Özgüvəni olan şəxsin simiclik etməyəcəyi 10 məsələ. Özgüvənə sahib insanlar məhz bu özgüvəni itirməmək üçün bəzi əşyalarla bağlı pul xərcləməyə özlərinə məhdudiyyət qoymurlar. Bəs bu hissi məhv edə biləcək hallar hansılardır? Gəlin birlikdə nəzər salaq.

  • Təsuratların sevinci

Birinci məsələ sadəcə ucuzuna getməklə bağlı deyil. Bu daha çox xırdalıqla bağlı olacaq haldır.

İnsan səyahətlərdən sonra evə qaldığı oteldən xırda bir şey (sabun, şampun) gətirdikdə bu adətən kolleksiya mənasına gəlir. Ancaq, otellərdən daşınan hamam xalatları və ya şəpitlər, bu artıq kiçiklikdir.  Bu cür insanlar xırdalıqlarda böyük təsuratlar almaq hissini özlərində boğurlar. Yalnız öz mənfəətlərini düşünürlər. Onlar artıq restoranlardan şəkəri, ofisdən evləri üçün kofe götürməyə öyrəniblər. Bu hal özünə hörmətlə bağlıdır.

  • Hobbi

Biz çox vaxt hobbilərimizdə simiclik edirik. Əlbətdə ki total şəkildə çıxılmaz vəziyyətdə olduqda bu cür xərcləri düşünmədən xərcləmək qəliz məsələdir.

Ancaq sizin “pulum yetərlidir” fikirlərinizdə heç vaxt yaranmayacaq. Hər zaman kənardan gözlənilməz xərclər çıxacaq. Pulla bağlı məsələlər nadir hallarda eyni düz xətlə gedir. Buna görə də gəlirinizin müəyyən hissəsini kənara yığmaqda və ya hər ay müəyyən faiz hissə ayırmaqda qəbahət heç nə yoxdur.

  • Gəlir gətirə biləcək işlərə pul xərcləmək

Əgər prespektivdə gəlir gətirə biləcək işlər varsa, bu halda bir az xərc çəkmək yaxşı fikirdir.

  • Kiçik biznesinizlə bağlı reklama və sosial şəbəkələrdə tanınması üçün pulu əsirgəməyin.
  • Yaradıcılıq işınızlə bağlı materiallara xərcdən yayınmayın.
  • Gələcəkdə təmir problemləri ilə üzləşməmək üçün təmir alətləri almağa çalışın (həm də təmir işlərini öyrənmiş olarsınız).
  • Gigiena

Gigiena məsələlərində simiclik etmək təhlükəli məsələdir.

  • Paslanmış üzqırxan alətləri adətən hamam otağında istifadədən sonra atılmır və üst-üstə yığılır.
  • Diş fırçası (bəziləri mütamadi yeniləməyi unudur).
  • Birdəfəlik əşyaları bir neçə dəfə işlətmək.

Bu cür insanlar özlərini sevmirlər, əksinə sağlamlıqlarına və özlərinə daha çox ziyan vuraraq daha çox xərcə düşə bilərlər.

  • Qidalanma

Sağlam və keyfiyyətli qidalanma heç də həmişə bahalı qidalanma mənasına gəlməz. Biz sizinlə kələmin, kökün, balqabağın ucuz qiymətə satıldığı dünyada yaşaırıq.

Kiçik büdcəli şərtlər daxilində sağlam qidalanma mümkündür. Sadəcə bu məsələyə ciddi yanaşmaq və seçim zamanı diqqətli olmaq lazımdır.

  • Ev geyimi

Bir çox hallarda insanlar evdə olarkən nə oldu geyinməyə vərdiş edirlər. Ancaq nəzərə alın ki, biz evdə az zaman keçirmirik. Evdəkilər isə bizi məhs bu geyimdə görürlər. Deməli, yaxınlarımıza səliqəsiz olduğumuzu nümayiş etdirməməliyik.

  • Evin interyeri

Yuxarıda qeyd etdiyimiz kimi, evdə kifayət qədər zaman keçiririk. Hər zaman eyni üzücü problemlərlə qarşılaşırıq.

  • Su kranı axıdır.
  • Pərdə olduqca köhnəlib.
  • Divanın üstü artıq cırılıb.

Evdə bizi qıcıqlandıracaq hallara yol verməməliyik. Evimiz bizim rahatlığımız üçün ən uyğun yerdir.

  • Kiçik sevinclər

Sevdiyimiz kafedə late və ya amerikano içmək istəyirik, yeni çıxmış kitabı vərəqləməkdən imtina etməzdik? Bu kimi xırda məsələlərdə özünüzə qadağa qoymayın. Sadalananlar kiçik nüyanslar olsa belə yekunda sizi stress hallarından qorumuş olar. Psixoloqların fikrincə xırdalıqlardan zövq almağı bacarmalıyıq. Nəticədə bizim iş qabiliyyətimiz və həvəsimiz yüksəlmiş olar.

  • Yataq dəsti

İşdən yorğun gəldiyimiz zaman duş qəbul edərək sevdiyimiz yatağa uzanmaqdan gözəl hiss yoxdur. Səhəri pozitiv oyanmaq və yorğunluqdan həzz almaq üçün bu mütləq haldır.

  • Qiymət barəsində mübahisə etmək
  • Qiyməti aşağı salmaq üçün satıcı ilə mübahisə etmək.
  • Restoranda güzəşt əldə etmək məqsədilə yeməkdən narazılıq bildirmək.
  • Taksidən düşərkən ondan qəpik pul qalığını gözləmək.

Bu cür xırda nüyanslar olduqca böyük narahatlıqlara və əsəbə səbəb ola bilir. Adekvat özgüvən hissi olan insanlar bu cür məsələlərdə olduqca diqqətli davranırlar.

Özgüvənin 8 üsuluXarakterini örgən Anlaqlı olmaq-Özünü toparlamamaq (refleksiv, impulsiv olmaq)

Fikirlərinizi bildirin.