Potensiya ilə bağlı çətinlik? Erektil disfunksiya – suallar və cavablarda.

Cinsi akt zamanı uğurun mövcudluğu və sexsual aktivlik hər zaman istənilən sağlam kişinin həyatında olmalı zəruri nüyansdır. Əks halda, ereksiyanın pozulması nəyinki şəxsi münasibətlər zamanı narazılıqlar yaradır, hətda uşaqla bağlı planları kölgə altına alır, stressə səbəb olur, özgüvəni aşağı salır, digər psixi problemlər ortaya çıxarır. Bəs erektil disfunksiya nədən baş verir? Problemdən necə yayınmaq olar? Əgər artıq yaranıbsa, hansı tədbirlər görülməlidir?

Erektil disfunksiya ümumiyyətlə nədir?

Bu hal ereksiya halına çatmamaq və ya cinsi əlaqə zamanı lazımı qədər ehrtiraslanmama mənasına gəir.

Erektil disfunksiya nə qədər tez rastlana bilir və qocalmanın bir hissəsidirmi?

Erektil disfunksiya istənilən yaşda baş verə bilər. Lakin, çox vaxt yaşlı insanlarda yarana bilir. Təxmini hər ikinci kişi 40-70 yaşdan sonra bu problemin müəyyən dərəcəsi ilə üzləşir. Ancaq bu o demək deyil ki, disfunksiya yaş baxımdan normal qəbul edilməlidir. Normalda yaşlı insanlara ereksiya vəziyyətinə çatmaq üçün çox zaman lazım olsada, biraz cəht nəticəsində ehtiraslanmaya və cinsi əlaqəyə nail ola bilərlər.

Ereksiya zamanı sistemli olaraq problemlər yaşanırsa, profisional həkimə müarciət etmək ən doğru yol hesab edilir.

Ereksiya ilə problemlər yaranarsa, həmişə belə davam edəcək?

Bir çox hallarda erektil disfunksiya daimi deyil, müvəqqəti xarakter daşıyır. Lakin, bu kənarlaşmanın yaranma səbəblərindən asılı olaraq müddət axını müxtəlif ola bilər. Tək, aradabir disfunksiya halları isə demək olarki, hamıda rast gəlinir. Bu halda narahat olmağa əsas yoxdur. Hadisə təkrarlanarsa və ya mütamadi hal alarsa, bu zaman həkimə getmək və səbəblərini araşdırmaq gərəklidir.

Bir qayda olaraq erektil disfunksiyanın ən ağır halında belə uyğun müalicə üsulu seçməklə can qurtarmaq mümkündür.

Erektil disfunksiya halını nələr yarada bilər?

İntim ehtiraslanma və ereksiya halının yaranması qəliz prosesdir. Bu prosesə bir başa olaraq beyin, əsəb sistemi, əzələlər və qan damarları cavabdehdir. Bu orqanlardan hərhansısa birində baş vermiş pozuntu disfunksiyaya səbəb ola bilər. Bəzi hallarda isə pozuntu psixi təsirlər və yüklənmələr nəticəsində yarana bilir.

Potensiya ilə bağlı çətinlik?

Erektil disfunksiyanın yaranmasında fiziki səbəblər:
  • ürək xəstəlikləri;
  • damar aterosklerozu;
  • arterial hipertenziya;
  • şəkərli diabet;
  • piylənmə;
  • nevroloji pozuntular (perkinson xəstəliyi, skleroz və s.);
  • cinsi hormonlarda pozuntular;
  • Peyron xəstəliyi (cinsi orqanın ciddi xəsarət alması);
  • cərrahi müdaxilə, zədələnmələr və bel nahiyyəsinə radiasiya təsiri (eyni zamanda şüa terapiyası);
  • spirtli içkilərdən və ya digər uyuşdurucu maddələrdən normadan artıq istifadə;
  • müəyyən dərmanların qəbulu.
Psixoloji səbəblər aşağıdakılar ola bilər:
  • depresiya;
  • narahatlıq;
  • stress;
  • münasibətlər zamanı narahatlıqlar.

Bir qayda olaraq ürək-damar sistemində pozuntular, endokrin və nevroloji xəstəliklər zamanı erektil disfunksiya zamanla yaşlanma dövründə hiss olunur və psixoloji pozuntularla əlaqəli olur.

Özünü necə qorumaq olar?

Erektil disfunksiya riskini önəmli şəkildə azaltmaq üçün ürək-damar sisteminin mütamadi yoxlanılması, kifayətqədər fiziki-aktiv həyat tərzi keçirməyə çalışmaq, spirtli içki qəbulunu azaltmaq, siqaretdən imtina etmək, pəhrizlərə diqqət yetirib bədən çəkisini normada saxlamaq, arterial təzyiqi və qanda xolestrolun miqdarını nəzarətdə saxlamaq gərəklidir. Əgər artıq ürək-damar xəstəliklərindən, əsəb sistemi pozuntularından əziyyət çəkirsinizsə mütəxəsislərə müraciət edərək, adekvat müalicə almalısınız. Eyni zamanda unutmayın – stabil emosional fon, stresədözümlülük və münasibətlər zamanı harmoniya önəmli məsələlərdən biridir.

Ereksiya pozuntuları ilə bağlı başqa nələri bilməliyik?
  • “Ereksiya” sözü latın sözü olan erigere kəlməsindən götürülmüşdür ki, mənası “qaldırmaq” kimi tərcümə edilir.
  • Birmənalı olaraq cinsi orqan ölü vəziyyətdə nə qədər kiçik olarsa, ereksiya zamanı o qədər çox böyüyür. Kiçik cinsi orqanının böyüməsi 86%-ə, böyük cinsi orqanın böyüməsi isə 46%-ə çata bilər.
  • Orqazmı ereksiya halı olmadan belə yaşamaq mümkündür.
  • Gecə vaxtı ereksiya halı ortalama üç dəfə baş verir. Hər biri təxini 30 dəqiqə davam edir.
  • Normadan artıq cinsi əlaqə zamanı cinsiyyət orqanının qırılma halı mümkündür. Adətən bu mənzərə portnyorun üstə olması zamanı yarana bilir.

Həblərsiz potensiyanın artırılmasının 8 üsuluSEX yaşla necə dəyişir

Fikirlərinizi bildirin.