Öz fikirlərini – cəmiyyətin sənə aşıladığı düşüncələrdən necə fərqləndirməli?

304
Öz fikirlərini - cəmiyyətin sənə aşıladığı düşüncələrdən necə fərqləndirməli

Öz fikirlərini – cəmiyyətin sənə aşıladığı düşüncələrdən necə fərqləndirməli? Bizim hamımızda ilk başdan özümüzə, sonra isə bütün dünyaya ünvanlamaq istədiyimiz xeyli sayda suallarımız mövcutdur. Bir çox zaman bunun üçün psixoloq qəbuluna getməyi gərəkli bilmirik. Buna görə də, bu gün profesional psixoloq Olqa Miloradovanın suallara cavabını diqqətinizə çatdırmaq istərdik.

Hər hansısa müəyyən satandartlara uyğun gəlmək və kiçik qruplaşmalarda müəyyən məsələlər üzrə eyni fkirdə olmaq hamıya xas olacaq bir xüsusiyyətdir. Bəzi insanlar cəmiyyətin formalaşdırdığı qaydalarla olduqca rahat və xöşbəxt yaşaya bilirlər. Bəzilərində isə, ilk baxışdan hər şey yaxşı olsa da, daha ürəkaçan həll yolarının ola bilməsi fikirləri yarana bilir. Bəs rəfadrımızı öz istəklərimizə və ya cəmiyyətin bizə diqtə ediyi formada icra edib-etməməyimizi necə bilə bilərik?

Bəlkədə siz bütün ömürünüz boyu axın istiqamətində üzmüsünüz. Olduqca asta və səliqəli hərəkət edərək. Sonradan peşman ola biləcəyiniz bir yanlışlıqlar etməmisiniz. Valideyinləriniz sizi sıxışdırmırlar, stabil işə sahibsiniz və münasibətləriniz olduqca rahat gedir. Ancaq içinizdə qəribə bir hiss var, sankı nələrsə düzgün getmir. Biz böyüyüb formalaşdıqca başqlarına baxıb dərs götürməyimiz tamami ilə normal haldır. Bu halda isə ən yaxın insanların, daha çox valideyinlərimizin hərəkətlərini təkrarlamağa başlayırıq. Zamanla əhatəmiz genişlənir, get-getə bacı-qardaşlarımızdan, dostlarımızdan, müəllimlərimizdən, ən əsası isə televizor və internetdən gələn infarmasiya axını ilə qarşılaşırıq. Buna baxmayaraq, valideyinlər təsir güclərini saxlamış olurlar. Beləki, biz düzgün olan və olmayan şeylərin streotipləri haqqında məlumatları, mənəvi dəyərləri, hörmət hislərini və sairəni onlardan örgənmiş oluruq. Bəlkədə bir çoxlarınız artıq ailə senarisinə də sahibsiniz: hansı yaşınıza qədər nələri edə bilmisiniz, nələri yox.  Bu halda biz nələrin bizə məcburən aşılandığının, üzərimizə qoyulduğunu və nələrin həqiqətən istəyib etdiyimizi bilə bilərik?

“Bəlkədə sizi bütün ömrünüz boyu elmə, oxumağa həvəsləndirmək istəyiblər, ancaq həvəs bu yaşınızda belə yaranmayıb”

Öz fikirlərini – cəmiyyətin sənə aşıladığı düşüncələrdən necə fərqləndirməli? İndi isə gəlin bir az daha irəli getməyə çalışaq. Ailənizdə mövcud olan qaydaları bir kağıza qeyd etməyə çalışın. Bunlar ilk baxışdan az olmaya bilərlər. Ancaq, narahat olmayın, siz bunu illərlə yığmısınız. Hər halda hamsının öhədisndən bir gündə gəlməyi düşünmürsünüz. Yəqinki bu ifadəni çox eşitmisiniz: “Sən axı kişisən”. Bəlkədə məhs bu kəlmə sizi bir çox istəklərinizdən və həvəslərinizdən məhrum edib. Bəlkədə bu halda siz əsl özünüzdən uzaqlaşmalı olmusunuz? Və ya: “tərbiyəli insanlar ilk görüşdən sevişməzlər, öpüşməzlər, yaxınlıq etməzlər. Qızlarla yol gedərkən bir az aralı gəzməyə çalış. Çox zarafat etmə, səni ağır oğlan kimi qəbul etsinlər” – bütün bunlara öz variantlarınızı da əlavə edə bilərsiniz. Bəlkdə sizi ömrünüz boyu dərsə, oxumağa həvəsləndirmək istəyiblər, ancaq bu yaşınıza gəlməyinizə baxmayaraq hələ də maraqlanmırsız? Bəli, bu hallarda siz istəklərinizi gizlədir, başqaları üçün xoş olacaq işləri görürsünüz. Zamanla isə özünüzü çox ciddi çərçivəyə salmış olursunuz.

Məşğul olduğunuz işin səbəbini anlamağa çalışın. Olduqca köhnə bir inanc mövcutdur: təsəvvür edin ki, bircə il həyatınız qalıb. İndiyə qədər etdiklərinizdən razısınızmı? Və bu halda nələri dəyişmək istərdiniz? Bəs sizin valideyinləriniz necə, sizin həyatınızdan məmnundularmı? Siz onlar istədikləri kimi sosial normalara cavab verirsinizmi? Buna görə də gündəlik danışıqlarınızda və düşüncələrinizdə “Mən etməliyəm” fikrindən uzaqlaşın. Bütün məsələləri “mən istəyirəm” variantı ilə əvəzləməyə başlayın.

Misal olaraq siz magistraturaya sənəd verməyə çalışırsınızsa, ilk öncə özünüzə sual verin: bu sizə həqiqətəndə lazımdırmı? Sözü gedən sahə sizi nə dərəcədə maraqlandırır? Fikrinizcə bu əziyyət həqiqətəndə sevdiyiniz işdə sizə arzuladığınız uğurları gətirə biləcəkmi? Auditoriyaya daxil olduqda yeni maraq dairələriniz formalaşacaqmı? Əgər suallarınıza cavab təsdiq formasında deyilsə, bunu etməyin heç bir anlamı yoxdur. Heç bir məcburiyyətə lüzum qalmır.

Sonda, kiminsə atdığı addımları təkrarlamağa ehtiyacınız varmı? Bəlkə siz sadəcə özünüzdən irəli gələn qərarları verib, yol seçməkdən çəkinirsiniz? Bəlkədə əvvəlki cəhdləriniz neqativ təcrübə hesab edilir. Və ya öz fikrilərinizi səsləndirən zaman gülüş hədəfinə çevriləcəyinizdən qorxursunuz? Əgər bu həqiqətəndə belədirsə, travma almış düşüncə həqiqətən sizin həyatınızı solğunlaşdıra bilər. Bu halda düşdüyünüz vəziyyətin dərinliyinə uyğun olaraq ya ətrafınızdan, ya da profesionallardan məsləhət almağa çalışın.

Əvvəlki məqaləDoğulduğun aya əsasən sexuallıq dərəcəniz
Növbəti məqaləOyanışın 7 mərhələsi – Robin Sharma

Fikirlərinizi bildirin.