Pablo Escobar həyat qanunları. Kolumbiyalı narkobaron və siyasi xadim. 2 dekabr 1993-cü ildə 44 yaşında həyatdan köçmüşdür. Medelin, Kolumbiya.

Mən yaxşı başa düşürəm ki, — siz bunların hamsını dərc edəcəksiniz.

Hər zaman təkidlə bildirmişəm: — mənim var-dövlətim heç cür narkotiqlərlə bağlı deyil. Olduqca sadə insanam və güllərin eksportu ilə məşğulam.

Nəsə sözüm olan insanlar — hər zaman susurlar.

Bilirəm — bəzi insanlara mənim həyat tərzim çox yuxarı görünür. Bəs başqa pullarımla nə edə bilərəm ki?

Öküzləri sevirəm — ancaq daha çox maşınları bəyənirəm. Mənim ailəmdə ümumiyyətlə sürətlə çox maraqlanırlar. Misal üçün, qardaşım (Roberto Escobar) velosipedləri çox sevir. Ona görə də günlərin birində ona velosiped zavodunu (Bicicletas Ositto) hədiyyə etməyi qərarlaşdırdım.

Bu həyatda — istənilən şeyə əvəz tapa bilərəm. Ancaq heç vaxt arvadıma və uşaqlarıma əvəz tapa bilmərəm.

Hər bir adam — kiminsə üçün müqəddəsdir.

Hər zaman — verdiyim sözün üstündə durmuşam. Ancaq, kimlərsə deyir ki, mən terroristəm. Fikrimcə insan öz ailəsi, öz əmlakı üstündə mücadilə aparmalıdır. Əgər bunun üçün silah gərəklidirsə, qoy elə də olsun. Bəyəm mən özümü ən axırıncı fahişə kimi (homosexual) kimi aparıb kiməsə qürurumu və vicdanımı əzməyə icazə verməliyəm?

Bəzən mənə elə gəlir ki, — mən bu insan oğurluğu və partlatmalarımla çox uzağa gedirəm.

Məni allah sayın — çünki, əgər mənim ürəyimə damsakı kimsə öləcək, o həmin gün ölür.

Heçdə bütün səhvləri — bağışlamaq olmaz.

Hətda allahlarda — bəzən yanılırlar.

Padşah — yalnız bir adam ola bilər.

Anlamıram — niyə hamı mənim kasıblar üçün etdiyim işləri unudur? Yadınızdadır, mənə Robin Qud deyirdilər  (kolumbiyanın şimal-qərb hissəsinin insanları). Mən bununla fəxr edirəm. Hətda, hakimiyyətdə olan insanlar belə onların bütün cılız həyatları boyunca edə biləcəklərindən daha çox şey etdiyimi deyərlər.

Mən Kolumbiya torpağında çürüməyi — ABŞ türməsində olmaqdan üstün tuturam.

Amerika — bir milyon xüsusi agentlərlə idarə edilən 20 milyon axmaqlar deməkdir.

Bütün imperyalar — alov və qan hesabına qurulmuşlar.

Bundan qorxulu heç nə yoxdur — hakimiyyətə şəxsi problemləri olan insanları gətirməkdən savayı.

Dünyada hər şeyin dəyəri var — ən əsası isə onu düzgün qiymətləndirməyi bacarmaqdır.

Çox yaxşı bilirəm — riyaziyyat necə çalışır. Yenədə, mənim dünyamda ondan doqquz çıxmaq mümkün deyil.

Pullar — heç vaxt təmiz olmurlar.

Öz varidatımı qazandım, — hakimiyyəti aldım – ona görə yox ki, qalan illərimi siçan kimi yaşayım.

İl keçdikcə — gələcəyi öncədən görmək çətinləşir.

Ölümcül şəkildə yorulmuşam — gizlənib dalaşmaqdan.

Heç kimə inanma — əsasəndə özünə.

Verilmiş sözdən dəyərli heçnə yoxdur — verdiyin sözü pozmaqdan da ayıb heçnə yoxdur.

Düşmənləri məhv etməyin ən yaxşı yolu — onları diqqətə almamaqdır.
Heç bir əclaf — məni tuta bilməz. Burdan, cəngəlliklərdən belə mən onların hamsını öldürə bilərəm. Buna görə də onlara qalan yalnız məğlubiyyətdir.

Ölümü — aldatmaq olmaz. Ancaq onunla dostlaşmaq olar.

Sən öləndə — artıq heçnədən qorxmayacaqsan.

Heç vaxt bilə bilmərsən — hansı güllə səni öldürəcək. Axı güllələrin üzərində ad yazılmır.

Mən o qədər də yaxşı məktublar yaza bilmirəm — lənətə gəlmiş yazı makinasından bezmişəm. O məni dəli edir.

Yeganə istəyim — Kolumbiyanı daha yaxşı etmək idi.

Nə qədər ki, cənnət var — mən ona ümüd edə bilərəm.

Monica Bellucci həyat qanunlarıBill Gates həyat qanunlarıMafyanın maliyyələşdirdiyi futbol klubları

Fikirlərinizi bildirin.