Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitəsinin dayanması (maddə 54)

61
Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitəsinin dayanması (maddə 54)

Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitəsinin dayanması (maddə 54)

I.Nizamlanan piyada keçidlәrindә svetoforun icazә siqnalı yandırıldıqda, sürücü imkan vermәlidir ki, hәmin istiqamәtin hәrәkәt hissәsindәki piyadalar yolu keçmәyi başa çatdırsınlar (şəkil 1; 2a).

Әgәr piyada keçidindә nәqliyyat vasitәlәrinin hәrәkәti nizamlayıcı tәrәfindәn vә ya svetofor vasitәsilә nizamlanmırsa; sürücü keçidә yaxınlaşarkәn sürәti lazımınca azaltmalıdır ki, yolu keçmәyә başlamış piyadaları tәhlükәyә mәruz qoymasın. Әgәr piyada keçidә daxil olmuşdursa vә ya daxil olmaqdadırsa sürücü nәqliyyat vasitәsini dayandırmalı vә piyadaya yol vermәlidir (şəkil 2b).

II.Әgәr nәqliyyat vasitәsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa vә ya sürәtini azaltmışdırsa, qonşu zolaqlarda hәrәkәt edәn digәr nәqliyyat vasitәlәrinin sürücülәri yalnız dayanmış nәqliyyat vasitәsinin qarşısında piyadaların olmadığını yәqin etdikdәn sonra hәrәkәti davam etdirә bilәrlәr (şəkil 3; 4).

III.Әgәr piyada keçidindәn o biri tәrәfdә tıxac yaranıbsa vә bu, sürücünü piyada keçidindә dayanmağa mәcbur edәcәksә, onun piyada keçidinә girmәsi qadağandır (şəkil 5).
IV.Sürücü yaşayış mәntәqәlәrindә, piyada keçidlәrindәn kәnarda ağ çәliklә işarә verәn kor piyadalara yol vermәlidir.

V.Әgәr ümumi istifadәdә olan nәqliyyat vasitәsinә minmә vә ya ondan düşmә yolun hәrәkәt hissәsindә vә ya orada yerlәşәn minik meydançasında aparılırsa, sürücü dayanacaqda duran ümumi istifadәdә olan nәqliyyat vasitәsinә doğru gedәn vә ya ondan düşüb gedәn sәrnişinlәrә yol vermәlidir (qapılar tәrәfdәn) (şəkil 6;7).

VI.“Uşaqlar” tanınma nişanı olan dayanmış nәqliyyat vasitәsinә yaxınlaşarkәn, sürücü sürәti azaltmalı, lazım gәldikdә dayanmalı vә uşaqlara yol vermәlidir (şəkil8).

Əvvəlki məqaləNiyə qaçış zamanı yalnız burunla nəfəsalmaq olmaz?
Növbəti məqaləNiyə az portnyor daha üstün sayılır?

1 COMMENT

Fikirlərinizi bildirin.