Pivə qadın hormonlarını artırırmı? Bir çox insanları bir sual maraqlandırır. Pivədə qadın harmonları mövcutdurmu? Onların orqanizmə təsiri hansı şəkildədi? Bəs çox istifadə zamanı kişinin qadına çevrilmə məsələsi nə dərəcədə doğrudur? Bu günkü məqalədə bu kimi fikirlərin nə qədər doğru və yanlış olduğunu, pivədə harmonların hardan yarandığını müəyyənləşdirməyə çalışacayıq.

Pivədə qadın harmonları hardan yaranır?

Pivədə həqiqətən qadın harmonları mövcutdurmu? Bu sual pivə sevənlərin çoxsunu düşündürür. Bir müddət əvvəl pivəyə qarşı anti reklam aparılaraq onun cinsindən aslı olmayaraq insan orqanizmində hormonal fonun dəyişdirməsi ilə bağlı fikirlər səsləndirilirdi.

Pivə hazırlanmasının klassik reseptinə əsasən əsas komponent kimi qarasarmaşıq (xamırmaya, mayasarmaşığı) bitkisindən istifadə edilir. Bu bitki çətənə kimilər fəsiləsinə aitdir. Yüksək aramatik maddələrlə zəngindir. Eyni zamanda araşdırmalar tərəfindən alimlər tərəifndən tərkibində fotiestroqen adlı maddə müəyyən edilmişdir. Bu adətən spesifik aramatın təmin edilməsi üçün əlavə edilir.

Pivədə qadın hormonları – qarasarmaşığın tərkibində olan fitoestroqen hesab edilir.

Fitoestroqen – pivənin tərkibində olan qadın hormonu deyil, sadəcə onun bitki analoqudur. Buna baxmayaraq, bəziləri hazır içkidə 36 mq/litr fitoestroqenin olduğunu iddia edir. Onların məntiqinə əsasən bu göstərici qadın orqanizmində olan proqestronun və estroqenin səviyyəsindən bir neçə dəfə artıqdır. Lakin, qeyd etmək lazımdır ki, sözü gedən içkinin tərkibində olan harmonlar insan bədəninin təbii yolla ifraz etdiyi estroqendən fərqli olaraq bioloji baxımdan az aktivdir.

Pivə qadın hormonlarını artırırmı?

Pivə: qadın hormonları, onların disbalansı və nəticələri

Yənədə pivədə qadın hormanları həqiqətdir ya uydurma? Alimlərin araşdırmalarına görə mütamadi pivə qəbulu insan orqanizmində həddindən artıq çox fotohormanların əlavəsi ilə nəticələnir. Bu isə öz nüvbəsində estroqen səviyyəsini artırır. Nəticədə aşağdakı kənarlaşmalar yarana bilir:

  • Böyrəyin, miomananın böyüməsi. Bu hal hiperestroqen vəziyyət – harmonların yüksək konsentrasyası zamanı yaranır. Bu adətən xoş xassəli kənarlaşma hesab edilir. Lakin, nəticələri ürək açmayan ola bilir.

  • Reseptorların fəaliyyətinin pozulması, proqrestora qarşı hissiyyatlılığın artması. Pivənnin tərkibində estroqen qadın harmonu mövcutdur ki, bu da öz sekresiyanın azalmasına səbəb olur.

  • Menstrual siklin pozulması, onda kənarlaşmaların yaranması. Bir neçə ay ard-arda prosesin dayanması baş verə bilər.

  • Funksional sonsuzluq. Yüksək miqdarda pivə qəbulu yumurtalıqların inkişafına mane ola bilər. Follikuldan çıxa bilmir. Nəticədə qadınlar hamilə qala bilməmək problemləri ilə üzləşir.

Pivə qadın hormonlarını artırırmı?

Pivənin tərkibində qadın hormonlarının olması və onun orqanizmə mənfi təsir göstərməsi haqda kifayət qədər araşdırmalar aparılmışdır. Araşdırmalar bir çox araşdırmalar kimi ilk olaraq siçanlar üzərində aparılmışıdır. onlara qarasarmaşıq konsentratı verilmiş, nəticədə qarasarmaşıq içkisi ilə hormanal vəziyyət arasında asıllıq müəyyən edilmişdir.

Qeyd edilməlidir ki, pivənin tərkibində qadın hormonlarının olması iddiası bir çox xarici alimlər tərəfindən təsdiqlənməmişdir. Bu səbəbdən də bu fikrin yalan olduğundan başqa nələrsə düşünmək yersiz görünür.

Pivə və qadın hormonu: əslində nələr baş verir?

Estroqenin və proqestronun bioloji aktivliyinin təbii şəkildə qadın orqanizmində olan miqdarının bitkilərdə olan analoq variantından dəfələrlə çox olması səbəbindən pivənin tərkibində qadın hormonlarının olması miqdarı çox az olması müəyyən edilmişdir. Onlar hiss ediləcək şəkildə təsirə malik ola bilməzlər. Yəni, hiperestroqen kənarlaşması və digər hormonal asıllıqlar yarada bilməzlər.

Pivənin tərkibində olan fitoestroqenlərin qadın sağlamlığına mənfi təsirləri tam olaraq elmi sübuta yetirilə bilməmişdir.

Pivə ilə bağlı hormonal vəziyyət

Pivənin tərkibində olan fotohormonların səviyyəsi ilə bağlı aparılan araşdırmalarda aşağıdakılar müəyyən olunmuşdur:

  • Pivənin tərkibində fitohormonların aktivliyi qadın orqanizmində olan estroqenə nisbətən 5000 dəfə az sintez olunur. Bu səbəbdən 36mq/l qarasarmaşıq hormonları yalnız 0,0072 mü aktiv maddələr kimi təsir göstərə bilir. Bu isə çox aşağı göstəricidir.

  • Sutkalıq ölçüdə qadın hormonlarını əldə etmək üçün 550 litrdən az olmamaq çərti ilə pivə içilməlidir. Eyni zamanda cəld edilməlidir. Fitohormonlar fermentlərin təsiri nəticəsində tez dağılır.

  • Qısa müddət ərzində bu həcmdə pivəni içmək mümkünsüzdür. Bu səbəbdən də, qadın hormonlarının orqanizmə təsiri fikirləri sübut olunmamış hesab edilir.

Pivə qadın hormonlarını artırırmı?

Spirtli içkilər ya fitohomonlar?

Pivənin təhlükəli tərəfləri heçdə tərkibində fotohormonların olmasında deyil. Beləki, fitohormonlar gündəlik həyatımızda istifadə etdiyimiz digər ərzaq məhsullarında (misal olaraq: pomidor, kələm, təzə göyərtilər və s.) daha çox rast gəlinir. Ən çox fotohormonlar qida sənayesində istifadə edilən kolbasa məhsullarının hazırlanması zamanı istifadə edilən soya yağında aşkarlanmışdır. Ancaq, heç kim bu məhsulları yemək olmaz kimi fikirlər səsləndirmir.

Tez-tez pivə içmək daha çox spirtli içkilərdən asıllığa səbəb olur. Bu isə onun tərkibində etil spirtinin olması ilə bağlıdır.

Pivədən asıllıq digər spirtli içkilərə nisbətən az təhlükəlidir

Pivənin neqativ təsiri əsasən onun spirtli içki olması ilə bağlıdır. Məhs bu səbəbdən də kişi və qadın orqanizminə mənfi təsirlər yarana bilər.

Orqanizmdə etil spirti aşağıdakı fəsadlar yarada bilər:

  • Proqresteronun sintezi zəifləyir (miomalar, mentrusaya sikli, sonzuzluq və s.).

  • Maddələr mübadiləsinin pozulması və zəifləməsi.

  • Xarici görünüşün pisləşməsi: dərinin bozarması, qarının böyüməsi və s.

35 yaşdan sonra qarın niyə böyüyür?Şirniyyatdan necə imtina etmək olar?

Fikirlərinizi bildirin.