Özgüvənin 8 üsulu. Özgüvənə və bacarığına inam insana fərqi imkanlar bəxş edə bilər. Özünə inanan insanlar imkanlar və uğurlu olmaqla yanaşı öz hüquqlarını bilir, istəklər uğrunda mübarizə aparmağı bacarırlar.

Özünə inamı olan insanı rahatlıqla duruşundan və hərəkətlərindən müəyyən etmək mümkündür. Lakin təssüfki, heçdə hamı bu hisləri daxildə necə yaratmalı olduğunu tam olaraq bilmir. Məsələnin qəliz tərəfidə məhs bundadır. Ruhdan düşməyə ehtiyac yoxdur. Özünə inamı özünə aşılamaq üçün kifayət qədər üsullar mövcutdur. Bu üsullarla siz komplekslərdən, gücə inamsızlıqdan, sıxılmaqdan azad ola bilərsiniz.

Bir çox psixoloqların uzun müddətli iş təcrübəsində müəyyənləşdirdiklərini, özünü tərbiyyə üsullarını diqqətinizə çatdırmaq istərdik. Lakin nəzərə alın ki, mütəxəsislər sadalanan seçimlər arasında sizə yaraşanı, prinsiplərinizə uyğun olanları dəyərləndirməyi məsləhət görürlər.

Özgüvənin 8 üsulu

Öz çatışmamazlıqlarınızı görməyə çalışın

Bu – yaranmış vəziyyətə kənardan özünə başqa bucaq altında, yad bir insan kimi baxmaq mənasına gəlir. Hərəkətlərinizi soyuqqanlı nəzərdən keçirin və səflərinizi müəyyənləşdirməyə çalışın. Unutmayın, ideal insan olmur. Məsələ orasındadır ki, özünə inamı olan insan yalnız həyat təcrübəsi, nəaliyyətləri, mənəvi zənginlik ilə formalaşmır. Yaşanan səflər, çətinliklər, narahatlıqlar, həyəcanlar hər dəfəsində insanı möhkəmləndirir. Öz səflərini qəbul edərək, tərəddütlərinizin səbəblərini anlayaraq həm kənardakıların özünüzə qarşı fikirlərini dəyişdirə, həm də istədiyiniz həyatı yaşaya bilərsiniz.

Komplekslərdən yaxa qurtarın

Tam vəhdət təşkil etməməklə bağlı kompleksə sahib olmaq özünə inamsızlığı dərinləşdirə bilir. Ətrafdakı insanların daha bacarıqlı olduğunu düşünmək sizi mənəvi baxımdan əzməyə davam edər.

Psixoloqların fikrincə məhs bu düşüncələr insanı həyatda geri çəkilməyə vadar edir. Qarşısınızda duran əsas məqsəd nəyin bahasına olur-olsun bu kimi düşüncələrdən uzaq durmaqndır. Özünə inamın əsas yolu güvən xarakterinin formalaşmasındadır. Komplekslər bütün insanlarda mövcutdur. Sadəcə bəziləri nədənsə çəkinməklərini gözəl gizlədə bilirlər.
Çalışın çatışmamazlıqların təsdiqini imkan düşdüqcə axtarmayın. Əksinə, əksini sübut etməyə çalışın. Bizim bütün sevinclərimiz və kədərlərimiz sonda isdədiklərimizi əldə etməklə bağlıdır. Öz güclü tərəflərinizi dilə gətirməkdən çəkinməyin. Ağlınız və hərəkətləriniz hər zaman sizin üstünlüyünüzü hiss etdirəcək. Həyatınız ilk növbədə özünə dəyərdən aslıdır.

Keçmişdə zəif tərəflərinizlə bağlı psixoloji təzyiqlərlə üzləşmiş olsaz belə, çalışın o anları xatirənizdən silin.

Nail olduğunuz uğurlarınızı unutmayın

Optimist və pessimist insanların yağışlı havaya fərqli yanaşmaları çoxunuza məlumdur. Bu yanaşma müxtəlifliyi bütün sahələrdə hiss edilir. Nəticədə inamsız insanlar bütün məsələlərə olduqca pessemist yanaşmağa başlayırlar. Öz çatışmamazlıqlarını və məğlubiyyətlərini tez-tez düşünən zaman daha çox özünə qapanırsız. Digər tərəfdən isə, uğurlu insanların səflərinin olmamasını düşünmək absurt yanaşma tərzidir. Bu səbəbdən də, heç vaxt nəaliyyətlərinizi unutmayın, yüksək bacarığa sahib olduğunuz anları yaddan çıxarmayın. Bu sizə yaranmış inamsızlığın yalnız sizin beynivizin məhsulu olduğunu aydınladacaq. Yanaşma tərzini dəyişməyin özü belə güc tələb edir.

Daima qarşınıza qoyduğunuz hədəflərə doğru irəliləyin

Özünüzə inamı və həvəsləndirməyi heç vaxt bir yerə qədər, bir işə qədər, bir zamana qədər etməyin. Həyatda heçnə insana birdən verilmir. Öz gücünü ciddiyə saymaq yalnız zamanla mümkün olur. Qazanılmış hər bir xırda qələbə sizin üçün təməl rolunu oynamalıdır. Göydələnlər məhs möhkəm təməl üzərində ucalır.

Daxilinizə nəzər salın

Psixoloq mütəxəsislər tərəfindən özgüvənin ilk növbədə bacarıqlarına inanmaqdan başladığını sübut etmişlər. Bu səbəbdən ilk növbədə daxilinizə nəzər salmağı bacarın. Hərəkətlərinizi, nəticələri və fikirlərinizi analiz edin. Özünüzü aldatmağa çalışmayın. Əgər istədiyiniz sahəni örgənmək həvəsiniz varsa şübhələr mənasızdır.

Özgüvənin 8 üsulu

Özünüzü digərləri ilə müqayisə etməyin

Xroniki özgüvənin olmaması özünü digərləri ilə müqayisə etməkdən başlayır. Bir çox insanlar özlərini müğənnilər, aktyorlar, siyası xadimlər, biznesmenlərlə müqayisə etməyi sevirlər. Onların fonunda çoxları boz rəngdə görünə bilər. Nəticədə bəziləri görünüşcə onlara bənzəsələrdə, xaraktercə geri qaldıqları aydın görünür.
Ona görə də, özünüzü başqaları ilə müqayisə etməyin. Əks halda güvəniniz sıfıra enər. Bir fərd kimi şəxsiyyət olduğunuzu unutmayın. Yalnız öz keçmişinizlə müqayisə mümkündür. Yalnız bu cür müqaisə sizə öz üzərinizdə işdəməyə stimul vermiş olar.

Özünüz üçün tam hədəf müəyyənləşdirin

Hamıya məlumdur ki, özünə inam üçün yalnız istəklərin olması yetərsizdir. Dəqiqləşmiş hədəflər olmasa irəliləmək, nəticələr əldə etmək mümkünsüzdür. Mütləq hədəf uğrunda müəyyən aktual məsələlər qoyulmalı və zamanla həlli istiqamətində nəaliyyətlər əldə olunmalıdır. Yalnız bu yolla hər dəfə qabağa gedə, özünü istədiyin şəkildə inkişaf etdirə bilərsiniz.

Güvənli dostlar və gərəkli tanışlıqlar əldə etməyə çalışın

Güvən üçün yanında sənə inanan və həvəsləndirən dostlarının olması mütləqdir. Bir çox hallarda məhs onların dəstəyi sizə hədəfə çatmağa kömək edər. Əgər bu cür insanlara sahib deyilsinizsə, onda yeni tanışlıqlar qurun, ətrafınızı genişləndirin. Siz mütləq lazımı insanlara rast gələcəksiniz. Unutmayın, şərt imkanlı adamlarla tanışlıq deyil. Şərt həqiqətəndə sizə dəstək verəcək, sizə inanan adamlarla tanışlıqdır. Sizi həvəsləndirməyən, sizə güvənməyən insanlar isə həyatınızda olmasa belə siz çox şey itirməyəcəksiz.

Xarakterini örgən Anlaqlı olmaq-Özünü toparlamamaq (refleksiv, impulsiv olmaq)Xarakterini örgən Yeni təcrübələrə açıq-qapalı olmaq

Fikirlərinizi bildirin.