minik avtomobillərinin hərəkətini qadağan etmir (şəkil 5,6).
3.8
At-araba ilə hərəkət qadağandır. At arabalarının (kirşlərin), yük heyvanlarının hərəkəti və həmçinin mal-qaranın ötürülməsi qadağandır.
3.9
Velosipedlə hərəkət qadağandır. Velosiped və mopedlərdə hərəkət qadağandır.
3.10
Piyadaların hərəkəti qadağandır
3.11
Kütlənin məhdudlaşdırılması. Ümumi faktiki kütləsi nişanda göstərilən kütlədən artıq olan nəqliyyat vasitəsinin və həmçinin nəqliyyat vasitəsinin avtoqatarlarının hərəkəti qadağandır (şəkil 7).
3.12
Oxa düşən ağırlığın məhdudlaşdırılması.Hər hansı bir oxuna düşən faktiki ağırlıq nişanda göstərilən həddən artıq olan nəqliyyat vasitəsinin hərəkəti qadğandır. Avtomobillərin tipindən və markasından asılı olaraq qabaq və arxa oxa (oxlara) düşən ağırlıq icazə verilən maksimum kütlənin (Ga) orta hesabla aşağıda göstərilmiş faiz miqdarına bərabərdir (şəkil 8,9):
-minik avtomobillərində qabaq oxa 45-48%, arxa oxa 52-55%;
-yük avtomobillərində qabaq oxa 25-30%, arxa oxa 70-75%;
-avtobuslarda qabaq oxa 32-35%, arxa oxa 65-68%;
-ikioxlu qoşqularda qabaq oxa 50%, arxa oxa 50%;
-yarımqoşqularda arxa oxlara 70%.
Avtomobil istehsalı sənayesindəki inkişaf bu göstəriciləri daima yeniləşdirir. Ona görə də hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsinin texniki xarakteristikasında verilmiş bu məlumatları dəqiq bilməlidir (əlavə 3, səh 153).
3.13
Hündürlüyün məhdudlaşdırılması. Qabarit hündürlüyü (yüklə və ya yüksüz)

nişanda göstərilən həddən artıq olan nəqliyyat vasitəsinin hərəkəti qadağandır.
3.14
Enin məhdudlaşdırılması. Qabarit eni (yük ilə və ya yüksüz) nişanda göstərilən həddən artıq olan nəqliyyat vasitəsinin hərəkəti qadağandır.
3.15
Uzunluğun məhdudlaşdırılması. Qabarit uzunluğu (yük ilə və ya yüksüz) nişanda göstərilən həddən artıq olan nəqliyyat vasitəsinin (avtoqatarların) hərəkəti qadağandır.
3.16
Minimum ara məsafənin məhdudlaşdırılması. Hərəkət vaxtı nəqliyyat vasitəsinin arasındakı məsafə (distansiya) nişanda göstərilən həddən az olmamalıdır.
3.17.1
Gömrükxana. Gömrükxananın (nəzarət məntəqəsinin) qarşısında dayanmadan hərəkət etmək qadağandır.
3.17.2
Təhlükə. Yol-nəqliyyat hadisəsi, qəza və ya digər təhlüklərlə əlaqədar olaraq istisna olmamaq şərti ilə bütün nəqliyyat vasitələrinin hərəkəti qadağandır.
3.18.1
Sağa dönmək qadağandır (şəkil 10).
3.18.2
Sola dönmək qadağandır. Sola dönmək qadağandır, geriyə dönməyə icazə verilir (şəkil 10,11).
3.19
Geriyə dönmək qadağandır. Geriyə dönmək qadağandır, sola dönməyə isə icazə verilir (şəkil 10,12).
3.20
Ötmək qadağandır. Bütün nəqliyyat vasitələrinə ötmək qadağandır (şəkil 13).
3.21
Ötməyin qadağan edildiyi zonanın qurtaracağı
3.22
Yük avtomobillərinin ötməsi qadağandır. İcazə verilən maksimum kütləsi 3,5 t-dan artıq olan yük avtomobillərinə bütün nəqliyyat vasitələrini ötmək qadağandır.
3.23
Yük avtomobillərinin ötməsi qadağan edilmiş zonanın qurtaracağı
3.24
Maksimum sürətin məhdudlaşdırılması. Nişanda göstərilmiş həddən (km/saat) artıq sürətlə hərəkət etmək qadağandır.
3.25
Maksimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı
3.26
Səs siqnalı vermək qadağandır. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq halları istisna olmaqla qalan bütün hallarda səs siqnalının verilməsi qadağandır.
3.27
Dayanmaq qadağandır. Nəqliyyat vasitəsinin dayanması və durması qadağandır.
3.28
Durmaq qadağandır. Nəqliyyat vasitəsinin durması qadağandır. Bu nişan dayanmanı qadağan etmir.
3.29
Ayın tək günlərində durmaq qadağandır. Bu nişan yalnız müvafiq günlərdə nəqliyyat vasitəsinin durmasını qadağan edir.
3.30
Ayın cüt günlərində durmaq qadağandır. Bu nişan yalnız müvafiq günlərdə nəqliyyat vasitəsinin durmasını qadağan edir.
3.31
Bütün məhdudiyyətlər zonasının qurtaracağı. Eyni vaxtda bir neçə nişanın qüvvədə olduğu sahənin bitməsini bildirir: 3.16, 3.20, 3.22, 3.24, 3.26-3.30, 3.33.
3.32
Ehtiyat üçün ayrılmış duracaq yeri
3.33
Nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun sürətin məhdudlaşdırılması
3.34
Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır
3.35
Partlayıcı və tezalışan yükü olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır

3.2-3.9, 3.34 və 3.35 qadağan nişanları müvafiq nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətini qadağan edir.

Qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir:

-3.2-3.8 (şəkil 14) – işarələnmiş sahədə yerləşən müəssisələrdə xidmət edən, habelə bu sahədə yaşayan, və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar;

-3.2, 3.28-3.30 – “Əlilliyi olan şəxs” tanınma nişanına malik nəqliyyat vasitələrinə (şəkil 15);

3.18.1, 3.18.2 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə aiddir (şəkil 11).

3.16, 3.20, 3.22, 3.24, 3.26-3.30, 3.33 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın qolayrıcına qədər (şəkil 16), yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir (şəkil 17). Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir (şəkil 16,19). 5.22 nişanı ilə işarələnən yaşayış məntəqəsindən qabaqda 3.24 nişanı həmin nişana qədər qüvvədə olur (şəkil 18).

Nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azldıla bilər:

• 3.16 və 3.26 nişanları üçün – 7.2.1 lövhəciyi tətbiq etməklə;

• 3.20, 3.22, 3.24 nişanları üçün – onların qüvvədə olduğu sahənin qurtaracağında müvafiq olaraq 3.21, 3.23, 3.25 nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq etməklə. 3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət sürətinin başqa kəmiyyəti göstərilən 3.24 nişanı qoymaqla azaltmaq olar;

• 3.27-3.30 nişanları üçün – onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27-3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla (şəkil 20) və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə (şəkil 21), 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilməklə (şəkil 22). Bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir.

3.10, 3.27-3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə şamil edilir.




Qeydiyyat nişanlarının seriyaları və rayonlar arasındakı məsafələrYol nişanlarını yada salaq

1 COMMENT

Fikirlərinizi bildirin.