Pomidorun bütün orqanizmə və potensiyaya təsiri. İstənilən məhsulu qəbul edən zaman unutmayın ki, normadan artıq istifadə olduqca ziyanlı ola bilər. Pomidorun tərkibində gərəkli maddələrlə olduqca zəngindir. Bu səbəbdən də, istənilən adam üçün məsləhətlidir.

Qəbul etmə formaları olduqca fərqlidir:
  • Tomat şirəsi;
  • Sous;
  • Salat;
  • Konservləşdirilmiş;
  • Təbii halda.

Ən xeyrli fomra isə təbii halda yeyilməsi hesab edilir. Çiy halda tərkibindəki xeyli sayda vitaminləri və mineralları qoruyub saxlaya bilir.

Hansı problemlərə yardımçı olur və xeyirli tərəfləri barədə:
  • Asma xəstəliklərinin kəskinləşməsi zamanı,
  • Ankoloji xəstəliklərlə mübarizə,
  • Damar və ürək problemlərində müsbət təsir göstərir,
  • Soyuqdəymə hallarından qoruyur və müalicə edir,
  • Görməni yaxşılaşdırır,
  • Sidik yollarının infeksiyasını həyata keçirir,
  • Qan təzyiqini normallaşdırır,
  • Sümükləri möhkəmləndirir,
  • Orqanizmi toksinlərdən azad edir,
  • Stress hallarını azaldır,
  • Böyük bayıra çıxmanı rahatladır,
  • Damarları təmizləyir,
  • Potensiyanı yaxşılaşdırır.

Pomidorun kişi orqanizminə xeyri və ziyanı kimi məsələlərə bəzi faktorlar təsir edə bilir. Sağlam və həyat eşqi ilə alovlanan kişi qidalarını daha zəngin çeşidlərlə bəzəyən insandır.

Pomidor hər bir kişinin qida rasionunda olması mütləq olan əlavədir. Onun xeyri əvəzedilməzdir. İtalyanlar pomidoru “qızıl alma” adlandırırlar. Onların milli yeməklərinin demək olar ki, hər birində pomidora rast gəlinir. Nəticədə yemək çeşidləri olduqca tamlı alınır.

Xalq təbabətində isə pomidor “kişi tərəvəzi” adlandırılır. Onun ən baçlıca müsbət tərəfi prostat vəzində soyuqdəymə hallarının aradan qaldırmasıdır.

Əgər pomidoru brokkoli ilə birlikdə istifadə etsəniz prostat adinomasının qarşısını almış olarsınız. Eyni zamanda erektil disfunksiya ilə mübarizə aparılar və prostat xərçəngi ehtimalı aradan qalxar.

Bədən çəkisinin azaldılmasında rolu

Orta yaşlı kişilərin bir çoxu zamanla çəki almaqda davam edirlər. Yaş artıqca artıq çəki ilə mübarizə aparmaq olduqca ağır olur. Artıq çəki isə öz növbəsində kişinin xarici görünüşünə mənfi təsir göstərməsi ilə yanaşı sağlamlığında ciddi kənarlaşmalara səbəb ola bilər. Bu halda pomidorun rolu əvəzsizdir. Onun tərkibində kaliya duzu olduğundan orqanizimdən artıq maye miqdarı xaric olunur və piylənmənin qarşısı alınır.

Tərkibindəki digər xeyirli maddə isə holin hesab edilir. Nəticədə bədəndə xolestrinin miqdarı azalır, insult konsentrasiyasına təsir göstərilir və maddələr mübadiləsi sürətlənir. Məsulun az kalorili olması onun gündəlik qəbuluna imkan yaradır.

Pomidor kişi orqanizminin qocalmasının qarşısını almaqda öəmli rola sahibdir. Bu halda kişi potensiyasını qorumağa yönəlir. Bütün sadalanan tərəfləri analiz etdikdə mütləq istifadənin vacibliyi anlaşılır.

Duzlu pomidorların xeyri

Duzlaşdırılmış pomidorlar demək olar ki, eyni tərkibi qoruyub saxlaya bilir. Bu səbəbdən də duzlaşdırılmasına baxmayaraq rahatlıqla yeməklərdə istifadə edilə bilər.

Bundan başqa duzlaşdırılmış pomidor hazırlanan zaman digər məhsullardanda istifadə edilir: sarımsaq, qara bibər, şüyüd və s. Nəticədə pomidor bu əlavələrin xeyirli və gərəkli minerallarını özündə cəmləyir və imuniteti gücləndirib tromp əmələ gəlməsinin qarşısını alır. Duzlaşdırılmış pomidorların ən önəmli keyfiyyətlərindən bir isə spirtli içkinin təsirinin neytrallaşdırılmsındadır.

Ola biləcək mənfi təsirləri

Məhsulun istifadəsində nəzərə alınmalı ən önəmli qadağa qəbul edən insanın orqanizminin alergik reaksiya göstərməsi ilə bağlıdır. Bundan başqa, əgər kişinin böyrəklərində və ya sidik kisəsində problem varsa, mütləq qaydada həkimlə məsləhətləşmək gərəklidir. Müraciət edilərək istifadəsi məqbul sayılan məhsulların siyahısını əldə etmək mümkündür.

Duzlaşdırılmış pomidorların istifadə isə mədə və mədəaltı vəz problemləri olanlara mənfi təsir etmiş ola bilər.

Xalq təbabəti

Xalq təbabətində pomidor daha çox varikoz, kapilyar torları, podaqra, bağırsaq problemlərində, sızanaqlarda və digər bu kimi xəstəliklərin müalicəsində istifadə edilir.

  • Varikoz müalicəsi zamanı yaşıl pomidorlardan istifadə edilir. Bunun üçün onlar yaxşı yuyulur və bərabər hissələr olmaqla yarıya bölünür. Pomidorun yarısı şişmiş venaların üzərinə qoyulur və elastik bantla fiksasiya edilir. Yanğı və narahatlıq hiss edilən zaman bağ dəyişdirilir. Müalicə 15 gün davam etdirilir.
  • Kapilyar torlarının müalicəsi üçün pomidor blenderdə qarışdırılır. Bu prosedur üçün də yaşıl pomidorlardan istifadə daha məqsədə uyğun hesab edilir. Alınmış qarışıq salafanın üzərinə çəkilərək gərəkli sahəyə qoyulur. Üzəri elastik bantla fiksasiya edilir.
  • Sızanaqların müalicəsi üçün isə sadəcə pomidor dilimlənir və alınmış halqalar sızanaqların üzərinə qoyulur.
  • Podaqranın müalicəsi üçün pomidor əlavə edilərək ayaq üçün vannalar qəbul edilir.
  • Tomat freşi balla qarışdırıldıqda bir neçə xəstəlikləri eyni anda müalicə edə bilir: imuniteti qaldırır, böyük bayıra çıxmanı rahatlaşdırır, aterosklerozun təsirini yüngülləşdirir. Bu müalicəvi içki yeməkdən 10 dəqiqə əvvəl içilməlidir.

Pomidor öskürəyə də müsbət təsir göstərir. Qarşığın hazırlnması üçün bir kilo əzilmiş pomidor, 300 qram sarımsaq götürülür. Maddələr mübadiləsi normallaşdırılması üçün 300 qr alma püresinin əlavə edilməsi daha məqsədə müvafiq olardı. Bir xörək qaşığı gündə üç dəfə yeməkdən öncə qəbul edilir.

Badam – kişi orqanizmi üçün xeyri və ziyanıNanənin kişi potensiyasına təsiri

Fikirlərinizi bildirin.