Öz sexual orientasiyanızı necə müəyyən etməli? Bizim hamımızda özümüzə və dünyamıza qarşı bir çox suallarımız toplanıb qalmışdır. Bütün bunlarla bağlı isə psixoloq yanına getməyə nə həvəsimiz var, nə də vaxtımız. Ancaq, suallarımıza inandırıcı cavabları nə özümüzlə danışarkən, nə dostlarımızla söhbət zamanı, nə də valideyinlərlə dərdləşən zaman əldə edə bilmirik. Bu səbəbdən də, bu gün sizə rusyanın profesional və olduqca tanınmış psixoloqu Olqa Miloradovanın ən çox yaranan suallara cavablarını təqdim etmək istərdik.

İnanmaq istərdik ki, bütün ətrafımızda olan insanlar proqressiv və düşüncə baxımından inkişaf etmiş insanlardırlar. Yəni, bu kimi intim məsələlərdən nəticə çıxratmağı bacaran və öz sexual orientasiyaları barədə yetkin fikrə sahib olan insanlardırlar. Bu səbəbdən də, niyə biz bu kimi suallara toxunmalıyıq? Lakin, bir çoxlarımız hansı təzyiqləri göstərən cəmiyyətdə yaşadığımızı tam reallığı ilə anlamırıq. Özümüz belə bilmədən bəzən senzura fikirlərə və təzyiqlərə məruz qalır, beləliklə istək və həvəslərimizi gizlətməli oluruq.

Sizə elə gəlir ki, müasir dövürdə bu kimi mövzuların müzakirəsi zamanı heç kim qıcıq olmur. Ancaq bir çox homosexualizimlə bağlı məqalələrin sonlarında yazılan şərhlərə diqqət yetirdikdə rahatlıqla LGBT-nin hansı əsaslarla norma hesab edildiyi və ya ümumiyyətlə niyə mövcud olduğu iddihamlarının irəli sürüldüyünü görmüş olarıq. İnsanlar bir çox hallarda “Biz bunlara hələ nə qədər dözməliyik?” deyə suallar səsləndirirlər. Bu səbəbdən də, Ümümdünya Səhiyyə Təşkilatının 1990-cı ildən etibarən homosexsuallığı beynəlxalq xəstəliklər klassifikasiyasından, yəni siyahısından çıxartmağı ilə bağlı məsələləri araşdırmaq istərdik. Bu kimi qərar heç də hamının düşündüyü kimi  yalnız gey-sevgi mifi ilə əsaslandırılmamışdır. Çoxsaylı elmi araşdırmaların nəticəsində gey, lezbianlıq və bisexsuallığın psixi sağlıq durumu və sosial adaptasiya problemləri ilə bağlı olduğu müəyyən edilmişdir.

Bu səbəbdən də, bir daha bildirmək istərdik ki, sexual identifikasiya prosesi psixiatriya baxımından seçim imkanları kimi qiymətləndirilmir, əksinə şəxsi təbii sexuallığın müəyyən edilməsi kimi baxılır. Eyni zamanda, biz heternormativ cəmiyyətdə yaşayırıq. Bu cəmiyyətdə oğlan uşaqları üçün alınan bənövşəyi rəngli uşaq arabası və ya qız uşaqları üçün alınmış mavi rəngli geyimlər belə hələdə ətrafda narazılıqla qarşılana bilər. Yəqinki, sözü gedən mühütdə öz homo, bisexsual və ya transgenderliyini anlamağa yenicə başlayan yeniyetmələrin necə qəliz vəziyyətlərdə olduqların anlamaq mümkündür.

Əgər öz uşaqlığınızı yaxşı xatırlayırsınızsa, onda dəqiq bilirsiniz ki, uşaqlar arasında, ən əsas da yeniyetmələr arasında hər hansısa fərqliliyə sahib olmaq onların gülünc mənbəyinə çevrilmələrinə səbəb ola bilir. Bu səbəbdən də, özünü hamı kimi aparmaq və bu şəkildə yaşamağa çalışmaq ən rahat variant hesab edilir. Zamanla isə yaradılmış obraza daha da uyğunlaşmağa, özünü qapamağa, ciddi cəhdlə valideyinləri sevindirməyə, bu səbəbdən də ailə qurmağa çalışmaq, daha sonra həyat yoldaşı ilə birlikdə zaman keçirmək istəyinin azalmasına, əksinə dost və ya rəfiqə ilə əylənməyə həvəsin artmasına səbəb olur.

“Vaxtaşırı olaraq eynicinsli portnyorla bağlı fantaziyalar sizin homosexual olmanız anlamına gəlməz.”

Bununla belə portnyorun müxtəlif səbəblərə görə sevdiyiniz insan olmamasına baxmayaraq və ya ümumiyyətlə istənilməyən adam olması əksinə, dostun və ya rəfiqənin xoş təsir bağışlaması ola bilsin ki, sizdə hələdə suallar və narahatlıq halları yaşatmaqdadır. Gəlin ilk öncə bunların əksini göstərən faktlara nəzər salaq. Yəni, sizin homosexuallığınızı sübut etməyən faktlara diqqət yetirək.

İlk öncə sexual fantazyalar

Sexual fantaziyalar olduqca müxtəlif ola bilər. Hətda əgər insan bəzən zorakılıq əlamətləri olan fantaziyalar edərsə belə, onun istəkləri və düşüncələri yalnız uydurulmuş dünyasında və təklikdə qalarkən həvəslərindən uzağa getmirsə, beynində yaratdığı illuziyalarından kənara çıxmırsa, bu onun həqiqətdə zorlamaq istəyən və ya zorlanmaq istəyən insan olması demək deyildir. Bu heç onun BDSM-ə meyilli olması anlamına da gəlməz. Eyni ilə vaxt aşırı fantazyalarında eyni cinsi ilə sex yaşayan insanlar da belədir. Bu onun homosexual olması demək deyildir. Lakin, daimi olaraq düşüncələrində eyni cinsli insanla yaxınlıq yaşamaq istəyən, əks cinslə ümumiyyətlə sex düşünməyən insanlar homosexual hesab edilə bilərlər. Əgər bu hal sizdə yuxarıda qeyd etdiyimiz kimi, yalnız vaxtaşırı baş verirsə, bu halda eksperimentlər etmək haqqında düşünə bilərsiniz. Yenə təkidlə qeyd etək istərdik ki, fantazyalarınız sizi heç nəyə məcbur etmir.

Homosexsual təcrübə

Bu kimi təcrübənin olması faktı belə hələ sizin gey və ya lezbian olmanız demək deyildir. Şəxsi edindifikasyanın formalaşması – yeniyetmə üçün olduqca qəliz prosesdir. Əsasən də əgər bu yeniyetmə maskulin (oğlanlarda), feminın (qızlarda) standartlara uyğun gəlmirsə. Əgər qızın qısa saçlardan xoşu gəlirsə, futbol oynayır, maşın oyuncaqlar kolleksiya edirsə bu onun avtomotik olaraq öz həmcinsinə marağı yaranacağı mənasına gəlməz. Oğlanlarla da belədir. Misal olaraq, balet rəqslərinə və ya modelləşdirilmiş geyimərə həvəsli olanlar gələcəkdə gey olmaları kimi dəqiqlik yoxdur.

“Əgər əks cinsin nümayəndələri sizə maraqlı gəlmirsə, bu da sizin gey olmanızı sübut etmir.”

Buna baxmayaraq, klassik sisgender roluna, yəni cəmiyyətdə əks cinslə rahat münasibətlərə girə bilməyən oğlanlara öz həmyaşıdları ilə eksperimentlər aparmaq halları daha xarakterikdir. Bəlkədə hamının onun gey və ya lesbian olması fikirləri, yəni cəmiyyətin fərqli yanaşma yükü onları həqiqətən belə olub-olmamasını yoxlamaq ehtiyacını yaratmış olur. Ümumi götürdükdə isə, yeniyetmələrin ümumiyyətlə sexual həvəslərini örgənmək üçün eksperimentlər aparmaları tam normal qəbul olunur. Misal olaraq, Sorensonun məlumatlarına əsasən 17-19 yaş arası 17% oğlanlar həyatlarında heç olmasa bir dəfə belə olsa homosexual təcrübəyə malikdirlər. Buna baxmayaraq, rəqəmlərin reallığı tam əks etdirmədiyi, yəni aşağı olduğu hesab edilir. Rəyi soruşulanların bir çoxu bu kimi “uşaq oyunlarını” həqiqi cinsi əlaqə kimi qiymətləndirməmişlər.

Əgər siz kişisinizsə, və sizi nisbətən kobud qadı nlar maraqlandırırsa və ya əksinə siz qadınsınız və sizi feminist fikirli kişilər həvəsləndirirsə, bu da sizin laten homosexual olmanız mənasına gəlməz. Gender və bioloji cinsiyyət heç də eyni şey demək deyildir. Bu olduqca qəliz məsələlərdir və genderin hansı hissəsinin sizdə neçə faiz olduğunu müəyyənləşdirmək olduqca ağır məsələdir. Hər halda insanlar öncədən proqramlaşdırılmış robotlar və ya oyuncaqlar deyillər ki, onlarda nəsə ideal səviyyədə olsun.

Əks cinsin nümayəndəsi sizə maraqlı gəlmirsə – bu da sizin avtomatik olaraq homosexual olduğunuz demək deyildir. Bəlkədə sizi ümumiyyətlə cinsi əlaqələr maraqlandırmır. Bəlkədə siz asexualsınız. Asexuallığın özü belə sizin romantik hislər yaşaya bilmədiyiniz və ya kimləsə hər hansı bir münasibət yaşaya bilməməyiniz mənasına gəlməz.

“Ola bilsin ki, sizin xoşunuza daha çox kişilər gəlir, ancaq qadınlar da gəlir.”

Yenədə, hər hansısa gizli hislərinizə rəğmən eyni cinsli insanlar xoşunuza gəlirsə, belə deyək, əks cinsdən daha çox eyni cinsi bəyənirsinizsə, əminliklə deyə bilərsiniz ki, siz artıq ən azından hetrosexual deyilsiniz. Danışdığımız məsələni daha aydın izah etmək üçün beyninizdə horizantal düz xətt canlandırın. Xəttin bir ucunda homosexsuallıq, bir ucunda hetrosexuallıq, ortasında isə bisexuallıq dayanır. Dünya ağ-qara rənglərdən ibarət olmadığı kimi, sexuallıq da bu üç bölgü ilə kifayətlənməyə bilər. Yəni, siz hər iki cinsə maraq göstərə, sadəcə vaxt aşırı olaraq bəzilərini digərlərindən daha çox sevə bilərsiniz.

Bələkədə bəziləri homosexuallıqla o qədər mübarizə aparırlar ki, özləri də xəttin fərqli tərəfində dura biləcəkləri haqqında düşünmürlər. Bəlkədə onlar bu halda düşünürlər: “Bax, mənimdə həvəslərim arada dəyişir, ancaq mənə əhsən. Özümü saxlaya bilirəm”. Bəlkədə buna görə onlar homosexsuallığın genetika ilə bağlı olduğunu deyil, reklam və kənardan aşılanma kimi qəbul edirlər. Onların fikrincə cəhd etmək inadlarına məğlub olmaq mənasını verir.

Ronaldonun gey (homosexsual) olması fikirləri necə yarandı?Böyüklər üçün Yapon cizgi filimləri – hentay (anime) tarixi və inkişafı

Fikirlərinizi bildirin.