Pərəstişkarlarına görə əziyyət çəkən məşhurlar

89
Pərəstişkarlarına görə əziyyət çəkən məşhurlar 2.

Pərəstişkarlarına görə əziyyət çəkən məşhurlar. Jennifer Lopez, Rihanna, Uma Thurman – bütün bu məşhurlar bir başa öz təcrübələrində məşhurluğun pərdəarxası çətinliklərinin olduğunu yaxşı anlamışlar. Bəzən pərəstişkarların sevgisi olduqca irgənc hala çevrilə bilir.

Rihanna

Pərəstişkarlarına görə əziyyət çəkən məşhurlar 1.

2015-ci ildə Rihannanı onu tüfəngdən atəş açacağı ilə hədələyən pərəstişkarı izləyirdi. Stalker Twitter və Instagramda qeydiyyatdan keçərək öz planlarını açıqlamaqdan çəkinmirdi. O məşhurların evlərinin yanında şəkil çəkdirərək Rihannanı öldürdükdən sonra rahatlaşacağını təkidlə qeyd edirdi.

Bir müddət xanımın eks boyfriendi olan repçi Chris Browna da ismarıc göndərməkdən yorulmurdu.

Madonna

Pərəstişkarlarına görə əziyyət çəkən məşhurlar 2.

2010-cu ilin sentyabr ayında keçmiş yanğınsöndürən Robert Linhart Madonnanın əmlakına ziyan vurmaqda məhkum olunur. O müğənninin Nyu-Yorkdakı evinin qarşısındakı səkidə qraffitilər çəkir, boya ilə ismarıclar yazırdı: “Zəhmət olmasa mənimlə görüş”, “Cavab ver “hə” ya “yox””, “Hə” desən arzum yerinə yetər, “yox” desən çıxıb gedərəm”.

Uma Thurman

Jec Jordan adlı dəlisov pərəstişkar aktrisanı bir neçə il izləyir. Hər şey Umaya zənglərlə başlayır. Jordan təkidlə xanımı o zamankı sevgilisi maliyyəçi Arpad Byussonun “gözəl seçim olmadığına” inandırmağa çalışıb. Ona evlilik və həyatının sonuna qədər sevgi vəd edib.

Pərəstişkarlarına görə əziyyət çəkən məşhurlar 3.

2008-ci ildə Jec davranışlarına görə dördüncü dərəcəli təhlükə yarada biləcək şübhəsi ilə ikinci dərəcəli aqressor kimi izlənilməyə başlanılıb. Polisin qərarına görə o psixi müalicə almalı və təcrid olunmalı idi. Məhkəmədə Jordan əgər hərəkətləri aktrisanı qorxuzursa, əməllərindən əl çəkməyə hazır olduğunu bildirib. Manyakın sözlərinə – “mən “Bəy siz Turman xanımı narahat edirsiniz” sözlərinin əvəzinə yalnız ”“Sən gedəcəksən?” ifadələri eşidirdim. Mənim ən böyük arzum sevdiyim qadının ürəyinə sakitlik gətirməkdir”.

Jared Leto

2013-cü ildə aktyor və 30 Seconds to Mars qrupunun salisti pərəstişkarından fərqli bağlama alır. Bağlamada olduqca səliqəli kəsilmiş insan qulağı yerləşdrilmişdir. Əlavə olaraq surprizə “Sən eşidirsən?” sözləri yazılmış məktub da əlavə edilmişdir. Aktyor çox düşünmədən hədiyyənin şəklini çəkərək sosial şəbəkələrdə paylaşır. Sonra isə qulağa ip keçirdərək boynundan asır.

Eva Mendes

2008-ci ildə aktrisanı Jon S.Luna adlı pərəstişkarı izləməyə başlayır. O xanımla aralarında sevgi yarandığına əmin idi. Qəribə məktublar və doqquz saatlıq ağılagəlməz səs yazısı göndərir. “Məktubların birində yazırdı ki, mən onun uğrunda ölməyə şad olardım” – deyə qorxan aktrisa açıqlama vermişdir. 2011-ci ilin yayında hakim Lunaya aktrisaya 90 metrdən yaxın məsafədə yaxınlaşmağı qadağan edir. Eyni zamanda əlaqə yaratmağa icazə verilmir.

Jennifer Lopez

2013-cü ilin avqustunda Jennifer Lopez 50 yaşlı pərəstişkarı Jon Dubis tərəfindən izlənilir və kişi aktrisanın Hemptonsedəki (Floridanın elit rayonu) villasına daxil olaraq bir həfdə boyunca hovuzun yanındakı evdə qalır.

Pərəstişkarlarına görə əziyyət çəkən məşhurlar 6.

Pərəstişkar ulduzun evinə öz avtomobilində gəlir və qarşısında park edir. 6 gün ərzində yeni evindən şəkilləri sosial şəbəkələrdə paylaşır. Məşhurun qonşuları onu görsələrdə, personalın bir üzvü hesab edirlər. Kişi həmin evdə yaşamaqla yanaşı daim təmizlik işləri də görürdü.

Villanın mühafizəçiləri yalnız 6 gündən sonra şübhələnirlər. Hadisə yerinə gələn polislərə isə qonaq Jenniferin rəsmi nigahda olan əri olduğunu və onun uşaqlarının atası olduğunu bildirir. Sonradan məlum olur ki, bura təşrif buyurmamışdan öncə aktrisanın anasına zəng edərək özünü oğlu kimi qələmə verməyə cəht göstərib.

Emma Watson

Harri Potter filminin çəkilişləri zamanı baş qəhramanların birinin rolunu canlandıran aktrisa Emma Watson Bibliyadan seçmələr yazılmış məktublar alır. “Bəzi dini inancları olan insanlar mənə Joanne Rowlingin sehirbazlıq haqqında olan kitabının əslində cəhənnəm tərənnümü olduğunu bildirməyə çalışırdılar. Onlar mənə bunu anlamaq üçün təcili Bibliyanı oxumağı məsləhət görürüdülər. Nəticədə mənim evimdə ən azı 20 Bibliya var” – deyə aktrisa açıqlama vermişdir.

Jennifer Lawrence

2013-cü ildə gizli formada Lawrencə və onun qardaşına zənglər daxil olur. Manyak oğlanı öldürməklə, aktrisanı isə qardaşından qorumaq istəyi ilə hədələyirdi. Pərəstişkar öz sözlərdən ilham alaraq hərəkətə keçmək istəyən zaman aktrisanın doğulduğu Kentuki ştatına gəlir və evini tapmağa çalışır. Bu zaman polislər onu saxlayırlar. Narahatlıq yaradan şəxsin 23 yaşlı çin əsilli Kanadalı Han Sun Chao olduğu məlum olur.

Shia LaBeouf

Pərəstişkarlarına görə əziyyət çəkən məşhurlar 9.

4 il öncə Shia LaBeouf Los-Angelsdəki evində tanımadığı qadına rastlayır. Narahat olduğundan polis çağırır. Üç il boyunca aktyoru izləyən 31 yaşlı Grasiel Nali həbs edilir. Məhkəmə başqasının evinə icazəsiz daxil olduğuna görə ona 45 günlük həbs cəzası müəyyənləşdirir. Lakin, üç gündən sonra xəbərdarlıq edilərək evə buraxılır.

Lindsay Lohan

Pərəstişkarlarına görə əziyyət çəkən məşhurlar 10.

Lindsay 2014-cü ildə London teatrının səhnəsində çıxış etdiyindən Britanyanın paytaxdında qalmalı olur. Bu zaman 37 yaşlı Daniel Vorderbulbake evə daxil olmağa çalışır. Bu zaman ona mane olmaq istəyən qapıçını vurur. O özünü Lindsay Lohanın əri kimi təqdim edir və xanıma saysız-hesabsız sms-lər göndərir.

Blake Lively

Pərəstişkarlarına görə əziyyət çəkən məşhurlar 11.

2012-ci ildə Blake Livelyni Sergey Mayfl izləyir. O daim çəkiliş meydançasının yanında olmaqla yetinməyərək aktrisanın anası ilə ünsiyyətə girməyə cəht göstərir. Kişi əminliklə aktrisa ilə arasında “metafiziki əlaqə”-nin olduğunu bildirmişdir. Nəticədə polis tərəfindən 90 metrdən yaxın görünə bilməyəcəyi ilə bağlı qərar əldə etmiş olur.

Şəxsi brendlərini təsis edən və bu işdə uğur qazanan məşhurlarValideyinləri homosexual olmuş məşhurlar

Əvvəlki məqaləİdmançıların verməli olduqları analizlər və səbəbləri
Növbəti məqaləNiyə idman zalında yanaşmalararası çox istirahət etmək düzgün deyil?

Fikirlərinizi bildirin.