Porno rejisor Erika Lyust – sex, utanmaq və uşaqlar haqqında. Pornoqrafiya mövzusu artıq çoxdan danışılmaq üçün utancverici mövzu anlayışından çıxmışdır.

Bəzi ölkələr buna qadağa qoymaq, bəzi ölkələr isə əksinə bu barədə insanları dahada məlumatlandırmaq və ziyanlı tərəflərindən qorumağa çalışırlar. İndinin özündə belə bir çox müasir fikirli qadınlar trəfindən porno daha çox utancverici və irgənclik nümayişi kimi qəbul edilir. Bu səbəbdəndə porno industriyada 10 illik təcrübəyə sahib xanım Erika Lyustin müsahibəsini, onun bu mövzuda olan suallara cavabını və yanaşma tərzini sizin diqqətinizə çatdırmaq istərdik.

Porno rejisor Erika Lyust-sex, utanmaq və uşaqlar haqqında

Erika üçün pornoqrafia onun bütün həyatıdır. Bu səbəbdən də, xanımın pornonun bizim üçün gərəkli tərəfləri, utanğaclığın yaranma səbəbləri və həyatımıza müsbət təsirləri barədə fikirlərini sizə təqdim edirik.

— Siz İsveçlisiniz. İsveç mədəniyyəti və İsveç təhsili sizin işlərinizə necə təsir göstərmişdir?

— Əlbətdə. Mən Stokholmdanam. Əminəm ki, harda doğulub, böyüməyin sənin həyat dəyərlərinə və necə formalaşmağına böyük təsir göstərir. İsveçli olmağım çox vacib məsələdir. Bu ölkədə olmaq anlaqlı şəkildə feminizm ideaları ilə əhatə olunmaq deməkdir. Burda gender məsələlərinə xüsusi diqqət ayrılır. Əbəs yerə deyil ki, məhs İsveç sex-təhsilini orta məktəb proqramlarına daxil edən ilk ölkə olmuşdur. Bu məsələlərin hamsı ayrı-ayrılıqda mənim həyatımdakı qərarlarıma təsir göstərmişdir.

— Belə anladım ki, bu cür İsveç yanaşması sex və porno mövzularında daha da güc verir, hətda ilhamlandırır.

— İsveç həqiqətən sex mövzularında açıq bir dövlətdir. Lakin, pornoqrafiya məsələlərinə gəldikdə deməliyəm ki, biraz qəlizdir. Pornoqrafiya olduqca həssas mövzudur. Bir çox feministlər olduqca ehtiyyatla yanaşırlar bu mövzuya. Bu sahəni demək olar ki, bütünlüklə kişilər idarə edir. Bir çox videolarda daha çox qəddarlıq əks olunur, qadınlara əşya kimi yanaşılır.

— Deməli sizin ölkədə belə pornoqrafiya normal hal kimi qəbul edilmir.

— Xeyr. Lakin, son on ildə bu kinojanrına olduqca intelektual baxımdan yanaşan insanlar mövcutdur. Azda olsa dəyərləri dəyişə bilmişik. Artıq bəzi insanlar pornoqrafiyanın o qədərdə pis bir şey olmadığını anlamışlar. Bu sadəcə olaraq bir janrdır və sən öz istəklərinə uyğun olaraq onu zənginləşdirə bilərsən. Əminəm ki, pornoqrafiyanı tamamilə gözəl, ehtiraslandırıcı, həvəsləndirici, məlumatlandırıcı, örgədici bir şeyə çevirmək mümkündür.

— İndiki dövrdə pornoqrafiyanın məqsədi nədir?

— İlk olaraq o ehtiraslandırır. Biz insanlara qızışdıracaq bir şeylər lazımdır. Seksoloqların fikrincə qadınların tez-tez üzləşdiyi problem öz istəklərini anlaya bilməmələridir. Onlar öz erotizimlərini tapa bilmirlər. Nəticədə bu problemlər gündəlik həyata təsirsiz ötüşmür. Bu baxımdan pornoqrafiya kömək edə bilər. Gizli hislərin önə çıxmasında katalizator rolunu oynaya bilər.

“Bir çox ölkələrdə yaxşı sexual təhsil mövcud deyil. Yeniyetmələr internet klublara gedirlər, orda keyfiyyətsiz porno görürlər. Və düşünürlər ki, real həyatda da insanlar bu cür sexlə məşğul olurlar.”

— Yəni, pornoqrafiya şəxsi sexuallığı örgənməyə yardımçı ola bilər?

— Əlbətdə. Bu sizə nələri sevib-sevmədiyinizi anlata bilər. Biz hər zaman öz sexual istəklərimizə görə günah hiss edirik. Bunun nə dərəcədə normal olduğunu bilmirik. Nəticədə siz ekranda insanların necə sexlə məşğul olduğunu gördükdən sonra, necə normal biri olduğunuzu anlayırsınız. Və ya siz nələrdən xoşlandığınızı kəşf edə bilərsiniz. Mən universitetdə oxuyan zaman siyasi elimlərlə çox maraqlanmışam. Biz hər zaman dərslərdə dünyaya fərqli baxış bucağı altında baxmağı örgənmişik. Biz insanlar anlamalıyıq ki, pornoqrafiya da fərqli yanaşma, baxış bucağıdır.

— Pornoqrafiya tam olaraq cəmiyyətdə cinslər arasında bərabərliyin qorunması məsələlərinin müəyyənldirilməsi alətidir?

— Bəli. Sadəcə problem bu dəqiqə keyfiyyətsiz pornoqrafiyanın çox olmasındadır. Ən pisi isə odur ki, bir çox gənclər məhs sex haqqında ilk məlumatları bu cür filmlərdən əldə edirlər. Gənc oğlanlar bu filmlərdə qadınları bir əşya kimi görürlər. Qadınlar sanki kişi əyləncəsinin bir vasitəsidir. Bu filmlərdə qadınların aldıqları həzz nadir hallarda nümayiş etdirilir.

— Daha sağlam ideaların aşılanması üçün pornoqrafiya necə dəyişməlidir?

— Bizə pornoda qadınlar gərəklidir. Ancaq, əvvəlki kimi yox. Onlar lider rolunda olmalıdırlar. Kamera arxasında – produser, rejisor, senarist kimi.

— Sizin kimi. Sizdə kamera arxasında rejisor kimi lidersiniz.

— Mən ilk qısametrajlı filmimi 2004-cü ildə çəkmişəm.

— İlk dəfə rejisor oturacağına əyləşməmişdən öncə təcrübəniz hansı şəkildə formalaşmışdır?

— Adi şəkildə. Yeniyetmə olarkən ilk pornofilmə baxmışam. Gecəni rəfiqəmgildə qalmışdıq və sexsin nə olduğunu bilmək həvəsi ilə video qoşmuşduq. O zaman sex bizə olduqca gülməli gəldi. Xeyli gülsəkdə, ilk hissimiz irgənçilik idi. “Biz heç vaxt bu cür irgəncliklə məşğul olmarıq” – deyə düşündük.

Porno ilə isə ilk təcrübəm universitetin birinci kursunda başladı. Sevdiyim oğlan bir axşam DVD gətirdi və birlikdə baxacağımız barədə söz atdı. Düşündüm ki, mənim xoşuma gəlməyəcək, ancaq razılaşdım. Anlayırdım ki, bədənimin sahibi özüməm və oğlanlar kimi yalnız həzzə görə sexlə məşğul ola bilərəm. Bir müddət sonra mənim bədənim tamami ilə ehtiraslandı. Oğlanımdan fərqli olaraq gördüklərim mənim xoşuma gəldi. Çox utandım, sevdiyim insanı ittiham etməyə başladım.

— Öz ilk pornofilminizi çəkməyi nə zaman qərarlaşdırmısınız?

— O zamanlar universitetdə oxuyurdum. Bu fikir bir müddət məni tamailə bürüdü. Bir gün professor Berkli Lind Uillyamsın “Hard Core” kitabına rastladım. Gözüm açıldı. O, pornoya tamamilə başqa gözlərlə baxırdı. Anladım ki, pronoqrafiyaya bir kinojanrı kimi baxmalıyam. Nəticədə onun strukturunu özüm üçün müəyyənləşdirdim. Düşündüm: “Əgər mənim bədənim bundan xoşlanırsa, niyə beynimin bundan xoşlanmasını təmin edə bilmirəm?”. Getdikcə məndə kinomotaqrafiyanın yeni kursu yarandı, yeni qısametrajlı çəkiliş etmək istədim, digərlərindən fərqli və yeni nələrsə ortaya çıxartmaq istədim.

— Bunu etmək üçün gücünüzü səfərbər etmək çox çətin idi?

— Artıq 25 yaşım var idi. Mənə elə gəlirdi ki, çox şeyi dəyişə bilərəm. Ancaq fikrimdə bu sahə üzrə koryera qurmaq yox idi. Düşünürdüm ki, təcrübə üçün eksperimentlər edə bilərəm. Lakin, insanlar çox bəyəndi. Filmi festivallarda nümayiş etdirib mükafatlar əldə etdim. Sonra isə internetdə bloq yaratdım və pulsuz şəkildə videonu yerləşdirdim. Milyona qədər yükləmə sayı oldu. Öncədən nəaliyyəti bu dərəcədə düşünməzdim. Anladım ki, hissiyyatlı yerə toxuna bilmişəm. Daha çox əmək sərf edərək, çəkilişlər yayımlayaraq böyük kinokompaniya yarada bildim.

“Ən mşhur fantaziya – bu başqa adamın da qoşulmağını istəyən cütlükdür. Fərq etmir aktiv və ya passiv.”

— Bu sahədə koryera qurmaq çox ağır idi?

— Əlbətdə. İnsanların ilk fikirləri “sən nə etmək istəyirsən?”, “bu sənin gələcəyini məhf edər”, “tanışlar nə düşünər?” oldu. Bu sadəcə mənim işim deyil, bu həmdə mənim həvəsim və marağımdır. Hədəfim pornonu dəyişməkdir. İki qız övladım var; birinin yeddi, digərinin isə dörd yaşı var. İstəmirəm onlar böyüyərkən sexsi keyfiyyətsiz pornofilmlərdən örgənsinlər. Onları qorumalıyam, yaşamaları üçün gözəl dünya yaratmalıyam.

— Uşaqlardan danışmışkan: onları pornoqrafiyadan qorumaq lazımdırmı? Porno texniki baxımdan onlar üçün qadağan olunmalıdırmı? Və ya bu sadəcə valideyinlərin öhdəsinə buraxılmalıdır?

— Mən qətiyyətlə əminəm ki, bu valideyinlərin məsuliyyəti və orta məktəb sisteminin möhkəmliyinə buraxılmalıdır. Onlar birlikdə gələcək nəsli formalaşdırmalı və düşünmə itiliyi bəxş etməlidirlər. İnternetdə porno filmlərdən başqa çox məlumatlar var (cinayətkarlıq, narkotik, özünəqəsd və s.). Bunları idarə etmək mümkün deyil.

— Buna baxmayaraq bir çox valideyinlər uşaqlarla sex haqqında necə danışmalı olduqlarını bilmirlər.

— Bilirəm, bir çoxları üçün bu qəliz mövzudur. Uşaqlar soruşan zaman valideyinlər sualdan yayınmağa çalışırlar. Lakin, biz gələcək nəsillərlə bu kimi söhbətləri aparmağı bacarmalıyıq. Tam anlamalıyıq ki, hər zaman sex haqqında hər şeyi örgənməyə maraq göstərəcəyik. Bu bizim təbiətimizdir.

Porno rejisor Erika Lyust-sex, utanmaq və uşaqlar haqqında

Porno rejisor Erika Lyust-sex, utanmaq və uşaqlar haqqında

Porno rejisor Erika Lyust-sex, utanmaq və uşaqlar haqqında

Porno rejisor Erika Lyust-sex, utanmaq və uşaqlar haqqında

Porno rejisor Erika Lyust-sex, utanmaq və uşaqlar haqqında

— Öz proyektləriniz haqqında danışın. XCONFESSİONS. Niyə görə bunu etməyi qərarlaşdırdınız?

— İdea sosial şəbəkələrdə həddindən artıq çox rəylər aldıqdan sonra yarandı. İnsanlar çəkiliş üçün öz tarixçələrinin olduğunu bildirdilər. O zaman anladım ki, heç kim adi insanlardan çox sexuallığı təsvir edə bilməz. Pornonun qəhrəmanları tipik kişilər (orta yaşlı, sarışın, qadınları, maşınları, siqarları sevənlər) oldu. Anladım ki, başqa təcrübəyə sahib insanların pornosu mövcut olmalıdır. Hərkəsin tarixcəsini yaza, qeyd edə biləcək sayt yaratdım. Hər ay onlardan ikisini seçib filmə çəkirəm. Bu inanılmaz böyük və qeyriadi proyektə çevrildi.

— Həqiqətəndə qəribə hekayələrə rast gəlmisinizmi?

— Qəribə yerlərdə sexlə məşğulolma barədə xeyli sayda hekayə mövcutdur. Təzəlikcə biz bir xanımın öz krossfit üzrə məşqçisi ilə maraqlı hekayəsini çəkmişik. Xanımın fantazyasına görə onlar böyük bir orgiyada iştirak edirlər və sadistliyinə görə məşqçini kollektivə qarışmaması üçün stola bağlayırlar. İnsanlar ağılagəlməz şeylər fikirləşə bilirlər. Bu mənim xoşuma gəlir.

— Bəs heç vaxt çəkməyəcəyiniz nəsə varmı?

— Əlbətdə. İki tərəfdən hansınınsa razı olmaması halında. Bu çox önəmli nüyansdır. Film hər iki tərəfin istəyini əks etdirməlidir. Qanunsuz heçnə çəkmərəm.

— Pornolarda zorlanma hallarının çoxalması nə ilə bağlıdır?

— Düzü bilmirəm. İnsanlar nə dərəcədə sərhəddi keçə biləcəklərini yoxlamağa çalışırlar.

— Maraqlıdır. Bu qədər filmlərdən sonra sizi nəsə utandıra bilərmi?

— Məni utandırmaq çox asandır. Öz intim həyatım barədə danışmağı sevmirəm. İndiyə qədər yanımda pis sözlər danışanda qızarıram. Bəzən, təqdimatlar zamanı belə “cinsi orqan” ifadəsini dilə gətirdikdə çəkinirəm.

— Filmlərlə bağlı kişilərdən rəylər gəlirmi? Onlar sizin filmlər haqqında nə düşünürlər?

— Mənim auditoriyamın 60%-ı kişilər, 40%-ı isə qadınlardır. Kişilər adətən yazırlar: “Ey Erika mən sənin kinolarına baxdım və bil – bu kişilər üçün də işləkdir”. Bu əladır. Mən həmişə gülürəm. Mənim misyam qadınların üzərində fikrimin cəmlənməsi olsada, kişilər də diqqətdən kənarda qalmır. Kişilərlə işlərimi bölüşməyi sevirəm. Hər bir qadına kişinin qadın sexuallığına baxması və həzz alması xoş gəlir.

— Necə düşünürsünüz? Bir gün pornoqrafiya olmasa dünya pornosuz necə olacaq?

— Bunu heç təsəvvür etməmişəm. Yəqinki insanlar daha çox sexlə məşğul olar. Axı pornoqrafiya portnyoru olmayanlara, utanğaclara, yalnızlara intim həyat yaşada bilir. Həmin insanlara çox ağır olacaq. Ya yeni münasibət qurmalıdırlar, ya da depresiya yaşamalıdırlar. Sex canlı olmasa belə hislərinin kənara çıxmasına yardımçı olur. Bu gözəldir.

Fikirlərinizi bildirin.