PORNhub saytı məhkəməyə verildi. PORNhub saytı eşitmə qüsuru olan şəxs tərəfindən məhkəməyə verildi.

ABŞ vətəndaşı Yaroslav Sirus dünyaca məşhur sayt PORNhub-ı məhkəməyə verib.

Yaroslav eşitmək qüsuruna sihib insandır. O PORNhub saytının videolarında subtitrlardan istifadə edilməməsi səbəbindən narazılığını bildirmiş və bu barədə məhkəməyə müraciət etmişdir.

Sirusun sözlərinə görə o bir neçə ay müddətində saytda müxtəlif janrlarda olan bir çox videoları izləmişdir. Saytın janr müxtəlifliyindən olduqca razıdır. Lakin, onun sözlərinə görə videolarda subtitrlar olmadığı üçün izləmə zamanı tam rahat ola və gördüklərindən həzz ala bilmir.

Eyni zamanda sözü gedən şəxs araşdırmalar zamanı bəzi qanun pozuntularını da müəyyən etmişdir. Beləki, Amerikada əlilliyi olan insanlar üçün qanuna əsasən bu yol verilməz hal hesab edilir.

Sirus müraciət ərizəsində narazılığı ilə birlikdə ən sevdiyi videolarında adını sadalamış və ordakı diqaloqları tam oxumaq istədiyini bildirmişdir. Bütün sadalanan videolar eyni janrı əhatə edir.

Qeyd edək ki, Sirus məhkəmə işlərində olduqca təcrübəyə sahib biridir. Bundan əvvəl o “Nyu York Post”-uda məhkəməyə vermişdir. Bu zamanda şikayət dərginin saytında yerləşdirilən videolarda subtitrların olmaması ilə bağlı idi.

Araşdırma nəticəsində adı çəkilən gəncin özünün 2002-ci ildə məhkəmə qarşısında günahkar kimi iştirakı məlum olmuşdur.

O zamanlar 14 ay ev dustağı həbsi almışdır. Bundan başqa, törətdiyi əmələ görə 290 556 dollar cərimə ödəmli olmuşdur. Təqsiri ABŞ qanunlarına əsasən müəllif hüquqlarının pozulması ilə bağlı idi.

Belə ki, o bahalı kompüter proqramlarını kopyalayaraq ucuz qiymətə satışını həyata keçirirdi.

Hal-hazırda məhkəmə prosesi davam edir, hansı tərəfin haqlı olduğunu müəyyənləşdirməyə çalışır.

NYLE DiMarco

Porno haqqında 8 ən yaxşı filmPorno rejisor Erika Lyust-sex, utanmaq və uşaqlar haqqında,

Fikirlərinizi bildirin.