Polo haqqında bilməli olduqlarınız. İlk dəfə tennis köynəyini kim kəşf edib? Onu nə ilə geyinmək lazımdır? Necə etmək olar ki, boynu daxilə doğru qatlanmasın? Bütün bu məlumatları bizim bu günki ensiklopedik məqaləmizdə tapa bilərsiniz.

İllərdir kişi qardirobunda önəmli yer tutan polo yaxın zamanda öz 80 illiyini qeyd edəcək. Ancaq bu doğum tarixi yalnız Lacostenin hesablamalarına əsasəndir. Bu tarix öz başlanğıcını 1933-cü il Rene Lacoste tərəfindən ilk polo köynəklərinin satışa çıxrılmasından hesablanır. Biz isə daha dərinə gedərək, bir az da keçmişə dalma istərdik. Tennis köynəkləri haqqında fərqli və maraqlı faktları diqqətinizə çatdırmaq istərdik.

Hindistansayağı polo oyunu

Hər şey oyunlardan başlamışdır. Müasir dövrdə oyun müəyyən inkişaf yolu keçərək, bu gün bildiyiniz polo adını almışdır. Orta əsrlərdə bu əyləncə at üzərində oturularaq taxta ilə topu itələməkdək, topu vurmaqdan ibarət idi. Zamanla əyləncənin bu növü Hindistan ərazisinə keçir. XIX əsrdə isə ingilis əsgərlərinin yardımı olmadan Böyük Britanyada sevilir. 1871-ci ildə ilk dəfə polo üzrə birinci rəsmi yarışlar keçirilmişdir.

Artıq o dövrlərdə oyun zamanı geyinilən jersdən köynəklər mövcud idi. Köynək indiki polo köynəklərinin ilk variantı hesab olunurdu. Nəticədə, geyim İngilis dərzilərinin əlinə düşməsi səbəbindən pololarda indi bildiyimiz köynək boyununun əmələ gəlməsi ilə nəticələndi. Hindistandakı geyim formasından fərqli olaraq ingiltərədə köynəklərin qolları kəsildi və oyunçuların boyunlarının gündən qorunması üçün boyunluq tikildi.

Fransızsayağı polo Lacoste

Əgər həmin illərdə polo oyunçularının problemləri yeniliklərlə həll edilirdisə, bu məsələdə tennisçilərin bəxti gətirmirdi. O zamanlar tennis standartları bunlar idi: köynək içəri salınmış, oxlarla bəzədilmiş flanelv şalvarlar və qalstuk. Çox istedadlı və uzaqgörən tennisçi Rene Lacoste vəziyyəti düzəltmək qərarına gəlir. O sadəcə artıq mövcud olan polo köynəklərinə bəzi yeniliklər əlavə edir. Lacoste köynəyin bel, arxa hissəsini əyilərkən şalvardan çıxmaması üçün uzatdı boynunu daha elastik etdi. Sadəcə oyunçunun istədiyi zaman rahat şəkildə köynəyin boynunu qaldırıb-sala bilməsi üçün köynəyi daha yüngül materiallardan, pikedən tikmək qərarına gəlir. İndi də köynək bu şərtlərlə hazırlanır.

Polo haqqında bilməli olduqlarınız

Lacoste 1926-cı ildə öz köynəyində ABŞ-da Olimpiyadada iştirak etmiş və 1933-cü ildə rəsmi istehsala başlamışdır. İlk illərdə köynəyin rəsmi adı olmadığından L.12.12 kodu ilə adlandırılmışdır: L – La Chemise Lacoste, 1 – pike pambığı, 2 – qısa qollar, 12 – rene tərəfindən timsah emblemli köynəyin nömrələdiyi rəqəm. Ancaq, satışa çıxarılan zaman onu tennis oyunlarında istifadə edildiyinə görə tennis köynəklər adlandırmışlar.

İngilissayağı polo Fred Perry

Digər məşhur tennisçi Fred Perry – 1952-ci ildə tennis köynəklərinin istehsalına maraq göstərdi. Onun köynəkləri Lacostenin köynəklərindən yalnız rənginə görə seçilirdi. Fred

Perry rəngli poloların istehsalına üstünlük verirdi. Bir müddət sonra Lacoste də köynəklərini rəngləməyə başladı. Ancaq, ondan qabaq ağ köynəkləri ilə məşhurlaşmışdır. Sadəcə həmin zaman oyunlarda bu rəng mütləq tələb kimi şərt hesab edilirdi. Eyni zamanda, lacostenin emblemi timsah, Fred Perrynin isə köynək emblemi dəfnə yarpağı qəbul olunmuşdur.

Polo haqqında bilməli olduqlarınız

Əgər Lacostenin köynəkləri tennis oyunlarında istifadə edilirdisə və elitanın geyim atributu kimi qəbul olunurdusa, Perrynin istehsal etdiyi geyim qiymətinin münasib olması səbəbindən London küçələrində tez-tez görünməyə başlamışdır. Nəticədə 60-cı illərdə bu tərz geyimlər gənclər üçün adi qardirob geyimi kimi anlaşıldı. Sadəcə lacostenin köynəkləri tanınmış ailələrin övladlarının qarderobunda sərgilənir, Perrynin köynəkləri isə küçə davalarında cırılırdı.

Amerikansayağı polo Relph Lauren

Fred Perry ilə Lacoste öz aralarında avropa bazarını bölüşdürdüyü zaman amerikalılar analoq tenis köynəklərini istehsal etməyə başladılar. Həmin dövrdə lacoste köynəkləri ABŞ bazarında satılırdı.İlk olaraq geyim Brooks Brethers dükanlarıda, sonra isə Izod şirkəti tərəfindən satıldı. Şirkətin rəhbəri köynəkləri bazarda necə satacağını bilmədiyindən bir neçəsini öz tanınmış dostlarına hədiyyə etdi. Dostlar arasında Binq Crosbi, Jon Cennidinin adını çəkmək olar. Nəticədə polonun səviyyəsi daha da möhkəmləndi və bir müddət markanı Izod adı altında saxladı. Lakin, buna baxmayaraq 1972-ci ildə Ralph Ruben Lifshis öz şəxsi Polo Relph Lauren 24 rəngdən ibarət xəttini buraxmağa başlayır. Nəticədə tennis köynəklərinin adı polo kimi rəsmiləşir.

80-cı illərin əvvəllərində adı polo o qədər məşhurlaşmışdır ki, rəsmi olaraq The Official Preppy Handbook kitabına adı salındı.

Plonun tarixində önəmli rol oynayan üç ad hələdə polo bazarında ciddi mövqeyini saxlayır. Biz onlara güvənsək də bəzən məşhur loqotibləri az tanınanlara dəyişə bilirik.

Qulluq

Köynəklərin boyunlarının ucları xoşolmayan xüsusiyyətə malikdir – onlar qatlanırlar, yuxarı qalxırlar. Yaranmış problemi həll etmək mümkün olmasa da, qarşısını almaq olar. Köynək yuyulan zaman avtomatik qurutma sistemi ilə qurudulmamalıdır və yuyulan zaman xüsusi stikerlərdən isifadə etmək gərəklidir. İnternetdə stikerləri axtarışa vermək istəsəniz “polo stays” açar sözündən istifadə edə bilərsiniz.

Necə geyinməli

Köynəyin geyimi zamanı əsasən iki sual yaranır: köynəyin boynunu qaldırmaq və şalvarın içinə salmaq lazımdırmı? Birinci sualın cavabı heç bir halda “yox”. Köynəyin boynunu qaldırmaq xeyli əvvəllər məşhur tərz hesab edilirdi. Bir də ki, bu yalnız tennis oyunlarında yol verilirdi. İkinci sualın cavabında isə, şalvarlara olar, ancaq cinslərdə heç bir halda.

Kişi dəbində fərqli kənarlaşmalarQarderobun baza hissəsinin vacib elementləri

Fikirlərinizi bildirin.