Pansexualla bisexuallığın fərqi. Avropa toleranqlığı insanı valeh edir. Onlar üçün insanda cinsdən önəmli insanlıq daha vacib olmaqdan başqa həmdə insanın istək və həvəslərində fərq qoyulmaması önəmli şərtdir. Bu gün sizə yeni sexuallıq trendi olan “pansexuallıq” bardə danışmaq istərdik.

Biz artıq insanın “mən” deyə biləcəyi dövürdə yaşayırıq. Daxili hisləri və marağı gizlətməyə ehtiyac qalmır. Artıq bir çoxları cəmiyyətin “nə deyəcəyi” haqda düşünməyə ehtiyac duymurlar. Duzdur, nisbətən yaşlı nəslə yeni terminləri və maraq dairələrini anlamaq, qəbul etmək çətindir, ancaq indiki yetişən nəsil bunu artıq müasirlik adı altında cəmləyirlər.

Bisexuallıq haqqında nə bilirsiniz?

Bisexuallıq daha bir sexual orientasiya hesab edilir. Bəli, heçdə hamı bu dünyada hetrosexual deyil. Bisexualların sexual maraq dairəsində həm qadınlar, həmdə kişilər cəmlənmişdir. Bu həvəsin eyni anda baş verməsi önəmli deyil. Ən azından bu heçdə qrup sex mənasına gəlməz. Bu orientasiya həmdə cinslərə qarşı tam bərabər istəyin olması mənasınada gəlməz. Belə bir öhdəlik yoxdur.

Pansexualla bisexuallığın fərqi

Bisexuallıq terminini ilk dəfə Alferd Kinsi adlı sosioloq istifadə etmişdir. Məhs bu alim Amerika Birləşmiş Ştatlarında sexual çevrilişin başlanğıcına təkan vermişdir. İnsan sexuallığı haqqında araşdırmalarında Kinsi böyük incələmələr və sorğular keçirərək tam fərqli və dövrü üçün yeni bir qanunauyğunluq sxemi, qiymətləndirmə meyarı müəyyən etmişdir. Meyyar aşağıdakı kimi əks etdirilir:

0—Birmənalı hetrosexual.
1—Üstün hetrosexuallıq istəkləri, nadir hallarda homosexuallığa maraq.
2—Üstün hetrosexuallıq, adətən homosexuallığa maraq.
3—Bisexuallıq.
4—Homosexuallıqda üstünlük, adətən hetrosexuallıq təcrübəsi.
5—Homosexuallıqda üstünlük, nadir hallarda hetrosexuallıq təcrübəsi
6—Bir mənalı homosexuallıq.
X—Asexsuallıq

Bizim elmi araşdırmalara qarşı çıxacaq səviyyədə əsaslandırmalara bacarığımız çatmaz. Bu siyahıda fenomen hər şeyi açıq şəkildə izah etmişdir. Bisexual – başqasına qarşı ehtirası yaranmış insandır. Fərq etmir hansı insana.

Niyə görə bisexualla pansexual eyni məna kəsb etmir?

Pansexuallıq termini – sexsalogiyada olduqca çox istifadə edilən termindir. Bu termini hələdə eşitməmisinizsə, artıq leksikonunuza daxil etməyin vaxtı çatıb deməkki. Bu – insanların bioloji və gender müxtəlifliyindən aslı olmayaraq insanlara qarşı sexual və romantik həvəsidir.

Pansexuallar qadınlar kimi kişilərədə həvəs göstərirlər. Lakin, bununla yanaşı transgenderlərdə bu siyahıya aid olur. Transgender – daxilən insanın doğuşdan doğulduğundan fərqli cinsdə özünü hiss etməsidir. Bu hələ son deyil. Bəyənmə siyahısına intersexuallarda şamil edilir. İntersexuallar – həm qadın, həmdə kişi sexual orqanlarına (ikisi eyni vaxtda) sahib insanlara deyilir. Bir sözlə pansexuallara görə portnyor seçimi zamanı qarşı tərəfin cinsinin heç bir önəmi yoxdur.

Hər iki sexuallıq növünün izahını qısa ifadə etmək istəsək:

Bisexualları kişilər və qadınlar eyni zamanda maraqlandırır. Pansexuallar isə “gender korlarıdırlar”, portnyorun cinsinin nə olduğunu önəmsəmirlər.

Bu daha geniş bir anlayışdır. Bu anlayış daha çox iki cinsin asıllığı, vəhdəti mənasına gəlmir, əksinə hər bir cinsin müstəqil mövcutluğu anlamını daşıyır. Bu termin cəmiyyətdə çox məşhurluq qazanmamasının səbəbi hələki qınaq məsələləri ilə bağlıdır. İnsanlar bir çox hallarda bu yanaşmanı qəbul etmir, nifrətlə yanaşırlar.

Orientasiyaya sahib insanlar bir növ meloman insanlar kimidirlər. Onlar hər növ musiqidən və sexuallıqdan eyni səviyyədə həzz ala bilirlər.

Qeyri-ənənəvi sexsual orientasiyaya sahib döyüşçülərSexsual temperament tipleri

Fikirlərinizi bildirin.