Qaçış üçün 10 səbəb. Qaçış – bu gözəl görünmək, özünü sağlam və həyat eşqi ilə hiss etmək üçün ən sərfəli və ideal variant hesab edilir. Onun pozitivliyi başqa heç bir şeylə müqayisə edilə bilməz. Qaçış olduqca əlçatan idman növüdür. Qaçmaq üçün xüsusi bahalı ləvazimatlara ehtiyac yoxdur. Sizə gərəkli olan yalnız idman ayaqqabıları, idman kostyumu və küçədir. Demək olar ki, ilin üç fəslində qaça bilərsiniz.

Gəlin birlikdə qaçışın bizim orqanizmimizə pozitiv təsirlərinə nəzər salaq.

Qaçış ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır

Qaçış zamanı ürək əzələlərinin bir başa məşqi həyata keçirilir. Bu isə o deməkdir ki, ürək daha möhkəm və işlək vəziyyətə gəlmiş olur.

Qaçış qanda oksigenin miqdarını artırır

Məşq etdirilmiş ürək məşq etdirilməmiş ürəyə nisbətən daha çox qanı ötürmək qabiliyyətinə malik olur. Bu isə o deməkdir ki, qan dövranının sürətlənməsi onun oksigenlə zənginləşməsinə rəvac yaradır. Tədricən bütün toxumalar və orqanlar daha çox oksigen və qanla təmin olunur.

Qaçış əsəb və gərginliklərlə gözəl mübarizə üsuludur

Stress və yorğunluq – gün ərzində insan orqanizimdə yığılaraq yekunda halsızlığa və əzginliyə gətirib çıxarır. Yorğunluqdan qurtulmaq üçün yaxşı tərləmək lazımdır. Qaçış isə bunun öhdəsindən yaxşı gəlir.

Uzunmüddətli hərəkətlər zamanı orqanizimdən qana xöşbəxtlik və sevinc harmonu ifraz olunur

Endorfin harmonunu “xöşbəxtlik harmonu” da adlandırırlar. İnsan uzun müddətli məşqlər edərkən onun qanda miqdarı çoxalır.İkinci nəfəs açılır və yüngül eyforiya halı yaşanır. Bu halda depresiya və gərginlik aradan qalxır.

Qaçış zehni aktivliyi artırır

Qaçış zamanı bəzən gözlənilməz anda problemlərin həlli yolları insana agah ola bilir. Aktiv məşqlər zamanı qan oksigenlə zənginləşir, maddələr mübadiləsi sürətlənir – bütün bu proseslər də öz növbəsində mərkəzi əsəb sisteminin funksionallığını artırmış olur, beyin aktivləşir.

Sistematik qaçış məşqləri imuniteti artırır, möhkəmlədir

Daimi qaçış zamanı qanda eritrositlərin və hemoqlabinin artımı nəticəsində orqanizmin imun sistemi möhkəmlənir.

Qaçış mənfi holestrinlə mübarizə aparıb çəkini aşağı salır

Mütamadi qaçış hərəkətləri zamanı bədəndə mənfi holestrin miqdarı aşağı düşür, aclıq hissi azalır, bağırsağın fəaliyyəti normallaşır, metobolizim güclənir, maddələr mübadiləsi sürətlənir. Nəticədə sadalananların hər biri artıq çəkinin aşağı düşməsində müstəsna rol oynayır.

İnsan bioritmini normallaşdırır

Qaçışla sutkanın istənilən vaxtı məşğul olaraq daxili bioloji saatlarınızı daha uyğun hala gətirə bilərsiniz. Misal olaraq, səhərlər qanda harmonların konsentratı yüksək olduğu vaxtlarda qaçış təbii enerji mənbəyi ola bilər. Beləliklə orqanizim balans göstəricilərinə yaxınlaşar və gün ərzində məhsuldarlığı artırmış olar. Əgər ağır iş gününün sonuna, yəni axşama qaçmağı planlaşdırmısınızsa, bu yorğunluğu götürməyə, rahatlaşmağa, aclıq hissini azaltmağa və yaxşı yuxuya getməyə kömək edər.

Qaçış böyrəklərin və ciyərin fəaliyyətinə müsbət təsir göstərmiş olur

Araşdırmalara görə daimi qaçış hərəkətləri böyrək toxumalarının bərpa prosesinə müsbət təsir göstərmiş olar. Eyni zamanda ciyərin də fəaliyyətində müsbət dəyişikliklərə rast gəlinir. Beləki, hərəkət zamanı ağırlıq hissi aradan qalxır və funksionallaşma baş verir.

Qaçış onurğa sistemini möhkəmlədir

Əgər insan müxtəlif sümük problemlərindən, əzələ ağrılarından, onurğa sütununun ciddi zədələnmələrindən əziyyət çəkmirsə, bu zaman mütamadi qaçış sümüklərin möhkəmlənməsində və əzələlərin daima işlək vəziyyətdə olmasına yardımçı olur. Qaçışdan öncə isinmə hərəkətləri isə yarana biləcək narahatlıqları aradan qaldırar və əzələlərin bərpa prosesini yaxşılaşdırar. Yaşlı insanlar üçün isə nisbətən yüngül sürətlə qaçış və ya sürətli yerimə daha çox məsləhətli görünür. Bu toxumaların zədələnməsinin qarşısını alar, sümüklərə plastik bəxş edər.

Ən dözümlü oğlanın belə qaçdığı 6 tip qadınQaçışın kişilər üçün xeyri

Fikirlərinizi bildirin.