Prezervativlərlə bağlı 7 mif. Prezervativlər haqqında xeyli sayda miflər və doğru olmayan məlumatlar mövcutdur. Bir çoxları isə hələdə bunlara inanmağa davam edirlər. Nəticədə özlərini və öz portnyorlarını təhlükəyə atmış olurlar. Bu gün ən populyar və geniş yayılmış yanlışlıqları diqqətinizə çatdırmaq, nəyin doğru, nəyin yanlış olduğunu aydın etmək istərdik.

Müasir dövrdə qoruyucu vasitələr arasında ən çox istifadə edilən məsələ prezervativ hesab edilir. Beləliklə ən çox yayılan 7 mif:
Prezervativdən istifadə zamanı sexdən alınan həzz azalır.

Hələdə prezervativin həzzi azaltdığı düşünülür? Bəlkədə ilk vaxtlar bucür olub. Lakin, müasir dövrdə prezervativlər o qədər nazik istehsal olunurki, sex zamanı əlavə nələrdənsə istifadə etdiyiniz hiss olunmur. Amerika Ailə Planlama mərkəzinin mütəxəsisi doktor Reyqan MakDonald-Mouzilinin apardığı araşdırmalar zamanı prezervativ istifadə edənlərlə etməyənlərin eyni səviyyədə həzz aldığı sübuta yetirilmişdir.

Prezervativlər etibarlı deyillər.

Bu gün hələdə prezervativlrdən etibarlı kontraseptik vasitələr icad edilməyib. Etibarlılıq səviyyəsi 98% təşkil edir.

Prezervativlər 100% etibarlıdır.

Təssüfki, tam etibarlı vasitələr hələki müəyyən edilməmişdir. Bu səbəbdən də tam ona güvənmək düzgün olmazdı. Lakin, bir çox təhlükəli cinsi xəstəliklərdən qorunmuş olacaqsınız.

Oral sex zamanı prezervativ lazım deyil (minet zamanı).

Arzu olunmaz hamiləlikdən başqa prezervativlər sizi xəstəliklərdən qoruyur. Ancaq, gerpes və papiloma kimi viruslar digər dəri toxunmaları zamanı keçici ola bilir. Bu səbəbdən də mütəxəsislər oral sex zamanı prezervativlərdən istifadəni məsləhət görürlər.

İki prezervativ birindən daha etibarlıdır.

Həddindən artıq ehtiyyatlı davranış da sizinlə zarafat edə bilər. Sex vaxtı iki prezervativin üst-üstə taxılması zamanı onlar bir-birinə sürtünər, nəticədə cırılma ehtimalı artar. Bir prezervativin keyfiyyəti sizə yetərli olacaq səviyyədədir.

Bəzi cinsi orqanlar üçün prezervativ olmur (ölçü baxımından).

Preervativlər üçün cinsi orqan çox böyük ola bilməz. Sadəcə ölçü düzgün seçilməyə bilər. Bu kontraseptik vasitə olduqca elastikdir. Böyük ölçülü prezervativlər 45 sm-ə qədər uzana bilər.

Prezervativin ölçülərinin önəmi yoxdur.

Əslində önəmi olduqca böyükdür. Böyük ölçülər sürüşər, kiçik ölçülər isə cırıla bilər. Ölçülər daha çox cinsi orqanın böyüklüyü ilə deyil, eni, qalınlığı ilə müəyyən olunur. Müxtəlif ölçülü prezervativlər satılır: S (3-4 sm qalınlıq üçün)-dən XXXL (başlıq 6,2 sm, qalınlıq 5 sm)-ə qədər.

Prezervativdən istifadə zamanı yarana biləcək 10 səhv addımƏlvida prezervativ: alimlər kişilər üçün hormonal kontraseptlər kəşf ediblər

Fikirlərinizi bildirin.