Pierre Cardin həyat qanunları. Fransalı modilyer və biznesmen. 2020-ci il 29 dekabr tarixində 98 yaşında dünyasını dəyişmişdir.

Nəaliyyətlərimə görə Fransaya borcluyam — məhs orda mənim istedadımı gördülər. Ancaq, qəlbimdə və zövqümdə mən hələ də italiyan olaraq qalmaqdayam.

Həddən artıq çox şey göstərmək olmaz — eleqantlıq gizli qalmalı bir məsələdir. Bunu mənə Dior örgətdi.

Christian Dior bir gün mənə dedi: — “Mən hər zaman Cristobal Balenciaga olmaq istəmişəm”.

Coco Chanel hər zaman mənə həsəd aparırdı — mən o zamanlar çox yaxşı idim – cavan və istedadlı. O isə – belə deyək kifayət qədər yaşlı.

Mənə heç vaxt — heç kim təsir göstərməyib.

Pulların köməyi olmadan uğur qazandım — yalnız istedat. Vəssalam.

Özüm özümü yaratmışam — Öz adımla bağlı brendə sahib olan yeganə insanam.

Əgər sənin tərzin varsa — o brendə çevrilə bilər. Dəb isə çox sürətlə dəyişəndir.

Eleqant görünüş — bu tam olaraq özünü, öz üstünlüklərini və çatışmamazlıqlarını dərk etmək deməkdir. Sizin görünüşünüz qüsursuz olsa belə hər şeyi necə gəldi geyinmək olmaz. Eleqantlılıq tərz yaradır.

Sakit şəraitdə çalışın və heç kimi dinləməyin — vicadnınızdan başqa. Başqalarına güvənməyə başlasanız heç vaxt uğur əldə etməyəcəksiniz.

Olduqca istedadlı idim — öz işimlə insanları sevindirməyi sevirdim. Qul deyil, qulluqçu idim.

Geyim üzərində çalışan zaman konkret qadın və ya onun bədəni haqqında düşünmürəm — ilk öncə geyimi yaradıram, sonradan onu insana geyindirirəm.

Geyim ona görə yaradılıb ki, — bədənə forma versin.

Kosmik əsri qabaqlamışam: — kosmos estetikası kosmosa uçuşlar reaalığa çevrilməmişdən öncə mənim kolleksiyalarımda daha əvvəldən formalaşmışdır. Hələ uşaq olarkən, insanın nə zamansa Aya uçacağını bilirdim.

2069-cu ildə qadınlar kloşdan papaqlar və silindir formalı uzun ətəkli geyimlər geyinəcəklər — kişilər isə elliptik şalvarlar və kinetik köynəklər. İnsanlar mənim kosmik geyimlərimdə Aydakıvə ya Marsdakı ofislərinə uçacaqlar.

Bir işi bitirən kimi, tez digərinə keçirəm — dayanmağı sevmirəm. Hər zaman özümə nəyisə sübut etməyə ehtiyac duyuram.

Hər səhər eskizlər üzərində çalışıram — söhbət yalnız forma çəkməkdən getmir, tikiş evinə gedirəm. Rəqqaslar kimi bunu özümə qayda olaraq seçmişəm. Onlar da formalarını itirməmək üçün daim məşq etməli olurlar. Mən də məşqlərə çox ehtiyac duyuram.

Küçələr mənim hədəfim olub — istiyirdim ki, adım və yaratdıqlarım hər yerdə parlasın. Məşhurlar və şahzadələr mənlik deyil. Onlara dərin hörmətlə yanaşıram, onlarla nahar belə etmişəm. Ancaq onları öz geyimlərimdə görmürəm. Bütün bu məşhurlar mənim geyimlərimdə qəribə görünərdilər.

Dəb-dəbəlik — olduqca nadir, qəliz və eliqantlılıqdır. Hermès kimi moda evləri çox gözəldir. Ancaq onlar daha çox fərqli yaradıcılıqla bağlı deyil, pul haqqında olan evlərdirlər. Mən isə ilk növbədə dizaynerəm, yaradıcı insanam. Pul – mənim yaratdıqlarımın nəticəsidir.

Tanışlıqlar və görüşlər mənim həyatımda ciddi önəm kəsb edibChristian Dior, şair Jean Cocteau, rejisor Jean Delannoy, rəssam-illyustrator Christian Bérard. Məhs onlar məni eliqantlılığa yönəldiblər. Özümə inam bəxş ediblər.

Dünyanı 27 dəfə dövr etmişəm — Yaponiyada 56 dəfə, Hindistanda 37 dəfə, Rusyada 28, Çində 22 dəfə olmuşam. İndi dünya mənim üçün çox kiçik görünür.

Komunist ölkələri yaxşı tanıya bilmişəm — ora kapitalizmin nümayəndəsi kimi gəlsəm belə. Bu kontrast mənə hər zaman maraqlı görünüb.

Xöşbəxtliyi — işdə tapmışam.

Həyatım sönməyə doğru gedir — sonluğu gözləyirəm. 95 kifayət qədər dəyərli yaşdır. İstədiyim hər şeyə nail olmuşam. İnanılmaz həyat yaşamışam, bütün fikirlərimi reallaşdırmışam. Arzuladığım hər şeyim olub. İndi isə sadəcə öz əsrimi yaşayıram.

Christian Dior həyat qanunlarıBillie Eilish həyat qanunları

Fikirlərinizi bildirin.