Piling haqqında nələri bilmək gərəklidir? – Üzün təmizlənməsi. Bəzən kişilərin qəbul etmədiyi və bəyənmədiyi bir prosedurdur. Çox təəssüf. İlk növbədə prosedur olduqca xeyirlidir. İkinci isə olduqca xoş olan elmi adı mövcutdur – eksfolasiya.

Dəri dayanmadan yenilənir. Dərinin baza hissəsi, daha doğrusu alt qatı – epidermis yeni toxumalarla zənginləşir. Bu toxumalar tədricən üst qata keçir və beləliklə dəri sankı yenilənir. Amerika dermotoloqlar assosiasiasının məlumatına əsasən gün ərzində dərinin üz qatından 30-40 minə yaxın toxuma məhf olur. İtkilərin çox hissəsinin əvəzlənməsinə dəri özü nail ola bilir. Lakin, qalıqlar üzdən təmizlənməsə dəri solğun, boz, çirkli görünməyə başlayır. Eyni zamanda, üz dərisinə çəkilən əlavə kosmetik komplekslər, müəyyən kremlər dəriyə daha çətin nüfuz edər, keçər. Səbəb isə, ölmüş toxumaların özündən heç bir şey keçirmə qabiliyyətinin olmaması ilə bağlıdır.

Məhs yuxarıda sadalanan nüyanslara görə eksifolasiya vacib hesab edilir. Mexaniki, kimyəvi və enzim variantları mövcutdur.

Mexaniki piling:

Mexaniki pilingdə satışda rast gəlinən, adətən maye halında olan skrablar istifadə edilir. Skrablar təmizlənmə prosesini tərkibindəki xırda hissəciklər sayəsində etmiş olurlar (toz halına salınmış badam, ərik tumları, günəbaxan tumları, bəzən isə politilen kiçik şarlar). Mexaniki eksfoliasiya olduqca qədim prosedur hesab edilir. Buna görədə, bir çox proqressiv kosmetoloqlar bu təmizlik formasına olduqca laqeyd yanaşırlar. Eyni zamanda qeyd edək ki, skrablar üzə olduqca kobud təsir göstərir və dərinin güclü sıxılması mikro zədələrlə yekunlaşa bilir.

Kimyəvi piling:

Burda bir qayda olaraq əsas rolu ölmüş toxumaları həll etmə qabiliyyətinə sahib turşular tutur. Onların əsas növü alfa-hidroksiklotlar (ANA) və beta-hidroksiklotlar (BNA) hesab edilir. Birinci forma meyvələrdən və süni sintez yolu ilə əldə edilir. Misal olaraq glikolik turşu (ən çox istifadə edilən), alma, süd, badam, linom və s. turşular. Ən əsası, ikinci forma BNA turşuları hesab edilir. Bu turşular həm üzdəki məsamələri kiçildir, həmdə üzü təmizləyir. Bəzən isə vasitələr ümumiyyətlə özündə ANA və BNA elementlərini cəmləyə bilər. Əlbətdə ki, birləşmə güclü nəticə verəcək. Lakin, bu variant məsləhət görülmür.

Piling haqqında nələri bilmək gərəklidir?

Təmizlik birləşmələrinin tərkibi olduqca müxtəlif ola bilər. Adətən ev şəraitində işlətmək üçün birləşmələrin tərkibi 10% ANA və 2% BNA kimi götürülür. Turşular üz təmizliyini maksimum effektiv icra etməyə imkan verir. İstifadə zamanı dərinin turşuya reaksiyası diqqətlə izlənməli və hazırlanmış məhsulun tərkibinə diqqət yetirilməlidir. Eyni zamanda, prosedurdan sonra dərinin fotohissiyyatlılığı artır. Bu səbəbdən gün şüalarının təsirindən qorunmaq gərəklidir. Təmizlikdən sonra SPF tərkibli maddələr dəriyə çəkilməklə hissiyyatlılıq azaldılmalıdır. Əks halda ləkələrin əmələ gəlmə ehtimalı olduqca artır.

Enzim piling:

Enzimlər – bu piling tamami ilə təhlükəsiz feqment hesab edilir. Onlar yalnız ölmüş toxumalara təsir göstərir. İstənilən dəri növünə uyğun gəlir və canlı toxumalara təsir göstərmir. Lakin, metodla təmizlik olduqca yüngül olduğundan, nəticə olduqca minimal qiymətləndirilir.

Piling haqqında nələri bilmək gərəklidir? – Üz təmizliyinin tezliyini və prosedurun növünü individual müəyyən etmək gərəklidir. Piling nə qədər aqressiv və dərindən aparılarsa prosedur arasındakı müddətdə o qədər uzadılmalıdır. Klassik müddət yanaşması dərin təmizlik həfdə ərzində bir-iki dəfə tədbiq edilir. Digər günlər isə ehtiyyatlı şəkildə turşulara və ya enzimlərə müraciət etmək olar.

Salon şəraitində edilən pilinglər isə bir mənalı olaraq ya yüksək tərkibli turşularla (ev şəraitində istifadə olunandan yüksək), ya xüsusi aparatlarla – mikrodermabraziya, ultrasəsli və lazer pilingdən istifadə edilir. Bəzən kosmetoloqlar kimyəvi və enzim pilingləri birləşdirərək prosedur həyata keçirirlər.

Əlbədtə ki, tez təsir baxımından salon pilingi daha yaxşıdır. Sürətli və tez hiss ediləcək şəkildə dərini təravətləndirir. Dəri dayanmadan yeniləndiyindən prosedurlar ay ərzində davam etdirilir. Hər müraciət zamanı müəyyən qata təsir göstərilir. Dərinin bütün epidermisinin yenilənmə müddəti təxmini 28 gün davam edir. 28 gündən sonra tamamilə yeni bir insan kimi görünmək şansınız var. Salon pilingləri qış və az günəşli aylarda daha çox məsləhət görülür.

Kişi üz dərisinə qulluq barədə

Fikirlərinizi bildirin.