Pilates fitnesin fərqli formasıdır, yoxsa müalicə üsulu?

200
Pilates fitnesin fərqli forasıdır, yoxsa müalicə üsulu?

Pilates fitnesin fərqli formasıdır, yoxsa müalicə üsulu? Bu zamana qədər səhfəmizdə fitnes, bodybuilding, kardio hərkətləri ilə bağlı xeyli yazılar oxuyub, bunu həyat tərzimizə çevirməyin vacib olduğunu bir mənalı qəbul etmişik. Müasir dövr, meqapolis insanının daim hərəkətdə olması, qidalanmağına xüsusi diqqət yetirməsi, bütün zərəli vərdişləri öz xeyri, gələcəyi üçün müsbət dəyişməli olduğunu yaxşı anlayırıq. Bəziləri daim aktivliyi müəyyən növ ruhi sakitlik fəlsəfəsi ilə əlaqələndirir, bəziləri daim formada olmağa çalşır, bir çoxları isə ümumulikdə sağlamlıq kimi neyməti əldən vermək istəmirlər.

Günümüzdə istər paytaxt şəhərimizdə, istərsə də respublikanın digər rayon və şəhərlərində kifayət qədər idman zallar mövcutdur. Onların bəziləri müxtəlif növ döyüş sənətlərinin örgənilməsi ilə məşğul olsalar da, bir çoxları məhs bodybuilding sahəsi üzrə, daha doğrusu vizual baxımdan estetik gözəlliyə sahib olmaq üçün müxtəlif məqsədlərə xidmət edirlər.

Bəs ümumilikdə fitness, əzələlərin aktiv fəaliyyəti və ümumən düşüncələrdə sağlamlıq məsələlərinə nə dərəcədə önəm verilir? Müasir dövrün professional məşqçiləri maraq göstərənlərə nə dərəcədə geniş izahat verə bilirlər? Və ya, daha bir maraqlı sual – özümüzə zallarda ayırdığımız zamanı esetik görünüşdən savayı necə sağlamlıq kimi önəmli məsələləri əsas tutaraq daha xeyirli, daha gəlirli formada istifadə edə bilərik?

Yuxarıda təqdim edilən və vaxtaşırı bir çoxlarımızı düşündürən çox saylı suallara cavab tapmaq üçün bu gün Azərbaycanda ilk sertifikatlı Pilates kişi məşqçisi Elvin Əsədzadə ilə müzakirələr aparmaq və əldə etdiymiz müsahibəni diqqətinizə çatdımaq istərdik.

-Salam Elvin bəy. İlk öncə ayırdıınız zaman üçün təşəkkür edirik. Ancaq səbəbi bizə də maraqlıdır – niyə fitness, bodybilding, paulifting deyil, məhs Pilates?

-Uşaq yaşlarımdan idmanla maraqlanmışam. İlk illərdə gənc professional futbol klubunda məşqlərə başlamışam. Futbola 10 yaşında başladım və 5 il məşğul oldum. Sonra güləşə marağım yarandığı üçün bir müddət də məşqlərimi ona həsr etdim.

Axtarışda olduğum üçün müxtəlif idman növləri ilə maraqlanırdım. Araşdırma zamanı gördüm ki, fitnes sektoruna marağım böyükdür, ona görə bu sahəyə üz tütmağa qərar verdim. Bir müddət dövlət strukturlarında çalışaraq, pauliftingdə ölkə üzrə hakim səviyyəsinə yetdim.

Məşq zamanı sağ çiynimdən aldığım zədədən, onun müalicəsi ilə maraqlanmağa başladım. Bu zaman Pilatesin müalicəvi bərpası ilə qarşılaşdım. Onu örgənmək qərarına gəldim. Pilatesdə olan hərəkətləri tətbiq edərək, özümü sağaltmağa nail oldum. Bu məni çox maraqlandırdı. GYM-də məşqlər zamanı, qızışma hərəkətlərindən belə zədə almaq mümkündür. Pilates isə nəinki bunun qarşısını alır, həmçinin onları aradan qaldırır.

-Bu sahədə professional təhsil və Pilates növünə daha məsuliyyətli yanaşma nə zamandan formalaşdı?

-2019-cu ildə Pilates Life-da vakansiya olduğunu eşitdim və müraciət etdim. Müsahibədən sonra işə qəbul olundum. 1 il əzində Türkiyədən gələn müəllimlərlə dərslər keçib, imtahanları uğurla verdikdən sonra sertifikatlar aldım və “Pilates Life”da Pilates üzrə məşqçi olaraq çalışmağa başladım.

Buna baxmayaraq, Yoqa ilə də maraqlanıram, çünki Pilates Yoqadan da müəyyən hərəkətlər götürüb.

Pilates fitnesin fərqli forasıdır, yoxsa müalicə üsulu?

-Öznüz də qeyd etdiyiniz kimi pilateslə zədə aldıqda sonra yaxından maraqlanmağa başlamısınız. Yararan çətinliklərdən sonra müalicə üsulu kimi hərəkətlərə önəm verib, əzələ formalaşmasına və bədənin ümumi möhkəmliyinə başqa baxışla baxdınız. Elə isə Pilates özü nədir? Ümumiyyətlə daha çox müalicə üsuludur, yoxsa fitnesin daha anatomik yanaşma ilə icrasıdır? Eyni zamanda, tarixi barədə məumat verərdiniz mümkünsə.

-Yaradıcısı Yozef Pilates hesab edilir. 1883-cü ildə Almaniyada yoxsul ailədə anadan olub. Uşaqlıqdan zəif olduğu üçün astma, raxit və digər xəstəliklərdən əziyyət çəkirdi. Bir gün, 9 yaşında atasına məktəbdə sinif yoldaşları ilə problem yaşadığından şikayət edir. Atası cavab olaraq maraqlı məntiq irəli sürür: “Hər kəs taleyinin sahibi özüdür. Ya ömrün boyu şikayət etməyə davam edəcəksən ya da, daha irəli getməli və vəziyyəti öz xeyrinə dəyişməlisən.” Bu sözlərdən sonra Yozef anatomiya, güləş, yoga, gimnastika və döyüş sənətini öyrənməyə başlayır.

Yozef Pilates öyrəndiklərindən ilhamlanaraq, bənzərsiz bir gimnastika metodu tərtib edir. Yaratdığı metodika nəticəsində Jozef nəinki xəstəliklərdən canını qurtarır, həmçinin yaxşı bədən quruluşuna nail olur. Hətta, gənclik illərində incəsənət tələbələri üçün canlı model olaraq poz verməyə başlayır. Bundan əlavə, boks, xizək, gimnastika və dalğıclıqla daha ciddi məşğul olur.

Yosef Pilatesin yaratdığı təlimlər insan bədəninə elastiklik gətirir, əzələrin gücünü artırır, sümüklərin bərkiməsinə yardım edir. Pilatesi məşqləri xüsusi çoxfunksialı trenajorlar vasitəsi ilə həyata keçirilir.

-Pilatesin GYM məşqlərindən fərqi nədir?

Pilatesə fitnes məşqlərinin bir hissəsi daxildir. Bizim metodikada daha çox insanın öz çəkisi ilə məşqlərə üstünlük verilir. Hər ikisi ilə eyni anda məşğul olmaq da mümkündür. Əsas odur, aktiv hərəkətdə olasınz. Aktiv hərəkətlər insanı daha çox xəstəliklərdən uzaq edir.

Baxın, günümüzün ən böyük problemi Covid19 koronovirusudur. Bu virus əsasən zəif immuniteti olan şəxslərdə ağır keçir, çünki immunitet sistemi mübarizə apara bilmir. Hətta peyvənd olunan zaman zəif dozalı virus belə fəsadlar yarada bilir. İmmunitetin möhkəmləndirilməsi üçün hər hansı idman növü ilə məşğul olmaq məsləhətdir. Ən azından gündəlik 10 min addım sürətli piyada gəzmək gərəklidir. Bu ən azından bədənə pozitiv təsir edəcəkdir.

-Eşitdiyimizə görə Pilatesə daha çox qadınlar maraq göstərir. Fikrinizcə səbəbi nədədir?

-Qadınları ağırlıq olmayan, rahat, asan hərəkətlər cəlb edir. Pilatesi daha çox gimnastikaya bənzədirlər, çünki qadınlar elastikliyə daha çox diqqət yetirirlər. Məşqlərin sonunda əzələlərin dartınması icra edilir. Pilateslə məşqlər əzələləri sıxlaşdırır, bədən quruluşunu yaxşılaşdırır. Necə deyərlər, sağlam bədənə sağlam ruh bəxş edir.

-Kişilərə Pilates nə verir?

-Daha öncə qeyd etdiyimiz kimi, kişi bədən quruluşu qadınlara nisbətə elastik deyil. Hətta uzun zaman piyada gəzməyə belə həvəsli olmurlar. Hərəkətsizlik, bədəndə dayanıqlıq bəxş etdiyindən protrusiya, sonra isə onurğada yırtığına (qrıja) səbəb ola bilər. Bunların qarşısını almaq üçün fiziki hərəkətlər lazımdır. Bu səbəbdən Pilates məşqləri daha asan və uyğun çıxış yoludur.

Protruziya birdən yaranmır, uzun zaman ərzində inkşaf edir, bir gün ortaya çıxır və əməliyyat qaçılmaz olur. Zamanında diqqət yetirməsəniz gec olur, müalicəsi çətinləşir və sağlamlığı yenidən bərpa etmək daha çox vaxt alır. Halbuki, həftədə 2 və 3 dəfə 1 saat ayırmaqla bunun qarşısını almaq olar. Fiziki baxımdan güclü və sağlam olan kişilər daha məhsuldar beyin aktivliyinə sahib olur, qarşıya çıxan ziddiyyətli məqamlara daha tez reaksiya göstərib, cavab tapmağı bacarırlar. Pilates məşqləri zehni yaxşılaşdırır, qan dövranını sürətləndirir.

Pilates fitnesin fərqli forasıdır, yoxsa müalicə üsulu?

Misal olaraq, Cristiano Ronaldo-nun yaxşı fiziki formada olmasının səbəblərindən biri də Pilateslə məşğul olmasıdır. Çünki bu məşqlər ona kordinasiya, balans və sürət verir. Onunla yanaşı digər məşhurları və onların pilatesə olan həvəsləri ilə bağlı məlumatları internetdə hər kəs axtarıb, oxuya bilər.

-Yaş olaraq hər hansı bir məhduduiyyət varmı?

-Yaşın heç bir fərqi yoxdur. Hətta yaş artıqca, pilateslə məşğul olmaq daha məsləhətlidir. Çünki, GYM-də trenajorlarda məşğul olarkən zədələnmə halları yarana bilir. Pilatesdə isə bu problemlər yoxdur.

Öncə söylədiyim kimi, çox kişilər gün boyu oturaq həyat tərzi keçirir, ofis işlərinə görə az hərəkətdə olurlar. Bu da əzələlərdə dayanıqlığa yol açır. 35 yaşdan sonra bu kimi problemər özünü daha çox biruzə verir. Beldə və boyun hissələrində ağrılar olur. Əsasən 35-40 yaşdan sonra kişilərdə testestoron və cinsi aktivlik aşağı düşür. Pilatesin metodikası cinsi həyatın yaxşılaşdırlımasına yönəlikdir, bel ilə məşqlərə burda böyük önəm verilir.

Kişilərin çox hissəsi düşünür ki, Pilates qadınlar üçünüdür. Lakin, bu olduqca yanlış fikirdir. Əksinə, təkidlə bildirərdim ki, kişilərə daha çox xeyirlidir.

-Həftədə 2 yaxud 3 dəfə məşqlər yetərlidirmi?

-Yeni başlayan şəxslər üçün həftədə 2 dəfə mələhət görürəm. Bir az alışandan sonra isə həftədə 3 dəfəyə keçmək yaxşıdır.

-Qidanlanma ilə bağlı nələrə diqqət yetirilməlidir?

-Əlbəttə ki, sağlam qidalanma çox önəmlidir. Çünki, hər bir idman növündə sağlam qidalanma önəmli məqsəd daşıyır. Yəni, müxtəlif pəhrizlərlə deyil, düzgün rasionla, uyğun porsiyalarla, vitamin və minerallar nəzərə alınmaqla daha dəyərli məhsullardan istifadə etmək. Qida qəbulu vərdiş etdiyimiz kimi gün ərzində üç dəfə deyil, nisbətən az ölçülər nəzərə alınmaqla 5-6 dəfəyə qədər bölüşdürülməlidir. Yağlı, qızartmaları minimuma salmaq, zülal miqdarını artırmaq gərəklidir. Ən başlıcası isə şəkər istehlakıdır. Onu da, un məmulatları kimi minimuma endirmək məsləhətdir.

Pilates fitnesin fərqli formasıdır, yoxsa müalicə üsulu?

-Tədricən insanın ruhu, düşüncələri, özgüvən hissi hansı formada dəyişə bilir?

-Bütün aktivliklərdə olduğu kimi, Pilates məşqləri qan dövranını və yaddaşı yaxşılaşdırır. Beyinin işi daha yaxşı olur, iş qabiliyyəti artır. Neqativ fikirləri düşüncələrdən kənarlaşdırır. Əhval-ruhiyyə yüksəlir, həyat keyfiyyəti yaxşılaşır.

-Anladığımız qədər ilə, Yozet Pilates xəstəliklərini müalicə edibsə, deməli reabilitisaya da məşqlərə daxil edirlir…

-Pilates fitnes və reabilitasiyanı özündə birləşdirdiyi üçün bədəndə əzələ elastikliyi artır, nəticədə müəyyən qədər bir çox zədələnmələrin reabilitasiyası baş verir. Ona görə zədəsi olan şəxslərlə iş prosesi zamanı həkim məsləhətinə və zədənin xarakterinə xüsusi diqqət yetirirəm. Travmaların sağalması əzələlərin hərəkəti ilə bağlıdır. Əzələ aktivliyi bir çox hallarda narahatlıqların aradan qaldırılmasına imkan yaradır.

Proqrama həkimlərin məsləhəti ilə müalicəvi idman da daxil edilə bilər.

Pilates fitnesin fərqli formasıdır, yoxsa müalicə üsulu?

-Uşaqlar və yaşlı nəsil necə?

-Uşaqlar üçün idealdır, çünki onların bədən formalaşmasına böyük təsiri var. Yaşlı nəsil üçün isə daha da gümrah olmaq şansı verir.

-Sonda standart suallardan biri – gələcək planlarınız nədən ibarətdir?

-İstərdim ki, ölkəmizdə sağlamlıq sahəsinə böyük önəm verilsin və bu daha böyük inkşafa təkan versin. Təəsüf ki, bu gün çoxsayda GYM zalları fəaliyyət göstərsə də, çox az sayda fitnes və yoga zalları və mütəxəsisləri mövcutdur. Lakin, fikrimcə bu sahəyə yeniliklər gətirməyin zamanıdır. Zamanla fitnesə və yogaya olan maraq əminəm ki, ölkmizdə də Amerika və Avropa təcrübəsinin digər formalarının istifadəsini, tədbiqini stimullaşdıracaqdır.

Dünyanın ən təhlükəli idman növləri TOP10İmicini məhv etmiş 7 idmançıNiyə qaçış zamanı yalnız burunla nəfəsalmaq olmaz?

Əvvəlki məqaləDayanma və durma (maddə 52)
Növbəti məqaləAvtomagistrallarda hərəkət (maddə 43)

Fikirlərinizi bildirin.