Qədim Romanın 7 ən vəhşi sexual adətləri

588
Qədim Romanın 7 ən vəhşi sexual adətləri

Qədim Romanın 7 ən vəhşi sexual adətləri. Bizim eradan əvvəl I əsrin ortaları Romada eniş dövrü başlamışdır. Bu müflisləşmə ilə yanaşı sexual azadlıq daha çox baş qaldırmağa başladı. Gəlin o dövrün sexual qəribəliklərinə birlikdə nəzər salaq.

Yuxarıda qeyd etdiyimiz kimi, krizisin yaranma səbəbi – vətəndaş müharibələri, iqtisadi geriləmə ilə bağlı olmuşdur. Cəmiyyətin tələblərində yaranan ciddi artım romalıların mənəvi davranış qaydalarını dəyişmişdir. Yəni, hamıda nəyin bahasına olur-olsun çörək qazanmaq ehtiyacı yaratmışdır. Nəticədə bir müddət sonra Roma hakimiyyəti dağılır və yerini monarx hakimiyyəti tutmağa başlayır.

Dini bayramlar

Ənənəvi olaraq alahların şərəfinə kütləvi orgiya tədbirlərini düzənləməyi romalılar nisbətən qədim əcdadları yunanlardan götürmüşlər. O zamanın tarixçilərinin əlyazmalarına görə pozğunluqlar bəzən inanılmaz həddə çata bilirdi: insanlar Veneranın görə biləcəyi hər yerdə cinsi əlaqəyə girirdilər.

Qədim Romanın 7 ən vəhşi sexual adətləri

Gənc qadınların yarısı məhs bu bayramlarda bakirəlikdən məhrum olunurdular. Hətda iqtisadiyyatın zəifləmə anında belə bu kimi tədbirlər xeyli müddət davam etmişdir. Bir müddət sonra isə əxlaqsızlıq hesab edilmiş və qadağan buyrulmuşdur.

Sexual quldarlıq

Qədim Romada qulların demək olar ki, heç bir hüquqları yox idi. Bu səbəbdən də, qulla sex rəsmi şəkildə insanla cinsi əlaqədə olmaq kimi qəbul olunmurdu. İmperator Avqust eramızdan öncə 31-ci ildə rəsmi nigahdan kənar cinsi münasibətləri qadağan etmək qərarına gəlir. Nəticədə qanunda olan boşluqdan mütamadi şəkildə roma aristakratları geniş istifadə etməyə başlamışlar.

Hərbi yürüşlər zamanı ələ keçirilmiş əsirlər müxtəlif auksionlarda imkanlı nimfomanlar tərəfindən alınır və sexual həvəsin təmin edilməsi üçün cəlb edilirdi. Lakin, istənilən halda sexual qul adi quldan daha yaxşı şəraitdə yaşaya bildiyindən, insanların buna qəti nifrət etdiklərini də demək düzgün olmazdı.

Əxlaqsız yazılar və qraffiti

Qədim Romalıların sexual yenilikləri ilə bağlı bəzi təəcübləndirici məlumatların bəziləri bizə birbaşa mənbədən çatdırılmışdır. Pompeyin divarları yüzə qədər açıq yazılar və şəkillərlə zəngindir. “Burda yeddinci legionun əsgəri olmuşdur. Bu gecə o altı qadını razı salmışdır. Ancaq, bu onun üçün hələdə azdır” – kimi yazılar bu divarlarda ən üstü örtülü ifadələr hesab edilir.

Qədim Romanın 7 ən vəhşi sexual adətləri 3

Yazıların çox hissəsi isə köhnə lupanarievlərin (fahişəxanaların) divarlarında görünür. Onlar arasında cızma-qara ilə çəkilmiş şəkillərlə yanaşı o zamanların gərəkli məlumatlarına da rast gəlmək mümkündür.

Simvollar

Müasir senzorların lüt qadın heykəllərinə baxarkən reaksiyalarını nəzərə alsaq, bu dövürdə yaşadıqlarına görə bəxtlərinin gətirdiklərini hesab etmək olar. Belə ki, antik Roma interyerində demək olar ki, heç bir əşya penis işarəsi olmadan yaradılmırdı. Kişi cinsi orqanının fiquru bir çox qabları, zinyət əşyalarını, mətbəx ləvazimatlarının, hətda qəpik pulların üzərini belə bəzəyə bilirdi. Əl üçün hazırlanan zənglər belə mütləq qaydada orqanın formasını xatırlatmalı idi.

Eyni zamanda romalılar adətən evlərini nəsilartırma allahı sayılan Priapomun şəkli ilə bəzəməyi çox sevirlərmiş. Bu zaman cinsi orqan ciddi cəhtlə böyük çəkilir və evin ən görkəmli yerindən asılır. İnanca görə əks halda uğur və pul ev sahiblərindən yan qaçmış olar.

Ədəbiyyat

Artıq təxmin etdiyiniz kimi, o dövrün ədəbiyyatı da erotik sujetlərlə zəngindir. Bu günümüzə gəlib çatan əl yazmalar sayəsində dövrün bütün atmosferini təxmin etmək mümkündür.

Sənin cinsi orqanın Priapom kimi böyükdür,

Burnunun böyüklüyü də gözə girməyə bilməz.

Bu səbəbdən də, tam baş qaldıran zaman,

Burnuna gətirib, iyləyə bilərsən və s.

Bu epiqram o zamanların olduqca məşhur şairi olan Mark Valerya Marsiala aitdir. Bu sadə şeir “Satirikon” romanının və ya Yuvenalanın əsərlərinin yanında olduqca zəifdir. Yuvenallanın əsərlərinin çoxu orgiyaların təsvirinə həsr edilmişdir.

Hökmdarlar

Qədim Romanın çöküşü zamanı əxlaqsızlığın təbliği daha çox dövlətin içindən qaynaqlanmağa başlamışdır.

Misal olaraq, Neron Vesta ilahəsinin köməkçilərini yoldan çıxarmağı çox xoşlayırdı. Səhəri gün isə onları xəyanətdə günahlandıraraq edam edirdi. Bir dəfə o kişi məşuqlarının birini cinsi əlaqədən sonra diri-diri yandrır. Bu yolla onu qadına çevirmək istəyir.

Transvestit Mark Avreliy Gelioqabal bir az da irəli getmək qərarına gəlir. O gecə tədbirlərinin birinə lüt qızlar bağlanmış arabada gəlir. Tarixdə dini islahatlarına görə yadda qalmışdır. Geliaqobalanın qərarına əsasən roma allahları arasında ən üstün allah cinsi orqan formasında olan meteorit hesab olunmuşdur.

Ritual atributlar

Qədim Romalılar öz qəbirlərini belə pornoqrafiya büstünə çevirməyə çalışmışlar. Kişilərin istəklərinə görə qəbir daşlarına yaşadıqları sexual əyləncələrlə bağlı şeirlər həkk edilirdi.

Qədim Romanın 7 ən vəhşi sexual adətləri 6

Bəzi qəbirlərin daşları üzərində cinsi əlaqənin təfərüatları yazılır, bəzilərində isə qadın sinəsinin gözəllikləri tərənnüm edilirdi.

Bir sözlə, romalılar dövrümüzə gəlib çatan daşların birindəki yazıya uyğun olaraq yaşamağı üstün tutmuşlar : “Daim əylən və gözəl qadınlarla sexdən imtina etmə. Öləndən sonra belə bir şansın olmayacaq”.

Qədimdə impotensiyaya qarşı 7 qorxunc müalicə üsulu, 

Fikirlərinizi bildirin.